Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   35   36   37   38   39   40   41   42   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 147 
 
Süfrədə  olan bal kasasına  işarə edərək “Qazıqurd  balıdır, yeyin” dedi. 
Qımızda Qazıqurd dağının nə təsiri vardı, hələ görməmişdim, amma bal 
həqiqətən də dadlı idi. Qazaxıstanın cənubunda pambıq ballar geniş 
yayılmışdır. Geniş yayılan pambıq təsərrüfatçılığından arılar bal 
toplayırdılar. Pambıq  ballar həm ağ rəngli olur,  həm də tez 
kristallaşırdı. Qarşımızda dayanan Qazıqurd  balı isə qızılı rəngi ilə 
həqiqi çiçək balı idi. Hələ Qazıqurdu görmədən çiçəkləri gəlmişdi bizi 
görməyə. Çömçəsi əldən - ələ gəzərək bir saatdan çox köpükləndirilən 
qımıza  Muxtar “Qazıqurd qımızı”  deyərək bizə verdi. Əlindəki çömçə 
ilə qımızı piyalələrə tökərkən,  bir yandan da  qımızın süfrəyə 
verilməsindən  bəhs edirdi. Qımız əsla səs  çıxartmadan piyaləyə 
tökülməli imiş. Əgər çömçədən axıdılarkən şırıltı səsi çıxarsa bu 
qonağa təhqir sayılırmış. Bir yandan danışır,  o biri yandan qayda ilə 
piyalələri doldururdu.  
Yuvaşlığın təsirimi, bu qədər köpükləndirilməsinin  nəticəsimi, 
yoxsa  Qazıqurdun əsəri olduğundandırmı  bilmirəm, amma bu içdiyim 
ən gözəl qımız idi. Ev sahibi qımıza bal qarışdırmağımızı tövsiyə etdi. 
Biz də əməl etdik. Ay, Allah! Bu qarışıq dünyanın ən gözəl 
içəcəklərindən biri olmuşdu. Yarım litr böyüklüyündəki kasalardan 
beşmi  içmişdik,  altımı, hesabı qarışdırmışdıq. Bu xoş ləzzətə 
dayanmayıb, bir az çox içdiyimiz dəqiq idi. Rəhmətlik professor 
Əbdülməcid Doğru Xoca Pamirdə Türk Dağçıları kitabında “çox 
miqdarda qımız içib,  əsəb sistemi pozulmayanların Türk  olduqlarına 
qərar verə biləcəyini” yazır. Ali Ağabəylə Xocanı xatırlayıb “baxaq 
görək səhərə türklük testindən necə çıxa  biləcəyik” deyərək 
zarafatlaşdıq. Saat ikiyə yaxınlaşırdı. Ertəsi gün yorucu bir gün 
olacaqdı. Bizim üçün hazırlanmış tərtəmiz yer yataqlarında istirahət 
etməyə getdik. 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 148 
 
ÖNCƏ AKBUĞRA 
 
 
Səhər qalxmağımız istənildiyi vaxt saat beşə yaxınlaşırdı. Dan 
yeri ağardı.  Üzümüzü yumaq üçün həyətə çıxdıq. Səyyar əlüzyuyanın 
üzərində yerləşdirilmiş dörd litrlik bir qabdan axan suda əllərimizi 
yuyacaqdıq. Silindrin altında on beş santimetrlik bir metal çubuq vardı. 
Əlinizlə bu çubuğu yuxarıya itələdiyiniz zaman su axmağa başlayır, 
ovcunuz suyla dolub, əlinizi çəkdiyinizdə çubuq öz ağırlığıyla təkrar 
yerinə gəlir və üzərindəki diyircək suyun axmasını əngəlləyirdi. Bu su 
qabları Orta Asiyada çox geniş yayılmışdı. Şəbəkə suyuna  bağlı 
olmayan hər bir evin qarşısında bunlardan var idi. Nə zaman bu qabları 
istifadə etsək,  Ali Ağabəy heyfsilənirdi. Yenə bir yandan ovucunun 
içiylə çubuğa basıb suyu axıdır, bir yandan da “Anadoluda bu adəti 
niyə bilməzlər! Halbuki nə qədər praktikdir. Bunlar bizim kəndlərdə 
çox işə yarayar. Türkiyədə də bu adət tanıdılmalıdır. Antəpli ustalara 
bir tərif etsən, bunu gözü qapalı hazırlayarlar...” Bu cümlələri Ali Ağa 
bəydən bəlkə 40-cı dəfə eşidirdim. Amma hər səfərində ilk dəfə 
eşidirmişəm kimi maraqla dinləyirdim. Ali Ağabəy Anadolu insanını o 
qədər sevirdi ki, kəndlərimizin halı gözünün qabağına gəlirdi.    
Gecədən  qabın içində qalıb  yaxşıca soyumuş suyu üzümüzə 
vurmağımızla yuxumuz qeyb olurdu. Bu arada bir az da tərəddüdlə Ali 
Ağabəyə Məcid Xocanın testini xatırlatdım. İkimizə də test müsbət 
nəticə vermişdi. Təlaş ediləcək bir şey yox idi. Tələsik çayla kiçik səhər 
yeməyi yeyib yola başladıq. Öncə Akbuğra Türbəsini ziyarət edəcək və 
oradan  Qazıqurda çıxacaqdıq. Kənddən çıxar-çıxmaz “bax, Qazıqurd” 
dedilər. Gecə çox fərq etməmişdik, qaldığımız ev  Qazıqurd  Dağının 
düz ətəyində idi. Kazıkurdun heybətli bir görüntüsü vardı. “Bu Ata 
Qazıqurd” dedi Abay. “Daha irəlidə Ana Qazıqurd var. Vaxtımız olsa, 
oraya da çıxarıq”. Qazıqurd Dağının iki zirvəsi vardı, tipik Böyük Ağrı 
və  Kiçik Ağrı kimi. Biz böyüyünün, Ata Qazıqurdun ətəklərindəydik. 
Yolumuz dağın ətəyindən qıvrılaraq davam edirdi. Dağın ətəklərindəki 
sürülə biləcək hər yeri kəndlilər əkmişdir. Tarlaların arasında 
irəliləyirdik. İki və ya üç kiçik vadidən keçdikdən sonra böyüklüyü 
əvvəlkilərdən çox fərqlənməyən,  amma yamyaşıl bir vadinin içində 
özümüzü gördük. Demək ki, digərlərində olmayan burada vardı: 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 149 
 
vadinin  ortasından bol su axırdı. Vadinin düz başladığı yerdə kiçik, 
onun bir az aşağısında isə iki mərtəbəli bir tikili var idi. Abay “bura Ağ 
Buğra Övliyanın Türbəsi olmalıdır” dedi. Bu, vadinin başındakı çox da 
möhtəşəm  olmayan, Qazax məzarlıqlarında belə rastlana  biləcək 
növdən, daşdan kiçik bir tikiliydi. Bütün sevimliliyi ilə vadinin başına 
qurulmuşdu. Quruluş tarixini indi xatırlamıram. Amma bəlkə də 
müstəqillikdən sonra əhya  edilən müqəddəs yerlərdən biri də ola 
bilərdi. Yanında da iki mərtəbəli bir ev var idi. Vadiyə həyat verən su 
bu tikilinin divarının düz yanında fışqırırdı. Yerin altından gurul-gurul 
fışqıraraq bayıra çıxan su, sanki Akbuğra Türbəsinin içindən tökülürdü. 
Bu suyun çıxışını seyr etmək çox gözəl idi. Gözlərimiz suyun qabarıb 
çəkilməsinə dalıb gedirdi. Doğrusu, yalnız bu suyun çıxışını seyr etmək 
üçün bu yolçuluğumuzun zəhmətlərinə dəyərdi. Abay bu sudan abdəst 
almağımızı təklif etdi. Bu abdəst türbə ziyarəti üçün idimi, yoxsa bir az 
sonra çıxacağımız Qazıqurd üçünmü, aydın deyildi, amma mənə 
qalarsa Abay hər ikisi üçün də bunun lazım olduğunu düşünürdü. 
Məmnuniyyətlə qollarımızı sıvamağa başladıq. Bu bulağa toxunmaq 
bambaşqa bir zövq olacaqdı. Türbəyə girdiyimiz zaman adətə görə dua 
etmək vəzifəsi ən böyüyümüz olaraq Ali Ağabəyə düşürdü. Ali Ağabəy 
qəbir ziyarətinin təsiri altında fatihə oxuyacaq və türkcə dua edəcəkdi. 
Belə etmək adət idi. Qazaxlar qısa arzu cümlələrini  qafiyələrə 
uyğunlaşdırıb şeir kimi dua edirlər. Bu duaları ərbabından dinləmək 
çox zövqlü olur. Hətta gözəl duaların kitabları belə vardır. Üzərində 
“Akbata” yazılı kitabçaları hər yerdə görmək mümkündür. Qazaxlar 
“Bata” sözünü, dua mənasında istifadə edir. Çox geniş etimoloji biliyi 
olan Ali Ağabəy Bata sözünün “fatihə” kəlməsinin dəyişilməsindən 
gəlməsini detallarıyla izah edir və hər dəfə də “başqa dildən alınan bir 
kəlmə ancaq bu qədər dəyişdirilə  bilər” deyir və gülürdü. Qəbirin 
başına çatdığımız zaman Abay “Aləkə  Bata ber” dedi. Bata vermək 
bizim adımızdan  dua etməsi deməkdi.  Ali Ağabəy usula uyğun olaraq 
fatihə  oxumuş və türkcə duaya başlayacaqdı ki, Abay gur səslə araya 
girdi. Bu da adətə  uyğun idi: ikinci, üçüncü,  hətta dördüncü adam da 
surələr oxuya bilərdi, amma arzu hissəsi mütləq orada olan ən böyük, 
yəni  Qazax  təbiriylə ağsaqqal tərəfindən edilməliydi. Bizim 
ağsaqqalımız  Ali Ağabəydi. Bura qədər hər şey normal idi. Amma 
Abayın Quran oxuma tərzi bizi çaşdırmışdı. Ali Ağabəylə göz-gözə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 150 
 
gəldik. Mən dua etməyi dayandıraraq çiynimdəki kameranı götürdüm, 
bunu qaçırmamalıydım. Abay adətən bir baksıya dönmüşdü. Quran 
oxumasındakı musiqi şaman melodiyası idi. O da fatihə surəsini 
oxuyurdu. Qazaxların adətən tələffüz etməkdə çətinlik çəkdikləri səsləri 
saymasaq,  surənin oxunuşunda xəta yox idi, amma o melodiya, sanki 
əsrlər əvvəldən keçib gəlirdi.  Mədəniyyətin gücünü izah  etmək 
hərhalda dünyanın ən çətin işlərindən biridir. Abay oxumasını bitirib 
dayandı. Bu, dua sırasının gəldiyini və sözün Ali Ağabəyə keçəcəyinin 
işarəsi idi. Ali Ağabəyin dualarına qoşularaq  türbədən çıxdıq. Biz 
türbədə ikən iki maşın da gəlmişdi. Qadınlı, kişili qrup sağa, sola 
qaçırdılar. İki mərtəbəli binanın alt mərtəbəsi də açılmışdı. Bura geniş 
bir salon idi. Bir küncündə bir balon qaz və ocaq, digər tərəfdə isə bir-
iki masadan başqa bir şey görünmürdü. Abay “əgər dünən gecə Muxtar 
Ağanı evdə tapa bilməsəydik,  biz də bu binanın üst mərtəbəsində 
qalacaqdıq” dedi. Üst mərtəbədə nələr vardı,  onu görmək imkanımız 
yoxdu. Lakin alt mərtəbənin,  qurban kəsənlərin ətləri  bişirib qonaq 
etmələri üçün yer olduğu başa düşülürdü. Yeni gələnlər də qurban 
kəsməyə  hazırlaşırdılar. Abay maşından bir şüşə götürərək bulaq 
suyundan doldurdu. “Yuxarıda ehtiyacımız olur” dedi. Çörək, bir neçə 
pomidor və tərəvəzdən ibarət olan torbamız Muxtarın əlindəydi. Artıq 
Qazıqurda dırmanmağa hazırdıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 151 
 
BUDUR, QAZIQURD 
 
 
Akburğadan hərəkət etdiyimiz zaman kiçik bir təpəni dırmanaraq 
geniş düzlüyə çıxdıq. Buraların iç Anadolu dağ yamaclarından fərqi 
yox idi. Otlar, yovşanlar  və kiçik dağ çiçəklərinin arasında uzanan bir 
cığırda yeriyirdik. Qazıqurdun  ətəyində bu kiçik təpə belə nəfəsimizin 
zorlanmasına yetmişdi. Bu düzlükdə yeriyərkən nəfəsimiz də yerinə 
gəldi. Sonra bir vadini, daha sonra o birini keçdik. Bax, budur 
Qazıqurdun  ana zirvəsinin  önündəyik. Buraya qədər olan məsafə belə 
bizi yormaya yetmişdi. Üstəlik paltarlarımız havaya heç uyğun deyildi. 
Bu mövsümdə istilərin kifayət qədər yüksək olduğu Türkistan iqliminə 
görə geyinmişdik. Günəşin yüksəlmiş olmasına baxmayaraq, hava hələ 
də üşüyəcək qədər sərindi. Qazıqurdun zirvəsi daha da soyuq olacaqdı. 
Ali Ağabəy buradan geri dönmək istədi. “Siz çıxın,  mən maşının 
yanında gözləyəcəyəm” dedi. Maşınımızı Akbuğrada saxlamışdıq. Başa 
düşdük və o geri döndü. Muxtar düz yolda yeriyirmiş kimi dağa 
dırmaşırdı. Arxasınca ona çatmağa çətinlik çəkirdim. Abay da Ali 
Ağabəyin geri dönmək məcburiyyətində qaldığına heyfsilənirdi. Biz 
yeridikcə  Qazıqurdun  zirvəsi sanki yuxarı qaçırdı. Bəlkə yarısına 
gəlmişdik və ya o qədər olmamışdı ki, artıq mən  də Ali Ağabəy kimi 
geri dönmək istədiyimi söylədim. Əslində bunu çoxdan söyləmək 
istəyirdim. Amma inadla dırmaşmağa çalışırdım. Lakin artıq zirvəyə 
baxdıqca gözlərim qaralırdı. İkisi  birdən etiraz etdilər. “Bura qədər 
gəlib dönmək olmaz” dedilər. Çarə yoxdu, dözməliydim. Artıq zirvəyə 
yaxınlaşmışdıq. Bitki örtüyü də nazikləşmişdi. Ətraf kiçik daş 
parçalarıyla doluydu. Son taqətimizi də toplayaraq nəhayət Qazıqurdun 
zirvəsinə çatdıq. Günəş xeyli yüksəlmiş, sərin külək hələ də davam 
edirdi. Abay “Nuh Peyğəmbərin Gəmisinin oturduğu yer, bax, budur” 
dedi. İki yanda yeddi-səkkiz metr yüksəkliyində qayalıq sütunlar vardı. 
İki sütununun arası on beş metrə yaxındı. “Bu şəkli gəmi yaratmışdır” 
deyə Abay izah etdi. “Tufan zamanı sular bu dağı da aşmışdır. Suların 
çəkilməyə başlamasıyla gəmi gələrək dağa çarpmış, öz şəklini verərək 
buraya oturmuşdur”. Günəşin  qarşısında,  soldakı qayalığın dibində 
oturduq. Həddindən artıq yorğun olduğumuzdan oturan kimi yatmışam. 
Oyandığım zaman bütün yorğunluğum keçib getmişdi. Hər halda 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 152 
 
yoldaşlarım uzun müddət yanımda gözləmək məcburiyyətində 
qalmışdılar. Bunun görə utanırdım. Saatıma baxdım. Sən demə cəmi 10 
dəqiqə yatmışam. Lakin bu nə qədər rahatladıcı bir yuxu idi. Bu zaman 
Muxtar torbanı açıb pomidorları və tərəvəzləri çıxarıb süfrə açmışdı. 
Abay isə bu yuxudan son dərəcə məmnundu: “Qazıqurd  səni qəbul 
etdi” sevincək dedi. Oturduğumuz qayalıqdakı 3 metrəyə yaxın bir 
budağın üzərində  tuğ bağlanmışdı. Bu tuğ övliya qəbirlərinin başına 
qoyulan növlərdəndir. Orta Asiyada qəbirdə yatanın övliya olduğunu 
göstərmək  üçün belə tuğlar qoyulduğunu bilirdim. Yesəvi  Türbəsinin 
qədim fotolarında da bu cür tuğlar var idi. Teymur Xan şeyxinin 
qəbrinin başında və Şahı Nəqşibəndin qəbrinin başında da bu tuğdan 
vardı. Görəsən Qazıqurdun zirvəsində də bir övliya qəbri yerləşirdimi? 
Abaydan soruşdum. Bir az gülümsəyərək oturduğumuz yerin düz 
üzərində asılmış bir mərmər lövhədəki yazını mənə göstərdi. Lövhədə 
qazaxca “Nuhun gəmisi Qazıqurda oturdu - heç kəraməti olmasa Nuhun 
gəmisi bura oturardımı ” yazırdı. Amma Abay lövhəni oxuyarkən “heç 
övliya olmasa oturardımı?” deyə oxuyurdu. Başa düşdüm. Qazax xalqı 
bu müqəddəs dağa  “övliya hörməti” ilə yaxınlaşırdı. Torosların övliya 
təpələri kimi. Acmışdım. Bir yandan gətirdiklərimizi yeyir, bir yandan 
da Abayı dinləyirdk. Muxtar yalnız onun danışdıqlarını təsdiqləmək 
üçün söhbətə qarışırdı. Abay qarşımızdakı qayalıq sütunundan bir deşik 
göstərərək “bu qayaların arasındakı deşikdən keçənlərin günahları 
təmizlənir” deyirdi. “Əgər pis niyyətli və çox günahkarsansa, qayalar 
səni sıxar və keçə bilməzsən” deyə əlavə etdi. Anadolunun Hacıbektaş 
Türbəsini xatırlamamaq qeyri-mümkün idi.  
Bir az sonra köynəyini çıxararaq bəhs etdiyi aralığın bir yerindən 
girib,  digər yandan çıxdı.  Çıxış yeri dar idi və iri vücudu qayalara 
sürtünmək məcburiyyətində idi. Çıxdıqdan sonra dərin bir nəfəs aldı, 
bəlli ki, psixoloji olaraq çox rahatlamışdı. Mənə də aralıqdan keçmək 
üçün çox israr etdi. Bunun üçün köynəyimi  çıxarmamağım  şərt idi. 
Mən geyimli halda üşüyürdüm. Bir də vücudumun soyuq qayalara 
toxunacağını düşünüb  ürpərdim. Təklifini qəbul etmədim. Muxtar da 
keçməyə təşəbbüs etmədi. Gəminin oturduğu söylənən ərazidən irəliyə 
doğru yeridik. Qazıqurdun bu ərazisi çox sərt bir qayalıqdı və dimdik 
aşağıya doğru enirdi. Dədə Qorqudun Salur Qazana yuvarlanan qayanı 
tutdurduğu yer bura olmalıydı. O igid bax, bu cür mədh edilirdi. Bu 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 153 
 
dimdik yamacdan yuvarlanan qayanı yaxalayan ər, necə bir ər ola bilər 
ki!    
Buradan şimalda bir dağ sırasına qədər üfüq uzanırdı. Bu dağlar 
isə Dədə Qorqudun “qarşı yatan qara dağlar” dediyi yerlərdir. Hətta 
Sibir küləklərinə keçid verən kanyon da buradan açıq görünürdü. 
Qərbə doğru isə ucsuz-bucaqsız düzlük vardı. Çimkənd şəhəri 
ayaqlarımızın dibindəymiş kimi yaxında görünür, ona təpədən baxırdıq. 
Sanki gözümüz seçə bilsə, Türkistan, hətta Qızıl  Orda şəhəri belə 
görünəcəkmiş kimi dümdüz bir ovalıqdı. Dayanıb Türkistanın yerini 
tapmağa çalışdıq, xeyir,  çılpaq gözlə görünmürdü. Abay Qazıqurdu 
anlatmağa davam edirdi: “Qorqud Ata” Qazaxlar Dədə Qorquda belə 
deyirdilər; “burada inzivaya çəkilmişdir”. “Xalqın çoxu bilmir, o da 
ərənlərdəndir”. “Yesəvi Atanın da bu zirvədə təvəkkül etdiyini” 
anladırdı. 
Cənubda Ana Qazıqurd dağı görünürdü. Alpər Tunqanın aslanları 
onun bağrını taclandırırdı. Hələ  balacaydı və arxasında görünən yerlər 
isə Özbəkistan torpaqlarıydı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 154 
 
DİLƏK VƏ VİDA 
 
 
Zirvədə olan bir-iki kola da xalq parçalar bağlayaraq,  onları 
rəngbərəng etmişdilər. Dilək tutmanın bu şəklini bilirdim, amma bir də 
kiçik daş parçalarından üst-üstə qoyularaq əmələ gələn yığınlar vardı. 
Bunlar dilək diləyənlər tərəfindən edilmişdi. Bunlar Abayın anlatdıqları 
idi. Bezlərin  və  daşların  çoxluğundan məlum olurdu ki, niyyət tutmaq 
üçün Qazıqurda çıxanlar az deyildi. Ətraf yerlərdən, hətta Alma-atadan, 
Qızıl  Ordadan gələnlərin olduğunu Muxtar söyləyirdi. “Artıq ta 
Türkiyədən gələnlər olduğunu siyahıya əlavə edə biləcəklərini” 
söyləyərək yığınların üzərinə bir daş da mən qoydum. Nə dilədiyimi 
soruşmadılar, çünki onlar da “diləyin açıqlanması halında həyata 
keçməyəcəyinə” inanırdılar. 
Artıq enirdik. Enmək çıxmaqdan daha çətindi. Muxtar bir dərə 
yatağına doğru girmişdi. O bu yerləri çox yaxşı tanıyırdı. Abayla mən 
çıxdığımız cığırdan enməyə çalışırdıq. Abay bir az geridə qalmışdı. 
Özümü saxlaya bilmədiyim yerlərdə qaçaraq enirdim. Ara-sıra Abayı 
görürdüm. Muxtar isə heç görünmürdü. Hər halda Abaydan çox 
geridədir, deyə düşündüm. Enməyə davam edirdim. Xeyli enmişdim ki, 
gələrkən keçdiyimiz dağa yaxın iki dərənin arasındakı düzlüyə bir 
qoyun sürüsü daxil olmağa başladı. Arxadakılar çatsın deyə yeriməyi 
yavaşlatdım. Vadiyə  yaxınlaşınca dayanıb gözləməyə başladım. Abay 
görünürdü, amma Muxtar isə hələ də yox idi. Sürünün arxasında olduğu 
vadiyə tamamilə  yaxınlaşmışdım ki, qoyunlara yaxın bir yerdə başını 
qoluna dayayıb yatan birinin olduğunu gördüm.  “Yəqin ki, çoban 
sürüsünün başında, hər  halda itlərinə də nəzarət edir” deyə bir az 
rahatladım. Artıq dayanıb yoldaşlarımın gəlməsini gözləyəcəkdim. Bir 
müddət sonra Abay da gəlmişdi, amma Muxtar hələ də görünmürdü. 
Abaya  “Muxtarı da gözləyək” dedim. Hərhalda başa düşmədi 
“Görünmür belə, geridə qaldı. Bir şey ola bilərmi?” soruşdum. Abay 
güldü. “Vadinin  qarşısında yatan adam Muxtardır” dedi. İnanmaq 
çətindi. Muxtarın keçdiyi dərə yatağında cığır belə yox idi, daşların 
arasında yeriməsi daha çətin olmalı deyildimi? Vadinin kənarına 
gəlmişdik artıq, qarşı tərəfdə yatan həqiqətən də Muxtar idi. İlk 
müşahidəmdə haqlı idim: Muxtar  dastan qəhrəmanı kimiydi. O, sanki 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 155 
 
uçaraq  Qazıqurda enmişdi. Bu qədər tez başqa cür enilməzdi. Ali 
Ağabəyin yanına gəldiyimiz zaman onu Akbuğranı ziyarətə gələnlərlə 
münasibət yaratdığını gördük. Hətta uşaqlarla belə dost olmuşdu. Bu 
səhranın ortasında,  vahədə bülbülləri dinləyərək vaxtını keçirmişdi. 
Kəndə gəldiyimiz zaman Muxtar qalmağımız üçün israr etdi. Evə girib 
bir çay içməyi qəbul etdik. Bu səbəblə evdəkilərlə də vidalaşmış 
olacaqdıq. Səhər biz ayrıldığımız zaman xanımlar hələ də toydan 
qayıtmamışdılar. Qazıqurdun ətəyində tapdığımız bu 
“həmşərilərimizlə” bu qısa müddətdə nə qədər qaynaşmışdıq. Axşam 
mütləq  Türkistanda olmağımız lazım olduğunu anlatmağa çalışdıq. 
Abay da dediklərimizi təsdiq etdi. Onun da dəstəyiylə izn almağı 
bacardıq. Muxtarla qucaqlaşıb ev xalqıyla vidalaşaraq kənddən ayrıldıq. 
Türkistana döndüyümüz zaman toplantıya çox az vaxt qalmışdı. 
Çatmışdıq. Bütün yorğunluğumuza dəymişdi. Bu qısa müddət ərzində 
nə qədər çox şey qazanmışdıq. Bir ay sonra Türkiyəyə qayıdacağımız 
dəqiqləşmişdi. Üç illik Türkistanda xidmət müddətimiz başa çatmışdı. 
Ali Ağabəyin də vəziyyəti eyni di. Hər nə qədər  gedəcəyimiz yer 
doğulub böyüdüyümüz ölkəmiz olsa da, bu çox sevdiyimiz coğrafiya və 
insanlardan ayrılmaq bizi  məyus edirdi. Abay bu dəfə də haqlı 
çıxmışdı: “Heç deyilsə, Qazıqurdu görmədən qayıdanlardan deyildik”. 
Təşəkkürlər, Abəkə! 
Təşəkkürlər, Muha! 
Sağlıqla qal, Qazıqurd! 
Sağlıqla qal ,Türkistan! 
Arzu edirəm ki, dilək daşım sonsuzadək Qazıqurdun zirvəsindəki 
yerində qalsın!...      
 
 
   
 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə