Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə1/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
  1   2   3   4   5   6   7   8   9   ...   113


 
 
Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə 
"Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı 
ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin 
xatirasinə ithaf olunur. 
AĞAYEV YUSİF 
ƏHMƏDOV SƏBUHİ 
İstiqlal Yürüşü 
1918
 
ALTUN KİTAB 



Ağayev Yusif 
 
Əhmədov Səbuhi 
Ġstiqlal yürüĢü -1918. Bakı, "Altun Kitab", 2009, 416 s. 
Elmi redaktor 
Azərbaycan Milli Elmlər Akademiyasının 
vitse-prezidenti, Azərbaycan Tarix Muzeyinin 
direktoru, akademik Nailə Vəlixanlı 
Redaktor 
Əhməd Oğuz 
Tərtibatçı 
Səbuhi Qəhrəmanov 
© ALTUN KİTAB 
Telefon: (99412) 431 97 52 
www. altun-kitab.com 
E-mail: yusif_agayev@yahoo.com 
ISBN 978-9952-24-041-2 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən 
çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
"OKA-Ofset" mətbəəsində çap olunmuşdur. Tiraj 300 



MÜNDƏRĠCAT 
Ön söz
 
1. MünaqiĢənin qısa tarixçəsi
 
1.1. Türkmənçay müqaviləsinin 15-ci bəndi - XX əsrin əvvəllərində  partlamış bomba
 
1.2. Azərbaycan XX əsrin əvvəllərində
 
1.3. Azərbaycan I Dünya müharibəsi dövründə
 
1.4.1917-ci ildə Azərbaycanda hərbi-siyasi vəziyyət
 
1.5. 1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda hərbi-siyasi vəziyyət
 
1.6. 1918-ci ilin mart soyqırımı
 
2. 
Hadisələrin qısa xronologiyası
 
1917-ci il
 
1918-ci il
 
3. 
Bakı Soveti və Sentrokaspi Diktaturasının qoĢunları
 
3.1. Bakı Soveti Qırmızı Ordusunun yaradılması
 
3.2.    Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının strukturu
 
3.3. Bakı  Sovetinin  Qırmızı  ordusu  və  Sentrokaspi  Diktaturası  ordusunda
 
hissələri
 
3.4. Polkovnik L.Biçeraxovun qoşunları
 
3.5. Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının say tərkibi
 
3.6. Bakı Soveti qoşunlarının komandanlığı
 
3.7.Sentrokaspi Diktaturası qoşunlarının komandanlığı
 
3.8.Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının silahları
 
erməni
 
hərbi
 
4. 
"Densterfors"
 
4.1. "Densterfors"un təşkili
 
4.2. İngilis qoşunlarının komandanlığı
 
4.3.İngilis qoşunlarının say tərkibi və strukturu
 
4.4.İngilis qoşunlarının silahları və hərbi texnikası
 
5. Qafqaz Ġslam Ordusu
 
5.1. Müsəlman Korpusunun təşkil edilməsi
 
5.2. Qafqaz İslam Korpusunun təşkil edilməsi
 
5.3. Müsəlman Korpusunun strukturu
 
5.4.Qafqaz İslam Ordusunun iyun-iyul aylarında quruluşu
 
5.5.
 
5.6.
 
5.7.
 
Xüsusi Azərbaycan Korpusunun təşkili və strukturu
 
Bakıya son hücum ərəfəsində Qafqaz İslam Ordusunun quruluşu
 
Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun say tərkibi
 
5.8. Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun komandanlığı
 
5.9.Müsəlman Korpusu və Qafqaz İslam Ordusunun silah və hərbi texnikası
 
6.   
Tərəflərin məqsəd və planları
 



6.1.Qırmızı Ordu komandanlığının məqsəd və planları
 
6.2. Sentrokaspi Diktaturası komandanlığının məqsəd və planları
 
6.3.İngilis komandanlığının məqsəd və planları
 
6.4.Qafqaz İslam Ordusu komandanlığının məqsəd və planları
 
7.   
DöyüĢ əməliyyatlarının gediĢi
 
7.1.5-ci Qafqaz piyada firqəsinin Azərbaycana gəlişi
 
7.2.    Qafqaz İslam Ordusunun üzləşdiyi ilk rəqiblər və bu döyüşlərin nəticələri
 
7.3.    Qaraməryəm döyüşü (1918-ci il 18iyun)
 
7.4.Qaraməryəm - Göyçay döyüşü (1918-ci il 27-30 iyun)
 
7.5.Salyan döyüşü (28 iyun- 2 iyul 1918-ci il)
 
7.6.Ağsu-Kürdəmir döyüşü (5-14 iyul 1918-ci il)
 
7.7.Şamaxı əməliyyatı (19 -22 iyul 1918-ci il)
 
7.8.Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il)
 
7.9.Birinci Bakı əməliyyatı (1 avqust-5 avqust 1918-ci il)
 
7.10.Bakı ətrafında 6 avqust - 12 sentyabr döyüşləri
 
7.11.İkinci Bakı əməliyyatı və Bakının azad edilməsi(14-15 sentyabr 1918-ci il)
 
7.12.Bakı şəhəri sentyabrın 16-20-də
 
8. MünaqiĢənin nəticələri
 
8.1.Azərbaycan Cümhuriyyətinin paytaxtı – Bakı şəhəri
 
8.2. Münaqişənin nəticələri
 
Ədəbiyyat
 



ÖN   
SÖZ 
Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbi- 
siyasi   olaylar   bu   hadisələr   sırasında   xüsusi   yer   tutur.   Məhz   bu   hadisələrin   gedişində   millət   öz   
mövcudluğu uğrunda mübarizə aparır, bu mübarizədə möhkəmlənir, birləşir. 
Bəşər    övladının    ilk    məskənlərindən    olan    Azərbaycan    zəngin    tarixi    keçmişə    malikdir.   
Əsrlər    boyu  beynəlxalq    rəqabətin    obyektinə    çevrilən    diyarımız    öz    mövcudluğu    uğrunda    ağır   
sınaqlardan    keçmiş,    qanlı  döyüşlərdə      iştirak      etməli      olmuşdur.      Xarici      işğalçılara      qarşı      aparılan     
mübarizədə      xalqımız      nəinki      öz 
mövcudluğunu   qoruyub   saxlamış,   hətta   təkrarolunmaz   mədəniyyət   yaratmışdır.   Bu,   «Odlar   ölkəsinin»   
mərd 
oğlan və qızlarına xas olan döyüşkənlik ruhu, və-tənpərvərlik sayəsində mümkün olmuşdur. 
Ümummilli    lider    Heydər    Əliyev    demişdir:    «Azərbaycan    Respublikası    öz    torpaqlarını   
qorumaq    üçün  böyük    potensiala    malikdir.    Onun    ən    böyük    potensialı    -    bizim    vətəndaşların    öz   
Vətənlərinə   olan   sədaqəti   və məhəbbətidir.    Bu    hisslər    xalqımızın    tarixi     qəhrəmanlıq     ənənələri     ilə   
doğulmuşdur...».    Bu      ənənələrin,    o  cümlədən    Azərbaycan    hərb    tarixinin    öyrənilib    təbliğ    edilməsi   
milli    Silahlı    Qüvvələrin    möhkəmlənməsinə yönəlmiş  praktiki  addımlar  qədər  əhəmiyyətlidir.  Hərb  tarixini 
bilmək  təkcə  ordunun  şəxsi  heyəti  üçün  deyil,  ümumiyyətlə,  bütün  vətəndaşlar  üçün  vacibdir.  Bu  çoxşaxəli 
problemin həlli isə hərb tarixini işıqlandıran elmi 
və   elmi-kütləvi   əsərlərdən   bilavasitə   asılıdır.   Bu   baxımdan   təqdim   olunan   kitab   olduqca   böyük   
əhəmiyyətə 
malikdir.    Ağayev    Yusif    və    Əhmədov    Səbuhinin    birlikdə    hazırladıqları    kitab    Azərbaycan    tarixinin   
ən   ağrılı məqamlarından birinə- 1917-ci ilin noyabrından 1918-ci ilin sentyabrınadək olan dövrdə baş vermiş 
hadisələrə həsr  olunur.  Azərbaycan  torpaqları  hesabına  "Böyük  Ermənistan"  yaratmaq  xülyasında  olan  erməni 
millətçiləri 
1988-ci    ildən    başlayaraq    zor    gücü    ilə    Dağlıq    Qarabağ    və    ona    bitişik    ərazilərimiz    hesabına    bu   
xülyanı reallaşdırmaq   istəmişlər.   Erməni   siyasətbazları   Ermənistan   SSR   ərazisində,   daha   sonra   isə   
Qarabağ   və   ətraf 
ərazilərdə    yaşayan    azərbaycanlıları    doğma    ata-baba    torpaqlarından    qovduqdan    sonra    boşaldılmış   
ərazilərdə başqa    ölkələrdən    gətirilən    erməniləri    yerləşdirərək    burada    «Dağlıq    Qarabağ    Respublikası»   
adlı    qondarma  "müstəqil"  dövlət  yaratmaq,  ya  da   zəbt  edilən  əraziləri  Ermənistana  birləşdirmək  niyyətinə 
düşmüşlər.  Tarixi 
kökü olan bu günkü hadisələri dərindən və düzgün təhlil edə bilmək üçün dünənki faktlara dönə-dönə müraciət 
etmək zərurəti yaranır. Kitabın ilk paraqraflarında müəlliflər hərbi məqamlardan çox, artıq tədqiqatçılara məlum 
olan    faktları    sadalamaqla    bəzi    siyasi    məqamları    oxuculara    bir    daha    xatırlatmaq    istəyirlər.    1917-ci   
il    Fevral  inqilabından    sonra    Rusiyada    hakimiyyətə    gələn    Müvəqqəti    Hökumət    erməni    hərəkatını   
dəstəklədi.    Tiflisdə  keçirilən  erməni  konfransında  Qafqazı  və  Şərqi  Anadolunu  əhatə  edəcək  "Böyük 
Ermənistan"  yaratmaq  planı 
qəbul      edildi.      1917-ci      il      Oktyabr      çevrilişindən      sonra      hakimiyyəti      ələ      keçirən      bolşeviklər     
ermənilərə münasibətlərində    Müvəqqəti    Hökumətin    siyasətini    davam   etdirdilər.    1917-ci    il    dekabr    ayının   
29-da    Rusiya 
XKS-in    Türkiyədə    yaradılacaq    Erməni    dövləti    haqqında    13    №-li    Dekreti    imzalandı.    Qafqaz    işləri   
üzrə 
Müvəqqəti Fövqəladə Komissar Stepan Şaumyanın köməyi ilə müvəqqəti Erməni Milli Hökuməti yaradılmalı 
idi. Ermənistana verilən torpaqlarda müsəlman əhalisinin sayının azaldılması məqsədilə erməni ordusu kütləvi 
qırğınlar siyasətini həyata keçirməyə başladı. Göyçə gölü ətraflarını, Naxçıvanı, Zəngəzuru və Dağlıq Qarabağı 
gələcək    Ermənistan    dövlətinin    ərazilərinə    çevirmək    üçün    erməni    millətçiləri    yeni-yeni    planlar   
hazırladılar. Bakıda, bolşeviklər öz tabeliyində olan hərbi hissələrlə daşnakların silahlı dəstələrini birləşdirdilər. 
1918-ci   ilin  martın  31-də  Bakıda  əməliyyata  başlayan  və  bir  neçə  gün  ərzində  şəhərin  azərbaycanlılara 
məxsus    hissəsini    viranəyə    çevirib    əhaliyə    divan    tutan    erməni    daşnak    dəstələri    bolşeviklərlə    əlbir   
hərəkət edirdilər. Müsəlman əhalisinin qırğınları Şamaxıda, Qubada və digər Azərbaycan ərazilərində baş verdi. 
1918-ci 
il   mayın   28-də   müstəqil   Azərbaycan   dövlətinin   yaradılması   xəbəri   bol-şevik-daşnak   qüvvələrini   təlaşa   
saldı. 
Gəncəyə və oradan da Tiflisə doğru hücumunda S.Şaumyan daşnak Andranikin əməli yardımına bel bağlayırdı. 
Təqdim    olunan    kitabın    hərbi    hadisələrin    təsvirinə    həsr    olunmuş    paraqrafları    zəngin    tarixi   
mənbələr 
(sənədli,     illüstrativ,     foto     və     s.)     və     mövcud     elmi     ədəbiyyat     əsasında     yazılmışdır.     Bir     çox     
hadisələrin  işıqlandırılmasında    müəlliflər    arxiv    materiallarından    istifadə    etmişlər.    Müəlliflər    həm   
Azərbaycan,    həm    də  xarici  ölkələrin  tədqiqatçılarının  əsərlərindən  yaradıcı  istifadə  edərək  Azərbaycanda 
hərb  işi  tarixinin  ən  çətin  problemlərinin  kompleks  tədqiqini  həyata  keçirməyə  cəhd  göstərmişlər.  İşin 
strukturu  da  hərb tarixinin gedişi 
ilə şərtləndirilmişdir. 
Y.Ağayev   və   S.Əhmədov   Azərbaycanda   baş   vermiş   hərbi-siyasi   hadisələri   təsvir   edir,   tərəflərin   


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə