Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə5/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   2   3   4   5   6   7   8   9   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 

M.A.Abbaszadənin ―Əlifba‖ (1913) və s. nümunə göstərmək müm-
kündür. 
Bu dərsliklərlə Azərbaycan məktəblərinin ibtidai siniflərində tə-
lim-tərbiyə işi aparılmış, ana dili tədrisi keyfiyyətinin təkmilləşdi-
rilməsi sahəsində bir sıra addımlar atılmış, elmi-metodik mülahizə-
lər söylənmişdir. Heç şübhəsiz ki, uzun müddət ərzində görkəmli 
alim, yazıçı, metodist və müəllimlər tərəfindən irəli sürülən ideya-
lar 1921-ci ildən sonrakı dövr üçün də zəngin materiala çevrilmiş
Azərbaycanda ibtidai təlimin inkişafına, o cümlədən, ana dili tədrisi 
metodikasının elmi zəmində qurulmasına optimal şərait yaratmış-
dır. 
2. Ana dili tədrisi 1921-2000-ci illərdə 
XX əsrin 20-ci illərindən B.Çobanzadə, A.Axundov, Ə.Qafarlı, 
Q.Ələkbərli, A.Şaiq və başqaları ana dilinin təlimi və tədrisi ilə əla-
qədar maraqlı və faydalı mülahizələr söyləmişlər. 
Araşdırmalar göstərir ki, Azərbaycanda 1920-ci ilə qədər çap-
dan çıxmış bir qrup ana dili dərsliklərində cüzi dəyişikliklər edilə-
rək yenidən məktəblərin istifadəsinə verilmişdir. Buraya M.Mah-
mudbəyovun ―Türk əlifbası və ilk qiraət‖, M.Mahmudbəyov, S.Əb-
dürrəhmanzadə, S.Axundzadə, F.Ağazadə, R.Əfəndizadənin ―Əlif-
ba‖ təlimindən sonra oxunan ―İkinci il‖, M.Mahmudbəyov və 
A.Səhhətin ―Üçüncü ilə məxsus qiraət‖ kitabı və s. daxildir. Həmin 
əsərlər 1921-1924-cü illərdə təkrar nəşr olunmuşdur. 
Azərbaycan dilində metodik ədəbiyyat nəşrinə 1926-cı ildən 
başlanmışdır. Belə ki, ilk addım olaraq 1926-cı ildə M.Sadıqzadə-
nin ―Türk dilinin üsuli-tədrisi‖, professor B.Çobanzadənin ―Türk 
dili və ədəbiyyat üsuli-tədrisi‖, 1932-ci ildə professor B.Çobanzadə 
və C.Məmmədzadənin ―Türk dilinin metodikası‖ əsərləri çap olun-
muşdur. Bundan sonra birbaşa ―Azərbaycan dili‖ adı altında dil 
dərslikləri və onlara rəhbərliklər hazırlanmışdır. 1933-cü ildə Vey-
səl Mustafazadənin ―Əlifba‖ kitabı nəşr olunmuşdur. Həmin il 
ümumtəhsil məktəbləri üçün nəşr olunan kitablardan yalnız ―Əlif-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə