Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə11/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   7   8   9   10   11   12   13   14   ...   113

17 iyun - Qırmızı Ordunun Müsüslü istiqamətində başladığı hücum Müsəlman Korpusu və azərbaycanlı 
könüllülər tərəfindən dayandırıldı. 
18  iyun    -   vəziyyəti    dərhal   dəyişmək   məqsədi    ilə    10-cu   türk   piyada   alayı    Qaraməryəm   
istiqamətində hücuma keçdi, lakin məğlub edilərək itkilər verdi. Qırmızı Ordunun Müsüslü istiqamətində növbəti 
hücumunu 
Müsəlman    Korpusu     və    Azərbaycan    könüllüləri     dayandırdı.    Göyçay    Kürdəmir,    Şamaxı     ətrafında   
erməni 
kəndlərinə bolşeviklər tərəfindən silah paylandı, dəstələr təşkil edildi. 
18-22 iyun - QİO tərəfindən arxa cəbhədə erməni kəndlilərindən ibarət silahlı dəstələrin tərksilahı, sursat 
və qüvvələrin toplanması, çoxsaylı Azərbaycan könüllü bölüklərinin təşkili həyata keçirildi. 
21   iyun   -  5-ci   Qafqaz  piyada   firqəsinin   komandanlığı   döyüşən   hissələrdə   sursatın   tükənməsi   
haqqında 
raport verdi. 
22   iyun   -   Bakıda   Salyan   qışlaları   (kazarmaları)   ərazisində   alman   təyyarəsi   yerə   endi.   Pilot   və   
Bakıda saxlanılan alman əsirlərinin qiyamını hazırlamaq üçün göndərilən zabit əsir alındı. 
24  iyun  -  Azərbaycanı   ələ  keçirmək  üçün  Almaniya   Gürcüstanda  yerləşdirdiyi  qoşunları  Azərbaycanın 
Qazax    və    Zaqatala    bölgələrinə    yeritməyə    hazırlaşırdı.    Vehib    paşa    Azərbaycan    ərazisinə    yeridilən   
istənilən 
qoşunun məhv edilməsi barəsində əmr verdi. Kiçik toqquşmalardan sonra almanlar öz planlarından əl çəkdilər. 
26     iyun     -     Azərbaycan     hökumətinin     qərarı     ilə     Müsəlman     Korpusunun     adı     dəyişdirilərək     
Xüsusi 
Azərbaycan Korpusu qoyuldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü hesab edilir. 
27    iyun    -    5-ci    Qafqaz    piyada    firqəsi    Xüsusi    Azərbaycan    Korpusuna    tabe    edildi.    Müsüslü   
ətrafında  cəmləşdirilmiş    türk    və    Azərbaycan    hərbi    hissələri    Müsüslü    dəstəsi    adı    altında    birləşdirildi   
və    komandanlıq Həbib bəy Səlimova tapşırıldı. 
27 iyun - Qırmızı Ordu hücuma başladı, 8 saatlıq döyüş nəticəsində hücumun qarşısı alındı. QİO hissələri 
əks-hücuma başladı; Salyan bölgəsində Qırmızı Ordu Surra-Qarabucaq kəndləri istiqamətində hücuma keçdi. 
28   iyun   -   Salyan   bölgəsində   N.Ramazanovun   dəstəsinin   səyləri   nəticəsində   Qırmızı   Ordu   
hissələrinin 
Surra-Qarabucaq kəndləri istiqamətində hücumunun qarşısı alınaraq əks-hücum təşkil edildi. 
29 iyun - QİO hücuma keçərək Qaraməryəm kəndini azad etdi. 
30    iyun    -   Qırmızı    Ordu   Göyçay   istiqamətində   əks-hücuma    keçdi.    Bakıda    1893-1897-ci    il   
təvəllüdlü kişilərin hərbi mükəlləfiyyəti və 1900-1917-ci illərdə hərbi xidmətdə olmuş dənizçilərin səfərbərliyi elan 
edildi 
və onun əsasında dənizçi taboru yaradıldı. 
1 iyul - Qırmızı Ordunun hücum cəhdlərinin qarşısı alındı. 
2  iyul  - Salyan  bölgəsində  Qırmızı  Ordu  hissələri  məğlub  olub  geri  çəkilməyə  başladı.  L.Biçeraxov  öz 
dəstəsi ilə Göyçay ətrafına gələrək Qırmızı Orduya qoşuldu. 
Ġyulun   əvvəlləri   -   cəbhədə   vəziyyətin   kəskinləşməsi   nəticəsində   bolşeviklərin   əlavə   hissələri   və   
Bakı qırmızı təlimatçılar məktəbinin şəxsi heyəti cəbhəyə göndərildi. 
1-4 iyul - Qəbələ istiqamətində erməni kəndlərinin dəstələri dağıdıldı, əhali tərksilah edildi. Hakimiyyətə 
gələn yeni Osmanlı sultanı IV Vahidəddin teleqram göndərərək Nuru paşa və onun tabeçiliyində olan qoşunların 
səylərini dəstəklədiyini bildirdi. 
5 iyul - Qafqaz İslam Ordusu Ağsu-Kürdəmir istiqamətində hücuma başladı. 
6    iyul    -   L.Biçeraxov   Bakı    Soveti   qoşunlarının   komandanı   təyin    edildi.   QİO    Müsüslü   
istiqamətindən 
hücuma başladı. 
8 iyul - Kürdəmir uğrunda ağır döyüşlər başladı. Döyüşlər iyulun 13-də QİO-nun qələbəsi və Kürdəmirin 
azad edilməsi ilə nəticələndi. Salyan istiqamətində də uğurlar əldə edildi. 
14 iyul - QİO Kərrar d/yolu stansiyasını azad etdi. 
16    iyul    -    QİO-nun    qoşunları    iki    qrupa    ayrıldı.    Şimal    qrupu    Osman    bəyin,    Cənub    qrupu   
H.Səlimovun  rəhbərliyi    ilə    Bakı    istiqamətində    hücum    təşkil    etməli    idilər.    Salyan    istiqamətindəki   
uğurlar   nəticəsində   Kür çayının mənsəbi tam azad edildi. 
19    iyul    -    Q.Petrovun    dəstəsi    Rusiyadan    Bakıya    gəldi    və    dərhal    cəbhəyə    göndərildi.    Q.Petrov   
Bakı 
rayonunun   hərbi    komissarı   təyin   edildi.   QİO-nun   Şimal    qrupu   Şamaxı   istiqamətində   hücuma   keçdi,   
Cənub qrupu isə yayındırıcı döyüşlər apardı. 
20 
iyul - Şamaxı istiqamətində ağır döyüşlər baş verdi. 
21iyul - QİO-nun Cənub qrupu Sığırlı və Padar d/yolu stansiyalarını azad etdi. 
22   iyul   -  L.Biçeraxov  Həbib   bəy  Səlimovun   başçılıq  etdiyi   Cənub   qrupundan   ağır   zərbələr   alaraq   
geri 
çəkilməyə başladı. O, Bakı Sovetinin ittihamları ilə üzləşdiyindən komandanlığı Avetisova təhvil verdi. QİO- 
nun Şimal qrupu Mərəzəni azad etdi. 
24-27    iyul    -   Azərbaycan,    Gürcüstan   və    Osmanlı    dövlətləri    "Batum   arasında   petrol    (neft)   
mübadiləsi 
haqqında itilafnamə"ni imzaladı. 
25 iyul - Sovet Rusiyası Almaniyaya nota verərək QİO-nun hücumunun qarşısını almağı tələb etdi. 
Ġyulun   sonları   -   Qırmızı   Orduya   əlavə   mükəlləfiyyət   elan   olundu,   bu   dəfə   1883-1892-ci   il   
təvəllüdlü kişilər orduya çağırıldı. 
22 


26 iyul   -  QİO-nun  qoşunları  Hacıqabulu  azad  etdi.  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  qərarı  çap  edildi: 
L.Biçeraxovun dəstəsi Qırmızı Orduya tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunurdu. 
27 iyul - QİO-nun Cənub qrupu Qarasu kəndini azad etməklə hücumu genişləndirdi. Qırmızı Ordu Pirsaat 
d/yolu stansiyası ətrafında mövqelər tutmağa çalışırdı. 
28   iyul   -  Cəngi   yaxınlığındakı   mövqelər   uğrunda   tərəflər   hücuma   keçdi.   Qırmızı   Ordu   geri   
çəkilməyə 
başladı. Döyüşlərdə böyük itkilər verən bolşevik-erməni qoşunlarına Bakı və ətraf rayonlarda 1885-1892-ci illər 
təvəllüdlü kişilərin səfərbərliyi elan edildi. Onlar üçün hərbi xidmətin 6 ay olacağı bildirildi. 
29 iyul - Almaniya nümayəndələri QİO-nun hücumunun qarşısının alınacağı barəsində Sovet Rusiyasına 
vəd verdilər. 
29-30   iyul   -  QİO-nun   qoşunları   Sumqayıt   və   Xırdalana   çatdılar;   Biçeraxov   öz   dəstəsi   ilə   cəbhəni   
tərk 
etdi;    Bakıda    iyulun    30-dan    31-nə    keçən    gecə    daşnak    partiya    liderləri    və    bolşevik    dəstələrinin   
rəhbərləri 
müşavirə keçirərək cəbhəyə 3000 erməni göndəriləcəyi barədə qərar qəbul etdilər. 
31 iyul - ağır döyüşlər nəticəsində QİO-nun Şimal qrupu Corat və ətraf təpələri tutdu, Cənub qrupu isə 
Nəvai və Ağbulaq d/yolu stansiyalarını azad etdi. QİO-nun komandanlığı Qırmızı Ordu komandanlığına yeni 
23 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə