Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   2   3   4   5   6   7   8   9   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 16 
 
TÜRKİSTAN ŞƏHƏRİ, QAZAX XANLARI VƏ SONRASI 
 
Teymurun ağıllı siyasətiylə aralarında oturaq və köçəri 
mədəniyyəti fərqliliyinin olmasına baxmayaraq, eyni soydan olan 
xalqlar bir yerdə saxlanıla bilərkən, daha sonralar Sırdəryanın şimal və 
cənubunun yolları ayrılır. Canıbek və Kerey Sultanlar, Sırdəryanın 
şimalına keçərək, buradakı Qazaxları təşkilatlandırmaya başlayır. Bu 
yol ayrılığı  daha sonrakı illərdə  Qazax Xanlığının yaranmasına  səbəb 
olur. 
Türkistan  şəhəri və bölgəsi bu qopmanın keçid hissəsindədir. 
Şəhərin 30 kilometr şimalındakı Qaradağlar ilə 35 kilometr cənubunda 
yerləşən Sırdərya arasında qalan bölgə yəni, Qazaxlara görə “Sır boyu”, 
bu oturaq və köçəri mədəniyyətinin birlikdə yaşandığı ərazidir. Kerey 
və Canıbek Xanlarının özlərinə paytaxt olaraq seçdikləri Sığınak şəhəri 
də bu keçid mədəniyyətinin yaşandığı Sır boyu ilə şimaldakı səhralarda 
köçəri halda  yaşayan Qazaxlar arasında düz keçid nöqtəsindədir. 
Sığınak şəhərinin bugünkü yeri Qızıl  Orda Vilayətinin, Jangakorqan 
Quberniyası, Tömənarık kəndinə 20 km məsafədə yerləşir. Daha sonra 
cənubda hökmranlıq edəcək Şeybanilərin ilk xanı, bu Sığınak şəhərinin 
hücumu zamanı vəfat edir. 
Türk tarixi üçün mühüm bildiyimiz bir hadisəni də burada 
söyləməyin faydası vardır. XIV əsrdə Sığınak şəhərinə gedən səyyah 
İbn Ruzbehan, “Sığınak xalqı arasında Türklər, Qazaxlar və 
Qaraqalpaqlar yaşayır” deyə məlumat verir. İbn Ruzbahanın bəhs etdiyi 
Sığınaqda  yaşayan xalqlardan Qaraqalpaqlar Şeybanilərlə birlikdə 
hərəkət edərək Sibirdən cənuba enən qruplardan biri olmaqla bərabər
daha sonra Şeybanilərlə birlikdə hərəkət  etmək əvəzinə, Qazaxlarla 
bərabər  olmağa üstünlük vermişlər. Bu ittifaq Qazax xanı Teuke Xan 
dönəmində “Altı Alaştan birisi” sayılacaq qədər yaxınlaşmışdır. Bu gün 
də Qazax xalqının özünə ən yaxın hiss etdiyi Türk xalqları arasında ilk 
yerləri Qaraqalpaqlar və Qırğızlar tuturlar. Sığınaqda Türk olaraq 
adlandırılanlar isə müxtəlif Türk xalqlarından oturaq  həyata erkən 
keçən xalqın ortaq adıdır. 
Qazax kimliyinin meydana çıxışı da Özbəklərdən fərqli deyildir. 
“Qazax”  sözünün əsas anlamı “nüfuz tanımayan və öz başına buyruq” 
deməkdir. Sırdəryanın şimalındakı Canıbek və Kerey Sultanlarla 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 17 
 
başlayan hərəkatların və bu hərəkata qatılanların ilk adı “Özbək 
Qazaxları” olmuşdur. Uzun illərin əmələ gətirdiyi oturaq  və köçərilik 
mədəniyyət fərqliliyinə də yerləşən bu hərəkat daha sonra öz dövlətini 
və kimliyini yaratmışdır. 
Türkistan şəhəri XVII əsrdən başlayaraq Ulu Türkistanda yeni və 
mühüm  dəyişikliklərin mərkəzi olacaqdır. Türkistan  bu tarixdən 
etibarən Qazax Xanlarının paytaxtı olur ki, bu hadisə Türkistanın 
Əhməd Yesəvi və Şeybanilərdən sonra Türk  tarixinə atdığı üçüncü 
böyük imza olacaqdır. 
Türkistandakı Qazax xanlarının ilki Esim Xandır (1598-1628). O, 
göstərdiyi  xidmətlərlə tanındı. Xalq arasında söylənən “Esim salqan 
(etdiyi) qədim yol” sözü onun xidmətlərinin yayılmasına işarədir. Esim 
Xandan sonra sırayla oğlu Cahangir (Jihanger), Batır Xan taxta çıxdılar. 
Bunlardan sonra 1680-ci ildə taxta çıxan Teuke Xan Qazaxlar arasında 
ilk dəfə qurduğu şura ilə dövlət həyatında yeni bir mərhələni başlatdı. 
Bu gün daxil xalq arasında yayılan “Altı Alaş” fikri bu mərhələdə 
formalaşdı. Altı Alaşın içinə: 
1. Şərqi Türkistanda yaşayan Qazax qrupları, Ulu Cüz; 
2. Orta Qazaxıstanda yaşayan Qazax qrupları, Orta Cüz; 
3. Qərbi Qazaxıstanda yaşayan Qazaxlar, Kiçik Cüz; 
4. Qırğızlar; 
5. Qaraqalpaqlar;  
6. Giyat və Kataqan kimi qruplar daxil idi.      
Bu qrupların hamısı Teuke Xana tabeydilər və bu dönəmdə Ulu 
Cüzü təmsil  edən  Töle Bi (bey), Orta Cüzü təmsil edən Kazıbek Bi, 
Kişi Cüzü təmsil edən Ayteke Bi, Qırğızlardan  Goqırım Bi, 
Qaraqalpaqlardan  Sasık Bi, Türkistan  şəhərindəki şurada Xanın 
yanında idilər. Bu dönəm Qazax Xanlığının ən parlaq illəri oldu. 
Kayıp Xan Bolat Xanlarla davam edən Qazaxların bu birlik dövrü 
Monqol qrupu Jonqarlarla 1723-cü ildə məğlubiyyətləriylə sona çatdı. 
Şərqi Türkistan və Ulu Cüz Jonqarların əlində qaldı. Bundan sonra Orta 
və Kiçik  Cüzlər ayrı-ayrı xan müəyyənləşdirdilər.  Teukenin nəvəsi 
Sameke Xan 1726-cı ildə Orta Cüzün Xan oldu və  xanlığın  mərkəzi 
yenə Türkistan şəhəriydi.    
Kiçik Cüzün xanı isə Ebul Hayır oldu. Kiçik Cüz Rusiyaya qonşu 
olaraq yaşayırdı. Odur ki, Qazaxların bu zəif vaxtında Kiçik Cüzün 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 18 
 
Xanı Ebul Hayır 1731-ci ildə ruslarla müqavilə imzalayaraq onlara 
tabeçiliyini  bildirdi. Bu tarixdən sonra Türkistan  şəhəri müstəqil, tək 
Qazax xanlığının mərkəzi olmaqla yanaşı, bütün Qazaxların Rusiyaya 
qarşı apardıqları istiqlal mübarizəsinin də mərkəzinə çevrilir. Sameke 
Xandan sonra taxta Abdulməmməd Xan çıxır. Abdulməmməd Xan öz 
razılığıyla Xanlığı 1739-cu ildə Abılay Xana təhvil  verir. Abılay Xanın 
ruslara və monqollara qarşı qazandığı zəfərlər xalq arasındakı etibarını 
kifayət qədər artırır. Abılay Xan bu mübarizəsində yalnız Qazaxların 
deyil, rusların əlinə keçən digər Türk  xalqlarının da müstəqilliyini 
düşünə biləcək qədər geniş ağıllı, milli şüuru sağlam, böyük bir xan idi. 
Tarixçi professor Mehmet Saray Osmanlı Arxivində apardığı 
tədqiqatlar zamanı  Abılay Xanın Osmanlı padşahına  yazdığı məktuba 
rast  gəlir. Məktubda Abılay Xan “Bizim şimalımızda Başqurd isimli
əhli  sünnətdən bir xalq yaşayır. Bunlar ruslara əsir düşüblər. Qazax 
Xanlığının  və Osmanlı İmperatorluğunun  güclərini  birləşdirərək 
Başqırdları  rus əsarətindən  xilas edək” deyir.  Bu sənəd  Abılay Xanın 
təkbaşına nə qədər böyük bir siyasi məqsədi olduğunun yetərli isbatıdır. 
Bu səbəbdən də, bu gün Qazaxlar arasında Abılay adı milli birliyin, 
istiqlal və hürriyyətin  bayrağını hər zaman ucada tutmağın bir 
simvoludur. 
1771-ci ildə  bütün  Qazaxların boylarından gələn bəylər, xanlar, 
qəhrəmanlar qısası, Qazax xalqının  qabaqcıl adamları Türkistan 
şəhərində  toplaşırlar  və  Yesəvi Türbəsinin Böyük Aksaray salonunda 
toplantı keçirirlər. Bu toplantıda  təmsilçilər həmfikir olaraq apardığı 
böyük mübarizə və bunun sayəsində artan etibarı ilə Abılayı bütün 
Qazaxların xanı elan edib “Ağ otağa” oturdurlar.  Abılay Xan 1781-ci 
ildə vəfat etdikdən  sonra taxta Vəli xan çıxır  və onun dövrü uzun 
sürmür və Türkistan yeni macəralara sürüklənir. 
Türkistan 1785-ci ildə Buxara xanı MirŞahmuradın əlinə keçir. 
Şahmurad Türkistanı əlində çox saxlaya bilmir. Daşkənddə hökmranlıq 
edən Yusif Xoca 1799-cu ildə Türkistana daxil olur. Yusif Xocanın 
vəfatından sonra Türkistan  təkrar Buxaraya tabe olur. 1819-cu ilin 
yayında Türkistan Xokant Xanı Ömərin əlinə keçir və 12 iyul 1864-cü 
ilə qədər Xokantın tabeçiliyində qalır. Ömər Xanın Türkistanı aldıqdan 
sonrakı hərəkətləri, o dövrdəki dövlətlərin Türkistan  şəhərinə niyə bu 
qədər maraq göstərdiklərinin də açıqlamasıdır. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə