Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə108/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   105   106   107   108   109   110   111   112   113

 
 
 
 
Bakı   uğrunda   döyüşlərdə   həlak   olan   türk   və   azərbaycanlı   əsgərlərin   qəbirləri   xalqımız   tərəfindən   
göz 
bəbəyi kimi qorunur. 
Novxanı    şəhidliyində    hal-hazırda    bir    türk    əsgərinin    qəbri    mövcuddur.    Novxanı-Masazır   
yaxınlığında döyüşlərdə   həlak   olmuş   türk   və   azərbaycanlı   əsgərlər   Novxanı   kəndi   yaxınlığında   dəfn   
edilmiş,   lakin   sovet 
hakimiyyəti    illərində    qəbirlər    olan    ərazi    kənd    təsərrüfatı    sahələri    kimi    istifadəyə    verilmiş    və    aparılan   
işlər 
nəticəsində itmişdir. Yalnız bir  qəbir  1964-cü  ildə əhali tərəfindən aşkarlanaraq, əsgərin  qalıqları gizli  şəkildə 
kənd təsərrüfatı sahəsindən çıxarılıb qəbiristanlıqda dəfn edilib.
685
 
Mərdəkan   şəhidliyində   Abşeron   kəndlərini   düşməndən   qoruyarkən   döyüşlərdə   həlak   olan   igidlər   
dəfn olunub. 
Bakı    şəhidliyi    Çəmbərəkənd    qəbiristanlığında    salındı.    Şəhidliklər    sırasında    ən    böyük    şəhidlik   
olan 
Çəmbərəkənd    qəbiristanlığını    Azərbaycan    hökuməti    xalqın    and    yerinə    çevirməyi    planlaşdırırdı.   
1919-cu    il  sentyabrın  15-də  şəhidlikdə  xalqın  topladığı  vəsaitlə  Bakının  azad  edilməsi  zamanı  həlak  olmuş 
döyüşçülərin  şərəfinə    abidə    ucaldılmağa    başladı,    lakin    1920-ci    ildə    Azərbaycan    Sovet    Rusiyası   
tərəfindən    işğal    ediləndə  abidənin    tikintisi    dayandırıldı,    30-cu    illərdə    isə    Çəmbərəkənd    qəbiristanlığı   
tamamilə    dağıdıldı.    1990-cı    ildə  Azərbaycanın    müstəqilliyi    və    ərazi    bütövlüyü    uğrunda    həlak    olmuş   
20   yanvar   gecəsinin   qəhrəmanları   məhz burada  dəfn  edildi. Tarixin  hökmü  ilə  XX  əsrin əvvəli  və  sonunda 
xalqın azadlığı  uğrunda canlarını fəda  edən insanlar    bir    yerdə    torpağa    tapşırılmışdı.    Təsadüfi    deyil    ki,   
Qafqaz    İslam    Ordusunun    şəhidlərinin    şərəfinə  ucaldılmış    xatirə    abidəsi    20    yanvar    və    Qarabağ   
döyüşləri    şəhidlərinin    xatirəsinə    ucaldılmış    abidə    ilə    yan- yanadır. 
7.12. Bakı Ģəhəri sentyabrın 16-20-də. 
Erməni, həmçinin bəzi Rusiya və Avropa tədqiqatçıları iddia edirlər ki, Bakı şəhəri azad ediləndən sonra 
azərbaycanlılar     və     türklər    planlı     şəkildə     erməni     əhalisini     
qırmağa başlamış  və  30  min  ermənini  qətlə  yetirmişlər.  Bakıda  əslində 
nələrin 
baş verdiyinə diqqət yetirək. 
Şəhər    azad    ediləndən    sonra,    sentyabrın    15-də    Zığ    və   
Bayıl burunlarının  hər  birində bir  tor  batareyası  yerləşdirildi,  şəhərdə 
yalnız 
56-cı   alay,   Qara  şəhərdə   38-ci   alay  qaldı.  5-ci   firqə  şəhərdən 
qərbdə, 
15-ci    firqə    Əhmədli    təpələrində    yerləşdirildi.    Cəmil    Cahid    bəy   
Bakı  mövqe  komandanı  təyin  edildi.  Nuru  paşa  komandirlərə  son 
döyüşlərdə  fərqlənmiş    zabit    və    əsgərlərə    təltif    nişanları    vermək   
üçün   təqdimatlar yazılmasını əmr etdi.
686
 
Nuru      paşa      Bakının      alınması      barədə      Azərbaycan      hökumətinə,      Ənvər      paşaya,      3-cü      və     
9-cu      Ordu  komandanlarına  teleqramlar  göndərdi.  Teleqramların  hamısı  eyni  cümlə  ilə  başlayırdı:  ''Bakı 
şəhəri  36  saatlıq  şiddətli    müharibədən    sonra  sentyabrın    15-də    saat    9-da    zəbt    olunub".    Ənvər    paşa   
cavab   teleqramında   yazırdı:  "Böyük   Turan    imperatorluğunun    Xəzər    kənarındakı   zəngin    bir    yurd    yeri   
olan    Bakı    şəhərinin    zəbti    xəbərini  böyük    bir    sevinc    və    mutluluqla    qarşılarım.    Türk    və      islam   
tarixi      sizin    bu    xidmətinizi      unutmayacaqdır.  Qazilərimizin  gözündən  öpər,  şəhidlərimizə  fatihələr  ithaf 
edərim".
687
 
İstanbulda    olan    M.Ə.Rəsulzadəyə    telefonla    zəng    edən    Ənvər    paşa    onu    təbrik    etdi.   
M.Ə.Rəsulzadə    öz  növbəsində    Azərbaycan    hökumətinin    sədri    F.Xoyskiyə    teleqram    göndərib   
Azərbaycan    xalqı    və    hökumətini böyük  qələbə  münasibətilə  ilə  təbrik  etdi.  Fətəli  Xan  Xoyski  Nuru  paşanı 
şəhərin  azad  edilməsi  münasibəti  ilə  təbrik  edərkən  yazırdı:  "Millət  Sizə  minnətdardır".  Nəsib  bəy 
Yusifbəylinin  fikrincə,  Azərbaycan  durduqca 
bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.
688   
Sonra isə F.Xoyski ətraflı və rəsmi teleqramda Nuru 
paşa və onun komandanlıq etdiyi qoşunlara Azərbaycan xalqı və rəhbərlik etdiyi hökumət adından təşəkkürünü 
bildirmişdi.    Tarixi    qələbədən    sonra    Nuru    paşanın 
adına  həm  Azərbaycandan,  həm  də  xaricdən  çoxlu 
təbriklər gəlirdi. 
Daha  sonra  Nuru  paşa,  Bakıda  asayişi  təmin 
etmək      üçün      Azərbaycan      hökumətinə     
Gəncədən polislər göndərməyi xahiş etdi.
689
 
685
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.211-212. 
686
Lakin təltif nişanları qəhrəmanlara təqdim edilmədi: belə ki, Osmanlı dövləti məğlub olmuş, Tələt paşa hökumət kabinetinin istefaya getməsini bəyan 
etmişdi; təqdimat sənədləri isə sultan tərəfindən imzalanmadı (Yuceer N. Birinci Dünya savaşında, s.122). 
687
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.359. 
688
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.360. 
689
Yenə orada, s.357. 
156 


 
 
 
 
Xəlil   paşa   ilə   birlikdə   sentyabrın   16-da   şəhərə   girəcəklərini   bildirən   Nuru   paşa   Mürsəl   paşaya   
şəhərin 
girəcəyində   qoşunların   rəsmi   keçidini   hazırlamağı   xahiş   etdi.   Qırmızı   Qışla   adlanan   yerdə   sentyabrın   
16-da 
parad keçirildi. Burada Xəlil paşa, Nuru paşa, Ə.Şıxlinski, H.Səlimov, Azərbaycan hökumətinin üzvləri iştirak 
etdilər.    Rəsmi    keçiddə    38-ci,    9-cu,    10-cu,    13-cü,    106-cu    və    107-ci    alaylar,    2-ci    mürəttəb   
süvari    alayı, Azərbaycan hissələri, 59 pulemyot, 50 top iştirak etdi. Süleyman İzzət bəy qoşunların düzülməsi 
barəsində  Xəlil  paşa    və    Nuru    paşaya    məruzə    etdi.    İki    saat    çəkən    mərasimdən    sonra    qoşunlar     
təntənəli    sürətdə    şəhərə    daxil  oldular.  Qoşunlar  meydandan  (hal-hazırda  burada  M.Əzizbəyovun  abidəsi 
dayanır), indiki Parlament prospekti 
ilə    Çəmbərəkənd    qəbiristanlığı    tərəfə    (indiki    Şəhidlər    Xiyabanının    yanı),    oradan    isə    Şəhər    Duması   
binası qarşısına, oradan da 
sahilə tərəf keçdilər və Xəzər dənizinə  yaxın meydana (hal-hazırda M.F.Axundov 
adına 
Milli Kitabxana ilə üzbəüz olan meydan) çatdılar. Bütün xalq küçələrə çıxaraq qalibləri salamlayırdı. Meydanda 
Nuru  paşa   əsgərlər  və  əhali  qarşısında  çıxış  edərək  bildirdi  ki,  din,  dil  və  irq  ayrılığına  yol  vermədən  durum 
yaradılacaq,    insanların    canları    və    mallarına    toxunulmayacaq,    hamıya    qarşı    eyni    qanunlar    tətbiq   
ediləcək. "Metropol"    otelində    ayaqüstü    ziyafət    təşkil    ediləndə    şəhər    müsəlmanları 
oteli əhatəyə alaraq qəhrəman sərkərdələri salamlayırdı.
690
 
"Bristol"  otelində  verilən  ziyafətdən  sonra  Xəlil  paşa H.Z.Tağıyevin 
evində,    Nuru    paşa    "İsmailiyyə"    ilə    üzbəüz    olan    mehmanxanada,   
Mürsəl  paşa  vaxtı  ilə  Müzəffərəddin  şahın  qonaq  olduğu   mehmanxanada 
qaldılar.  Bakının  azad  edilməsi  Qurban  bayramı  ilə  üst-üstə  düşdüyündən 
komandan  azərbaycanlı  döyüşçülərin  üç  günlük  evə  buraxılmasına  icazə 
verdi. Yalnız Əhmədli, Keşlə, Sabunçu və Balaxanıda kiçik süvari hissələri 
saxlanıldı ki, asayiş təmin edilsin.
691
 
Sentyabrın  16-da  QİO-nun  qərargahı  Bakıya  köçürüldü.  9-cu,  10-cu,  13-cü,  106-cı  piyada  alayları,  5-ci 
Qafqaz piyada firqəsinə 38-cu, 56-cı, 107-ci piyada alayları isə 15-ci piyada firqəsinə tabe edildi. 5-ci firqənin 
hissələri   Bakı   ətrafında   mövqelər   tutdu.   Onlar   Abşeron   yarımadasının 
dənizdən      mühafizəsini      təşkil      etdi.      15-ci      firqə      və      ona     
verilmiş 
Azərbaycan    hissələri    Suraxanı,    Sabunçu    və    Balaxanıda   
yerləşdirildi,  sahil  xəttinin  mühafizəsindən  başqa  onlar  göstərilən 
kəndlər,  həmçinin  Ramanı,  Bülbülə,  Keşlədə  asayişi  təmin  etməli 
idilər.
692
 
Sentyabrın   17-də   İstanbul   qəzetləri   Bakının   azad   edilməsini   
bir  müjdə  kimi  manşetə  çıxarsa  da,  ingilis  və  alman  mətbuatında  bu 
xəbər  bir  üzüntü  kimi  verildi.
693   
Əgər  türklər  tərəfindən  açıq  döyüşdə 
məğlub  edilmiş  ingilis  tərəfinin  qəzəbini  başa  düşmək  olardısa,  alman 
tərəfinin 
iradlarını    anlamaq    olmurdu.    Bu    bir    daha    göstərdi    ki,    siyasətdə    müttəfiqlik    anlayışı    mücərrəd   
anlayışdır: Almaniya müttəfiqin qələbəsinə sevinmək əvəzinə Bakını əldən verməsinə qüssələnirdi. 
Şəhərdə   asayişin   bərpa   olunması   üçün   Nuru   paşa   Cəmil   Cahid   bəy   qarşısında   konkret   tələblər   
qoydu. 
Yüzbaşı    Səlahəddin    bəy    öz    xatirələrində    yazırdı    ki,    hələ    sentyabrın    14-də    səhər    türk    qoşunları   
şəhərə    daxil  olmadan  alman  zabiti  Parakuin  ilə  Xəlil  paşa  arasında  münaqişə  baş  verdi.  Bakıya  hər  vəchlə 
alman  qoşunlarını  gətirməyə  çalışan  və  buna  nail  olmayan  polkovnik  -  leytenant  Parakuin  çox  maraqlı  sözlər 
işlətmişdi.  O,  dənizdə  şəhərdən    qaçan    düşmən    gəmilərini    göstərərək    demişdi:    "Qaçan    düşmən    deyil,   
sizin    zülmünüzdən    qorxan  ermənilərdir.  Yazıq  ki,  siz  dünyanın  ən  namuslu  və  çalışqan  milləti  olan 
ermənilərə  bu  zülmü  etməklə  tarixin  tənəli  damğasını  yediniz".
694   
Alman  zabitinin  söylədikləri  Xəlil  paşanı 
təəcübləndirdi,  çünki  qoşunlar  heç  şəhər  məhəllələrinə      yaxınlaşmamışdı,      alman      zabiti      isə    artıq   
"zülmə"      düçar      olmuş      ermənilərin    "şərəfinə"      nitq  söyləyirdi.    Bakıya    gəlmiş    alman    polkovniki   
Parakuin    şəhərə    daxil    olar-olmaz  burada    xristianların    qırılmasını  demiş    və    şəhərdə    asayişin    bərpası,   
almanların   həyat   və   əmlaklarının   qorunması 
üçün    mütləq    alman   
silahlı qüvvələrinin  azı  bir  taborunun  şəhərə  yeridilməsini  Xəlil  paşaya  təklif  etmişdi.  Rədd  cavabı  aldıqda  o, 
israrla  şəhərdə    xristianların    öldürülməsini    bildirmiş,    və    yenə    alman    piyadalarının    şəhərə   
gətirilməsinin    vacibliyini  vurğulamışdı.  O,  qəti  olaraq  bir  daha  rədd  cavabı  aldıqda  bütün  alman  zabitlərinin     
Şərq      Ordular      Qrupundan gedəcəyi 
ilə 
hədələmiş  və 
gözlənilmədən  Xəlil  paşadan:  "Azadsınız!  Gedə  bilərsiz!"  cavabı  aldıqda  çaşıb qalmışdı.  Özünü  Xəlil  paşanın 
hərbi  məsləhətçisi  sayan,  türk  ordusunun  qazandığı  uğurların  bir  çoxuna  adını  yazdıran  Parakuin  bircə  anın   
içində alman 
ordusunun minlərlə polkovniklərindən birinə çevrildi. Lakin artıq 
gec idi, fikrindən daşınmayan Xəlil paşa bütün    alman zabitlərini    toplayıb    Tiflisə göndərilməsini əmr etdi. Son 
olaraq    Parakuin    Bakıda    olan    İran,    Danimarka    və    İsveç    konsullarına    müraciət    edib,    şəhərdə   
xristianların 
690
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.179,182. 
691
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.358. 
692
Yenə orada, s.367. 
693
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 170-171. 
694
Yuceer N. Birinci Dünya savaşında, s.124-125. 
157 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə