Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə106/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   102   103   104   105   106   107   108   109   ...   113

 
 
 
 
zərbə  endirməyə  imkan  verdi,  onun  qarşısını  almaq  üçün  15-ci  firqə  komandirinin  qüvvəsi  yox  idi.  Vəziyyəti 
düzəltməyə göndərilən 107-ci alayı elə döyüşün əvvəlində 15-ci firqəyə tabe etmək lazım idi. Sentyabrın 14-ü 
saat    15:00-da    şəhər   istiqamətində    sürətli    hücum   imkanı    yaranmışdı,   lakin    QİO    komandanlığı    bu   
imkandan 
istifadə etmədi. Belə ki, 5-ci firqənin ehtiyatı olan 10-cu və 13-cü alaylar, QİO-nun ehtiyatı olan 106-cı və 107- 
ci    alaylar    kiçik    toqquşmalar    nəzərə    alınmasa,    döyüşə    yeridilmədilər.    Onlar    yalnız    kiçik    epizodlara   
cəlb 
olundular.    Əməliyyat    tapşırığını    yerinə    yetirmək    üçün    5-ci    firqəyə    tələb    olunan    toplardan    daha   
çox    top  verilmişdi,  halbuki  15-ci  firqədə  top  çatışmazlığı  döyüşün  ilk  anlarından  özünü  göstərmişdi. 
Komandanlıq bütün şəhərə nəzarət etməyə imkan verən Qurd qapısı təpəsi, sonra Bayıl burnunu ələ keçirsə də, 
düşmən gəmilərinin şəhərdən çıxmasının qarşısını ala bilmədi. 
Axşam   saat   20:00-da   müqavimətin   mənasız   olmasını   görən   general   Denstervil   ingilis   qoşunlarına   
geri çəkilmək    əmri    verdi.    Artıq    saat    22:00-da    bütün    ingilis    qüvvələri    və    Biçeraxovun    döyüşçüləri   
gəmilərə 
yüklənmişdilər. 
Sentrokaspi 
nümayəndələri 
Denstervili 
şəhərdən 
buraxmayacaqları      ilə      hədələsələr      də,      general      "16      saat      atəş     
altında      qalan  əsgərlərin  döyüşü  davam  etdirməsi  fiziki  cəhətdən  mümkün 
deyil.  Belə  bir  əmri  mən  verməyəcəyəm  və  təcili  olaraq  yola  düşürəm” 
demişdi.
668   
Sentyabrın  14-də  ingilislər  aşağıdakı  itkiləri  verdilər:  Şimali 
Staffordşir  alayı  50  nəfər,  Uoçester  alayı  40  nəfər,  Varvik  alayı  26  nəfər 
itirdilər.
669
 
Sentyabrın  14-də  axşam  5-ci  firqənin  hissələri  aşağıdakı  qayda  ilə  cəbhə 
xəttində idilər: sağdan sola 13-cü,  9-cu,  56-cı,  10-cu  alaylar  Maşatlıq-Sallxana- 
Qırmızı Qışla-Bəyaz Qışla xəttində dayanmışdılar.
670
 
Sentyabrın 14-dən 15-nə  keçən gecə ingilis qoşunları Bakını tərk etdilər. 
Gecə   əsasən   tüfəng-pulemyot   atəşləri   səslənir,   ara-sıra   toplar   atəş   
açırdılar.
671
 
Həmin    gecə    Nuru    paşa    sentyabrın    14-nün    nəticələrinə    həsr    olunmuş   
döyüş əmrini imzaladı. 56-cı alayda gün ərzində 1 zabit, 16 əsgər həlak olmuş, 2 
zabit, 
74  əsgər  yaralanmışdı;  38-ci   alayda  1  zabit  həlak  olmuş,  1   zabit  və  116  əsgər 
yaralanmışdı;   107-ci   alayda   8   zabit,   80   əsgər   yaralanmış;   digər   hissələrdə   
də 
itkilər var idi.
672   
Əmrdə göstərilirdi: 13-cü alay Maşatlıq və ondan şimalda şəhərə daxil olaraq çaşqın vəziyyətdə 
olan     düşmənlə     tüfəng-pulemyot     alışması     aparır,     56-cı     alay     qarşısında     olan     düşmən     Qırmızı     və     
Bəyaz 
qışlalarında möhkəmlənməyə çalışır, Qırmızı qışladan tüfəng-pulemyot, Bəyaz qışladan isə tüfəng-pulemyot və 
zirehli  avtomobillərdən  atəş  açılır.  10-cu  alayın  sol  cinahına  düşmən  iki  zirehli  avtomobil  çıxarmış,  lakin  top 
atəşi ilə qovulmuşdular. 9-cu, 13-cü, 56-cı, 10-cu alaylar tədricən irəliləməli, 106-cı alay ehtiyatda saxlanmalı 
idi.  İstehkam  və  dəmir  yolu  bölükləri  Puta-Biləcəri  dəmir  yolu  xəttini  təmir  etməli,  zirehli  qatar  Heybət  stan- 
siyasında    qalmalı,    5-ci    firqə    qərargahı    Zavodlarda    (Qara    şəhər)    qərar    tutmalı,    top    və    qaubitsalar   
qışlaları    və  limanı    atəş    altında    saxlamalı    idi.
673     
Hələ    də    çoxsaylı    düşmənin    güclü    hərbi    texnikaya   
malik    olmasını,    türk  döyüşçülərinin    şəhər    küçələrinə    yaxşı    bələd    olmadığını    nəzərə    alaraq    qoşunları   
şəhərə   səhər   yeritmək   qərarı qəbul edilmişdi. 
Sentyabrın    14-ü    saat    20:30-da    Nuru    paşa    sentyabrın    15-nə    döyüş    əmrini    imzaladı.    Əmrə   
əsasən   Bakı şəhəri tam azad edilməli idi; 5-ci Qafqaz firqəsi 56-cı alayın mövqelərindən hücuma keçərək Qara 
şəhərə qədər olan şəhərin qərb ərazisini tutmalı, daha sonra burada bir piyada alayı, iki dağ batareyası qoyaraq 
əsas  qüvvələri  şəhərdən  çıxarmalı  və      Bakının  şimal-şərqindəki  ərazidə  və  Xırdalan-Bakı  yolunun  hər  iki 
tərəfində yerləşməli 
idi;  15-ci  firqə  irəliləyərək  Qara  şəhərə  qədər  olan    şəhərin  şərq 
hissəsini  azad    etməli,    burada    bir    piyada    alayı,    bir    top   
batareyası    saxlayaraq  şəhərdən  kənara  çıxmalı  idi.  Hücum  sahə 
artilleriya  hazırlığından  sonra  başlamalı      idi.      Nuru      paşanın     
əmrinə      əsasən      5-ci      və      15-ci      firqə  komandirləri    müvafiq   
əmrlər    verdilər.    38-ci    alay    Qara    şəhərin    dəniz  sahilinə  qədər 
olan  ərazisini  təmizləməli  idi.  Tevfiq  bəyin  rəhbərliyi  ilə  Azərbaycan   
piyada    taborları    Sabunçudan    keçərək    dəmir    yolu    boyunca 
irəliləməli  və  Keşləni  azad    etməli    idi.    Əhmədli    istiqamətindən 
şəhərə irəliləyən     Zehni     bəyin     dəstəsi     azərbaycanlı     süvarilərdən     
ibarət     idi: 
Qarayazı   süvari   dəstəsi   (Nuh   bəyin   rəhbərliyi   ilə),   Ləzgi   süvari   alayı   (Xosrov   Mirzə   Qacarın   rəhbərliyi   
ilə), 
süvari   bölüyü   (Haşımbəyin   rəhbərliyi   ilə)   və   digər   milli   süvari   hissələr.
674   
Qoşunlar   arasında   məsafə   
itdiyinə 
668
Денстервиль, с.272. 
669
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq, s.520. 
670
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.173. 
671
Yuceer N. Birinci Dünya savaşında, s.117. 
672
Yenə orada, s.118. 
673
Yuceer N. Birinci Dünya savaşında, s.119. 
674
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.351-352. 
154 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə