Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə103/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   99   100   101   102   103   104   105   106   ...   113

 
 
edilmişdi.
640       
Əvvəlcədən    şimal    istiqamətinə    cəmləşdirən    qoşunlar    sonra    gizlin    şəraitdə    qərb   
istiqamətinə  aparıldı.
641     
General    Denstervil    yazırdı    ki,    Bakının    müdafiə    xəttində,    sol    cinahda,   
Bibi-Heybət    mədənləri  önündəki  təpələrdə  Şimali  Stafford  alayının  60  nəfərlik  "A"  bölüyü,  onun  arxasında 
100 nəfərlik erməni dəstəsi 
və   Şimali   Stafford   alayının   100   nəfərlik   dəstəsi   dayanırdı.   Qurd   qapısı   təpəsində   rus   dəstəsi,   ondan   
şimalda 
Şimali      Stafford      alayının      "B"      bölüyü,      onun      yanında      Hacı      Həsən      kəndi      ilə      üzbəüz     
erməni      dəstəsi 
möhkəmlənmişdi. Döyüş xəttində bir qaubitsa batareyası və 1 ədəd üçdüymlük top dayanır, sol qanadda 2 ədəd 
mil
642 
üçdüymlük    top    qurulmuşdu.   
1,5 
aralı    Ağ    ev    adlanan    evdə    sol    cinah    qərargahı    (başda   
polkovnik 
Veqsuraba) və  bir erməni  taboru  yerləşirdi.  Sağ cinahın  (başda  polkovnik Qazarov)  sol  qanadını  Biçeraxovun 
600    nəfərlik    qüvvəsi    qoruyurdu.    Biləcəri    stansiyasında    Uoçester    taborunun    2    bölüyü    dayanırdı.   
Biləcəridən  Dərnəgülə  qədər  olan  sahədə  Uoçester  taborunun  1  bölüyü  durmuşdu.  Dərnəgül  gölünün  cənub 
tərəfində  erməni  taboru,    şərq    tərəfində    ingilis    qoşunlarının    pulemyot    komandası    (4    pulemyot)   
yerləşirdi.   Sağ   cinahın   ehtiyatı  Şimali  Stafford  alayının  60  nəfərlik  dəstəsi  idi.  39-cu  briqadanın  qərargahı 
yerləşən  binada  Varvik  taborunun 
100  nəfərlik  bölüyü  saxlanılmış,  burada  8-ci  səhra  topçu  batareyası  və  bir  qaybitsa  var  idi.    2  ədəd  ingilis 
zirehli avtomobili  Biləcəridə,  bir  zirehli  avtomobil  isə  ehtiyyatda  saxlanılmışdı.  Sağ  cinahın  sağ  qanadını  500 
nəfərlik erməni dəstəsi, üstəlik üç düymlük top batareyası, 3 rus zirehli avtomobili təşkil edirdi.
643
 
QİO    komandanlığı    düşmən    barəsində    məlumat    toplamaq    üçün    daim    kəşfiyyat    dəstələri   
göndərilməsini  tələb    edirdi.    Bu    sahədə    ən    böyük    uğur    sentyabrın    13-də    qazanıldı.    Həmin    gün    Zığ   
istiqamətində    kəşfiyyata  göndərilən    Tatar    süvari    alayının    Qasımov    soyadlı    döyüşçüsü    düşmən   
tərəfdən   vacib    "dil"    gətirdi:    Odinsov  soyadlı   zabit   mühəndis-istehkam   sahəsi   üzrə   mütəxəssis   idi   və   
Bakı    ətrafında    istehkamların    yaradılmasında  iştirak  etmişdi.  Onun  dindirilməsi  ilə  düşmənin  müdafiə  xətti 
barəsində vacib məlumatlar əldə olundu.
644
 
İngilis zabiti Raulinson sentyabrın 13-də təxribat qrupu ilə Lənkərana yollanmalı, daha sonra Muğandan 
QİO-nun  arxasına  keçməli və  körpülər,  dəmir  yolları, anbarları  partlatmalı  idi;  QİO-nun  cəbhədəkı  fəallığı  və 
son  hücuma  hazırlaşmağı  buna  imkan  vermədi,  üstəlik  hücumun  sentyabrın  14-də  olması  müəyyən  ediləndən 
sonra Denstervil Raulinsonun tapşırığını ləğv etdi.
645
 
Sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı 
üzərinə həlledici hücum əmrini imzaladı. Əmrə əsasən: hücum sentyabrın 14-də gecə başlamalıdır; 5-ci Qafqaz 
firqəsinin piyada hissələri saat 2-də Hacı Həsən kəndinin cənubundan Sarıhacılı kilsəsi istiqamətində hərəkətə 
keçərək,   süngü   və   əl   qumbaralarından   istifadə   etməklə   düşmənin   1-ci   müdafiə   xəttini,   sonra   isə   2-
ci    xəttini  tutmalıdır;  tutulan  1-cə  xəttə   pulemyotlar   yer-ləşdirilməli,  hücum  istiqamətində  ərazi  top  atəşinə 
tutulmalıdır;  düşmən    döyüş    xəttinə    ehtiyat    qüvvəsini    gətirə    bilməsin    deyə,    onun    arxa    yolları  top   
atəşinə    tutulmalıdır,    eyni  zamanda    kiçikçaplı    toplar    piyadalarla    birlikdə    hərəkət    etməyə    hazır   
olmalıdırlar;    106-cı    və    107-ci    alaylar  firqənin  ehtiyatı  hesab  olunaraq  hər  an  hərəkətə  keçməyə  hazır 
olmalıdırlar;  zirehli  qatar  Heybət  stansiyasına  irəliləyərək  Qurd  qapısında  qurulan  topların  atəşini  özünə  cəlb 
etməli  və  firqənin  sağ  cinahını  qorumalıdır.  15-ci  firqə    gecə    yarı      hərəkətə    başlayaraq    Biləcəri,   
Balaxanı,    Suraxanı     və    Əhmədli    istiqamətlərində    kəşfiyyat aparandan sonra hücüma keçərək Əhmədlini 
tutmalıdır.
646
 
5-ci firqənin hərəkətlərini 11 qüdrətli, 3 rus səhra, Şnayder, 5 rus dağ topları, 8 qaubitsa dəstəkləməli idi. 
Ön xəttdə 9-cu və 56-cı alaylar getməli, daha sonra 13-cü və nəhayət 10- 
cu    alaylar    hücuma    qoşulmalı    idilər.    Alayların    qarşısında    ağır   
vəzifə  qoyulmuşdu:    gecə    ikən    Şubanı    yüksəkliklərindən    enərək   
dəmir    yolunu  keçmək,    Qurd    qapısının    sərt    təpəliklərinə    qalxmaq   
və    bütün    hərəkət  zamanı    səssizliyə    riayyat    etmək.    Müdafiə    xətti   
yarıldıqdan   sonra   56-cı alay  Sallaxananın  şimal   hissəsi  ilə,   9-cu   alay 
isə  Sallaxana  ilə  Maşatlıq  arasında    irəliləməli    idilər.    Şəhərə    hakim   
olan    yüksəkliklər    tutulandan  sonra    alaylar    mövqelərində   
möhkəmlənib    növbəti    əmri    gözləməli    idi.  Firqənin    topları    üç   
qrupa    bölündü:    1-ci    və    2-ci    qruplar    Bayıl    və    Bibi-  Heybət 
istiqamətindən  ehtimal  edilən  düşmən  hücumunu  dəf  etməli,  3-cü  qrup 
cəbhənin sol cinahını nəzarət altına almalı idi.
647
 
15-ci      firqənin      38-ci      alayının      tərkibindən      hər      birində      40      nəfər      olan      iki      kəşfiyyat     
qrupu      Biləcəri  istiqamətinə  göndərilməli  idi.  38-ci  alayın  iki  taboru  Binəqədinin  cənubundakı  Yanardağın 
ətəklərindən Biləcəri istiqamətində hücuma keçməli, 3-cü tabor ehtiyatda qalmalı idi. 
640
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.336. 
641
Budak M. Nuru paşanın raportu, s.455. 
642
1 dəniz mili - 1852 metr. 
643
Денстервиль, с.260-261. 
644
Süleymanov M.S. Azərbaycan Ordusu, s.133. 
645
Денстервиль, с.258. 
646
Yuceer N. Birinci Dünya savaşında, s.116. 
647
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.340. 
151 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə