Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə100/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   96   97   98   99   100   101   102   103   ...   113

 
 
 
 
15-ci firqə Qarakilsədən avqustun 28-də çıxmağa başlamış, Qarakilsə-Dilican-Karvansara-Qazax-Ağstafa 
yolu   ilə   hərəkətə   keçmişdi.   Öz   hissələrindən   başqa   9-cu   Ordunun   qaubitsa   səhra   batareyası   da   ona   
verilməli idi.
608   
15-ci firqə əvəzinə Gümrü-Qarakilsə bölgəsində 36-cı Qafqaz piyada firqəsi mövqələr tutdu.
609
 
Xəlil   paşanın   almanlarla,   Azərbaycan   hökumətinin   Gürcüstan   hökuməti   ilə   danışıqları   nəticəsində   
türk qoşunlarına  Gürcüstan  dəmir  yollarından istifadə etmək icazəsi  verildi.
610   
Əslində belə icazəni verən 
almanlar 
öz    məqsədlərini    güdürdülər.    Türk    komandanlığının    Bakını    azad    etməkdə    israrlı    olmasını    görüb,   
Bakıda  bolşeviklərin    devrilməsini    və    bura    ingilislərin    gəlməsi   
xəbərini    alan  alman    komandanlığı    Sovet    Rusiyası    ilə   
avqustun    27-də    bağladığı 
sövdələşmədən     uzaqlaşmağa     başladı.     Alman     komandanlığı     
Ənvər 
paşa,   Nuru   paşa   və   Türkiyənin   Tiflisdəki   nümayəndəsi   
Əbdülkərim 
paşaya      müraciət      edərək      Bakıya      hücumda      bir      alman     
taborunun  iştirakına      icazə      verilməsini      istədi.      Əslində,     
Gürcüstandakı      alman  qoşunlarının  komandanı  Fon  Kressenşteyn 
süvari  alayı  Bakıya  yürüşə  hazırlayırdı.  Ənvər  paşa,  Nuru  paşa  və 
Əbdülkərim  paşa  rədd  cavabı  verdilər,    üstəlik  Ənvər    paşa    Nuru   
paşaya   göndərdiyi  gizli   göstərişdə 
almanların    icazəsiz    Bakıya    hərbi    hissə    göndərəcəyi    təqdirdə    Azərbaycan-Gürcüstan    sərhəddindəki   
körpünü  partlatmağı    əmr    etdi.    Özünün    2-ci    məktubunda    o,    əlavə    etdi    ki,    Azərbaycan    hökumətinin   
nümayəndələri    ilə  məsləhətləşmələr  göstərdi  ki,  Azərbaycan  hökuməti  almanların  ölkələrinə  gəlişinin 
əleyhinədir,  lazım  gələrsə, onlara  silahlı  müqavimət  göstəriləcəyini  bildirir.  Öz  adından  Ənvər  paşa  bildirirdi 
ki,  məsələ  bu  həddə  çatsa, türk qoşunları Azərbaycan hökumətini dəstəkləyəcək.
611
 
Qardaş    Azərbaycan    və    türk    (osmanlı)    döyüşçüləri    düşmənə    qarşı    çiyin-çiyinə    vuruşmuş,   
qələbələr  qazanmışdılar.  Onların  bu  rəşadəti  yüksək  qiymətləndirilmiş,  zabit  və  əsgərlərin  bir  çoxu  orden  və 
medallarla  təltif  edilmişdir.  1918-ci  il  sentyabrın  3-də  QİO  komandanlığının  tabeçiliyində  olan  şəxsi  heyətə 
təqdim  etdiyi  təltif    sənədi    indiyədək    qorunmaqdadır.    Burada    15    osmanlı    zabitinin    adı    var.    Onlar   
"Altun   ləyaqət    medalı",  "Gümüşlü  imtiyaz  medalı",  "5-ci  dərəcəli  Məcidi  Nişanı",  "Hərbi  Medal"  ilə  təltif 
ediliblər.
612   
Azərbaycanın  о  dövrdə    öz    təltif    nişanlarının    olmaması    səbəbindən    Azərbaycan    hərbçiləri   
də    Osmanlı    dövlətinin    orden    və  medalları      ilə      təltif      edilirdi.      Türkiyə      hərbi      arxivlərində     
qorunan      sənədlər,      hansı      orden      və      medalların  azərbaycanlılara  təqdim  edilməsi,  hansı  zabitlərin  təltif 
edildiyini müəyyənləşdirməyə imkan verir. 
1918-ci il sentyabrın 3-nə aid təltif sənədində göstərilən azərbaycanlı zabitlərin yüksək təltif nişanlarına 
layiq görülməsi sultan tərəfindən təsdiqlənmişdir. Zabitlər iki təltif nişanı - 5-ci dərəcəli Məcidi Nişanı (Məcidi 
Ordeni) və Hərbi Medala (Hərbi Medalya) layiq görülmüşdülər. 
Məcidi Nişanı (Məcidi Ordeni) 1851-ci ildə Osmanlı sultanı 
Əbdülməcid      (1839-1861)      tərəfindən      təsis      edilmişdir.
613       
Nişan  günəş  formasında  olub,  mərkəz  dairəsindən  7  hissədə 
cəmlənmiş  şüalar    yayılır.    Hissələr    arasında    ay-ulduz   
təsvirləri    mövcuddur.  Mərkəzdə      sultanın      tuğrasının     
(möhürünün)      təsviri      verilmiş, haşiyədə 
"Səadət",
 
"Qayret" 
("Çalışqanlıq"), 
"Hamiyyet" 
("Vətəndaşlıq")      sözləri      və      "Sene      1268"      ("1268-ci     
il")      ərəb  qrafikası  ilə  yazılmışdır.  Nişan  5  dərəcədə  təsis 
edilmiş,  təltif  5-ci dərəcədən   başlayırdı.   Ordenin   5-ci   və   4-cü   
dərəcələri   döşün   sol 
tərəfində lentli çərçivə üzərində, 3-cü və 2-ci dərəcələri boyunda lent üzərində, 1-ci dərəcəsi isə boyunda orden 
zənciri   üzərində   daşınırdı.
614     
Ordenin   1-ci   və   2-ci   dərəcələrinin   nişanları   ilə   birlikdə   sinədə   daşınan   
ulduzlar  verilirdi.  Ordenin  5-ci  və  4-cü  dərəcələrində  nişanla  lent  arasında  ay-ulduz  təsviri  yerləşdirilirdi. 
Nişanın arxa tərəfində aypara daxilində ornament təsvir edilmişdir. Ordenin lenti qırmızı rəngdə olub, iki nazik 
yaşıl zolaqla haşiyələnib. Ordenlə bərabər, "bərat" adlanan sənəd verilirdi ki, orada orden təqdim edilən şəxsin 
adı,  rütbəsi,  vəzifəsi,  xidmətləri  qeyd  olunurdu.
615   
Məcidi  Ordeninin  ilkin,  5-ci  dərəcəsini  20  il  qüsursuz 
xidmətdən sonra və 
ya    sultanın    xüsusi    fərmanı    ilə    almaq    mümkün    idi.    Hərb    zamanı    xüsusi    igidlik    göstərənlərə    orden   
sultanın  formanı    ilə    xidmət    illəri    nəzərə    alınmadan    verilir,    belə    nişana    qılınclar    əlavə    edilirdi.
616   
Maraqlıdır    ki,    orden  verilən  şəxs  vəfat  etdikdə  orden  dövlət  xəzinəsinə  təhvil  verilirdi  ki,  onu  heç  kim 
daşımasın. 
608
Yenə orada, s.324. 
609
Yuceer N. Birinci Dünya savaşında, s.114. 
610
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.161. 
611
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 162-163. 
612
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.159. 
613
Denisenko A. Askeri Müze osmanlı ve cumhuriyet dönemi madalya ve nişanlar kataloqu. İstanbul, Harbiye, s. 52. 
614
Denisenko A. Askeri Müze, s.53. 
615
Denisenko A. Askeri müze, s.16. 
616
Yenə orada, s.18. 
147 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə