Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   6   7   8   9   10   11   12   13   ...   113

 
 
 
 
24 fevral  - 1-ci  müsəlman  atıcı  alayını təşkil etmək  üçün  Bakıya  gəlmiş  general-mayor  X.Talışinski  və 
qərargah   zabitləri   vağzalda   həbs   edildilər.   Bu,   müsəlman   əhalisinin   böyük   narazılığına   səbəb   olduğuna   
görə 
zabitlər azad edildi. 
1 mart - poruçik Nəsirbəyov Milli hərbiyyə məktəbinin rəisi təyin edildi, məktəb fəaliyyətə başladı. 
7 mart - erməni dəstələrini idarə etmək üçün general-mayor A.Baqratuni Bakıya gəldi. 
11    mart    -    Ə.Şıxlinski    MK-nın    hərbi    hissələrinin    Azərbaycanın    müxtəlif    bölgələrində   
yerləşdirilməsi barəsində 58 saylı əmrini imzaladı. Hərbi hissələr tam hazır olmasalar da, düşmənə müqavimət 
göstərməli idilər. 
Martın ortaları - İrandakı rus kazak hissələrinin komandiri L.Biçeraxovla general L.Denstervil arasında 
müqavilə 
imzalandı. 
L.Biçeraxov 
ingilislərə işləməyə başladı. 
30      mart      -    Bakı      Soveti     
nəzdində  İnqilabı      Müdafiə      Komitəsi     
adlı      qurum yaradıldı. 
Erməni-
bolşevik 
qüvvələri 
Bakının 
azərbaycanlılar 
yaşayan 
məhəllələrinə hücum etdilər. 
31 
mart 

erməni-bolşevik 
qüvvələrinin 
hücumu 
siyasi 
mənsubiyyətindən asılı olmayaraq Bakının 
bütün      türk-müsəlman      əhalisinin     
qırğını xarakterini      aldı.      Qırğınlar     
aprelin      2-nə 
qədər    davam    etdi,    təkcə    Bakıda    12   
min 
nəfər qətlə yetirildi. 
Aprelin əvvəlləri - bolşevik-ermeni qüvvəlləri Sovet Rusiyasından hərtərəfli kömək alaraq Quba, Salyan, 
Lənkəran    qəzalarında    azərbaycanlıları    məhv    edirdilər.    Azərbaycanlıların    soyqırımı    1918-ci    ilin   
ortalarınadək  davam    etmiş,    bu    müddətdə    50    MĠNDƏN    ARTIQ    (!)    AZƏRBAYCANLI    QƏTLƏ   
YETĠRĠLMĠġDĠ.    Eyni  zamanda    Azərbaycanın    qərb    sərhədlərinə    -    İrəvan,    Naxçıvan,    Zəngəzur    və   
Qarabağın   əsasən   azərbaycanlılar məskunlaşan kəndlərinə hücumlar davam edirdi. 
2   aprel   -   Zaqafqaziya   Seymində   Bakı   hadisələri   müzakirə   edildi,   silah   və   sursatla   kömək   
etmək   vəd edilsə də, əməli kömək göstərilmədi. 
Aprelin birinci yarısı  – Müsəlman  Korpusunun bəzi  hissələri  və  ZK-dan  gəlmiş  cüzi  qüvvə  polkovnik 
L.Maqalovun rəhbərliyi ilə bolşevik-erməni təcavüzünün qarşısını almaq üçün Bakıya doğru hərəkətə başladı və 
Hacıqabula    qədər    irəliləyə    bildi.    Şimaldan    imam    N.Qosinskinin    göndərdiyi    qüvvələr    (polkovnik   
Cəfərovun rəhbərliyi ilə) Xırdalan döyüşlərində iştirak etdi. 
5   aprel   -   Osmanlı   dövlətinin   
hərbi 
naziri Ənvər paşa tərəfindən təs-diqlənmiş 
Qafqaz    İslam    Ordusunun  təşkili  və 
vəzifələrinə  aid  Təlimnamədə  Azərbaycan 
milli    hissələrinin 
təşkilinə    kömək 
göstərmək    üçün    Nuru    paşanın   
rəhbərliyi ilə 
hərbi  təlimatçılar 
 
qrupunun göndərilməsi əksini tapdı. 
20 
Şurasına 
ordunun 
aprel     -     Bakıda     Erməni     
Milli 
tabe      olan      hissələrin     
Qırmızı 
hissələrinə  qatılması  barədə 
razılaşma əldə edildi. 
22      aprel      -      Tiflisdə     
Zaqafqaziya 
Demokratik  Federativ  Respublikasının 
yaradılması elan edildi. 
25    aprel   -   Qırmızı   Ordunun   gücləndirilmiş   hissələri   Yelizavetpol   is-tiqamətində   yürüşə   
hazırlaşmağa başladı. 
Aprel - Bakıda Qırmızı Ordu üçün komanda heyətini hazırlamaq məqsədi ilə qırmızı təlimatçılar məktəbi 
və digər təlim hissələri təşkil edildi. 
Aprel    -    Nuru    paşanın    rəhbərlik    etdiyi    osmanlı    heyəti    Mosuldan    Təbrizə,    oradan    da   
Naxçıvana    gəldi.  Mayın  20-dən  etibarən  yerli  hissələrin  yaradılmasına  başlamaq  məqsədilə  Naxçıvanda  və 
Ordubadda  bir  neçə zabit saxlanıldı. 
24 may - Bakı Sovetinin İcraiyyə Komitəsi Bakı və ətraf rayonlarda "hərbi hazırlıq dərslərini mütləq və 
ümumi"    elan    etdi.    Bakı    Sovetinin    təşkil    etdiyi    Ali    Hərbi    Şura    təlimatçı    məktəbi    və    topçu    kursunda   
təlim 
20 


 
 
 
 
prosesini  tənzimləməli,  texnikanı  işlədə  bilən  kadrları  toplamalı  idi.  Qırmızı  Ordunun  1-ci  korpusu  tam  təşkil 
edildi. Yeni hərbi hissələr yaratmaq məqsədi ilə Bakı və ətraf rayonlarda hərbi səfərbərlik müddəti uzadıldı. 
25 may - Nuru paşanın heyəti Gəncəyə çatdı. 
28 may - Tiflisdə Azərbaycan Cümhuriyyətinin yaradılması bəyan edildi. İstiqlal bəyannaməsinin qəbulu 
ilə Azərbaycanda yenidən dövlətçilik ənənələri bərpa olunmağa başladı. 
2    iyun    -    Batum-Cəlaloğlu    marşrutu    ilə    hərəkət    edən    Osmanlı    qoşunlarının    2-ci    mürəttəb   
süvari   alayı  Gürcüstan-Azərbaycan  sərhədinə  çıxdı. Gürcüstanda  olan  almanlar  türk  hissələrinin  hərəkətlərini 
yubadır, dəmir yolu ilə hərəkət etməyə imkan vermirdilər. 
4    iyun    -   Azərbaycan   Cümhuriyyəti    ilə   Osmanlı    dövləti   arasında   imzalanan   müqavilənin   IV   
maddəsi 
Azərbaycana  hərbi  kömək  göstərilməsi 
birbaşa      hərbi      qüvvələrin     
göndərilməsinə 
yaratdı.  Müqavilə  imzalanandan  dərhal 
üçün 
imkan 
sonra 
Azərbaycan   və   Osmanlı   hərbi   hissələrindən   
ibarət 
Qafqaz    İslam    Ordusu    yaradılmağa    başladı.   
Türk  qoşunlarının      2-ci      süvari      alayının     
bölmələri      və  azərbaycanlı    könüllülərdən    ibarət   
süvarilər   Qazax-  Gəncə  dəmir  yolunu  mühafizəyə 
aldılar. 
6 iyun 

Qırmızı 
Ordu 
Hacıqabul 
istiqamətində hücuma başladı; 
8   iyun   -  türk  ordusunun   5-ci   Qafqaz 
piyada firqəsinin   əsas   hissələri   iki   dəstə   şəklində   
Batum- 
Artvin-Ərdahan-Qarakilsə-Dilican-Ağstafa 
marşrutu ilə hərəkətə başladı. 
9 iyun - türk qoşunlarının 2-ci süvari alayı və 9-cu piyada alayı Gəncədə cəmləşdi. 
10  iyun  - Bakı  Sovetinin qoşunları  Gəncə  istiqamətində  həlledici  yürüşə  başladı.  Fransanın  Rusiyadakı 
səfiri  Nulens  Fransa  xarici  işlər  naziri  Stefan  Pişona məruzə  edirdi  ki,  "regionda  ermanilər  müttəfiqlərə  sadiq 
qalan yeganə xalqdırlar. Ermənilər Bakı, Dərbənd və Petrovskun sahibləridir - onların burada qoşunları var. 
10 iyun - Yelenendorfa gələn 9-cu türk piyada 
alayı    danışıqlar    vasitəsi    ilə    yerli    sakinlərin   
təşkil  etdiyi        alman        taborunun        Qafqaz       
İslam       Ordusu 
tərəfinə keçməsinə nail oldu. 
11  iyun  -  türk  ordusunun  5-ci   Qafqaz  piyada 
firqəsinin 1-ci dəstəsi Qazaxa çatdı və dəmir yolu ilə 
Gəncəyə      daşınmağa      başladı.      Gəncədə     
toplaşmış 
erməni      taborunun      tərksilahı      zamanı      döyüş     
baş vermiş,    düşmənin    müqaviməti    qırıldı.    12-14   
iyun 
tarixlərində    Gəncə    ermənilərinin    tərksilahı   
davam 
edirdi. 
11  iyun 

Qırmızı 
Ordu 
Müsəlman 
Korpusunun   cüzi   qüvvəsini   (L.Maqalovun   rəhbərliyi   ilə   900   nəfərlik   dəstə   və   könüllülər)   geri   ataraq   
Sığırlı 
dəmir yolu stansiyasını ələ keçirdi. 
11    iyun   -   Qırmızı   Ordu   Müsəlman   Korpusunun   cüzi   qüvvəsini   (L.Maqalovun   rəhbərliyi   ilə   
dəstə   və könüllülər)   geri   ataraq   Kürdəmir   dəmir   yolu   stansiyasını   tutdu.   Qırmızı   Ordunun   hissələri   
Gəncəyə   həlledici 
hücum təşkil etmək məqsədi ilə Müsüslü-Qaraməryəm xəttində mövqelər qurdular. 
12    iyun    -   türk   ordusunun   5-ci    Qafqaz   piyada   firqəsinin   2-ci    dəstəsi    Qazaxa   çatdı    və   dəmir   
yolu   ilə 
Gəncəyə daşınmağa başladı. 
Ġyunun ortaları  - komandir çatışmazlığı problemini həll etmək üçün Nuru paşa Gəncədə miralay Atif 
bəyin rəhbərliyi ilə milli hərbiyyə məktəbi təşkil etdi. 
15 iyun - türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdi. 
15    iyun    -   10-cu   türk   piyada   alayı    Göyçay   ətrafında   toplaşmış   erməni    kəndlərinin   dəstələrini   
qismən tərksilah etdi; 
16    iyun   -   Qırmızı   Ordu   Müsəlman   Korpusunun   cüzi   qüvvəsini   (L.Maqalovun   rəhbərliyi   ilə   
dəstə   və 
könüllülər)  geri  ataraq  Qaraməryəm  kəndini   ələ  keçirdi.  Qırmızı  Ordunun  iri  hərbi  qüvvələri  və  Kür  çayında 
hərbiləşdirilmiş    gəmilərin    hərəkəti    ilə    bolşeviklər    Kür    üzərindəki    körpü    və    bərələri    nəzarət    altına   
almağa çalışırdılar. 
Bunun  qarşısını almaq  üçün  Cavad  bölgəsində  mayor  N.Ramazanovun  rəhbərliyi  ilə  qüvvə  təşkil  edildi 
21 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə