Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə107/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

 
 
görə  ayrı-ayrı  firqələrin  döyüşçülərinin  bir-birlərinə təsadüfən  atəş  açmaq  ehtimalı  böyük idi.  Bunun  qarşısını 
almaq üçün Nuru paşanın əmri ilə 15-ci firqə 5-ci firqə komandirinin tabeçiliyinə verildi. 
Bütün əmrlərdə şəhərdə talançılığa qətiyyən yol verilməməsi barəsində göstərişlər var idi. 
Sentyabrın    15-də    saat    4:30-da    döyüş    15-ci    firqənin    top    hazırlığı    ilə    başladı,    saat    5:30-da   
5-ci    firqə  toplardan   atəş   açdı   (5-ci   firqənin   gecikməsi   bütün   ağır   
topları    hələ    də  Qurd  qapısı  təpəsinə  qaldırılmaması  ilə  bağlı  idi). 
Qoşunlar  1  saatlıq  top  hazırlığı      bitəndən      sonra      hücuma      keçməli     
idilər,      lakin      56-cı      alayın  komandiri    Fəhmi    bəy    düşmənin   
çaşqınlığını    nəzərə    alaraq    top    hazırlığı  bitməmiş      döyüşçüləri     
hücuma      qaldırdı.      Ona      9-cu      və      13-cü      alaylar  qoşuldu. 
Topçular   atəşi   şəhərin   dərinliklərinə   keçirdilər.  9-cu,   13-cü   və 
56-cı alaylar ayrı-ayrı düşmən dəstələrini məhv edərək şəhərin mərkəzinə 
doğru    gedirdilər.    Bu    zaman    Qara    şəhərdə    bir    neçə    neft    çəni   
yanmağa başladı.
675
 
15-ci  firqənin  hissələri  saat  5:20-də  hücuma  keçdilər. 38-ci  alay  Ermənikənddə  2  ədəd  uzunməsafəli,  8 
səhra,  2  dağ topu  və  2  sıradan  çıxmış  təyyarə  ələ  keçirdi.  Saat  8:30-da  38-ci  alay Qara  şəhərin  kənarında idi. 
Əhmədli    istiqamətində    irəliləyən    milli    Azərbaycan    hissələrinə    düşmən    binalarda    quraşdırdığı    pulemyot   
və 
tüfəng atəşləri ilə müqavimət göstərdi. Evlərin pəncərələri və damlarından açılan atəşlə 2 zabit, 23 əsgər həlak 
oldu, 2 zabit, 27 əsgər isə yaralandı.
676   
107-ci alayın 3-cü taboru vəziyyəti dəyişə bilmədi və Süleyman İzzət bəy 
38-ci alaydan ən təcrübəli əsgərlərdən təşkil edilmiş bölüyü döyüşə göndərdi. O, düşmən pulemyotları qurulan 
evlərə toplardan atəş açmağı əmr etdi. Düşmənin müqaviməti qırıldı.
677   
Saat 7:30-da Malakankənd adlanan ərazi 
tutuldu. Azərbaycan könüllülərindən ibarət taborlar Keşləni azad etdilər, Zehni bəyin azərbaycanlı süvariləri Zığ 
dağını ələ keçirdilər, saat 08:30-da Əhmədli və Qara Şəhər ətrafındakı təpələr tutuldu.
678
 
Saat   10:30-da   üzərində   İran   bayrağı   ilə   böyük   ağ   bayraq   olan   avtomobil   şəhərdən   çıxıb   13-
cı    alayın  mövqelərinə    yaxınlaşdı.    İran    konsulu    və    Sentrokaspi    qüvvələrinin    qərb    cəbhəsinin   
mənşəcə    erməni    olan  komandanı    şəhəri    təslim    etməyə    hazır    olduqlarını    bildirdilər.    Təslim   
şərtlərinin    müzakirəsi    üçün    bir    ingilis  nümayəndəsi,  İran,  Amerika,  İsveç,  Danimarka  konsullarının 
iştirakı  ilə  nümayəndə  heyətinin  qəbulunu  xahiş  etdilər.      Bu      təklif      barəsində      komandanlığa      xəbər     
veriləndə      5-ci      firqənin      Ərkani-Hərb      rəisi      Rüşdü      bəy  avtomobillə    şəhərə    göndərildi    ki,   
nümayəndə    heyətini    gətirsin.    Rüşdü    bəyin    yazdığına    görə    məğlu-biyyətin  qaçılmaz    olmasını    hiss   
edən    ermənilər    müsəlmanlara    divan    tuturdular.    Köməyin    yaxın    olmasından    ruhlanan  azərbaycanlılar   
müqavimət    göstərmiş    və    nəticədə    küçə    döyüşləri    baş    vermişdi.    Danimarka    konsulluğunda  toplanan 
bütün nümayəndə heyəti 5-ci firqənin qərargahına yollandı. 
Müzakirə  nəticəsində  aşağıdakılar qərara alındı: şəhər qeyd-şərtsiz təslim olur; bütün qüvvələr  silahları 
təhvil     verir;     Nargin     adasındakı     türk,     alman     və     avstriyalı     əsirlər     geri     qaytarılır;     silah     
anbarları,     ərzaq, avtomobillər, zirehli avtomobillər, təyyarələr və digər hərbi mülkiyyət təslim edilir. 
Əhalini sakitliyə çağıran vərəqələr nümayəndə heyətinə verildi ki, şəhərdə paylanılsın.
679   
15-ci  firqənin 
döyüş    xəttinə    də    üç    nəfər    ağ    bayraqla    gələrək    təslim    olmaqlarını    bildirdilər.    Saat    15:00-da    38-ci   
alay    Qara  şəhərdə   əsirləri   və   silahları   toplamağa   başladı.   Sentyabrın   14-ü   Sentrokaspi   Diktaturasının   
1647    əsgər    və    30  zabiti  əsir  götürüldü.
680 
Ümumilikdə  sentyabrın  16-na  qədər  9  rus,  10  gürcü,  17  erməni 
zabit, 4 ingilis, 3838 rus, 
1151 erməni və 113 digər millətlərdən olan əsgər əsir gotürülmüşdü. Əsirlərin gözləniləndən az olması düşmən 
qüvvələri    tərkibindəki    Denstervil    və    Biçeraxovun    hissələrinin,    həmçinin    5    minədək    erməninin   
gəmilərlə  Krasnovodsk,  Dərbənd  və  Maxaçqalaya  qaçması,  bir  qism  erməninin  cild  dəyişib  əhali  arasında 
gizlənməsi  ilə  bağlı    idi.    Xəlil    paşanın    xatirələrinə    görə,    şəhərdən    50-yə    yaxın    gəmi    çıxa    bilmiş,
681     
100   pulemyot,   20   top çıxarılmışdı.
682
 
Ümumilikdə,  avqustun  1-dən  sentyabrın  15-dək  baş  vermiş  döyüşlərdə  5-ci  Qafqaz  piyada  firqəsi  1130 
nəfər    şəhid    (onlardan    30    nəfəri    zabit    idi)    verdi,    sentyabrın    14-15-də    döyüşlərdə    iştirak    edən    15-
ci    piyada  firqəsindən    5    zabit,    84    əsgər    həlak    oldu,    11    zabit,    347    əsgər    yaralandı,    73    nəfər    itkin   
düşdü.
683     
Azərbaycan  könüllü    hissələrində    kargüzarlıq    işi    lazımi    səviyyədə    olmadığına    görə    onların   
itkiləri   barədə   dəqiq   məlumat yoxdur. Amma hər halda onlar arasında da itki az deyildi. Belə ki, təkcə Keşlə 
uğrunda Maştağa dəstəsindən 11 nəfər həlak oldu, 44 nəfər yaralandı.
684
 
675
Yuceer N. Birinci Dünya savaşında, s.119. 
676676
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.176. 
677
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.353-354. 
678
Yuceer N. Birinci Dünya savaşında, s.120. 
679
Yuceer N. Birinci Dünya savaşında, s.121. 
680
Yenə orada, s.122. 
681
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.175. 
682
Yenə orada, s.179. 
683
Yuceer N. Birinci Dünya savaşında, s.121. 
684
Yuceer N. Birinci Dünya savaşında, s.122. 
155 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə