Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə110/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   105   106   107   108   109   110   111   112   113

Milli    Komitəsinin    üzvləri    küçələrdə    sərbəst    gəzir    və    hər    bir    cəsədi    qeydiyyata    alırdılar?    Axı,   
məntiqlə 
düşünülsə, "qəddar türklər" həmin Komitə üzvlərini qırmalı və ya ən azından, "statistik tədqiqatlar" aparmağa 
maneçilik  törətməli  idilər. Lakin  belə  suallar  heç  kimə  lazım deyildi.  Sovet  Rusiyası  və  Avropa  dövlətlərinin 
təbliğatı    ermənilərin    göstərdikləri    rəqəmi    də    bir    о    qədər    böyük    saymırdı    (doğrudan    da,    Asiya    və   
Afrika 
ölkələrində İngiltərə, Fransa, Almaniya və digər Avropa dövlətlərinin qoşunları on minlərlə insanları məhv edir 
və   bu   rəqəmlərlə   müqayisədə   Bakıda   guya   qırılan   ermənilərin   sayı   çox   az   idi).   Nəticədə   mətbuatda   
əvvəlcə  Bakıda    20    min,    daha    sonra    isə    30    min    erməninin    qırılması    barədə    məlumatlar    yayılmağa   
başladı.   Vətəndaş müharibəsi  adı  ilə  yüz  minlərlə  insanı  məhv  edən,  aclıqdan  üsyan  qaldıran  kəndlilərə  qarşı 
kimyəvi  silahların  tətbiqindən    belə    çəkinməyən    bolşeviklər    birdən    birə    Bakıda    qırılan    ermənilərə   
"yas"    tutmağa    başladılar.  Çiçerinin  notalarının  məzmunu  və  türklərin  Bakını  tərk  etmək  tələbi  göstərir  ki, 
Sovet Rusiyasının əsas məqsədi Bakı nefti idi və məqsədə çatmaq üçün böhtanlardan da istifadə edilirdi. 
Sentyabrın 24-də Əhməd Nəsimi bəy cavab notası göndərdi. O, yazırdı ki, Brest-Litovsk müqaviləsinin 4- 
cü paraqrafının 2-ci bəndinə əsasən Rusiya öz qoşunlarını çıxararkən boşaldılmış əraziləri quldur dəstələrindən 
təmizləməli   idi.   Bu   quldur   dəstələri   əsasən   ermənilərdən   ibarət   olub   rus   silahları   ilə   silahlanaraq   
döyüş   adı 
altında  müsəlman   kəndlərini  məhv  etməklə  məşğul  idilər.  Zaqafqaziya  Federasiyası  Brest-Litovsk  müqaviləsi 
ilə Türkiyəyə qaytarılmalı olan 3 vilayətin heç birini qaytarmaq istəmir, üstəlik Azərbaycanda bolşevik-erməni 
dəsətələrinin törətdiyi qırğınlara son qoya bilmir. Türkiyə öz qoşunlarını Azərbaycana yeritməyə  məcbur oldu. 
Brest-Litovsk    müqaviləsinin    4-cü    paraqrafına    əsasən    Rusiya    təhvil    verdiyi    ərazilərə    iddialı    ola   
bilməzdi,    bu  səbəbdən    türk    qoşunlarının    Azərbaycandan    çıxarılmasını    tələb    edə    bilməz.    Azərbaycan   
hökuməti    isə    bəyan  edirdi  ki,  Azərbaycan  torpaqlarının  hansı  dövlətinin  tərkibində  olmasını  onun  xalqı 
müəyyən  edir.  Sentyabrın 
29-da    Osmanlı    dövlətinin    Berlindəki    nümayəndəsi    Rifat    paşa    xəbər    verdi    ki,    Rusiyada    əsirlikdə    olan   
türk əsgərlərinin azad edilməsi ləngidilir.
712
 
Rusiyanın    Berlindəki    nümayəndəsi    Tələt    paşa    ilə    görüşündə    Türkiyənin    Brest-Litovsk   
müqaviləsinin  şərtlərinin    pozmasında    günahlandırdı    və    Rusiyanın    ərazisi    adlandırdığı   
Azərbaycandan    türk    qoşunlarının  çıxarılmasını  istədi.
713   
Bu    tələblərə  Tələt  paşa  rədd  cavabı  vermişdi.  O, 
Rusiya  səfiri  İoffe  ilə  görüşəndə,  ondan  sövdələşmə    təklifi    aldı:    Azərbaycan    osmanlılara    qalır,    Bakı   
sovetlərə   verilir.   Tələt   paşa   buna   da   rədd   cavabı  verdi.
714   
O,  bildirdi  ki,  Türkiyə  Batum  müqaviləsində 
göstərilməyən  torpaqlara  heç  bir  iddia  ilə  çıxış  etmir  və  Azərbaycan    ərazisini    öz    dövlətinə    birləşdirmək   
fikrində    deyil.    Qoşunların    göndərilməsində    məqsəd    türk-  müsəlman  qardaşların  qırğınlarına  son 
qoymaq,  onlara  öz  dövlətlərini  yaratmaqda  kömək  göstərməkdir.  Tələt  paşa    dəfələrlə    Balkanların    slavyan   
xalqlarına    yardım    göstərərək    bunu    "slavyan-pravoslav    qardaşlara"    kömək  kimi    qiymətləndirən    Rusiya   
kimi,    Türkiyənin    də    dinibir,    dilibir    qardaşlarına    həmin    yardımı    göstərə    bilmək  haqqının  olduğunu 
vurğulamışdı.  Danışıqlar  nəticəsində  müəyyən  olundu    ki,  bolşevik  Rusiyası  Azərbaycan  və  Dağıstan   
xalqlarının    öz    müqəddəratlarını    həll    etmək    hüququnu    tanımaq    istəmir    və    onların    müstəqilliklərinə 
əngəl olacaq. Almaniya bildirdi ki, Qafqazda Gürcüstan dövlətinin müstəqilliyini tanıyacaq, lakin Azərbaycanın 
müstəqilliyi   barəsində   söz  gedə   bilməz.   Tələt   paşa   belə   ikili   münasibətdən   hiddətlənsə   də,   danışıqları   
davam 
etdirdi      və     sentyabrın     23-də      Almaniya     ilə     gizli     müqavilənin     imzalanmasına     nail     
oldu:      türk 
Azərbaycandan     çıxarılacaq,     Almaniya     isə     Azərbaycanın     müstəqilliyini     tanıyacaq.
715 
Tələt 
Berlindəki  danışıqları göstərdi ki, Üçlər ittifaqının məğlub olduğu bir dövrdə öz ordusunu  itirən 
qoşunları 
paşanın 
Almaniya 
imperiya ambisiyalarını itirməmişdi. Türkiyə isə çalışırdı ki, Azərbaycan beynəlxalq arenada təklənməsin. 
Avropa və Sovet Rusiyasının 
başladığı 
kampaniya genişlənməkdə     idi     və     Osmanlı dövlətinin yeni 
Sədr-Əzəmi  İzzət  paşa  Bakıda  baş  verənlər  barəsində  ətraflı  hesabat  istədi.  1918-ci  il  27  oktyabrda    Nuru 
paşa  İzzət  paşaya    göndərdiyi    məktubunda  yazırdı:  "Bakının  Osmanlı    kitaları  tərəfindən  zəbti  ilə  düşmən 
tərəfindən  tərk  və  təxliyəsi  arasındakı  zaman  əsnasında,  31      mart  qırğınının  intiqamını  almaq  üzərə  türklər 
ilə  ermənilər  arasında   qarşılıqlı   saldırmalar   olmuş   və   о   sırada   2   minə   qədər   erməni   tələf   olmuşdur.     
Osmanlı      kitalarının  şəhərə  girməsiylə  bu  duruma  dərhal  son  verilmiş  və  buna  səbəb  olan  müslümanlardan 
172  kişi  edam  edilmiş,  ermənilərin   malını   yağmalayan   və   öldürənlərdən   üçü  isə   daha   dünən   asılmışdır.   
Halbuki    mart    olaylarında  20  minə    yaxın    müslüman    qətl    və    malları    yağma    edilmiş,    camilər    topa   
tutulmuş,    yüzlərcə    böyük    bina    yakılıb  yıkılmış,    yapılmadık    faciə    qalmamışdır.    Erivan    civarında   
bulunan    240    parça    türk    köyü,    bütün    oturanlarıyla  tamamən  ortadan  qaldırılmışdır.  Bu  faciə  Azərbaycan 
xalqının qulaqlarında hələ də çinlamaktadır".
716
 
Türkiyə və Azərbaycana qarşı kampaniya başlayanda Gürcüstanda məsələni ədalətlə araşdırmaq təklifləri 
səsləndi.    Erməni    xisləti    ilə    üzləşən,    bolşeviklərin    necə    boyük    təbliğat    kampaniyası    yaratmaq   
üzrə    usta  olmalarını      bilən      gürcü      siyasətçi      və     jurnalistləri      həqiqətdə     bolşevik-erməni      tərəfinin     
günahkar      olmasını  bildirirdilər.  1918-ci    il    noyabrın    28-də    Tiflisdə  çap  edilən    "Qruziya"    qəzeti 
ermənilərə   mart   qırğınlarını   yada 
712
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.198-199. 
713
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.193. 
714
Yenə orada, s.201. 
715
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.200-201. 
716
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.254. 
160 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə