Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

 
 
24 


itkilərin    qarşısını    almaq    məqsədi     ilə    təslim    olmağı     təklif    etdi,    lakin    cavab    almadı.   
Bakıda    Xalq 
Komissarları Soveti hakimiyyəti itirdi. Bolşeviklərin şəhəri tərk edib qaçmaq cəhdinin qarşısı alındı. 
1  avqust  - Bakıda  Sentrokaspi  Diktaturası  hakimiyyətə  gəldi.  QİO-nun  Şimal  qrupu  Hacıhəsən  kəndini 
azad   edərək   Qurd   qapısına   yaxınlaşdı.   QİO-nun   Cənub   qrupu   isə   Ələti   azad   etdi.   Azərbaycan   milli   
hissələri 
Qusarı azad etdilər. 
2    avqust    -    Güzdək    və    Sumqayıt    bolşevik-erməni    qoşunlarından    azad    edildi.    Nuru    paşa   
Qafqaz   İslam Ordusu tərkibində Azərbaycan hissələrinin yenidən tərtib edilməsi barədə əmr verdi. Azərbaycan 
milli  hissələri  Qubanı    azad    etdilər.    Avqustun    2-dən    8-dək    Xaçmaz    uğrunda    gedən    döyüşlərdə   
Azərbaycan    milli    hissələri  erməni-bolşevik      qoşunlarını      məğlub      etdi.      Biçeraxovun      qoşunları      geri,     
Şimali     Qafqaza     doğru     çəkildilər. Almaniyanın təzyiqi ilə üzləşən Ənvər paşa Nuru paşaya hücumu davam 
etdirmək  barədə  gizli  əmrlər  verməklə,  alman  nümayəndələrinə  osmanlı  hissələrinin  hərəkətsiz  dayanması, 
hücumun yalnız Azərbaycan milli qüvvələri tərəfindən həyata keçirildiyi barəsində məlumat verdl. 
3 avqust - Qafqaz İslam Ordusunun komandanlığı Qırmızı Ordu komandanlığına əlavə itkilərin qarşısını 
almaq    məqsədi    ilə    yenidən    təslim    olmağı    təklif    etdi,    lakin    cavab    almadı.    Biçeraxovun   
qayıtması    barədə  Sentrokaspi    Diktaturasına    göndərdiyi    teleqram    erməni    və    rus    dillərində    çap   
edilərək    şəhərin    hər    yerində  yapışdırılmışdı,      lakin      Biçeraxov      gəlmədi.      S.Şaumyan      və      Теr-
Qabrielyan      Bakıdan      qaçmaq      istəyərkən yaxalandılar. 
4  avqust  - polkovnik Stoksun  rəhbərliyi ilə ilk ingilis  hərbi hissələri Bakıya  gəlməyə  başladı.  QİO-nun 
Şimal qrupunu gücləndirmək üçün Cənub qrupu tərkibindəki bütün süvari, topçu hissələri, əksər piyada hissələri 
ona   verildi.   Məqsəd   Bakıya   bir   istiqamətdən   (Qurd   qapısı)   həmlə   etmək   idi.   Sentrokaspi   Diktaturası   
bütün qüvvələri Bayıl və Qurd qapısı istiqamətində topladı. Almaniya komandanlığının təzyiqi ilə üzləşən Ənvər 
paşa 
Nuru paşaya hücumu dayandırmaq əmri verdi, lakin əslində Bakının tezliklə azad edilməsini tələb edirdi. 
5    avqust    -    QİO-nun    Bakıya    bir    tərəfdən    zəif    hazırlanmış    hücumunun    qarşısı    alındı.    Bakı   
Sovetinin  bolşevik    hissələri    və    Sentrokaspi    Diktaturasının    qoşunları    QİO-ya    qarşı    birlikdə   
vuruşurdular.    İtkiləri    bərpa  etmək    üçün    Bakıda    42    yaşınadək    olan    qeyri-müsəlmanların    yeni   
səfərbərliyi    keçirildi    və    yeni    bir    alay formalaşdırıldı. 
6-18    avqust    -    Qafqaz    İslam    Ordusu    Bakı    ətrafına    qoşunlar    toplayır,    bütün    tədbirlər    gizli   
aparılır, 
Almaniya      və      Sovet      Rusiyasına      hücumun      dayandırıldığını      bildirilirdi.      Sentrokaspi      Diktaturası     
və     ingilis  qoşunları   Bakı   ətrafında   getdikcə   daralan   halqanı   yarmaq   üçün   mütəmadi   olaraq   müxtəlif   
istiqamətlərdə   iri qüvvələrlə hücumlar həyata keçirir, lakin geri atılırdılar. 
12   avqust   -  Azərbaycan   hökumətinin  qərarı  ilə   19-34   yaşlı  hərbi  xidmətə   yararlı   kişilər   hərbi   
xidmətə 
səfərbər olundu. 
13    avqust    -  Nuru    paşanın    əmri    ilə    Əlahiddə    Azərbaycan    Korpusu    ləğv    edildi,    lakin   
Azərbaycan    hərbi  hissələri    öz  mövcudluğunu    saxladı.    Azərbaycanlı    zabitlər    yeni    təyinatlar    aldı.   
Bolşeviklərin   Bakıdan  silah  və sursatla gəmilər vasitəsi ilə qaçmaq cəhdinin qarşısı alınaraq tərk-silah olundu. 
Avqustun ortaları - QİO-da kiçik komandir kadrlarının çatışmazlığı problemini aradan qaldırmaq üçün 
Nuru paşanın əmri ilə Ehtiyat Zabit namizədləri təlimgahı açıldı. 
17 avqust - Bakıya general Denstervil və onun bütün dəstəsi ("Densterfors”) gəldi. 
18 avqust - Sovet Rusiyası türk qoşunlarının ciddi hücuma hazırlaşması barədə məlumat aldı, Moskvada 
Rusiya və Osmanlı nümayəndələrinin danışıqları qarşılıqlı ittihamlara çevrildi. 
19 avqust - Sovet Rusiyası Almaniyaya nota verərək QİO hücumunun qarşısını almağı tələb etdi. 
26 avqust - Bakı Sovetinin Qırmızı Ordusu "Bakı və ətraf rayonların ordusu və donanması" adlandırıldı. 
QİO hissələrinin həmlələri nəticəsində Bakı ətrafında bəzi hakim təpələr tutuldu. 
27   avqust   -   Sovet   Rusiyası   ilə   Almaniya   arasında   Bakı   və   Azərbaycan   neftinin   taleyi   ilə   
bağlı   saziş 
imzalandı,    saziş    Osmanlı    dövləti    və    Azərbaycan    hökumətinin    narazılığı    ilə    qarşılandı.    İngilislər   
Sentrokaspi  Diktaturasının     qoşunları     ilə     birgə     irimiqyaslı     əks-hücum    planlaşdırdılar,     lakin     QİO-
nun     cəbhənin     bütün mövqelərində fəallığı qüvvələri toplayıb əks-hücuma keçməyə irnkan vermədi. 
30 avqust - Bakıya hücum üçün türk-Azərbaycan hissələri üç qrupa bölündü: Şimal, Cənub, Qərb. 
31    avqust    -    Binəqədi,    Digah,    Məhəmmədi    kəndləri    tutulmaqla    Bakı    şəhəri    tam    mühasirəyə   
alındı. 
Avqustun      31-dən      sentyabrın      1-nə      keçən      gecə      keçirilən      müşavirədə      general      Denstervil     
demişdi:      "YER  ÜZÜNDƏ      HEÇ      BĠR      QÜVVƏ      BAKINI      TÜRKLƏRDƏN      QORUYA     
BĠLMƏZ".      Denstervil     ingilis qoşunlarının evakuasiyasını hazırlamağı əmr etdi. 
1    sentyabr    -    Osmanlı    ordusunun    15-ci    piyada    firqəsi    Batum-Qarakilsə-Dilican-Karvansara-
Qazax- 
Ağstafa yolu ilə Azərbaycana gəlmək əmri aldı; 
2  sentyabr  - M.Ə.Rəsulzadə Almaniyanın Osmanlı dövlətindəki səfirinə etiraz notası (Rusiya-Almaniya 
sazişi    ilə    bağlı)    təqdim    etdi.    Zabrat    və    Hövsan    ətrafında    başlayan    döyüşlər    sentyabrın    4-də   
25 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə