Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 51 
 
xüsusilə həqiqi ziyalılardan yaşı neçə olursa olsun,  heç eşitmədiyiniz 
Stalin tərifləri də beləliklə başlamış olur. Lenin bu mənada daha 
şanslıdır və hələ də böyük miqyasda öz hörmətini qoruyub saxlayır. Ən 
azı keçmişin günahları üçün Lenini söyənlərə rast gəlmək çətindir. Ona 
olan hörmətin hələ də davam etməsinin əsl səbəbi Leninin ölümü ilə 
bağlıdır. Lenin 17 oktyabr inqilabından bir müddət sonra xəstələnmiş 
və inqilab tam başa çatmadan vəfat etmişdir. “O yaxşı işlər görəcəkdi
ancaq ömür vəfa etmədi” düşüncəsi ilə onun adına olan marağın davam 
etməsinin əsl səbəbidir. Buna baxmayaraq, keçmiş sovet ərazisində 
olduğu kimi, Türkistanda da Leninin heykəlini götürmək çətin olmayıb. 
Hər sovet şəhərinin ana meydanlarını dolduran böyük Lenin 
heykəllərinin çoxunu sovetlərin dağılması ilə birlikdə adətən 
dəyişmənin simvolu halına gələrək ardıcıl ortadan qaldırılmışdır. Lakin 
bu bütün şəhərlərdə belə deyildir. Məsələn, Qırğızıstan Respublikasının 
paytaxtı Bişkekdə hələ də Leninin  böyük bir heykəli şəhərin əsas 
meydanında dayanıb. Türkistanda isə keçmiş Kommunist Partiyasının 
binası qarşısında, şəhərin ana meydanlarının birində müstəqillikdən 
sonrakı 6 ildə varlığını davam etdirmişdir. Müstəqillikdən sonrakı 
illərdə Türk-Qazax Xoca Əhməd Yesəvi Universitetinin rektorluq 
binası olan bu yerdə işləyən Türkiyəli məmurlar da  3 il ərzində səhər 
işə gələrkən Lenin tərəfindən qarşılanmış və axşam yenə də onun 
tərəfindən yola salınmışdır. 
Altı metr hündürlüyü  və postamenti ilə  birlikdə səkkiz metr 
ucalığında olan bu heykəli sökmək üçün Türkistanın  o zamankı icra 
başçısı gizli halda gecə əməliyyatı hazırlamaq məcburiyyətində 
qalmışdır. Sovetlərin dağıldığı illərdə böyük sevinc nümayişi ilə Bakıda 
dağıdılan Lenin heykəllərinin əksinə Türkistanda heykəl xalqdan gizli 
şəkildə yoxa çıxarılır.  Lenin heykəlinə bu dərəcə gizli əməliyyat 
hazırlayan icra başçısı xalqa bildirmədən hərəkət etməsində nə qədər 
haqlı olduğunu çox keçmədən anlayır. Heykəli götürdüyü gün günorta 
olmamış xalqı təmsil edən yaşlılardan ibarət bir heyət icra başçısı ilə 
görüşə gələrək “Leninin  heykəlinə nə oldu?” soruşurlar. İcra başçısı 
qocalarla birlikdə bu heykəli götürməyin nə qədər yanlış bir iş 
olduğunu, bunu edən ədəbsizləri mütləq tapıb cəzalandıracağına və 
heykəli mütləq taparaq yenidən bərpa edəcəyinə söz verərək qocaları 
yola salır. Beləliklə, heykəl də götürülmüş olur.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 52 
 
Nəzəriyyəçi və praktik həyatda olanlarla həqiqətən əlaqəsi 
olmayan Marks və Engelsin heykəlləri üçün isə Lenin heykəlindən 
sonra daha dörd il gözləmək lazım gəlmişdir. 
Heykəlləri bir kənara qoyaraq təkrar stansiya binasına dönmüş 
olsaq, burası ana giriş, yolçu gözləmə və restoran olmaq üzrə təxminən 
bir-birinə bərabər böyüklükdə üç salondan ibarətdir. Şəhərə baxan 
hissəsində bina önündə yolçu gözləyən bir neçə taksi sürücüsündən 
başqa adama rastlamaq olmur. Lakin əsas salonda hər zaman adamların 
sayı çox olur. Müxtəlif şəhərlərə gedə bilmək üçün bilet almağa 
gələnlər, qatar vaxtlarını soruşanlar olduğu kimi, ayaqüstü bilet satanlar 
bu salonda sıxlıq yaradırlar. Lakin əsl sıxlıq binanın dəmir yollarına 
baxan tərəfindədir. Geniş və hündür qapıdan sanki başqa bir aləmə 
çıxırsan. Digər qapıdakı sakitliyin əksinə bu tərəfdə həyəcanla çoxlu 
sayda insanlar gözləyir: yolçu qarşılamağa gələn Türkistanlılar, səfərə 
çıxanları yola salanlar, gələn qatarda bir-iki stansiya quru yemiş, 
mövsümə uyğun alma və başqa meyvələr satmaq niyyəti ilə gözləyən 
satıcılar, yük daşıyanlar, stansiya xidmətçiləri, kimi gəzərək, kimisi də 
divar diblərində kürəklərini divara söykəyib gözləyirlər. Bir-birinə 
paralel olan on iki dəmir relsin parıldayan üst səthlərinin xaricində 
illərdən yığılıb qalan yağlardan qaralan zəmin və bütün bunların 
üzərindən keçən uzun dəmir üst keçid bu hissənin soyuq görüntüsünü 
tamamilə artırır. Bura səhranın ortasında öz halında həyat mübarizəsi 
aparan Türkistan şəhərinin ümumi atmosferindən fərqli bir yerdir. 
Bu dəmir relslər üzərindən Qazaxıstan dəmir yoluna aid 
qatarlarla bərabər rus və Özbək qatarları da keçirlər. Varlı yolçular 
Qazaxıstan ekspressinə  üstünlük verirlər. Digər Atrau və Alatav 
ekspreslərinə görə yolçu daşıma haqqı bir az baha olsa da SP adlanan 
xüsusi vaqonları və digər hissələri olduqca təmiz və etibarlıdır. SP 
vaqonlar iki nəfərlik otaqlara bölünmüşdür və bu vaqonlarda yolçuların 
gecələr rahat yatması  üçün verilən yataq dəstləri daha təmiz və 
yenidirlər. Həyat yoldaşları ilə birlikdə bu otaqları tutanlar adətən öz 
yataq dəstlərini istifadə etməyə üstünlük verirlər.  Bundan başqa, bu 
vaqonlara səyyar satıcıların girməsi də digərlərinə nisbətən daha 
çətindir. 
Normal vaqonlarda yolçuluq bir az cəsarət və mübarizə gücü 
tələb edir. Geniş arakəsmələrlə bölünmüş böyük bir salonu xatırladan 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 53 
 
bu vaqonlarda yolçular arasında içki içənlərin üstünlük təşkil etməsi nə 
demək istədiyimizi aydınlaşdırır. Uzun yolçuluqların məşəqqətini 
azaltmaq istəyən bəzi yolçular içki içməklə vaxtı öldürürlər. Hətta 
yolçuluğa tədarüksüz çıxanlar üçün stansiyalarda vaqonlara minən 
səyyar satıcılar əllərindəki pivə qabları ilə xidmət göstərirlər.  
İstər SP,  istərsə də normal vaqonlarda yolçuların can və malları 
konduktorlara əmanətdir. Tünd göy rəngdə uniformaların içində 
qadınlı-kişili bu xidmətçilər özlərindən razı halda yolçuların arasında 
gəzişir, əmredici səs tonları ilə nizam-intizam yaratmağa çalışırlar.  
Sovetlərin dağılmasından sonrakı xaos içərisində ən yaxşı işləyən 
sistem dəmiryolu daşımalarıdır. Təyyarələrin vaxtında uçmaması, hətta, 
səfərlərin ləğv edilməsi adi hal olsa da,  qatarların hərəkətində bu cür 
hallara çox az təsadüf olunur. Xüsusilə ekspreslər vaxtında stansiyaya 
gəlirlər.   


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə