Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə3/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 12 
 
oğlunun  isə qəbrin ayaq tərəfinə dəfn edilməsini əmr etmişdir. 
Təsəvvüfdəki mürşidinin isə eyni məkan içində, hamıdan ayrı və daha 
yüksək yerdə dəfn edilməsini tapşırmışdır. Bu gün Səmərqənddə tapılan 
və qızıl ulduzlarla bəzədilmiş qübbəsi ilə dövrünün güc və ehtişamını 
əks etdirən Teymur Türbəsində, alt mərtəbədə  tapılan sandıqçalar 
bölməsini ziyarət edə bilənlər, bu ibrətverici mənzərəyə şahid olurlar. 
Teymur, elm və sənətə verdiyi dəyərlə Sırdərya və Amudərya 
arasındakı Türk mədəniyyətini yeni bir mərhələyə daşıyırdı. Fəth edilən 
hər yerdən elm və sənət adamları  Səmərqəndə dəvət edilir, 
Səmərqənddə isə əkinçiliyə verilən dəyərlə oturaq Türk mədəniyyəti 
yüksəldilirdi. Teymurun o dövrdə tikdirdiyi suvarma kanallarından 
bəzilərinin hələ də istifadə  olunması, bu işlərin nə dərəcədə yüksək 
səviyyədə görüldüyünün isbatıdır. Bu, oturaq həyata keçməklə  yanaşı, 
daha çox köçəri Türk tayfaları arasında yayılan Yesəviyə təriqətinin 
əvəzinə də Nakşibəndiyə formalaşırdı.  Formalaşan şəhər mədəniyyəti 
içində inkişaf edən bu yeni hərəkat hər nə qədər Əhməd Yesəviyə önəm 
vermiş olsa da, Yesəvi yolçuları arasında bir narahatlıq  da yaradırdı. 
Əhməd Yesəvi Türbəsini tikdirməsi, Sırdəryanın şimalında daha çox 
köçəri halında  yaşayan  və böyük əksəriyyətinin ona tabe olduğu 
Türklər arasında Teymura etibar qazandırır. Çünki Teymurun oturaq və 
şəhər həyatına əhəmiyyət verən mədəniyyət həmləsi, Səmərqənd və 
ətrafında təsirini göstərərkən,  Sırdərya çayının  şimalında yaşayan 
Türklər keçmiş adət-ənənələrini və mədəniyyətlərini  yaşadırdılar. 
Teymurun əsil məqsədi bu olmasa da, Əhməd Yesəviyə göstərdiyi 
böyük marağın, Sırdəryanın şimalındakı Türk  boylarının  tabeçiliyini 
qazanması istiqamətində son dərəcə faydalı olduğunu da gözdən 
qaçırmamaq lazımdır. 
Böyük bir mədəni dönüşün liderliyini  edən Əmir Teymur 
formalaşdırdığı və bilərəkdən istiqamətləndirdiyi mədəniyyət 
fərqliliyinə baxmayaraq, soy və boy olaraq ayrılıqları olmayan Sırdərya 
-  Amudərya arasında məskunlaşan Türklərlə, Sırdəryanın şimalındakı 
köçəri Türk topluluqları arasındakı tarazlığı qoruyurdu. Bu gün də xan 
soyundan gəlməyə, başqa bir ifadə ilə ağ budundan olmaya çox önəm 
verən Sırdəryanın şimalındakı Türklərin irəlidə gedənləri, Səmərqəndlə 
bağlı olanlardır. Yörə ləhcəsi ilə “aksüyek” adlanan xanlar və Anadolu 
türkcəsində şahzadə  deyilən “sultanlar”, tez-tez Səmərqəndə gedir, 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 13 
 
hətta bəziləri öz tayfaları ilə əlaqələrini davam etdirərək Səmərqənddə 
yaşayırdılar.  
Teymurun Yesəvi Türbəsinin inşası üçün 1397-ci ildə  başlatdığı 
işlər 1405-ci ildə böyük Türk Xaqanının  Çin səfərinə çıxarkən vəfatı 
nəticəsində yarımçıq qalır və xüsusilə. türbənin ön tərəfi tamamlanmır. 
Teymurun tikdirdiyi əsərlə Türkistan Şəhəri bir az daha məşhurlaşır və 
bu dönəmdə Sırdərya çayının cənubu və şimalında yaşayan Türk 
xalqları arasında mənəvi  bağ  yaradaraq  birliyi təmin edən ən mühüm 
amillərdən biri olur.               
     
        


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 14 
 
SİBİRLİ FƏTİHÇİ ŞEYBANİLƏR VƏ TÜRKİSTAN 
ŞƏHƏRİ 
 
Böyük Teymurun öz soyu xan şəcərəsindən, yəni ağ budundan 
olmasa da, özünü “əmir”  adlandırır. Şeybanilər isə Qızıl Orda 
xanlarından Özbək xanın soyundan idilər. Qızıl Orada dövlətində 
Özbək xanın soyunun hakimiyyətinə  verilən Sibirin Tura şəhərində 
hökmranlıq edən onlara tabe Türk boyları Menqırt, Qaraqalpaq  və 
Naymanlar ilə birlikdə Orta Asiyaya gəlirlər. Şeybani xanlarının ilki - 
Əbul Hayır Xan 1428-ci ildə Turada (bu günkü Tobolsk bölgəsi) taxta 
çıxır və 1468-ci ilə kimi 40 il hökmranlıq edir. 
Ruslar Qızıl Ordanın dağılmasından yaralanıb Sibirə doğru 
irəliləyərkən Ebul Hayır Xan da, Sibirdən  Sırdəryaya  doğru istiqamət 
götürür  və bütün Dəşti Qıpçağa sahib olur. Bu illərdə Teymurilər öz 
aralarındakı çəkişmələr üzündən ardıcıl güc itirirdilər. Dəşti Qıpçaqdakı 
Qazaxlar isə mühüm bir güc idi. Ebul Hayır xan Qazaxları hakimiyyəti 
altında  saxlamaq istəyərkən həyatını itirir. Onun yerinə oğlu, 
Məhəmməd Şeybani keçir. 
Məhəmməd Şeybani  hansı xana  tabe olacağını bilmədən bir 
müddət səhrada at çapır. Bu zaman Çingizin varisi olduqlarını iddia 
edən  iki xan birdən  hökmdarlıq edirlər. Daha sonra Şeybani Mahmud 
Xana tabe olmağa qərar verir. Mahmud xan bu hərəkətinə  görə 
Məhəmməd Şeybaniyə Türkistan şəhərini 1495-ci ildə hədiyyə verir. 
Bu hadisə Türkistan  şəhərinin, o cümlədən  Orta Asiyanın da taleyini 
dəyişdirəcək qədər mühüm əhəmiyyət kəsb etmişdir. 
Türkistan şəhərində mərkəzini yaradan Məhəmməd Şeybani, 5 il 
sonra, yəni 1500-cü ildə cənuba doğru hərəkət edərək Teymurilərin 
paytaxtı Səmərqəndi ələ keçirir. Hüseyn Baykaranın vəfatından sonra 
isə 1507-ci ildə Heratı alır. Beləliklə, İranda hakimiyyətdə olan Səfəvi 
hökmdarı Şah İsmayıl ilə qonşuluğa və eyni zamanda Osmanlılar ilə də 
müttəfiqliyə başlamış olur. 
Osmanlı  Sultanı Yavuzun, Şah İsmayılı məğlub etməsində 
Şeybanilərin böyük payı vardır. Əslində Osmanlı ordusundan daha 
güclü olan Şah İsmayılın əsgərləri qərbdən Osmanlı, şərqdən isə 
Şeybani basqısı altında qalırlar. Yavuz ordusuyla səfərə çıxdığı zaman 
Şeybanilər də Səfəvi sərhədinə əsgər toplayırlar. Şah İsmayıl ordusunu 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 15 
 
iki  hissəyə bölmək məcburiyyətində qalır və əsgərlərinin  bir hissəsini 
Şeybanilərə qarşı şərqə göndərir,  qalanları ilə Osmanlının qarşısına 
çıxır.  Yavuz Şah İsmayılı bu ordusuyla məğlub edir. Bu,  Osmanlı-
Şeybani ittifaqı iki dövlət yıxılana qədər davam edəcəkdir. Şeybanilərlə 
birlikdə bölgəyə Özbək adı da daxil olmuş olur. Özbək sözü, Özbək 
Xan soyundan gələn Şeybanilərə tabe xalq tərəfindən mənimsənilərək 
xalqın adına çevrilir. 
Bu dönəmdə Ulu Türkistanda Qazax və Özbək ayrılması əməlli–
başlı kəskinləşəcəkdir. Sibirdən Orta Asiyaya doğru yürüşlərində 
buradakı Qazaxlarla mübarizələrində xanlarını itirən Şeybanilərlə 
Qazaxların arası bir daha Teymurilər dönəmi Mavera ün nehir və Dəşti 
Qıpçaq əlaqəsinə dönməyəcəkdir. Qazaxlar da, şimaldan gəlib öz 
yurdlarında rahatlıqlarını pozan və daha sonra cənuba keçən 
Şeybanilərə heç yaxşı baxmayacaqlar. 
Qeyd olunanlardan Özbək adı və kimliyinin, bir soy və boy adı 
və kimliyi deyil, siyasi quruluşun xalqa qazandırdığı bir kimlik 
olduğunu söyləmək mümkündür. Belə ki, yüz illərlə İdil-Ural  bölgəsi 
və Sibirdə Özbək Xanın və onun soyundan gələnlərin tabeçiliyində 
hərəkət edən Qaraqalpaqlar, əgər Şeybanilərlə birlikdə Orta Asiyaya 
gəldikləri zaman onlardan ayrılıb Qazaxların yanında yer almasaydılar, 
bu gün biz onlara da Özbək deyəcəkdik. 
Daha sonrakı illərdə Şeybanilərin birliyi pozularkən onların 
içindən çıxan qollar Buxara, Xivə və Hokant Xanlıqlarını yaradırlar. Bu 
dönəmdə Osmanlı-Şeybani ittifaqı da Osmanlı-Buxara ittifaqına dönür. 
Buxara Xanı Abdullah Xan 1582-ci ildə babası Məhəmməd 
Şeybaniyə verilən və ona Mavera ün nəhrinin qapılarını açan Türkistan 
Şəhərinə gəlir və xalq ona tabeçiliyini bildirir. Abdullah Xan Yesəvi 
Türbəsinin Teymur dönəmində yarımçıq qalan hissələrini tamamlayır. 
Türkistan  bu tarixdən etibarən Abdullah Xanın vəfatına qədər onun 
təyin etdikləri insanlar tərəfindən idarə edilir.      
        


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə