Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə8/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   4   5   6   7   8   9   10   11   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
10 
rindəki problemləri elmi cəhətdən həll etməkdə, qabaqcıl təcrübəni 
öyrənib ümumiləşdirməkdə və yaymaqda, yeni-yeni optimal vasitə 
və metodlar axtarıb tapmaqda gənc tədqiqatçıların və praktik müəl-
limlərin jurnal və qəzet məqalələrinin də böyük əhəmiyyəti vardır.


Ağarəhim Əsərlər 
11 
 
II FƏSİL 
İBTİDAİ SİNİFLƏRDƏ ANA DİLİ TƏDRİSİNİN 
ÜMUMİ MƏSƏLƏLƏRİ 
1. Ana dili tədrisinin predmeti, əhəmiyyəti və yeri 
Ana dili tədrisinin metodikası pedaqoji elmlər sisteminə daxil-
dir. Bu fənnin predmeti ana dilinin mənimsənilməsi qanunauyğun-
luqlarının və dilə aid bilik, bacarıq və vərdişlərin verilməsi vasitələ-
rinin, priyom və metodlarının öyrənilməsidir. 
Ana dili təlimi özünün məzmununu, bu məzmundan doğan prin-
sipləri, vasitələri, priyom və metodları əhatə edir. Azərbaycan dili 
və oxu təliminin, nitq inkişafı üzrə işlərin bütöv bir sistemini yara-
dır. 
Ana dili təliminin nəzəri və praktik əsasları özünün elmi (linq-
vistik, mətnşünaslıq, psixoloji, didaktik...) cəhətdən əsaslandırılmış 
sistemini qurmağa imkan verir. 
Elmi zəmində qurulan təlim təhsilləndirici, inkişafetdirici və 
tərbiyəedici funksiyanı yerinə yetirir. Şagirdlərə möhkəm biliklər 
verir, zəruri bacarıq və vərdişlər aşılayır. Onların ümumi inkişafını 
yüksəldir. Bunun üçün hər şeydən əvvəl biliklərin verilmə vasitələ-
ri müəyyənləşdirilməlidir. Bəs bu vasitələr hansılardır? Birincisi
tədris materialının məzmunu. İkincisi, məzmuna uyğun seçilən əya-
ni və texniki vəsaitlər, didaktik materiallar. Üçüncüsü isə məzmuna 
uyğun seçilən priyom və metodlar (Xatırladaq ki, biliklərin veril-
məsində priyom və metodlar da bir vasitə rolunu oynaya bilər). 
Məlumdur ki, bütün elmlərin metodik qanunauyğunluqları möv-
cuddur. Lakin onların əksəriyyəti ana dili tədrisi metodikası elmin-
də müəyyənləşdirilməmişdir. Ana dili tədrisi metodikasında əks 
olunan qanunauyğunluqlar ümumi pedaqoji, psixoloji, linqvistik
mətnşünaslıq və didaktik qanunauyğunluqlara istinad edir. Araşdır-
malar göstərir ki, ana dilinin qanunauyğunluqları aşağıdakılardan 
ibarətdir: 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə