Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə9/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   5   6   7   8   9   10   11   12   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
12 
1. Tədrisdə sistemin tamlığı (hər bir dərsdə məqsəd aydınlığının 
olması, məzmuna uyğun forma, vasitə və metodlardan, iş formala-
rından düzgün və dəqiq istifadə edilməsi). 
2. Fənlərarası və fəndaxili (ayrı-ayrı mövzular, bölmələr arasın-
da zəruri) əlaqələrin nəzərə alınması. 
3. Nəzəri biliklərin təcrübəyə tətbiqi. 
4. Təcrübədən nəzəri məlumatların, mülahizələrin çıxarılması. 
Ana dili tədrisi metodikası elminin məzmunu əlaqədə olduğu elm 
sahələri ilə yanaşı illərdən bəri toplanmış qabaqcıl təcrübənin təhli-
li, ümumiləşdirilməsi və alınan nəticələrin müxtəlif şəraitdə yeni-
dən praktikaya tətbiqi və təkrar-təkrar sınaqdan keçirilməsi əsasın-
da yaranır. Heç şübhəsiz ki, bu da ana dili tədrisi metodikası fənni-
nin predmetini düzgün müəyyənləşdirməyə tam əsas verir. 
Ana dili təlimi inkişafetdirici və tərbiyəedici təlim prinsipi əsa-
sında qurulmuşdur. O, ibtidai siniflərdə başlıca fənn hesab edilir. 
1... İbtidai təhsildə ana dilinin tədrisi baş fənn, başqa fənlərə da-
xil olan və onların nəticələrini özündə toplayan bir fənn olaraq qa-
lır
1
. Bu siniflərin tədris planında başqa fənlərə nisbətən ana dilinə 
daha çox yer verilir. Ana dili şagirdlərin dəqiq, aydın, savadlı yaz-
maq, düzgün, sürətli, ifadəli və şüurlu oxumaq, fikrini aydın və 
məntiqi ardıcıllıqla ifadə etmək bacarıq və vərdişlərinin formalaşdı-
rılmasında, təfəkkürlərinin inkişafında, elmi dünyagörüşünün ge-
nişləndirilməsində və gələcəkdə (yuxarı siniflərdə) müxtəlif fənlər 
üzrə sistematik kursu mənimsəməyə hazırlanmasında müstəsna 
əhəmiyyət kəsb edir. 
Ana dilini dərindən mənimsəmədən digər fənləri (riyaziyyat, tə-
biətşünaslıq, əmək təlimi, təsviri incəsənət və s.) mənimsəmək, ya-
radıcı fəaliyyət göstərmək mümkün deyildir. 
Dillə təfəkkür dialektik əlaqədə olduğundan dilin mənimsənil-
məsi üzrə aparılan işlər şagirdlərin idrak fəaliyyətinin, elmi dünya-
görüşünün, mənəvi aləminin, ümumiləşdirmə aparmaq bacarıqları-
nın inkişafına da güclü kömək göstərir. 
2... Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir, o 
1
K.D.Uşinski. ―Rəhbərlik‖, 1-ci cild, 1864, səh.24-26 (rusca). 



Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə