Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   2   3   4   5   6   7   8   9   10   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 25 
 
orta böyüklükdə bir şəhər olaraq, Orta Asiya səhrasının ortasında 
həyatına davam edir. “Ordularının keçdiyi yerdə ot bitməz” deyilən, 
monqol əsgərləri  tərəfindən yandırılan Kültəpə isə hələ də boşdur. 
Qoruq ərazisi olaraq tarix tədqiqatçılarının ixtiyarına verilmişdir. Doğru 
olan bu qərarla Kültəpənin  əbədi  boş qalacağı  görünür və xalqın 
monqollar haqqındakı fikri bir daha özünü isbatlayır.       
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 26 
 
YESİ MƏHƏLLƏSİ 
 
 
    Türkistan  şəhərinin Çimkənd girişindəki Yesi Orta Asiyanın 
ənənəvi memarlıq üslubunda tikilmiş evlərdən ibarət bir məhəllədir. 
Hər ev,  bağçasıyla birlikdə təxminən 500 metrlik torpaq ərazidə 
tikilmişdir. Bir mərtəbəli kərpic evlərin həyət divarları da evlərin 
divarlarının hündürlüyünə yaxındır və bütün bağçanı boydan-boya 
örtür. Həyətin yüksək divarlarının küçəylə əlaqəsini təmin edən böyük 
qapılar vardır.  Bu qapılar iki hissədən ibarətdir: biri gündəlik istifadə 
üçün insanların asan şəkildə girib-çıxmaqları üçün qoyulmuş, Anadolu 
kəndlərində “qoltuq qapı” adlanan kiçik qapıdır,  digəri isə 
avtomobillərin daxil ola biləcəyi genişlikdə iki yana açılan böyük 
qapılardır. Əgər ailənin avtomobili varsa, həyətin qapı girişindəki qismi 
eyni zamanda qaraj vəzifəsini də yerinə yetirir. Bu səbəbdən bəzi 
qapıların üstü  avtomobili kölgələyəcək qədər örtülüdür.  Həyətin qalan 
hissəsi isə bostan olaraq istifadə edilir. Pomidor, badımcan, bibər kimi 
tərəvəzlər və bəzi meyvələr burada yetişdirilir. 
Həyət divarlarının bu hündürlüyü təhlükəsizlik səbəbiylə yanaşı, 
ailə yaşantısının məhrəmliyindən qaynaqlanır. Çünki bu evlərin 
həyətləri də evin bölmələrindən sayılır. Hər həyətdə yay gecələrinin 
sərinliyinin səfasını çəkmək üçün qurulmuş, yerdən ayrı,  yarım metr 
hündürlüyündə  ayaqlarla yüksəldilmiş, 5-6 metr ərazi genişliyində və 
adına “dəstərxan” deyilən istirahət yerləri mütləq vardır.  Dəstərxanlar 
ətraflarına basdırılan üzüm asmaları və ya sarmaşıqlarla yaşıllandırılıb 
kölgələndirilərək, gündüzlər  oturub söhbət  etmək, ailənin yemək 
yeməsi  üçün məkan halına salınır. Ailənin bağçaya  əkdiyi çiçəklərin 
böyük bir hissəsi, mütləq dəstərxanın  ətrafındadır.  Çiçəklər  içində 
yeddiverən güllərinə  və özünə məxsus gözəl ətri olan reyhanlara 
üstünlük verilir. Bahar gələndə  qonaqlar  dəstərxan  üzərində içilən 
çaylarla  qarşılanır. Hətta, gecələr dəstərxanlar  yay gecələrinin dadına 
doymaq olmayan gözəl yuxuların görüldüyü yerdir.  Bu kərpic  evlərin 
həyətlərində adətən Anadolunun bəzi yörələrində də oxşarlarına 
rastlanan,  günbəz  şəklindəki ənənəvi çörək təndirləri vardır.  Bu 
təndirlərdə forma və böyüklük etibarı ilə Türkiyədə ramazan pidəsi 
adıyla hazırlanan çörəklərə oxşar gözəl “nan”lar bişirilir. Nan sözü 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 27 
 
farscadan Orta Asiya Türk ləhcələrinə keçmişdir və çörək mənasını 
verir. Əgər ev sahibi Özbəkdirsə, bu nanlara əlavə olaraq “samsa”nı da 
unutmamaq lazımdır. Samsa xəmirin içinə quşbaşı ət və soğan 
qoyularaq bişirilən bir çörək növüdür ki, təndirdən çıxdığı zaman hələ 
də buxarı üstündə ikən yeməklə doymaq olmur. Buradakı insanların 
çox sevdiyi bu piroq adətən “Özbək fast food”udur. Yol kənarlarına 
qurulan təndirlərdə də samsa bişirilib satılır. İşi tələsik olanlar ayaqüstü, 
ucuz yolla aclığının qarşısını belə alırlar. 
Ənənəvi Türkistan evlərinin həyətlərinin mühüm elementlərindən 
biri də odun ocaqlarıdır. Həyətin evə yaxın bir hissəsində qurulan bu 
ocaqlarda ən hörmətli qonaqların süfrədə qarşısına qoyulan və  təntənə 
ilə yeyilən başlar bişirilir. Böyük qruplara təqdim olunan “beşbarmaq” 
yeməyi və at ətinin ən nəfis halı olan “kazı” da bu ocaqlarda qaynayır. 
Ocağın ev və dəstərhana yaxın olmasının  səbəbi  yeməklərin 
soyumadan servisini etməkdir. 
Kanalizasiya sisteminin mövcud olmadığı  şəhərdə tualetlər  də 
həyətin içində yerləşir.   
Türkistanda həyətlər təkcə evlərin bağçaları  deyil, ailə həyatının 
mühüm bir hissəsinin yaşandığı məkanlardır. Bu səbəbdən həyətlər uca 
divarlarla yad gözlərdən gizlədilir. 
Kərpic evlərdə isə keçmiş vaxtların dar çadırlarında  keçən 
günlərinə təzad geniş məkanlar var. Evlərin xüsusilə salon hissələri 
daha geniş olur. Bu genişlik sosial yaşantının da bir tələbi ola bilər. 
Bayramlarda, toylarda, doğum günlərində dost və qohumların qatıldığı 
böyük şənliklərdə bu geniş məkanlar ev sahibliyi edir. Salonun hər iki 
tərəfinə döşəkcələr, yastıqlar qoyulur. Türkistanlılar onların üzərinə 
uzanaraq dirsəklərini bu yastıqlara söykəyib söhbət etməyi çox 
xoşlayırlar. Bu Türkistanlıların ən rahat oturmaq formasıdır. 
 Türkistanlılar ailənin böyükləriylə bir yerdə olduqları zaman bu 
cür rahat olmurlar. Məclislərdə kimin harada oturacağını və beləliklə də 
o söhbəti kimin idarə edəcəyi  ilk anda məlum olur. Salonun baş 
hissəsinə “tör” deyirlər. Orada ən yaşlı, ya da ən hörmətli adam oturur. 
Onun adı “törağa”  adlanır. Törağa məclislərdə xırda işlərlə məşğul 
olmur və beləliklə də, insanlarla xırda söhbətlər üstündə üz-göz olaraq 
nüfuzunu aşağı salmır. O, ağırbaşlılığın təmsilçisidir. Söhbətin 
şənlənməsini təmin etmək, susqunluq olmasını əngəlləmək, hətta 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 28 
 
yemək-içmək servisini istiqamətləndirmək “tamada”nın vəzifəsidir. 
Tamada şən-şaqraq, danışmaq qabiliyyəti olan, praktik zəkalı və qayda-
qanun bilən insanlar seçilir. Bu bəzən insanların özlərini tamada elan 
etməsiylə də olur. Bəzən də törağa bu vəzifəni kimə isə tapşırır. 
Süfrənin  üstü  hər zaman qoz, kişmiş kimi tumsuz qara üzüm, 
meyvə və mürəbbələrlə dolu olur. Çörək ev sahibi tərəfindən bölünərək 
süfrədə əyləşənlərə paylanır. Özbəklər bu adətə çox diqqət etməsələr 
də, bir Qazax evində bu adətə mütləq əməl olunur. Bundan başqa, yaşı, 
nüfuzu nə olursa olsun, ev sahibi qonaqların ən uc tərəfində qapıya 
yaxın yerdə oturur və əks halda, böyük hörmətsizlik sayılır. 
Ev sahibi oturduğu yerdən qonaqlara xidmət göstərilməsinə də 
kömək edir. Əgər qonaqlar xüsusi bir proqramla toplanmışdırsa, 
süfrənin  xüsusi yeməyi “beşbarmaq”dır. Qazaxların milli yeməyi olan 
beşbarmaq paxlava dilimi boyda kəsilən xəmirlərin üzərinə bişirilmiş ət 
tökülərək süfrəyə verilir. Hazırlanması zəhmət tələb edən beşbarmağı 
hazırlamaq  üçün qonşu və ya qohum qadınlar birlikdə köməkləşib 
bişirirlər. Əvvəlcə  xəmir hazırlanır. Ətlər qazanda bişirilir. Ətlər 
götürüldükdən sonra xəmirlər yuxa halında açılıb hissələrə bölünür və 
ətin suyunda bişirilir. Bişən xəmir böyük sinilərə qoyulur və üzərinə ət 
tökülür. Beşbarmaq yeməyini Qazaxlar əllə yeməyi sevirlər. Yeməyin 
adı da buradan yaranmışdır. Xəmir parçalarının içinə ət qoyularaq əllə 
yeyilir. Doğrusu,  onu yemək bir az çətindir, lakin ləzzətlidir. Mən isə 
“beşbarmaq sorpası”nı daha çox sevirəm. Beşbarmaq yeməyi 
hazırlanarkən ətin və xəmirin qaynadığı su - “sorpa” çox dadlı olur və 
arzu edənlərə stəkanlarda verilir. 
Beşbarmağı yeməyə başlamazdan əvvəl törağanın qarşısına 
qoyulan qoyun başı qonaqlığın ənənəvi hissələrindən biridir. Ev sahibi 
bir məcməyiyə  yerləşdirilmiş qoyun başını, yanında bıçaqla bərabər 
törağanın önünə qoyur. Türkiyədə də bəzi şərq rayonlarımızda yaşanan 
bu adət ev sahibinin “başımızla birlikdə səninləyik” ifadəsini ehtiva 
edir və böyük hörmət əlamətidir. Törağa bir parça özü yedikdən sonra 
baş ətlərindən kəsərək süfrədə oturanlara paylayır. Kimə hansı hissədən 
verildiyindən mesajlar çıxarılmağa başlanır, bəzən bu mesajları o, özü 
də verir. Bir gəncə qulaqdan kəsib versə bu,  “daha diqqətlə dinlə” 
mənasındadır. Əgər göz tərəfdən kəsib vermişsə, “səni gözüm kimi 
sevirəm” və ya “gözünü yaxşı aç” mənasını verir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə