Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
  1   2   3   4   5   6   7   8   9   ...   43


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 1 
 
 
 
www.kitabxana.net
 
 
2011
 
YAQUB 
DƏLİÖMƏROĞLU 
  
TÜRKİSTAN 
 
YESƏVİNİN ŞƏHƏRİ 
YESİYƏ DAİR 
 
Milli Virtual Kitabxananın təqdimatında
 
M İ L L İ
 
V İ R T U A L
 
K İ T A B X A N A
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 2 
 
www.kitabxana.net
 
Milli Virtual Kitabxananın təqdimatında 
 
 
YAQUB 
DƏLİÖMƏROĞLU 
 
TÜRKİSTAN 
 
YESƏVİNİN ŞƏHƏRİ 
YESİYƏ DAİR 
 
Azərbaycan Türkcəsinə uyğunlaşdıran: RƏSMİYYƏ SABİR
 
 
YYSQ - Milli Virtual Kitabxananın 
e-nəşri N 72 (2011) 
 
Şəbəkə redaktoru və e-nəşrə hazırlayanı: 
Aydın Xan (Əbilov) - yazar-kulturoloq 
 
YYSQ - Milli Virtual Kitabxana 
 
Bakı - 2011 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 3 
 
 
 
YAQUB 
DƏLİÖMƏROĞLU 
 
 
 
TÜRKİSTAN 
 
YESƏVİNİN ŞƏHƏRİ 
YESİYƏ DAİR 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 4 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 5 
 
Redaktorlar: 
 
AMEA-nın  müxbir üzvü, fil. e.d. millət vəkili 
NİZAMİ CƏFƏROV, 
         
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı 
ƏKBƏR QOŞALI 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Türkcəsinə uyğunlaşdıran: 
RƏSMİYYƏ SABİR


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 6 
 
Lütfü Şahsuvaroğlu Ağabəyə... 
 
 
TÜRKİSTANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI VƏ XOCA 
ƏHMƏD YESƏVİ 
 
Türkistan  sözü, Türkiyə  türkcəsində  eyni zamanda iki mənada 
istifadə olunur. Bunlar Türkistan bölgəsi və Türkistan şəhəridir. İkisinə 
də Türkistan deyirik. Bunu qarışdırmaq istəməyənlər, Türkistan 
şəhərinə, keçmiş adıyla Yesi deyərək məsələni həll etməyə çalışırlar. 
Eyni anlayışları bizdən daha çox istifadə etmək məcburiyyətində olan 
Türkistanlı qardaşlarımızın tapdıqları çıxış yolu  isə daha fərqlidir: 
Türkistan  bölgəsinə  Ulu Türkistan, digərinə isə, Özbəklər  Türkistan 
şəhəri, Qazaxlar Türkistan Qalası deyərək, dillərindəki çaşqınlığın 
qarşısını alırlar.  
Hər iki isim tarixi həqiqətlərlə qarşımızda dayanır:  tarixdə, 
Türkistan  anlayışına ilk dəfə 7-ci əsr  mənbələrində rast gəlinir. Bu 
əsrdə ərəb və fars tarixçilər, Türkistan sözünü, Türk ölkəsi, Türk yurdu 
mənasında istifadə edirlər.  “Türk Divanı Lüğəti”  adlı böyük əsərində 
Kaşqarlı Mahmud, Türkistanı yenə Türk ölkəsi olaraq, Xəzərin 
üzərindən qıvrılıb qərbdə Rumelinə, şərqdə isə Çinə qədər uzanan 
bölgə olaraq tərif edir. Məşhur rus tarixçisi B.B.Bartodun əsərlərində də 
Türkistan  anlayışına tez-tez rast gəlmək olar.  Kaşqarlı  Türkistanın 
sərhədlərini bir az daraldaraq Xəzərdən-Çinə qədər uzanan bölgə olaraq 
təsvir edir. Türkcəmizdə isə Türkistan anlayışı, Bartodun tərifinə yaxın 
-  qərbdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və 
Tacikistanı, cənubda Əfqanıstanın şimalını,  şərqdə Şərqi Türkistanı 
əhatə edən, qədim Türk yurdlarını ifadə etmək üçün istifadə olunur. 
Türkistan  sözünə verilən ikinci məna, Ulu Türkistanın mənəvi 
özəyi olan, Qazaxıstan sərhədləri içərisində yerləşən  kiçik bir şəhər - 
Türkistan  üçün istifadə edilir. Bu kiçik şəhər, əslində ölkələrə verilən 
böyük ismini, Orta Asiya coğrafiyasında qəbul etdirmiş olsa da, 
Anadoluda, hələ köhnə adı Yesini unutdura bilməmişdir. Yesi bu gün 
Qazaxıstanda Çinkənd vilayətinə bağlı Türkistan şəhərinin məlum olan 
ən qədim adı, yerləşmə yeri isə adına, Kültəpə deyilən bölgədir. 
Kültəpə - üzərində, Yesi şəhərinin qurulduğu təpəcikdir. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 7 
 
Adı niyə Kültəpədir? Məlum deyil! 
Görəsən, Asiyadan Anadoluya kimi, bütün Türk Dünyasını 
yandırıb bir qasırğa kimi küllərini sovuran monqol istilalarından əvvəl 
də onun adı Kültəpə idimi? Bilən yoxdur! 
Kültəpə doqquz metrlik yüksəklik  olduğundan,  buradakı  kəndə 
də “Yassı”  deyilir. Yassı daha sonralar xalqın dilində “Yessi” və 
“Yesi” olur. Bu fikir Yesi sözünün məlum olan tək etimologiyasıdır. 
Monqolların, böyük Türk bilicisi Fərabinin doğulduğu və onun 
dövründə parlaq elm və  ticarət mərkəzi olan Otrarı (Fərab) yandırıb 
yerlə-yeksan  etdikləri dövrdə mənbələr, Yesiden çox tez-tez bəhs 
etməyiblər. Kültəpənin üzərində yerləşən bu kiçik kənd o dönəmlərdə 
mühüm  əhəmiyyət kəsb edən yer olmamışdır.  Belə olsa da, Yesi 
monqol istilaları zamanı yandırılaraq tamamilə məhv edilir. Yeni Yesi 
tarixdə yandırılan hər bir şəhər kimi,  köhnə yerindən bir az uzaqda 
salınır və bugünkü yerində, yəni Kültəpənin qərbində yenidən qurulur. 
Ancaq Kültəpə boş qalmır  və Kültəpədə monqol  istilasının külləri 
arasında bir ocaq yanmağa başlayır. O nuruyla bütün qaranlıq könülləri 
aydınlatmağa  kifayət edən  işıqdır  və  bu işığın  şəfəqi yalnız Yesini 
deyil, bütün Türkistanı, Qafqazı, Anadolunu tutur. 
Bir rəvayətə görə Kültəpədə salınan şəhərin adı Yesi olmazdan 
əvvəl “Asan”dır. Asan, yəni sakit, sülh dolu... 
Yenə də Kültəpədə yanan atəşin alovlarından “asanlıq” yayılır. 
Və bu bir  atəşdir ki, böyük bir mədəniyyətin ruhunu isidir və 
önünü işıqlandırır.  
Və bu bir qordur ki, monqol istilasının yaralarını dağlayır. 
Və Yesi, tarixdə ən parlaq dönəmini, Kültəpənin külləri arasında 
böyük bir ocaq quran Qul Xoca Əhmədin XII  əsrdə burada 
məskunlaşmasıyla yaşamağa başlayır. 
Qul Xoca Əhməd  Qazıqurd  dağının ətəklərində salınmış, 
Türkistana  təxminən 200 km məsafədəki Sayram şəhərində dünyaya 
gəlir.  Atası İbrahimin  və anası Karasaçın  məzarları bu  gün Sayramın 
dağa söykənən hissəsindədir. Onun Türkistana ilk gəlişi kiçik yaşlarına 
təsadüf edir və ilk təhsilini də burada Arslan Babadan alır. Menkıbeye 
görə Arslan Baba Peyğəmbərin əshabələrindəndir  və Kiçik Əhmədə 
Peyğəmbər əmanəti xurmanı gətirmişdir. Dostları ilə birlikdə oyun 
oynayan Əhməd Arslan Baba yoldan keçərkən ona doğru qaçır və 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə