Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   4   5   6   7   8   9   10   11   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 29 
 
Yeməkdən sonra “Amin, Allahü-əkbər” sözləri hamı tərəfindən 
yemək duası olaraq söylənilir. 
Bu evləri isitmək üçün kömür sobalarına bağlı mərtəbələrdə 
istilik sistemi quraşdırılır və evin hər yeri yalnız bir sobayla isidilir. Bu 
birləşmiş qablar prinsipinə bağlı bəsit bir sistemdir. Anadoluda sobalar 
evin giriş hissəsində qoyulur. Sobanın üzərində kiçik bir su qazanı 
qoyulur. Pətəklərə gedən borular bu qazana bağlıdır və su tarazlıqda 
olur. Qazanın qaynaması ilə birlikdə  genişlənən  və  buxarlanan su 
sistemi hərəkətə gəlir və boruların içində daim dövretmə başlayır. Bu 
sadə mexanizmlə evin hər tərəfi isidilmiş olur. 
Qazax və ya Özbək, bütün Türkistanlıların həyət evlərindəki 
qayda bu şəkildədir. Bir fərq var ki, Özbək evlərinin bağçası daha yaşıl, 
meyvə və tərəvəz baxımından daha zəngindir. Bu da Özbəklərin kənd 
təsərrüfatı işlərinə daha yaxın olmalarından qaynaqlanır.  


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 30 
 
“YENİ TÜRKİSTAN” 
 
 
Çimkənd şəhərindən gələn ana yolun ilk dörd yol qovşağı Yesəvi 
Türbəsinə dönən yerdədir. Bu qovşaqdan sola dönərkən Yesəvi 
Türbəsinə, sağa dönərkən isə Kentav yoluna çıxılır. Şəhərin mərkəzinə 
girmək üçün isə qovşağı qarşı tərəfə keçmək lazımdır.  Şəhərin 
idarəetmə mərkəzi də bu qovşaqdan başlayır. Qovşağa  girişdə sol 
tərəfdə  olan  məktəb binası, onun arxasındakı hərbi hissə, qarşı tərəfdə 
məhkəmə binası, rusların Türkistanı ələ keçirdikdən sonra yaratdıqları 
“Yeni  Türkistan” bu ətrafda yerləşmişdir. Məhkəmə binasından sonra, 
əvvəllər Leninin heykəlinin olduğu böyük bir meydan və meydanı 
əhatəyə alan İcra Hakimiyyəti və Yesəvi Universitetinin binası yerləşir. 
İlk  Qazax xanlarından Esim xanın adını daşıyan bu  ərazidə Novruz
Müstəqillik  günü kimi böyük bayramlar qeyd olunur. Hər novruzda 
burada festival keçirilir. 
Böyük  Özbək yazarı və Türkistan  doğumlu Adil Yaqubovun 
uşaqlıq illərində bu ətrafda beş bina varmış. Yaqubov uşaq olanda atası 
antikommunist olduğu üçün həbs olunur. “Rejim düşməninin uşağı” 
kimi  keçirdiyi günlərdə Türkistanın bu səmtini və bu ərazidə keçirilən 
tədbirləri Yaqubov belə xatırlayır: 
“Türkistanda Qul Xoca Əhməd Yesəvi Türbəsinin düz yanında 
Orta Asiyanı zəbt edən General Çerniyayev tərəfindən tikdirilən beş-
altı möhkəm  kərpic bina vardı. Çerniyayev bu binaları çarın əsgərləri 
üçün tikdirmişdi. Sovet hakimiyyəti isə bu binaları həbsxana kimi 
istifadə etmək üçün ətrafını tikanlı məftillərlə əhatələmişdi.  Hər şənbə 
bu tikanlı qalaya ən az 150-200 gənc yaşda qadın,  kişi toplaşırdı. 
Bunlar “xalq düşmənləri”nin ailələri idi. Gənc qadınlar, xəstə qocalar, 
həbsxana məmurlarının yeməkləri qəbul etmələrini gözləyənlər 
səhərdən  axşama qədər tikanlı məftillərin yanında məzlum baxışlarla 
dayanırdılar. Anam bəzən məni də həbsxana istiqamətində aparır, əgər 
görüşmək nəsib olarsa, atamın məni bir daha görməsini istəyirdi. Ancaq 
atamı bizə bir dəfə də göstərmədilər və apardığımız yeməkləri də geri 
qaytardılar. Bəzən  mən saatlarla gözlədikdən sonra bir bəhanə ilə 
həbsxananın düz yanındakı şəhər parkına tərəf qaçardım. Orada hər gün 
nümayiş olurdu. Şəhər məktəblərindən nağara və şeypur səsləri ilə 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 31 
 
pionerlər və hətta oktyabryatlar (kommunist uşaq təşkilatlarının üzvləri) 
sıra-sıra parka gəlirdilər.  Parkın ortasında qırmızı rənglərlə örtülmüş 
böyük kürsülər vardı. Dəri pencək geyinmiş beli tapançalı “fəallar” bu 
kürsülərdən nitq söyləyirdilər”. 
Yesəvi Türbəsinin yanındakı qovşaqdan hər keçdiyim zaman 
gözlərim Yakupovun uşaqlıq illərinin  xatirələrindəki binaları axtarırdı. 
Qovşağın sağında dayanan bina Yakupovun oxuduğu məktəb 
olmalıydı. Həbsxana olan binalar isə ya qarşı küncdə hələ də məhkəmə 
binası kimi istifadə edilən tikiliydi  və ya məktəbin arxasındakı hərbi 
hissəsinin  binalarıydı. O dönəmdə hər gün tədbir keçirilən park və 
meydan isə məhkəmə və icra hakimiyyəti binaları arasındakı park və 
indiki adıyla Esim Xan ərazisi olmalıydı. 
Yakupovun beş-altı daş bina olaraq tərif etdiyi “Yeni Türkistan” 
məhəlləsi daha sonrakı illərdə bir-birinə paralel prospektlər və ona 
açılan küçələrlə kifayət qədər genişlənmişdi. Bütün rəsmi qurumlar, 
banklar bu ətrafda yerləşmişdi.    
    


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 32 
 
YESƏVİ TÜRBƏSİ 
 
 
Dan yeri ağarırdı. Günəş arxamızdan ilk şüalarını səhraya 
yayarkən biz qərb tərəfi seyr edirdik. Hələ şəhərə dair heç bir işarə 
görünməzkən, möhtəşəm memarlıq işi  səhranın ortasında adətən 
studiyada işlənmiş kimi təkbaşına dimdik dayanır və baxışlarımızı alıb 
aparırdı. Avtomobili sürən  Qazax sürücü Ömürzak şəhərə təqribən on 
beş kilometr yolumuz qaldığını söylədi. Yaxınlaşdıqca abidə böyüyür 
və işıltı artırdı. Ətrafında şəhərin çoxmərtəbəli yüksək binalarının 
görünməyə başladığı zaman Türkistan şəhərinə daxil olmağa artıq beş 
kilometr yolumuz qalmışdı. Bu, möhtəşəm abidənin yer seçiminin 
üstünlüyü idi. Daha sonrakı illərdə şəhərin yalnız Çimkənd  girişindən 
deyil, digər girişlərindən də eyni görüntünün yarandığını, burada 
yaşayaraq öyrənəcəkdik. 
Türbənin bu xüsusiyyəti şəhərin bir vaxtlar adında da əks olunan 
engebeli coğrafi quruluşundan qaynaqlanır. Əngebeli ifadəsi ilk baxışda 
bölgədə böyük çuxurlar və təpələrin olduğunu ifadə edir. Lakin burada 
səhranın ortasında doqquz metrlik bir təpə əraziyə adını verə biləcək 
qədər mühüm sayılır. Tarixi 2000 il əvvələ gedən Türkistan  şəhəri  ilk 
yarandığında Kültəpə adlanan doqquz metr yüksəklikdə bir təpə 
üzərində yerləşmişdir. Əhməd Yesəvi Türbəsi isə, Kültəpənin 
zirvəsindən  350 metr şimaldadır. Aradakı bu məsafədə təpə 2-3 metr 
alçaldığından və  Yesəvi Türbəsinin 46,5 metr olan öz yüksəkliyi ilə 
uzaqlardan təkbaşına görünməsinin səbəbləri aydın olur. 
Övliyalar Sərvərinin şəhərinə günəşin ilk işıqları ilə birlikdə 
çatırıq. 1997-ci ilin may ayının 17-də, səhər çağı Türkistanın havasında 
insanın ruhunu oxşayan bir sərinlik vardır. Gecə boyu davam edən 
yolçuluğun verdiyi yorğunluğumuza baxmayaraq, keçmiş Türk 
ənənəsinə uyğun, hər şeydən əvvəl “şəhərin sahibini” ziyarət etməliyik 
deyə düşünürük. Yoldaşım Ömürzak  bu münasibətə heç yad deyil. 
Məndən əvvəl çox sayda Türkiyəlini Türkistana gətirən Ömürzak
onların da heç bir yerə getmədən, ilk Yesəvi Türbəsinə gəldiklərini 
söyləyir.  
Möhtəşəm memarlıq işi yaxınlaşdıqca daha təsirli hala gəlir. 
Şəhərin içində (iki kilometr) birmərtəbəli evlərin arasındakı ana yolda 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə