Ağayar Şükürov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix14.07.2018
ölçüsü0,72 Mb.
#55587
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 33 
 
getdikdən sonra ilk qovşaqdan sola dönürük. Bir neçə yüz metr də bu 
istiqamətdə gedirik. Ömürzak avtomobili türbənin tac qapısının düz 
qarşısında saxlayır.  Geniş bir ərazinin ortasında Əhməd Yesəvi 
Türbəsiylə  üz-üzə dayanmışıq.  Görünüşündə dünyanı mühüm 
saymayan,  yalnız,  ancaq bu yalnızlığa da heç bir etiraz  etməyən, özü 
başqa bir dünya imiş kimi duran insan üzünün cizgiləri var. Olduğumuz 
yerdən tac qapıya üç yüz metrə yaxın yol var. Daha sonra öyrənirəm ki, 
buradan etibarən hər hansı bir nəqliyyatla getməyi Qazax qardaşlarımız 
mənəviyyata hörmətsizlik hesab edirlər.  Yolun iki tərəfində, bel 
hissəsindən kəsilərək forma verilən bitkilər yaşıl bir koridor əmələ 
gətirmişdir və koridorun arxasında rəngarəng güllərdən yaradılmış 
qızılgül bağçası uzanır. Səhərin səssizliyi hər yerə hakimdir. Yaşıl 
koridorda yeriyərək möhtəşəm tac  qapıya yaxınlaşırıq.   Sanki əvvəl 
yoxmuş kimi, indi yalnız bu anı yaşayıram. Hətta əvvəlki yorğunluğum 
da keçib getdi. İnsan boyundan 25 mərtəbə daha böyük tac  qapının 
qarşısında dayanıb ziyarətimizi edirik. Bu an uzanıb gedə bilərdi, lakin 
Ömürzağın geriyə addımladığını görüncə mən də  ona uyğunlaşaraq 
gəldiyimiz kimi geri çəkilirik. Gözlərimiz çiçək bağçasındadır. “Kaş ki, 
bu geniş ərazinin  hər tərəfi qızılgüllərlə örtüləydi”,  deyə  qəlbimdən 
keçir. Bunu xəyal edərək zehnimdə türbənin hər tərəfini  qızılgüllərlə 
doldururam. Sarı, qırmızı, çəhrayı, bənövşəyi...  hər rəngdə qızılgülün 
açıldığı bağça. Həyəcanım artır... 
Doğrusu, bu ilk ziyarətdə memarlığın ümumi təsirinin xaricində 
bir üstünlüyünü görə bilmədiyimi, buraya daha sonrakı gəlişlərimdə 
hiss edəcəkdim. Bir rus generalına istinadən deyilir ki, “Şərq sirlərlə 
doludur, heç bir zaman ilk görüşdə özünü təslim etmir”. Yesəvi 
Türbəsinə hər gəlişim  zamanı  öyrəndiyim yeni şeylər, bu sözü 
xatırladırdı.  
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 34 
 
ABİDƏNİ TANIDIQCA 
 
 
Yesəvi Türbəsi adətən şəhərdən qoparılmış kimi, ayrı bir bölgədə 
yerləşir. Onun ən yaxın şəhər binalarına məsafəsi 500 metrdir. Türbənin 
cənub və şərq tərəfləri şəhərə baxır. Ancaq bu arada da yaşıllaşdırma 
işləri  və yol infrastrukturu əskik olduğundan həm şəhər, həm də türbə 
tikilişində əskiklik meydana gəlir. 1975-ci ildə Kültəpə və keçmiş Yesi 
məskunlaşma bölgəsindən 65 hektarlıq bir ərazi qoruq ərazisi elan 
edilmiş və bu geniş ərazi türbə sahəsi olaraq təsis edilmişdir. Türbə 
ətrafında aparılan təmir işləri zamanı bilərəkdən və ya qəsdən bu geniş 
ərazidə olan Osmanlı hamamı  və  bir çox sayda qiymətli əsər yox 
edilmiş və möhtəşəm abidə ətrafda tək qalmışdır. Hazırda bu ərazidə 
türbənin düz qarşısında onun  türbədarı kimi dayanan Böyük Türk elm 
adamı və  Xaqanı Ulubəyin qızı Rəbiə Sultan Begüm Türbəsi və onun 
yanına yerləşdirilmiş, ziyarətçilərə bilet satılan kiçik bir köşk var. Bu 
kiçik köşkün içində hər zaman üç-dörd qadın olur. Biletlə  yanaşı, 
Qazax dilində dini nəşrlər, təsbehlər, açıqcalar da satılır.  
Silsilənin ən mühüm tarixi  bölmələrindən biri olan Əhməd 
Yesəvinin 63 yaşında yer altına girdiyi çiləxana, Kültəpənin zirvəsinə 
yaxın bir yamacdadır. Bu yamacın altında isə ətrafla  əlaqəsi kəsildiyi 
üçün burada olması xüsusi diqqətlə  baxılan zaman müşahidə edilən 
binalardan biri yerləşir. 
Türbənin qəbirxana bölməsinin olduğu şimal hissəsinin divarına 
əlli metr qədər məsafədə  divarlarının yarısı yerə batmış bir məscid ilə 
sonradan tikilən idarə binaları geniş ərazinin içərisinə nizamsız şəkildə 
səpilmiş haldadır.  Bundan başqa,  yenə türbənin şimalında sonradan 
tikilən hədiyyələr satan  mağaza binası, içində dərvişlərin hücrələrinin 
olduğu qalın və yüksək bağça divarı qalıqları yerləşir. Türbəyə 
kənardan baxarkən yaşıla çalan yumşaq  mavi rəng gözləri oxşayır. 
Yüksək divarların, yerdən bir adam boyu məsafə xaricində qalan 
hissələri,  çinilərlə örtülmüşdür. Çinilər əhli olmayana özünü təslim 
etməyən bəzəklərlə doludur. Professor Şahin  Uçar Xocayla türbəni 
gəzənə  kimi  mən də bunları sadəcə çinilərə işlənmiş naxışlar kimi 
görürdüm.  O gün Kültəpənin üzərindən dayanıb türbəyə baxarkən 
Xoca: “kufi yazılar nə gözəl yerləşdirilmişdir” deyərək bir-bir onları 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 35 
 
oxumağa başladı. Mənim yalnız çini naxışlar kimi gördüyüm şəkillər, 
sən demə “Allah, Məhəmməd, Əli...” sözlərinin, kufi yazı texnikası ilə 
yazılmış forması imiş. Daha sonrakı ziyarətlərdə mən də  bu yazıları 
birlikdə gəldiyimiz yoldaşlara tanıtdım. Hər biri ən az mənim qədər 
heyrətlənirdi. 
Bundan başqa, hər tərəfdə kufi yazılarla yanaşı, müxtəlif 
dövrlərdə Türk qrupları tərəfindən istifadə olunan damğa şəkilləri vardı. 
Görənləri ən çox çaşdıran   xaç şəklindəki Türk damğası olurdu. Niyə 
bu damğaların seçildiyini hələ ki, dəqiq bilən yoxdur, ancaq bir fikir var 
ki, bunlar türbənin tikildiyi dövrdə Türkistan  ətrafında yaşayan Türk 
boylarının simvolları ola bilərlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 36 
 
QUŞLAR XORU 
 
 
 
Türbədə  aylar sonra fərq etdiyim detal isə kəmərli qapının 
sütunları arasında gizlənmiş quş yuvaları idi. Bəlkə də quşlar üçün 
ayrılmış bu yerlərdən yüzlərlə saymaq olardı. Türbənin ön girişi olan 
tac qapının sütunları içində göyərçinlər başda olmaqla üzrə müxtəlif 
yerlərdə quşlar yuva salıb. Bundan başqa, yuvaların olduğu sütunlara, 
quşların yuvalarına  gəlib gedərkən qonmaqları üçün ağac və dəmir 
çubuqların yerləşdirilməsi də nəzərdə tutulmuşdur.  
Günün hər saatında, ancaq xüsusilə axşam gün batana yaxın, 
Yesəvi Türbəsi quşlar orkestrinin konsertinə səhnə olurdu. Kəmərlərin 
üzərində quşların qonmaqları üçün nəzərdə tutulmuş  ağac və dəmir 
çubuqların üzərinə qonan yüzlərlə quş, öz dillərində nəğmə oxuyurdu. 
Quşların qonduqları bu ağac çıxıntılarını  memarların xətası 
olaraq dəyərləndirənlər də vardır. Quş və qəbir Anadoluda da bir yerdə 
deyilmi? Anadoluda da mərmər qəbirlərin üzərində yağış suları 
yığılarkən quşların içmələri üçün insanlarımız su qabları düzəldirlər. 
Ancaq yox, indi quşların mədəniyyətimizdəki yerini bir kənara qoyub, 
konsert saatlarını sehrləyici hala gətirən qrupdan bəhs etməliyəm. Bu 
diyarda günəşin batmağı və göy  üzü bir başqa aləmdir. Günəş hər 
axşam üfüqümüzdən özündən əvvəlkinə bənzəməyən və bəlkə o saata 
qədər,  heç bir axşamda görünməmiş qızıl şəfəqlər yaradaraq batır. 
Bəlkə həyatında qürubu seyr etmənin zövqünü bir daha dadmamış 
olanlar belə, bu şəfəqlərin vurğunu olurlar. Ah, kaş ki, hamıya quşların 
konserti davam edərkən,  qızıl şəfəqləri  seyr etdirmək mümkün 
olsaydı... O zaman bütün gözlər mənim anlatmadıqlarımı da görür və 
hər qulaq o səsləri eşidərdi... 
 
 
 
 
 
 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə