Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə105/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

 
 
 
 
möhkəmlənirdilər. Bu fasilə əmrlə nəzərdə tutulmuşdu, çünki Qurd qapısına topları qaldırmaq çətin məsələ idi, 
onlar olmasa, şəhəri və limanı nəzarət altında saxlamaq, hərəkət edən düşmən qüvvələrinə atəş açmaq olmazdı 
və ümumiyyətlə, Qurd qapısı təpəsinin tutulması əhəmiyyətini itirərdi. Nuru paşa təkcə yüngül topları deyil, bir 
ağır batareyanı da təpəyə qaldırmağı, 5-ci firqənin qərargahını da ora keçirməyi əmr etdi.
658   
Düşmən fasilədən 
istifadə edərək qərb istiqamətinə yeni qüvvələr göndərir, lakin əhəmiyyətli dəyişikilik edə bilmirdi.
659   
Saat 9:45 
Qurd qapısı istiqamətində əkshücum baş verdi, burada ingilis qoşunları və biçeraxovçular vuruşur, ermənilərdən 
ibarət    3    bölük    hücuma    qalxsa    da,    ilk    top    səsləri    gələn    kimi    geri,    şəhərə    doğru    qaçdılar.
660     
Şimaldan   təzyiqi artıran   15-ci   firqə   buradan   qoşunların   götürülüb   5-ci   firqəyə   qarşı   atılmasına   imkan   
vermirdi.    Qurd    qapısına  qaldırılmış  toplar  9-cu  alayın  sağ  cinahında  əkshücum  üçün  toplaşan  düşmən 
hissəsini atəşə tutaraq dağıtdı. 56- 
cı alay sol cinahda yüksəklikləri tutdu, 3 pulemyotu qənimət kimi götürdü. Düşmən arasında vahiməni artırmaq 
üçün    təpələrdə    qurulan    toplar    ara-sıra    şəhərdəki    qoşun    birləşmələrinə    və    limandakı    gəmilərə    atəş   
açırdılar.  Düşmənin  Salxana  və  Salyan  kazarmasında  qurduğu  top  batareyaları  ilk  atəş  açan  kimi  mövqelərini 
bildirmiş  və  dərhal    türk  artilleriyası    tərəfindən    dəf    edilmişdilər.
661   
Qırmızı    Qışla    adlanan    yerdə   
(Maşatlıq    adlanan    xristian  qəbristanlığı  yaxınlığında)  möhkəmlənmək  və  56-cı  alaya  hücum  etmək  istəyən 
düşmənin  piyada  hissələri  və  3  zirehli  avtomobil  top  atəşinə  məruz  qalaraq  qışlanı  tərk  etdilər.  Sağ  cinahda 
13-cü  alay  Maşatlıq  məntəqəsi  və  Bayıl      yüksəkliklərini      ələ    keçirdi.    Saat    11:45    Putadakı      zirehli     
qatar    hərəkətə    keçərək    Heybət    stansiyası  istiqamətində  irəlilədi.  Qatar  top  atəşi  ilə  irəliləyən  hissələri 
dəstəkləyirdi.  Beləliklə,  sentyabrın  14-də  günortaya  yaxın  qərb  cəbhəsində  əsas  mövqelər  ələ  keçirildi.
662 
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilisləri 
iki aero-plan dəstəkləyirdi. Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və 
bombalar    atırdı".    Sentrokaspi    Diktaturasının    və    ingilislərin    6    zirehli    avtomobili    sentyabrın    14-də   
baş   verən döyüşdə   geniş  istifadə   edilmişdi.   General   Denstervilin   qeydlərinə   görə,  "hərəkətdə  altı   zirehli 
avtomobil   -  üç ingilis və üç rus var idi. Onlar markiz d Albissinin rəhbərliyi altında idi və hamısı öz işini gözəl 
bilirdi." 
Şimal istiqamətində döyüşlər genişlənirdi. Belə ki, polkovnik Favielin rəhbərlik etdiyi ingilis-Sentrokaspi 
qoşunları  6  zirehli  avtomobillə  himayə  olunur  və  bir aeroplan  mütəmadi  olaraq  15-ci  firqəyə  bombalar  atırdı. 
Nuru    paşanın    əmri    ilə    107-ci    alay    Biləcəriyə    doğru    göndərildi    və    o,    5-ci    firqə    ilə    15-ci    firqə   
arasında    əmələ  gəlmiş  boşluğu  doldurdu.  Lakin  onun  qarşısında  ingilis  və  biçeraxovçuların  dayanması, 
zirehli  avtomobillərin  fəaliyyəti    alayın    hücuma    keçməsinə    imkan    vermədi.
663   
Yalnız    günortadan    sonra   
gətirilmiş    topların    Biləcəri təpələrini     atəşə    tut-ması     38-ci     və     107-ci     alayların    hücumlarını     təşkil     
etməyə      imkan      verdi.    Azərbaycan  taborlarından    təşkil    edilmiş    Maştağa    dəstəsi    Tofik    bəyin   
rəhbərliyi    ilə    Sabunçunu    aldı,    sonra    isə    Hövsanda  düşmənin    iri    dəstəsi    ilə    üz-üzə    gələrək    onu   
geri    atmağa    müvəffəq    oldu.
664     
Zehni    bəyin    dəstəsi    tərkibində  vuruşan  Azərbaycan  süvari  dəstələri,  о 
cümlədən  Tatar  süvari  alayı  və  Ləzgi  süvari  alayının  döyüşçüləri  onların  qarşısında  olan  düşmən  süvarilərini 
geri atdılar. 
Saat    13:30-da    ingilislər    Ermənikənd    aerodromunda    salamat    qalmış    2    aeroplanı    sıradan   
çıxardılar.
665
 
Günortadan  sonra  38-ci  alay  yeni  hücuma  başladı  və saat  15:00-da  Biləcərinin bütün  ətraflarını  nəzarət  altına 
aldı. Döyüşdə çoxlu sayda əsir götürüldü. 107-ci alay da irəliləyərək 38- 
ci alayın sağ cinahında hərəkət edirdi. 38-ci alayın sol cinahında ingilis- 
Sentrokaspi qoşunları əkshücuma keçdilər və Süleyman İzzət bəy şəxsən 
bu    istiqamətə    gəldi.    Azərbaycan    könüllülərindən    ibarət    piyada   
tabor 
düşməni geri ataraq Sabunçunu tutdu, Azərbaycan süvariləri isə Zığdan 
Əhmədliyə    doğru    əhəmiyyətli    dərəcədə    irəliləmişdi.    Beləliklə,   
günün axırına  şimal  cəbhəsində  də  düşmən  müqavimət  göstərmək  üçün 
bütün əlverişli mövqeləri itirmişdi.
666
 
Gün ərzində baş vermiş döyüş  göstərdi ki,  əsas çatışmazlıq hərbi 
hissələrin    bir-biri    və    rəhbərliklə    əlaqələrinin    zəif    olmasındadır,   
ordu 
komandanlığı      da      firqələrdən      gec      məlumat      aldığından      onlara      gec      reaksiya      verir.
667         
Həddindən      artıq gücləndirilmiş 5-ci Qafqaz firqəsi Qurd qapısı təpəsini ələ keçirəndən sonra hücumu 
genişləndirməli idi ki, 15- 
ci    firqə    üzərinə    yönələn    zərbəni    zəiflətsin,    lakin    bu    əməliyyat    planında    nəzərdə    tutulmadığından   
həyata 
keçirilmədi. 5-ci və 15-ci firqələr arasında mövcud olan boşluq düşmənə 15-ci firqənin tərkibində irəliləyən 38- 
ci    alayın    cinahına    maskalanmış    və    gizlədilmiş    top    və   
pulemyotlardan 
658
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.343. 
659
Денстервиль, с.263-264. 
660
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.519. 
661
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.171. 
662
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.344. 
663
Süleymanov M.S. Azərbaycan Ordusu, s.137. 
664
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.173. 
665
Yuceer N. Birinci Dünya savaşında, s.117. 
666
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.346. 
667
Yuceer N. Birinci Dünya savaşında, s.118. 
153 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə