Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə109/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   105   106   107   108   109   110   111   112   113

 
 
 
 
 
 
öldürülməsi   ilə   bağlı   bu   dövlətlərin   Almaniyadan   hərbi   kömək   
istəməsi 
barəsində xahiş etmişdi, lakin istəyinə nail ola bilmədi: hadisələrin içində 
olan  konsullar  Bakıda  qırğınların  olmamasının  şahidi  idilər.
695   
Bu 
hadisə  göstərir  ki,  Avropa  dövlətləri  Osmanlı  rəhbərliyindən  nəyisə 
qoparmağa  çalışdıqda    erməni    məsələsindən    əvvəllər    necə    istifadə   
etmişdilərsə,   indi 
də    eləcə    istifadə    etmək    fikrindəydilər.    Osmanlı    qoşunları    şəhərə   
daxil  olmağa    imkan    tapmadan,    şəhərdə    olan    Avropa    dövlətlərinin   
konsulları  heç    kimə    müraciət    etmədən    və    hətta    ermənilərin    belə   
türklərə    qarşı    heç  bir  iddia  ilə  çıxış  etmədiyi  şəraitdə  alman  zabiti 
əvvəlcədən hazırlanmış "erməni kartını" oyuna atdı. 
Nuru paşanın raportundan aydın olur ki, Bakıda həmçinin Belçika 
və Fransa konsulları da var idi. Belçika konsulu yerli erməni olduğundan 
şəhər    azad    edilən    kimi    onu    Gəncəyə    göndərdilər,    Fransa    konsulu   
isə 
ümumiyyətlə  Danimarka  konsulluğunun  ərazisində  yaşayır  və 
hadisələrdən  kənarda  qalmağa  çalışırdı.
696   
Lakin  bu  konsullar  da  heç  bir 
bəyanatla çıxış etməmişdilər, ən azı ona görə ki, şəhər hələ tutulmamışdı 
(!). 
Şəhərə   daxil   olarkən   gördükləri   barəsində   Xəlil   paşa   yazırdı:   "Bakı   ingilislərin   idarəçiliyi   
altındaykən, ermənilər və bolşeviklər yerli türk xalqa qarşı geniş bir qətliam hərəkətinə girişmişlərdir. Ermənilər, 
şəhərin hər məhəlləsində   türklərin   cəsədlərindən   birər   qala   qurmuşlar   və   bütün   vəhşətlərini   ortaya   
qoymuşlardır.   Küçük çocuqlar   qala   bürcləri   olmuş,   qadınlar   ədəb   yerlərindən   süngülənmiş 
və bıçaqlanmışlar".
697
 
Nuru    paşa    yazırdı:    "Bakının    qurtarılması    əsnasında,   
şəhərdə  asayiş    təmin    edilincəyə    qədər,    ermənilərlə    türklər   
arasında    silahlı  çatışmalar      meydana      gəlmişdir.      Şəhərdə      türk     
əsgərinin      əmniyyəti  saxlamasına    qədər    keçən    sürədə,    bəzi   
yağma    olayları    da    yaşanmış,  ancaq    bu    yağma    və    talanı  bakılı 
türklər    deyil,    İranlı  işçilərin    yapdığı  bəlirlənmişdir.    Bu    durum   
qarşısında    ordu    dərhal    hərəkətə    keçərək,  yağmaçılardan    yüzdən   
fazla    kişi    edam    edilmişdir.    Alman    tədbirlərlə  Bakıda    güvənlik   
və   asayiş   təmin   edilmişdir.   Bu   durumdan   məmnun 
olan    hər    millətə    mənsub    inaanlar    türk    ordusuna    təşəkkür    etmişlərdir.    Ancaq    Bakıdakı    bu   
qarşılıqlı    silahlı  müsadəmə    sonucu    ölənlərin    durumunu,    İran,    Danimarka    və    İsveç    Konsoloslarının,   
Almaniya    və    Avstriya  nəzdində    protesto    edəcəklərini    xəbər    aldım.    Bu    protestonun    səbəbi,    bizim 
şəhərdə    asayiş    və    güvənliyi    təmin  edəmədiyimiz  fikrini  verdirmək  sürətiylə,  burada  yabancıların  və 
xristianların  himayəsi  üçün  Alman  və  Avstriya  əsgərinin    Bakıya    gətirilməsini    sağlamaktır.    Bu    hərəkətin,   
almanların   tərtiblədiyi   bir   plan   üzərinə   yapılmakda olduğunu hiss ediyordum. Parakuinin bilaharə teleqrafla 
ərz etdiyim bügünkü halı, bunu isbat etdi".
698
 
Beləliklə,      Nuru      paşa      müsəlmanlarla      ermənilər      arasında      baş      vermiş      toqquşmalarda     
ermənilərin öldürülməsini   yazmış,   lakin   qeyd   etmişdir   ki,   öldürülənlərin   sayı   mart   ayında   ermənilər   
tərəfindən   öldürülən müsəlmanların   heç   yüzdə   birini   təşkil   etmir.
699     
Şəhərdə   baş   verən   talanlarda   Azəri   
türklərinin   deyil,   İrandan gəlmiş   yoxsul   işçilərin   iştirak   etməsini   qeyd   edən   Nuru   paşa   şəhərdə   dar   
ağaclarının   qurulması,   talançıların edam edilməsi və şəhərdə asayişin təmin edilməsi barəsində xəbər vermişdi. 
Dar ağacları Bakının Quba, Quru bağ,    Parapet,    Vağzal,    Bulvar    meydanlarında    qurulmuşdu.    100-ə    yaxın   
talançı    edam    edilmişdi.    Qətiyyətli tədbirlər şəhərdə yaşayan müxtəlif millətlərin nümayəndələri tərəfindən 
rəğbətlə qarşılandı.
700   
İran, Danimarka, İsveç     konsulları     bildirmişdilər     ki,     baş     verənlərlə     bağlı     etiraz     
notaları 
verəcəklər,     çünki     türk     qoşunları     asayişi     təmin     edə     bilmir     və     
şəhərə Almaniya   və   Avstriya   qoşunları   yeridilməlidir.   Aydın   olur   ki,   
hərbi    yolla  baş    tutmasa    da,    asayişi    təmin    edə    bilməməkdə   
günahlandırmaq    hesabına  Avropa  dövlətləri  türkləri  Bakıdan  çıxarmaqda 
israrlı idilər. 
Nuru     paşa     sentyabrın     22-də     Ənvər     paşaya     göndərdiyi     
raportda 
yazmışdır: "Bakının zəbti günü, bir qism islamlar, bir qism ermənilər ilə bir 
kaç  rusu  öldürmüş  və  yağmada  bulunmuş  isə  də  bu hal  ermənilərin  keçən 
695
Budak M. Nuru paşanın raportu, s.460. 
696
Yenə orada, s.460. 
697
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.188; Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.353. 
698
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.189. 
699
Yuceer N. Birinci Dünya savaşında, s.123. 
700
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.363. 
158 
 


18    martda    (31    mart)    müslümanlara    yapdıkları    qətliamın    yüzdə    birini    təşkil    etməz.    Bu    səfərki   
yağmayı 
yapanların    əksərisi    İranlı    amələ    guruhudur.    Ordu    tərəfindən    verilən    əmr    üzərinə    yağmaçılardan   
yüzdən  fazlasının     edam     olunması     üzərinə,     yağmanın     önü     dərhal      alınmışdır.     Bu     gün     Bakıda     
asayiş      tamamilə  sağlanmışdır.
701     
Nuru    paşa    xatirələrində    göstərir    ki,    dar    ağaclarından    mart-aprel   
aylarında    azərbaycanlıların  qətllərində  iştirak  etmiş  və  əhali  tərəfindən  tutularaq  türklərə  təhvil  verilmiş  43 
erməni  cəlladı  asıldı.
702   
Şəhərdə  asayişin    təmin  edilməsini  yoxlamaq  üçün  yüzbaşı  Səlaşaddin  bəy,  Nuru 
paşanın  yavəri  Asəf  (sonralar  Kılıç  Əli  adını  götürmüş)  və  Milli  Xalq  Komitəsinin  rəisi  Aşurbəyov  şəhərə 
çıxdılar.
703
 
Fətəli    xan    Xoyski    də    şəhərdə    toqquşmaların    baş    verməsini    qeyd    etmiş,    hökumətin    onların   
qarşısını  almaqda  tədbirlər  həyata  keçirməsini  göstərmişdir.  Şəhər  10  sahəyə  bölünmüş,  Nazim  bəy  şəhərin 
komendantı təyin edilmişdi.
704
 
Sentyabrın    18-də    Nuru    paşa    Bakı    əhalisinə    ünvanlanmış    Əmrnamədə    saat    18-ə    kimi   
silahların   təhvil verilməsini bildirirdi. Saat 19:00-dan səhər saat 7-dək komendant saatı elan edildi, gecə vaxtı 
küçələrə  çıxmaq  qadağan  edildi.  Əmrnamə  hazırlayan  Cəmil  Cahid  bəy  talanla,  quldurluqla,  oğurluqla,  adam 
öldürməklə məşğul olanların cəzalandırılacağı barəsində əmrnamə imzaladı.
705
 
Sentyabrın  18-də  Bakı  şəhərində  Azərbaycan  hökumətinin  bəyanatı  yayıldı.  Bəyanatda  bir  daha  silahın 
təhvil    verilməsi    tələbi    irəli    sürülür,    həyat    və    mülkiyyətin    təhlükəsizliyinə    zəmanət    verilirdi:   
"Paytaxtı    olan  Bakıya    təzə    varid    olmuş    Azərbaycan    hökuməti    -    Cümhuriyyəsi    bununla    şəhərdə    və   
ətrafda    yaşayan    ümum  əhaliyə    bilafərq    din    və    millət    əmr    edir    ki,    Azərbaycan    hökumətinin    təhti-
təbiətində    yaşayan    heç    bir    millətə  təfavüt    qoyulmayaraq    caniləri,    qarətgərləri,    qatilləri    və    camaatın   
asayişini   pozanları   hökumət   böyük   cəzaya, edama   varıncaya  qədər  düçar  edəcəkdir.  Əhali  bunu  bilməlidir 
ki,  türk  milləti-nəsibəsinin  qəhrəman  və  fateh  əsgərlərinə  əmr  verilmişdir  ki,  cinayət,  qətl  və  qarətlə  məşğul 
olanları  harda  görsələr  gülləbaran  etsinlər,  türk  Azərbaycan   hökumətinin   şan-şərəfinə   yaraşmaz   ki,   onun   
paytaxtında   günahsız   adamların   haqq   və   hüququna təcavüz olunsun".
706
 
Beləlikdə,  şəhərdə  toqquşmalar  və  talan  faktları  olmuşsa  da,  onlar  nə  Azərbaycan  hökuməti,  nə  də türk 
qoşunlarının    komandanlığı    tərəfindən    planlaşdırılmamış    və    həyata    keçirilməmişdir.    Maraqlıdır    ki,   
bunun 
həqiqət olmasını şəhərdəki ermənilərin və rusların hərəkətləri də təsdiqləyir. Belə ki, 1918-ci il sentyabrın 18-də 
erməni nümayəndə heyəti və erməni katalikosu Levan Nuru paşa və Fətəli xan Xoyskini qələbə münasibətilə ilə 
təbrik etmiş və bu barədə dövri mətbuatda da ("Azərbaycan" qəzetində) məlumat verilmişdi.
707
 
Xəlil    paşa    Bakıdan    Gəncəyə,    oradan    isə    Tiflisə    gedəndə    Tiflisdəki    Erməni    Milli    Komitəsinin   
üzvləri  ondan   müsəlmanların   31   martda   ermənilər   tərəfindən   qətlə   yetirildiyi   üçün   üzr   istəyərək   bu   
qətliamlarda   əli olanların cinayət məsuliyyətinə cəlb olunmasının tərəfdarı olduqlarını bildirdilər və bu fakt da 
dövri mətbuatda ("Azərbaycan" qəzetində) öz əksini tapmışdı.
708
 
Vaxtilə  bolşeviklər  tərəfindən  ləğv  edilmiş  Rus  Milli  Şurasının  sen-tyabrın  21-də  Bakıda  yaradılmasına 
icazə verildi.
709   
Sentyabrın 27-də Nuru paşa və Fətəli Xan Xoyski rus kilsəsinə gəldilər və bir daha rusların və 
qeyri millətlərin təhlükəsizliyinin təmin ediləcəyini bildirdilər.
710
 
Sentyabrın 19-da Sovet Rusiyası Xarici İşlər Xalq Komissarı Q.Çiçerin Berlindəki nümayəndəsi İoffeyə 
məktubunda türklərin Bakıda olmazın qəddarlıq həyata keçirməsini bildirmiş və Avropa ölkələri nümayəndələri 
arasında    bu    qəddarlığın    pislənməsi,    türklərin    Bakıdan    çıxarılması    istiqamətində    təbliğat    aparmasını   
tələb 
etmişdi. 
Sentyabrın   20-də   Çiçerin   Türkiyə   Xarici   İşlər   Naziri    Əhməd   Nəsimi    bəyə   nota   göndərmişdi.   
Notada deyilirdi ki, türklər xristianları (ermənilər nəzərdə tutulur- A.Y.,Ə.S.) Qars, Ərdahan və Batumda qırmış, 
yerli 
quldurlarla    (azərbaycanlılar    nəzərdə    tutulur    -    A.Y.,    Ə.S.)    əlbir    olmuş    imperiyanın    torpaqlarında   
şəhər    və 
kəndləri   yağmalamış,   şəhərlərdə   böyüklü-kiçikli   bütün   xristianları   qırmış,   Bakıda   dinc   sakinləri   məhv   
etmiş, əmlaklarını talan etmişdi. 
Bu vaxta qədər sükut içində olan erməni təbliğat maşını birdən-birə işə düşdü. Ermənilərin “Aşxavator" 
və bolşeviklərin "Naşe vremya" qəzetləri birinci olaraq mətbuatda kampaniyaya başladılar.
711   
Bakıdakı Erməni 
Milli Komitəsinin üzvləri Bakıda 8988 adamın öldürülməsini bildirirlər. Nə Rusiya, nə də Avropa diplomatları 
sual vermədilər ki, əgər doğrudan da şəhərdə ermənilərin planlı şəkildə qırılması gedirdisə, necə oldu ki, Erməni 
701
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.189. 
702   
Yenə orada, s.184. 
703
Yenə orada, s.185. 
704
Yenə orada, s.184. 
705
Süleymanov M.S. Azərbaycan Ordusu, s.139. 
706
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.365. 
707
Aşırlı A. Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.525. 
708
Yenə orada, s.525. 
709
Yenə orada, s.525. 
710
Yenə orada, s.526. 
711
Yenə orada, s.525. 
159 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə