Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə111/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   105   106   107   108   109   110   111   112   113

salmağı və  kimin-müsəlmanların, yoxsa ermənilərin əsl  qatil olmasını, kimin  əllərinin qana batmasını  ədalətlə 
müəyyən et-məyi tövsiyə edirdi.
717
 
1916-cı    ildə    3    milyon    erməninin    qırılması    barəsində    yaradılan    mif    kimi    Bakıda    1918-ci    ilin   
sentyabr  ayının    ortalarında    30    min    erməninin    qırılması    da    uydurmadan    başqa    bir    şey    deyil.    Bu   
yalanın    ayaq    tutub  yeriməsinin    əsas    səbəbkarları    Bakı    neftində    gözü    olan,    Türkiyə    qoşunlarını   
buradan    çıxarmağa    çalışan, Azərbaycan Cümhuriyyətinin ləğvinə can atan Almaniya hakim rejimi, İngiltərə 
siyasətçiləri,  Sovet  Rusiyasının  rəhbərliyi  və  əlbəttə  ki,  bulanıq  suda  balıq  tutmağın  ustaları  olan  erməni 
siyasətçiləri idi. 
717
Aşırlı A. Gümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu, s.525. 
161 
 


 
 
8.    MünaqiĢənin nəticələri 
8.1. Azərbaycan Cümhuriyyətinin paytaxtı - Bakı Ģəhəri 
Bakı   şəhərində   asayişin   təmin   edilməsi   ilə   həyat   öz  normal   axarına   qayıtdı.   Bu,   həm  də   
iqtisadiyyatın 
canlanmasına   səbəb   oldu.   Kəndlilər   şəhərə   öz   məhsullarını   apara   bilmədiyindən   qiymətlər   ən   yuxarı   
həddə  qalxmışdı.    Belə    ki,    şəhər    azad    edilməmişdən    1    pud    (16    kq)    un    800    rubl,    1    kq    ət    20   
rubl   dəyərində   idisə, sentyabrın ikinci yarısında qiymətlər düşdü və 1 pud un 100-150 rubl, 1 kq ət isə 6 rubl 
oldu.
718
 
Tədricən   Azərbaycan   hökumətinin   fəaliyyəti   genişlənməkdə   idi.   Nuru   paşa   hərbi   sahəyə   aid   
olmayan 
işlərin     icrasına     müdaxilə     etmir,     Azərbaycanın     daxili     işlərinə     qarışmağa     son     dərəcə     ehtiyatla     
yanaşırdı. Döyüşlərin    getdiyi    vaxt    Azərbaycanda    yerli    idarəetmə    orqanlarında    işləyən    türklər    tədricən   
azərbaycanlı 
kadrlarla əvəz edilirdi. 
Azərbaycan hökuməti Bakıya köçən kimi Almaniyanın hərbi və ticarət nümayəndəsi baron fon der Qolts 
bura gəldi. Fon der Qolts Tiflisdə ola-ola Bakıda xristianların məhv edilməsi barəsində, onları xilas etmək üçün 
ya alman qoşunlarının Bakıya göndərilməsi, ya da şəhərin açıq şəhər elan edilməsinin vacibliyi barədə hay-küy 
qaldırmışdı. Xəlil paşa onunla əlaqə yaradaraq öz gözləri ilə vəziyyəti öyrənmək üçün Bakıya gəlməsinə icazə 
verdi. Fon der Qoltsa onun hökuməti dərhal Almaniyanın hərbi və ticarət nümayəndəsi statusunu verdi. O, bir 
taborun    müşayiəti    ilə    Bakıya    gəlməyə    hazır    olduğunu    bildirdi. 
Lakin    Xəlil    paşa    yalnız    onu    və    onu    müşayiət    edəcək   
zabitləri 
Azərbaycan  hüdudlarına  buraxacağını  bildirmişdi.  Qolts  Gəncəyə 
çatdıqda müəyyən olundu kı, bir tabor olmasa da hər halda о çoxlu 
sayda alman piyadası yerləşdirilən qatarda hərəkət edir. Gəncənin 
çıxacağında   relslər   söküldü,   qatarın   qarşısı   alındı,   Qolts   bir   
neçə  zabitlə  Bakıya  tərəf  göndərildi,  onun  əsgərləri  olan  qatar  isə 
Tiflisə  qaytarıldı.
719     
Qolts   bununla   kifayətlənməli   olmuş,   Fon   
der   Qolts Bakıya gəlmiş və heç bir erməni qətliamının olmadığını 
öz gözləri 
ilə    görmüşdü.    Üstəlik  türk  qoşunları    Bakıda    azad    etdikləri    Avstriya    əsirlərini    vətənə    qayıtmaq    üçün   
onlar  öz rəsmi nümayəndəsi ilə Batuma yola saldı, bu əsirlər qətllərin olmamasını bildirdilər.
720   
Bakıya gəlmiş 
Avstriya nümayəndəsi  polkovnik  - leytenant  Paul  elə almanlar  kimi  iddialı  idi,  lakin  Azərbaycan  hökuməti  və 
Osmanlı  hərbi    rəhbərliyinin    şəhərə    üçüncü    qüvvə    buraxmamaqda    israrlı    olmasını    görərək    buradakı   
Avstriya   əsirlərini götürdü  və  Batuma,  oradan  isə  vətənə  qayıtdı.
721   
Lakin  Almaniya  Bakıya  bir  tabor  piyada 
göndərmək fikrində 
idi. Bu zaman onlar nə Azərbaycan hökumətinin, nə də Qafqaz İslam Ordusunun mövqeyini nəzərə almamağı 
qət etmişdi. Müharibədə məğlub olan dövlət son anda Bakı nefti hesabına vəziyyəti dəyişməyə çalışırdı. Lakin 
Xəlil  paşa  Azərbaycan-Gürcüstan  sərhəddindəki  dəmir  yol  körpüsünü  minalamağı  tapşırdı.  Əgər  alman  taboru 
hərəkətə    keçərsə,    onu    partlatmaq    fikrini    sentyabrın    21-də    Ənvər    paşaya    bildirdi.    Sentyabrın    22-
də    cavab teleqramı  göndərən  Ənvər  paşa  Azərbaycan  hökumətinin  razılığı  olmadan  heç  bir  qüvvənin  Bakıya 
daxil edilə bilməməsi barəsində fon der Qoltsa xəbər verməyi tapşırdı, əgər o, alman taborunun gətirilməsində 
israrlı  olsa,  körpünü  partlatmağa  icazə  verdi.  Almanlar  öz  taborlarını  qatara  mindirib  Tiflisdən  Bakıya  yola 
salanda  körpü  partladıldı    və    alman    taboru    sərhəddə    bir    az    dayandıqdan    sonra    Tiflisə    qayıtmalı   
oldu.
722     
Beləliklə,    başlaya  biləcək  hərbi  toqquşmaların  qarşısı  alındı.
723   
Almaniya  nümayəndəsi  Qolts 
Azərbaycan  hökuməti  və  türk  hərbi  komandanlığı   ilə   danışıqlara   başlayaraq   bir   neçə   təklif   irəli   sürdü.   
Bəzi    hallarda    tələb    xarakteri    daşıyan    bu  təkliflər    Nuru    paşanın    raportunda    öz    əksini    tapıb.
724     
Almaniyanın    təklifləri   (tələbləri)   və   onlara   Azərbaycan  hökumətinin  verdiyi  cavabları  aşağıdakı  cədvəldə 
göstərməyi lazım bildik: 
718
Yuceer N. Birinci Dünya savaşında, s.127. 
719
Budak M. Nuru paşanın raportu, s.454. 
720
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.187. 
721
Budak M. Nuru paşanın raportu, s.459. 
722
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.366-367. 
723
Gürcüstanda  yerləşən  alman qoşunlarının komandanı  general  Kress  fon  Kressenşteyn  təkəbbürü  ilə seçilirdi. Lakin  Almaniya  müharibədə uduzduqda 
alman qoşunları Gürcüstandan çıxarıldı, Tiflisdə olan alman zabitləri və onların komandanı hadisələrə təsir göstərmək üçün burada saxlanılsalar da, çox 
keçmədi ki, heç nəyə təsir edə bilməyəcəklərini anladılar. Yerli hökumət və əhali hesabına firavancasına dolanan bu zabitlər müharibə bitdikdə təminatsız 
qaldılar    və    hər    şeylərini,    hətta    şəxsi    silahlarını    belə    ərzağa    dəyişməyə    məcbur    oldular.    Əhali    onların    yaşadıqları    evləri    daş-qalaq   
etdiyindən    onlar  qorxularından    küçəyə    çıxa    bilmirdilər.    Gürcüstan    hökuməti    general    və    onun    zabitlərini    Tiflisdən    Batuma    kimi    aparmaq   
üçün   mal-qara   daşınan   vaqon ayırdı. Belə olduqda generalın yavəri Batumda olan türk hərbi heyətinə müraciət etməli oldu. General Kressenşteynin türk 
ordusuna qarşı iftira və yalanlar söyləməsinə baxmayaraq türk hərbi rəhbərliyi öz böyüklüyünü göstərdi: bir bölük türk əsgəri general və onun zabitlərini 
Tiflis  stansiyasına  gətirdi,  orada  türk    komandanlığının    ayırdığı    xüsusi    sərnişin    vaqonuyla    alman    hərbiçiləri    Batuma    aparılaraq    gəmilərlə   
Almaniyaya    yola    salındı.   (Yuceer    N.    Birinci  Dünya  savaşında,  s.126.)  Görəsən  onda,  alman  generalı  türklərə  qarşı  haqsız  hərəkətləri,  uydurduğu 
böhtanlara  görə  vicdan  əzabı  çəkdimi?  О  və  onun  zabitləri    peşmançılıq    hiss    etsələr  belə    onların    uydurduğu    yalan    dünyanı  dolaşmaqda    idi:   
Türkiyəni   məhv  etməyə   can   atan   və   türklərə  nifrətlə   yanaşan qüvvələr bu yalana öz uydurmalarını əlavə edərək onu yaymaqda davam edirdilər. 
724
Budak M. Nuru paşanın raportu, s.464-465. 
162 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə