Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə7/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   2   3   4   5   6   7   8   9   10   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 

elmi kadrların hazırlanması və s. 
Y.Ş.Kərimovun ―Əlifba‖, I sinif üçün ―Ana dili‖, II sinif üçün 
―Ana dili‖, II sinif üçün ―Oxu‖ və ―Azərbaycan dili‖, III sinif üçün 
―Oxu‖ və ―Azərbaycan dili‖ dərslikləri 30 ildən artıqdır ki, dəfələr-
lə təkmilləşdirilərək məktəblilərin istifadəsinə verilmişdir. ―İbtidai 
siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsasları‖ (1978), 
―İbtidai siniflərdə inşalar‖ (1973), ―İbtidai siniflərdə imlalar‖ 
(1963) və s. əsərləri uzun müddət müəllimlərin stolüstü kitabına 
çevrilmişdir. 
Ümumiyyətlə, professor Y.Ş.Kərimovun ibtidai təlimin bütün 
sahələrində böyük xidmətləri olmuşdur. Böyüklü-kiçikli 150-ə ya-
xın kitabın, 500-dən artıq jurnal və qəzet məqaləsinin müəllifidir. 
Neçə-neçə davamçısı onun rəhbərliyi altında ibtidai siniflərdə ana 
dilinin tədrisi sahəsində səmərəli tədqiqatlar aparmışdır. Onlardan 
A.N.Rəhimov, Ş.İ.Qaralov, Z.F.Kərimov, S.H.Məmmədov, M.Pri-
mova, Ə.H.Şükürov və başqalarının adlarını çəkmək olar. 
İbtidai siniflərdə ana dilinin tədrisi sahəsində professor Y.Ş.Kə-
rimovun yetirməsi pedaqoji elmlər doktoru, professor A.N.Rəhimo-
vun xidmətləri də danılmazdır. Onun ―İbtidai kursda Azərbaycan 
dilindən sintaksis üzrə materialların öyrədilməsinin nəzəri və prak-
tik əsasları‖ monoqrafiyası, M.Həsənovla birlikdə yazdıqları IV si-
nif üçün ―Azərbaycan dili‖ dərsliyi, ―İbtidai siniflərdə Azərbaycan 
dilinin səmərəli təşkili‖ (1988), ―İbtidai siniflərdə oxu təliminin sə-
mərəli təşkili‖ (1988), ―İbtidai siniflərdə monoloji nitqin inkişafı‖ 
(1988), ―İbtidai siniflərdə imlalar üzərində işin səmərəli təşkili‖ 
(1988), ―Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri əsasları‖ 
(1996), ―İbtidai siniflərdə Azərbaycan dili dərslərində şagirdlərin 
monoloji nitqinin inkişafı‖ (1997), ―İbtidai siniflərdə oxunun şüur-
luluğu üzrə işin təşkili‖ (1997) və s. kitablarında böyük əhəmiyyəti 
olan məsələlər qaldırılmış, müəllimlərə elmi-metodik tövsiyələr ve-
rilmişdir. A.N.Rəhimovun 50-dən artıq kitab və kitabçası, 200-dən 
artıq qəzet və jurnal məqaləsi ibtidai siniflərdə ana dili tədrisi prob-
lemlərinin həllinə yönəldilmişdir. 
İbtidai siniflərdə ana dili tədrisi metodikasının müxtəlif sahələ-



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə