Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 8 
 
“səndəki əmanətimi ver” deyir. Arslan baba xurmanın sahibinin bu 
balaca uşaq olduğunu anlayır. 
Xalq  arasında çox tez-tez  danışılan bu cür hekayətlərin təbiətini 
bilənlərə məlumdur ki,  mənbələr olan hadisələri bir-bir anlatmaqdan 
çox,  sətirlərin arasında gizlənən mənaları,  simvolları yayır və 
yaşadırlar. Onlardan hamı özünə uyğun mənalar çıxardır. Bu, okeandan 
öz qabının həcminə uyğun su almağa bənzəyir. Hər kəsin qabındakı su 
okean suyudur, lakin heç kimin suyu okean deyildir. Mənbələrin bu 
xüsusiyyətlərinə görə qeyd edim ki, Arslan Baba mənbəyində söz 
açılan xurma da, bu ümumi xarakteristikaya uyğun gəlməlidir. Arslan 
Babanın gətirdiyi, “Peyğəmbər əmanəti xurma” bildiyimiz Mədinə 
xurması olmaqdan çox, bir simvoldur. Elmlərin açarıdırmı, yuxarıların 
şirin yemişidirmi? Niyazi Misri Yunusun şeirlərini şərh edərkən bəzi 
simvollara  gəlincə “əhlinə məlumdur”  deyərək, orada nə  deyildiyini 
açıqlamır. Biz də “xurma”ya bu cür yanaşaq: bizə məlum olmasa da, 
əhlinə məlumdur. 
Bu “xurma”nın sahibi  və böyük elmin arxasınca düşən Əhməd 
Buxaraya Xoca Yusif Həmədaninin yanına gedir, burada formalaşır. 
Ustadının vəfatından sonra Yesiyə dönür. 
Bax, bu dönüş Yesinin taleyini dəyişdirəcəkdir. 
Və əvəzində Yesi adını Qul Xoca Əhmədə verir. 
Əhməd, Əhməd Yesəvi olur. 
Yesəvi adıyla birlikdə Yesi də tanınmağa başlayır. 
Lakin onda yaşayanın böyüklüyü özündən çox ucadır. Buna görə 
şəhər bir müddət sonra sakininin tituluyla xatırlanmağa başlayır.     
Çünki Qul Xoca Əhməd: 
Şah-ı Türkistandır; 
Mah-i Türkistandır;  
Və Pir-i Türkistandır.  
Yesəvi Türkistanın piridir. Hətta Türkistanın mənəvi sahibidir. 
Türkiyə türkcəsində “Xoca Əhməd Yesəvi” olaraq söylədiyimiz “xoca 
titulu”  Qazax dilində və əski Türk dilində “k” və “h” səslərinin ortaq 
birləşməsi ilə tələffüz edilərək “khoca” deyilir  və “sahib”  mənasını 
verir. Həvəskarcasına etimologiyaya baş vursaq, Türkiyə türkcəsindəki 
“xoca” və “koca”  sözlərinin kökü “khoca” olmalıdır. “Xoca” elmin 
sahibi, “koca” evin, eşiyin və elin sahibidir. 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 9 
 
Yəni bizim “Koca Yunusun” “kocalığı” ilə “Xoca  Əhmədin” 
“Xocalığı”, Elin sahibi “Türkmən Kocalarının” “kocalığı” da eyni 
nəsnələrdir.  
Dolayısı ilə  Xoca Əhməd Yesəvi hər iki mənada Türkistanın 
sahibidir. Xalq “xoca” desə də incə irfani və təmiz vicdanıyla bu titulun 
əvvəlinə “qul” ifadəsini də əlavə edir. 
 Xoca  Əhməd  Kültəpənin üzərində ocağını qurur və könülləri 
işıqlandırır. Gözəli gözəllik içində təqdim edir. “Hikmətlər” adını 
verdiyi şeirləriylə Türk təsəvvüf ədəbiyyatının ilk yaradıcısı olur. Bu 
şeirlərində ayət və hədislərin daşıdıqları mənaları, xalqın başa düşə 
biləcəyi tərzdə dilə gətirir. Müqəddəs mesaj yüklü “Hikmətlər” dildən-
dilə, könüldən-könülə dolaşır. 
Hələ də xalq arasında əzbər bilinən “Hikmətlər” Anadoluda 
xüsusi günlərdə oxunan Süleyman Çələbi Mövludu kimi özünə uyğun 
bir qaydada dinlənilir.  Mövlud Qəndilində və ya sünnət toyunda yaşlı 
bir adamın nə  isə oxuduğunu görsəniz, bilin ki, Yesəvi Hikmətlərini 
söyləyir. 
Xoca  Əhməd Kültəpədə yanan atəşdən şərqə, qərbə  qığılcımlar 
sıçradır... Orta Asiyadakı bütün Türk elində,  hətta İdil-Ural, Qafqaz, 
Anadolu və Balkan Türkləri arasında onun  “Hikmətlər”i oxunur, 
yetişdirdiyi qəhrəmanlar, onun metoduyla könüllərin yetişdirilməsini 
davam etdirilər. Başqırdıstanda Şeyx Hüseyn, Qafqazlarda Avşar Baba, 
Tokatda Gajgaj Dədə və Şeyx Hüseyn, Merzifonda Pir   Dədə
Kırşəhərdə Hacı Bektaş, Bursada Geyikli Baba və Abdal Musa, 
İstanbulda Horoz Dədə, Filibedə  Kıdemli Baba Sultan, Varnada 
Akyazılı Baba, Babadağda Sarı Saltuk Türk aləminə səpələnmiş və 
Kültəpədən aldıqları atəşi, hərarəti və aydınlığı getdikləri yerlərə 
saçmış Yesəvi qəhrəmanlarının ağsaqqallarındandır.   
Xoca  Əhməd Yesəvi 1166-cı ildə vəfat etdikdən sonra onun 
qəbrini Türk xalqları ziyarətə başlayır. Bundan başqa, Otrarın yox 
olmasından sonra artıq Yesi İpək Yolunun vaz  keçilməz guşələrindən 
biri olur. Şərqdən-qərbə, şimaldan-cənuba gedən karvanlar həmişə 
Yesiden keçib gedir. 
Yesi artıq əvvəlki Yesi deyildir. 
O Ulu Türkistanın qor atəşi, Türk-İslam mədəniyyətinin 
toxumudur.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 10 
 
Yesi şəhəri Qul Xoca Əhmədə adını verirsə də, bir müddət sonra 
Yesəvi də öz şöhrətini şəhərə verəcəkdir. Yaşadığı və uyuduğu şəhər 
onun adıyla xatırlanacaqdır. Artıq Yesinin titulları: 
Şehri Şahı Türkistandır; 
Şehri Mahı Türkistandır; 
Və Şehri Piri Türkistandır. 
Şəhərin adı XV əsrin sonuna qədər Yesi olub. XVI əsrdə Yesiyə 
Türkistan  deyilməyə başlanılır və XVII əsrdə artıq bütün mənbələrdə 
Yesidən Türkistan deyə bəhs edilir. O dövrün bir çox ziyalıları 
tərəfindən  Türkistan,  dönəmin məşhur şəhərləri Səmərqəndlə, 
Buxarayla müqayisə edilir. Hətta Babür dönəmində yaşayan Şair 
Şeybani kimi bəziləri üçün onlardan da ucadır: 
“Övliyalar sərvəri ol Şahi Türkistan imiş, 
Yer  üzünün nuru tutqan Mahi Türkistan imiş
Könlümə gəl gir diyormen ol Semerkand arzulap, 
Bilmemişsen ey könül Dilhani Türkistan imiş”.  
 
      
 
  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 11 
 
ƏMİR TEYMUR, YESİ VƏ YESƏVİ 
 
Yesiyə ən böyük maraq göstərən Türk xaqanlarının başında 
şübhəsiz  ki,  Əmir Teymur  dayanır. “Biz ki, Ulu Türkistanın əmiri, 
Turanın başbuğuyuq”    deyən Əmir Teymur o günə kimi təvazökar bir 
qəbir olan Əhməd Yesəvinin məzarını  böyük bir abidəyə çevirir. 
Teymur Anadoluda səfərləri  zamanı  etdiyi “zalımlıqlarla” tanınsa da, 
elmə, sənətə və mədəniyyətə  verdiyi əhəmiyyətə  görə Türk tarixində 
onun kimisi azdır. Onun Yesəvi Türbəsini düzəltdirmək əmri verməsi 
və Əhməd Yesəviyə hörməti mövzusunda maraqlı rəvayətlər danışılır. 
Rəvayətə görə, Xoca  Əhməd Yesəvi bir gecə Əmir Teymurun 
yuxusuna girərək “Dərhal Buxaraya get, Buxara Xanının  əcəli sənin 
əlindədir” deyir. Buxaraya səfər etməyi düşünən Teymur ertəsi gün 
hərəkətə keçir və böyük  zəfər qazanır. Bu hadisədən sonra Əmir 
Teymur Yesəvi qəbrinin üzərində möhtəşəm bir türbə tikməyi əmr edir. 
Teymurun özü də sufi olduğu üçün  Əhməd  Yesəviyə böyük 
hörmət  etmişdir.  Məşhur bir  hadisəyə görə Teymur Osmanlı padşahı 
Yıldırımla Çubuk ovasında qarşılaşmağa hazırlaşarkən deyir ki: “Rum 
elinə hücuma keçəcəyim zaman Xoca  Əhməd Yesəvi Divanından fal 
açdım və mənə bildirdi ki, başın dara düşəndə rübaimizi oxu. Bu 
rübaini əzbərləyib düşmən ordunun əsgərləri ilə qarşılaşdığımız zaman 
oxudum və zəfər qazandım”. Körpülünün məlumatına görə, Teymur: 
 
Yelda kiceni şems-i şebistan itkan (Uzun gecəni qəndil kimi 
aydınladan) 
Bir lahzada alemni gülüistan itkan (Bir anda gecəni gül 
bağçası edən) 
Ey barçanın müşkilini asan itkan” (Hər kəsin çətinini asan 
edən) 
 
misralarını Yıldırım Bəyazidlə qarşılaşdığı zaman yetmiş dəfə oxumuş 
və döyüşdə qələbə çalmışdır.  
Teymurun elmə və təsəvvüfə verdiyi əhəmiyyət öz türbəsindən 
də aydın olur. Türbəsində kimlərin öz qəbrinin yanında, hansı yerlərdə 
və necə dəfn ediləcəyini sağlığında müəyyənləşdirən Teymur, böyük 
xocasının öz qəbrinin baş ucuna, kiçik xocasının  sağ tərəfinə, öz 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə