Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

 
 
 
 
1917-ci   il   dekabrın   21-də   Bakıda   Qırmızı   Qvardiyanın   yaradılması   barədə   qərar   qəbul   edildi.
44     
Lakin fəhlələrdən döyüş qabiliyyəti olan qoşun yaratmaq olduqca çətin iş idi. Bu 
səbəbdən 
1918-ci   ilin   yanvar   ayının   əvvəllərində   Bakıdan   keçən   rus   hərbçiləri 
ilə
 
əlaqə 
yaratmağa    çalışdılar.    Onlar    Bakıda    qalıb    "inqilabı    müdafiə    etmək"   
istiqamətində  təbliğat  aparmalı  idilər.  Bolşeviklərin  təklifi  ilə  razılaşanlar  dərhal 
Qırmızı  Qvardiya  dəstələrinə    yazılır,    razılaşmayanlar    isə    tərksilah    edilərək   
Rusiyaya    göndərilirdi. Yanvarın   ortalarında   Qırmızı   Qvardiya 
döyüşçülərinin   
sayı    3500   nəfərə    çatdı.  Ancaq    bu,    nəinki    inqilabı    bütün    Qafqaza    yaymaq,   
heç    Bakıda    hakimiyyəti    tam nəzarət altına almaq üçün kifayət deyildi. 
1917-ci il    yanvarın 15-də Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret 
imzalandı.  Dekretdə  Qırmızı  Ordu  beynəlmiləl  adlandırılsa  da,  ora  təkcə  rus  və 
ermənilər    yazılır,    azərbaycanlıların    yazılmasına    isə    maneçilik    törədilirdi.   
Çağırış  işləri  ilə  məşğul    olan  Avakyan,    qərargah    rəisi    A.Baqdasarov  idi.
45   
Yanvarın    29-da  Bakıda  fəaliyyət  göstərən  Rus  Milli  Şurası  rus  milli  hissələrinin 
yaradılması  barədə qərar  verdi.  Bolşeviklər  tərəfindən  çar  ordusunun  zabitləri  təqib 
olunduğundan  yeni  yaradılan    hərbi      hissələrdə    komandirlərə      ehtiyac      böyük   
idi.    Bakıda     bolşeviklər 
tərəfindən  xüsusi  komandirlər  məktəbi  yaradılaraq  onun  rəhbəri  praporşik  Solnsev  təyin  edilmişdi.     
Cəbhədən  tərxis    olunan  hissələrdən  bir  zirehli  qatar  götürülmüş,  RSFSR  XKS  ordu  yaradılması  üçün  30 
milyon  800  min  rubl  göndərmişdi.  Fevral  ayında  Azadlıq  meydanında  hərbi  parad  keçirildi.  Xəzər 
donanmasının  nəzarət  altına  alınması    işi    davam    etdi.    Martın    əvvəllərinə    artıq    6    min    döyüşçü,    2   
zirehli    qatar,    1    zirehli    avtomobili    olan  Qırmızı    Ordu    ciddi    qüvvə    idi.
46     
Bununla    bərabər    qüvvələri   
artırmaq   üçün   Erməni   Milli    Şurası    ilə   əlaqələr yaradılmış, 
faktiki 
olaraq
 
daşnaklarla 
birgə 
fəaliyyət 
istiqamətləri  müəyyənləşdirilmişdi.  Corctaun 
Universitetindən olan amerikalı tədqiqatçı Maykl Smit qeyd edirdi ki, "Bakıda bolşevik hakimiyyətini rus ordu 
hissələrindən təşkil edilmiş silahlı milis və daşnakların rəhbərliyi ilə çoxsaylı erməni dəstələri təmin edirdi". 
1918-ci ilin mart qırğınları bolşevik və erməni hissələrindən təşkil edilmiş Qafqaz Qırmızı Ordusunun əsl 
simasını    açdı.    Bu    ordu    Azərbaycanı    Rusiyanın    müstəmləkəsi    görmək    istəyən    bolşeviklərin    və   
Azərbaycan torpaqlarından mümkün qədər pay qoparmağa hazır olan, azərbaycanlıların fiziki məhvinə can atan 
ermənilərin aləti idi. 
May    ayında    artıq    ordunun    1-ci    korpusu    təşkil    edilmişdi.    Mayın    16-da    mədən-zavod   
komitələrinin 
konfransında   çıxış   edən   S.Şaumyan   göstərirdi:   "Özünün   çoxsaylı   düşmənlərindən   qorunmaq   üçün   sovet   
real silahlı   qüvvə   yaratmalı   idi.   Bolşeviklərdən   başqa   
heç 
bir      digər      partiya      sovet      hakimiyyətinin     
dayağının  yaradılması    barəsində    düşünmürdü."
47     
Bakı    XKS-nin  hərbi-dəniz  işləri  üzrə  xalq  komissarı 
Q.N.Korqanovun 
1918-ci    il    mayın    22-də    RSFSR   
Xalq 
Sovetinə  göndərdiyi  məruzədə  qeyd 
"Bakıda 
yaradılan 
Qırmızı  Ordu 
Komissarları 
edilirdi  ki, 
hər 
zaman 
yerinə 
döyüşlərdə,      hərəkətdə,      qarovul       
xidmətinin 
yetirilməsində olub. "
48
 
Bakı    Sovetinin    qoşunlarının   
təşkilində 
böyük 
köməyi  Rusiya  Kommunist  Partiyasının (bolşeviklər) Mərkəzi  Komitəsi,  RSFSR  Xalq  Komissarları  Soveti  və 
şəxsən onun rəhbəri V.İ. Lenin göstərirdi. Bakıya silah və sursatın göndərilməsini Lenin Moskvada olan Şimali 
Qafqaz hərbi dairəsinin büro rəisi M.K.Ter-Arutyunyansa tapşırmışdı. Ter-Arutyunyan sonralar öz xatirələrində 
yazırdı:  "Vladimir  İliç  tələb  edirdi  ki,  müəyyən  saatlarda  mən  Bakıya  göndərilən  kömək  barədə  məruzə  edim, 
ehtiyac    olanda    isə    özüm    gəlim    onun    yanına    və    onun    göstərişlərini    həyata    keçirməsinə    mane   
olanlar   barədə şəxsən məruzə edim".
49
 
3.2. Bakı Soveti və Sentrokaspi Diktaturası 
qoĢunlarının strukturu 
44   
Дарабади П.Г. Военные вопросы, с. 99. 
45   
Токаржевский Е.А. Из истории, с. 28. 
46   
Дарабади П.Г. Военные вопросы, с.112. 
47   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.62. 
48   
Дарабади П.Г. Военные вопросы, с. 111. 
49   
Гражданская война и военная интервенция в СССР. Энциклопедия. Москва, 1983, с. 583; Дарабади П.Г. Военная помощь Советской России 
Бакинской Коммуне (1918)//Изв. АН АзССР, серия ИФП, 1982, №4, с. 110. 
29 
 


 
 
 
 
Hələ    hakimiyyətə    gəlməzdən    əvvəl    bolşeviklər    geniş    fəhlə    kütlələrinin    silahlandırılması    və   
inqilabi 
Qırmızı Ordunun yaradılması haqqında tələblərlə çıxış edirdilər. Bakıda "Dəryal" şirkəti fəhlələrinin 1917-ci il 
sentyabrın 5-də keçirilmiş yığıncağının qətnaməsində "Şüurlu proletariatdan qırmızı qvardiya yaratmaq" tələbi 
irəli   sürülmüşdü.   Digər   müəssisə   fəhlələrinin   ümumi   yığıncaqlarının   qətnamələrində   də   eyni   tələb   öz   
əksini 
tapmışdı.     RSDFP     (b)     Bakı     təşkilatının     sentyabrın     12-də     keçirilmiş     konfransında     Bakı     Fəhlə     və     
Əsgər 
Deputatları    Sovetinə    namizədlərə    tövsiyə    kimi    bütün    vətəndaşların    silahlandırılması    və    "ilk    növbədə   
yeni inqilabi qayda-qanunu qorumaq üçün şəhərlərdə qırmızı fəhlə qvardiyası” yaradılması göstərilmişdir.
50
 
Bakı    qarnizonu    əsgər    və    matrosları    arasında    məqsədyönlü    təbliğat    işi    aparan    bolşeviklər    18   
minlik 
qarnizonun böyük hissəsini öz tərəflərinə çəkməyə nail olmuşdular. Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin 
hərbi    bölməsinin    noyabrın    13-də    keçirilən    geniş    iclasında    Qırmızı    qvardiyanın    yaradılması    barədə   
qətnamə qəbul edildi. 
Hələ    noyabrın    12-də     bolşeviklərə    sadiq    hərbi     hissələr    yaratmaq    üçün    komandirlər   
dəyişdirilməyə başlandı. 
Dekabrın 12-də
 
Bakıda 
Hərbi 
İnqilabi     Komitə     yaradıldı.     Komitə     
şəhərdə 
qanun-qayda  yaradılmasına  cavabdeh   idi. 
Dekabrın 
16-da 
Bakı 
Sovetinin 
sədri 
S.Şaumyanın    Qafqazın    Fövqəladə   
Komissarı 
təyin 
edilməsi 
barədə 
RSFSR 
Xalq 
Komissarları Soveti qərar qəbul etdi. 
Dekabrın      21-də      qırmızı     
qvardiyanın yaradılması       haqqında       qərar       
qəbul       edildi. 
1917-ci   ilin   sonunda   yaradılan   mərkəzi   
büro 
1918-ci  il  yanvarın  əvvəllərində  qırmızı 
qvardiyanın       mərkəzi       qərargahına     
çevrildi. 
Onun    tərkibinə    İ.P.Vasek,    S.N.Martikyan,    İ.Y.Qabışev,    H.H.Sultanov    və    digərləri    daxil    oldular.
51     
Qırmızı 
qvardiyanın       rayon qərargahları  da  yaranmaqda  idi.  Mərkəzi  qərargah       rayon qərargahlarının       
işini  istiqamətləndirir,   silahla   təminat   və   təlim   məsələləri   ilə   məşğul   olurdu.   Mərkəzi   qərargaha   tabe   
olan    qırmızı  qvardiyaçı    dəstələr    yerli    sovetlərin    sərəncamında    idi.    1918-ci    ilin    yanvarına    bir    çox   
mədən    və    zavodlarda  qırmızı    qvardiya    dəstələri    yaradılmışdı.    Qırmızı    qvardiya    köhnə    ordunun    ləğv   
olunub    yenisi    ilə    əvəzlənmə  prosesində  ara  mərhələ  idi.  Qvardiyanın  strukturu  belə  idi:  əsas  döyüş  vahidi 
olan  onluqda  10  döyüşçü  var  idi.  Dörd   onluq   1   taqım,   üç   taqım   1   drujina,   üç   drujina   1   tabor   təşkil   
edirdi.   Taborun   tərkibində   əlavə   hissələr olmaqla şəxsi heyətin sayı 500-600 nəfərə çatırdı.
52
 
1918-ci  
ilin 
yanvar 
  ayının 
əvvəllərində Bakıdan keçən rus hərbçilərinin 
tərksilah    edilməsinə    başlandı.    Əgər   
əsgərlər sovet hissələrində  xidmət  etməyə
 
razı deyildilərsə, 
silah alınmalı 
 
idi. 
Xüsusi  komandirlər  məktəbi 
yaradılmışdı.
53
 
RSFSR    Xalq    Komissarları   
Sovetinin 
15      (28)      yanvar      1918-ci      il      Fəhlə-
Kəndli 
Qırmızı    Ordusu 
1918-ci 
il 
Donanmasının 
dekretlərini     
əsas 
və    29    yanvar    (11   
fevral) 
Fəhlə-Kəndli 
Qırmızı 
yaradılması 
haqqında 
tutaraq      Qafqaz     
ordusu 
Hərbi    İnqilabi    Komitəsi    ilk    Qırmızı   
Ordu 
hissələrinin  yaradılmasına  başladı.  Yanvarın 
16-da  Komitənin  sədri  Q.N.Korqanov Qafqaz zəhmətkeşlərinə  müraciət  edərək onları  Qırmızı  Ordu  sıralarına 
daxil    olmağa    çağırdı.    Çağırışda    deyilirdi    ki,    sovet    hakimiyyəti    hələ    hər    yerdə    qalib    gəlməyib,   
əksinqilabi 
qüvvələr isə baş qaldırmaqdadırlar.    Ona    görə    də    tam    bərabərlik    və    seçmək hüququ    əsasında, 
hakimiyyətin 
demokratik  təşkili  ilə  yeni  sosialist  ordusu  yaradılmalıdır.  Beynəlmiləlçi  qoşunlar  sosializmə  sadiq  olan  fəhlə, 
əsgər, matros və kəndlilərdən ibarət olmalı, qoşunlarda yeni inqilabi intizam yaradılmalıdır. Q.N.Korqanov və 
onun    müavini    B.P.Şeboldayev    "Sosialist    ordusunun    yaradılması    barəsində    Əsasnamə"    tərtib   
etdilər.    Eyni  zamanda  tərtib  edilən  "Qızıl  ordu  əsgərinin  yaddaş  kitabçası"  da  vacib  əhəmiyyətə  malik  idi. 
Kitabçada  qeyd  edilirdi  ki,  beynəlmiləlçi  qüvvə  olan  qırmızı  qvardiya  milliyyəti  və  dinindən  asılı  olmayaraq 
bütün yoxsulların 
50   
Дарабади П.Г. Военные вопросы, с.97-99 
51   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.22-23. 
52   
Дарабади П.Г. Военные вопросы, с. 100. 
53   
Токаржевский Е.А. Из истории, с.28-30. 
30 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə