Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə102/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

 
 
 
səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə 
veriləcək;  5-ci   firqə  sağ  cinahı  ilə  Hacı  Həsən-Ermənikənd  istiqamətində  irəliləyəcək,  Heybət  stansiyasından, 
dəniz    sahili    və    Qurd    qapısınadək    olan    ərazini    tutacaq,    mümkün    olarsa,    təpəni    zəbt    edəcək;    15-
ci    firqə 
Biləcərinin   şərqindən   sağ  cinahı   istiqamətində   hücum  edəcək.   Süvarilər   Sabunçu-Balaxanı istiqamətindəki 
düşməni    qovacaq,    Hövsan,    Əhmədli    və    Keşləni    azad    edəcək.    Cəmil    Cahid    bəy    yenidən   
Cənub    qrupun  komandanı    təyin    edildi;    hücum    gecə    başlamalı    (dəqiq    vaxt    əlavə    göstərilməli   
idi),    firqələr    bir-birlərini  gözləməməliydi.
630   
QİO  və  5-ci  firqənin  qərargahları  Güzdəkdə,  15-ci  firqənin 
qərargahı  Binəqədidə  idi.
631   
Nuru  paşanın  əmrinə  əsasən  hissə  komandirləri  müvafiq  əmrlər  verdilər. 
Süleyman  İzzət  bəy  onun  hücum  sahəsinin genişliyi,  əmrdə  verilən  tapşırıqlara  nisbətən  qüvvələrin  az  olması 
barəsində Nuru paşaya məlumat verdi. Belə 
ki,  15-ci   firqənin  45-ci   alayı  Batumda  qalmış,  56-cı   alay  5-ci   firqəyə  verilmiş,  38-ci   alay  əvvəlki  döyüşlərdə 
itkilər vermiş, 107-ci alay isə (36-cı Qafqaz firqəsi tərkibindən) hələ döyüşlərdə iştirak etmədiyindən təcrübəsiz 
idi. 
Nuru paşa göstərir ki, əsas zərbə üçün qərb istiqamətinin seçilməsi onun şəhərin mərkəzinə ən yaxın yer 
olması ilə bağlı idi.
632
 
Sentyabrın 12-də günortaya yaxın 15-ci firqənin tərkibində olmuş süvari hissələr düşmənin diqqətini cəlb 
etmək üçün immitasiya etdilər, Qüdrətli toplar düşmənin Balaxanı tərəfdəki mövqelərini atəşə tutdu. Vəziyyəti 
öyrənmək    üçün    Sentrokaspi    qoşunları    tərəfindən    bir    təyyarə    havaya    qaldırıldı.    Düşməndə    əsas   
qüvvələrin  Biləcəri  istiqamətində  toplanması  təəssüratı  yaradıldı.  Həmin  gün  Nuru  paşa  yeni  əmr  imzaladı. 
Əmrə əsasən 
15-ci     firqə     tərkibində     yalnız     38-ci     piyada     alayı     və     Azərbaycan     qüvvələri     saxlanıldı,     digər     
hissələr    və  artilleriyanın   ək-səriyyəti   5-ci   firqəyə   verildi.   Bununla   belə   5-ci   firqənin   hücum   xəttinin   
eni   1500   m,   15-ci firqəninki   isə   30   km   idi.
633     
Bu   zaman   cəbhədə   8   min   türk,   7   min   Azərbaycan   
döyüşçüsü    var    idi.
634     
İngilis  mənbələrinə  görə,  sentyabrın  əvvəllərində  QİO-nun  tərkibində  26  top,  5300 
türk,  8000  azəri  döyüşçüsü  var  idi.  Denstervil  öz  raportlarının  birində,  6000  türk,  8000  azəri  döyüşçünün 
olmasını bildirmişdi.
635
 
Sentyabrın    12-də    qoşunlara    əlavə    sursat    paylanır,    düşmən    barəsində    kəşfiyyat    məlumatları   
toplanırdı.  Kəşfiyyatdan      qayıdan      Əmənulla      əfəndi      məlumat      verdi      ki,      cəbhədə      900      ingilis     
dayanıb,      Sentrokaspi  qüvvələrində    ruh    düşkünlüyü    var,    fərarilik    artır.    Düşmənin    əsas    qüvvələri   
Heybət,    Biləcəri    və    Balaxanı  istiqamətindədir.    Müdafiəçilər    sırasında    Biçeraxovun    göndərdiyi    500   
nəfərlik    dəstə    var    idi.    Türk    qoşunları  tərkibində    olan    bir    ərəb    ingilislər    tərəfinə    keçərək    hücumun   
sentyabrın    14-də    başlayacağı    və    əsas    zərbənin  qərbdən  vurulacağı  barəsində  xəbər  verdi.
636   
Ərəbin 
məlumatlarına görə, türk hərbi komandanlığı hesab edirdi 
ki, şəhərdə 3000 ingilis əsgəri və 4000 rus əsgəri var, qalanları erməni döyüşçüləridir. O, həmçinin bildirdi ki, 
Qafqaz İslam Ordusunun 32 topu var, lakin onlar elə maskalanıblar ki, o, yalnız 4-nü görüb.
637
 
Əməliyyat     ərəfəsində     Sentrokaspi     diktaturası     və     ingilis     qoşunlarının     əksəriyyəti     Biləcəri-
Balaxanı 
istiqamətində,  süvari  hissələri  Zığ  ətrafında  yerləşirdilər.  Xüsusi   olaraq  vurğulanırdı  ki,  dinc   əhali  və  əsirlərə 
heç     bir     ziyan     yetirilməməlidir.
638       
5-ci      Qafqaz     firqəsinin     qoşunları      dayandıqları      mövqelərdə     
məharətlə maskalanır, bütün yerdəyişmələr gecə həyata keçirilir, düşmən tərəfi dəfələrlə havaya təyyarə qaldırsa 
da Qurd 
qapısı    istiqamətində    qüvvələrin    artmasını    müəyyən    edə    bilməmişdi.    Bakının    müdafiəsinə    ümumi   
rəhbərliyi  generallar    Denstervil    və    Baqratuni    icra    edir,    cəbhədəki    qoşunlara    isə    Dokuçayev    və   
Keyvort    komandanlıq edirlər.
639
 
7.11.Ġkinci Bakı əməliyyatı və Bakının azad edilməsi 
(14-15 sentyabr 1918-ci il) 
Sentyabrın   13-də   Azərbaycan   zirehli   qatarı   5-ci   firqəyə   tabe   edildi,   hücum   istiqamətlərinin   
sərhədləri 
müəyyənləşdirildi. Belə ki, Cənub qrupu ilə 5-ci firqə arasında təmas xətti Puta körfəzindən, 283 №-li təpədən 
və Puta stansiyasından, 5-ci firqə ilə 15-ci firqə arasında isə Yanardağ-Biləcəri-Ermənikənd xəttindən keçməli 
idi.    Bakı    üzərinə    həlledici    hücum    sentyabrın    14-nə,    şəhər    üzərinə    ilk    hücumdan    keçən    40-cı   
günə    təyin 
630
Yuceer N. Birinci Dünya savaşında, s.114-115. 
631
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.164. 
632
Budak M. Nuru paşanın raportu, s.455. 
633
Yuceer N. Birinci Dünya savaşında, s.115. 
634
Yenə orada,s.115. 
635
Rıhtım  M.  İngilislərin  Bakı  və  Xəzər  dənizinə  hakim  olmaq  xüsusunda  cəhdləri //  Azərbaycan  Xalq  Cümhuriyyəti  və  Qafqaz  İslam  Ordusu  toplusu, 
s.513. 
636
Денстервиль, с.257. 
637
Rıhtım M. İngitislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.517. 
638
Yuceer N. Birinci Dünya savaşında, s.116. 
639
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.166-167. 
150 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə