Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə104/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   100   101   102   103   104   105   106   107   ...   113

 
 
 
 
 
Azərbaycan    taborları    Balaxanı    üzərinə    hücuma    keçməli    və    Suraxanının    cənubundan    hücumu   
davam 
etdirməli, türk və Azərbaycan süvari alayları Əhmədli istiqamətində hücuma qoşulmalı idilər.
648 
Hücum 9-cu və 
56-cı    piyada    alayların    Qurd    qapısı    istiqamətində    hərəkəti    ilə    başladı.    Saat    01:00-da    Şubanı-Bakı   
yolunun  şimalından  56-cı,  cənubundan  isə  9-cu  piyada  alayları  hərəkətə  keçərək  səssizlik  şəraitində  dəmir 
yoluna  tərəf  enməyə  başladılar.
649   
Daha  sonra  onlar  dəmir  yolundan  üzü  yuxarı,  Qurd  qapısı  təpəsi 
istiqamətində  qalxmağa  başladılar.  Buradakı  yeganə  yolun  düşmənin  nəzarəti  altında  olması  məlum 
olduğundan  alaylar  sərt  yamaclarla  üzüyuxarı    qalxırdılar.    Artıq    saat    3-də    56-cı    alay    yüksəkliyə   
qalxaraq    qəfil    zərbə    ilə    düşmənin    1-ci    müdafiə  xəttinə  hücum  etdi.  9-cu  alay  onun  qarşısında  olan 
düşmənin  1-ci   müdafiə  xəttini  saat  3:30-da  tutdu.
650
13-cü  alay  3  ədəd,  56-cı  alay  5  ədəd  pulemyotu  qənimət 
kimi ələ keçirdi. 
İngilis raportlarından aydın olur ki, Qurd qapısına edilən hücum onlar üçün tam gözlənilməz oldu: saat 
4:30-da Qurd Qapısı tərəfdən güclü atışma səsi gəldi, lakin tezliklə sakitləşdi və saat 5:30-da yenidən gücləndi. 
İngilis qərargahı Qurd qapısında dayanan qoşunlarla əlaqəni tam itirmişdi 
və    nəyin    baş    verdiyini    yalnız   ehtimal    edə    bilərdi.   Təpəyə    əlavə   
dəstə göndərmək    təklifi    qəbul    olunmadı,    çünki    havanın    qaranlıq   
olması    və 
təpənin dumanla örtülməsi səbəbindən qoşunlar özləri bir-birinə atəşə aça 
bilərdi.      Üstəlik      türklərin      Qurd      qapısı      istiqamətində      hü-
cumu      heç gözlənilmir, olsa-olsa burada 
yayındırıcı 
həmlə
 
ehtimal 
edilirdi. 
Sentrokaspi 
 
 
qoşunlarının     
komandanlığı      da      vəziyyətdən      bixəbər      idi.  Təxminən    6:35-də   
vəziyyəti    öyrənmək    üçün    göndərilən    rabitə    zabiti 
mayor Dayrell xəbər verdi ki, onun ehtimallarına görə təpədə döyüş gedir. Havaya qaldırılmış təyyarə heç nəyi 
ayırd    edə    bilmədi,    çünki    təpəni    örtən    duman    hələ    də    çəkilməmişdi.
651     
Şəhərin    şimal    tərəfindən,   
Binəqədi,  Biləcəri    istiqamətindən    gələn    şiddətli    atışma    səsləri    və    komandirlərin    türklərin    hücuma   
keçməsi    barəsində  xəbərləri  ingilis  komandanlığını  əmin  etdi  ki,  Qurd  qapısında  baş  verənlər  yayındırıcı 
həmlədir.  Nəhayət  təpədə  müdafiə   olunan   əsgərlər   xəbər   çatdırdılar   ki,   bütün   müdafiə   xəttləri   tutulub,   
ingilis    qoşunları    təpədən    şəhərə  doğru    geri    çəkilmiş    və    yeni    müdafiə    xətti    yaratmağa    çalışırlar.
652     
Hücumun    sürətli    və    gözlənilməz    şəraitdə  həyata    keçirilməsi    haqqında    general    Denstervil    yazırdı:   
"İnanılması   mümkün   deyil   ki,   cəbhəmizin   ən   güclü sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirilsin. 
Bütün  üstünlüklərin  bizim  tərəfdə  olmasına  baxmayaraq,  hücumun  elə  ilk  anlarından  başlayaraq  darmadağın 
edilən  belə  qoşunlarla  uğur  əldə  etmək  üçün  heç  nəyə  ümid  etmək  mümkün  deyildi...".
653   
9-cu  Osmanlı 
alayının  sağında  arxada  13-cü,  56-cu  alayın  solunda  arxada  10-cu  alay  hərəkət  edirdi.  Qurd  qapısı  təpəsi  ilə 
dəniz  arasında  olan  ərazi  düşməndən  təmizləndi.  1-ci  müdafiə  xətti  tutulan  kimi  bura  topların  qaldırılması 
başlandı.  Qırmızı  Qışlada  dəstələri  toplayıb  əkshücuma  keçmək  istəyən  düşmənə    top    atəşi    açıldı    və    o,   
itkilər   verərək   şəhərə   doğru   çəkilməyə   məcbur   oldu.
654     
Bayıl   ilə   Qurd   qapısı  arasında   düşmənin   bir   
hərbi    hissəsi    sahilə    yaxınlaşmış    gəmilərə    minməyə    cəhd    göstərdi,    lakin    top    atəşi    ilə  bunun  qarşısı 
alındı. 
Səhər saat 4:00-da hücuma başlayan 15-ci firqə də öz hücum istiqa-mətində düşmənin ilk müdafiə xəttini 
ələ keçirdi, səhər 6-da düşmən döyüş bölgəsinə əlavə qüvvə yeritməsin deyə arxa yollar top atəşinə tutuldu. Bu 
istiqamətdə  düşmənin  əsas  qüvvələri  dayanmışdı.  Əsirlərdən  öyrənilmişdi  ki,  burada  100  ingilis,  700  rus,  800 
erməni    döyüşçüsü    var,    16    pulemyot,    12    top    ərazi    üzrə    maskalanaraq    gizlədilmişdi.    Biləcəri   
istiqamətində  irəliləyən  38-ci  alay  həmin  gizlədilmiş  silahların atəşinə  məruz  qaldı.
655   
Buna  baxmayaraq  38-ci 
alay irəliləyirdi. Süleyman İzzət bəy əlavə piyada qüvvələr və toplarla dəstəklənməsini istəyirdi.
656
 
9-cu    və    56-cı    alaylar    geniş    sahəyə    çıxdıqca    əlavə   
hissələrlə gücləndirilidi,  sonra  56-cı  alaydan  solda  döyüşə  10-cu  alay 
yeridildi.  Səhər  saat    6-da    qərb    istiqamətində    2-ci    müdafiə    xətti 
tam  olaraq   ələ  keçirildi.  QİO-nun  hissələri  döyüşdə  fasilə  yaratdılar. 
Səhər  saat  9:00-  da  artıq  dənizin  bəzi  yerlərində  şəhərdən  qaçan 
gəmilər  görsəndi,  eyni  zamanda   şəhərin   bir   neçə  yerindən   havaya   
qalxan    tüstülər    düşmənin  şəhərdə  yanğınlar  törətməsindən  xəbər 
verirdi.
657
 
Düşmən   qüvvələri    çaşqınlıq   içində   idi    və   hücumun   
davamını gözləyirdi,     lakin     türk-Azərbaycan     hissələri     tutduqları     
mövqelərdə 
648
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.341. 
649
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.170. 
650
Yuceer N. Birinci Dünya savaşında, s.116. 
651
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.518. 
652
Yenə orada, s.519. 
653
Денстервиль, с.263. 
654
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.347. 
655
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.342. 
656
Yuceer N. Birinci Dünya savaşında, s.117. 
657
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.170. 
152 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə