Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

 
 
 
 
(1877-1878-ci     illər    müharibəsindən     sonra    Qars     Rusiya     imperiyasının     tərkibinə     qatılmışdı)     
yerləşdirilmiş 
ermənilər    yerli    müsəlman    əhalini,    о    cümlədən    burada    yaşayan    azərbaycanlıları    qırmağa    başladılar.   
Rus 
rəsmilərinin    gözləri    qarşısında    törədilmiş    bu    cinayətlərə    görə    erməni    quldurları    cəzalandırılmadı.
 
Bundan 
narazı     olan Azərbaycan ziyalılarından Əlimərdan bəy Topçubaşov, Ağabala Quliyev,  İrəvan     və Yelizavetpol 
quberniyalarının 
müsəlman      ziyalıları      və      digərləri      Qafqaz      ordusunun      komandan      müavini     
general 
Mışlayevskinin qəbulunda olmuş, "ermənilər tərəfindən törədilən qanlı qırğınlardan    müsəlmanları qorumağı və 
qətlə  yetirilən  tatar  (azərbaycanlı)  ailələrinin  xeyrinə  pul  yığmağa  icazə  verməyi"  xahiş  etmişdilər.  Qırğınlara 
son  qoyulsa  da,  onların  səbəbkarları  və  icraçıları  nəinki  cəzalandırılmadı,  heç Rusiya  ordusu ştatlarından  da 
kənarlaşdırılmadı.
72
 
Tarixi  mənbələr  müharibə dövründə  formalaşdırılmış  erməni  hərbi  hissələrinin  sayını  və  strukturunu  da 
müəyyən etməyə imkan verir. 
Erməni    Milli    Deleqasiyasının    prezidenti    Poqos    Nübar    1917-ci    il    dekabrın    1-də    Sena    deputatı   
Alber 
Tomasa  məktubunda  yazırdı:  "Ermənilərə  öz  doğma  torpaqlarını  müdafiə  etmək  üçün  rus  ordusunun  müxtəlif 
cəbhələrdə    səpələnmiş    150    000    erməni    əsgərini    Qafqazda    toplamaq    lazımdır.    Kerenski    hökuməti   
bizim 
müraciətə cavab olaraq toplanış üçün göstəriş verib, hal-hazırda burada 35 000 erməni əsgəri toplanıb. Tanınmış 
komandir    Andranikin    əmri    ilə    erməni    könüllüləri    onlara    birləşdirildi...    Bizə    məlumdur    ki,    rus   
əsgərləri    öz  silahlarını  satırlar  və  bu  silahları  çoxlu  sayda  tatar  (azərbaycanlılar  -  A.Y.,  Ə.S.)  alır,  bu  isə 
böyük  təhlükədir.  Qafqazda  6-7  milyon  tatar  türklərin  gəlişini  gözləyir  ki,  erməniləri  qırsınlar  və  Qafqazı 
Rusiyadan ayırsınlar". 
Sonra    о    izah    edirdi    ki,    toplanmış    35    min   
nizami  erməni      əsgərinə      30      mindən      50     
minədək     könüllü birləşə bilər.
73
 
Erməni  Sosialist  Partiyasının  1918-ci 
il 
sentyabr      memorandumunda      qeyd      edilirdi:     
"Hələ  inqilabdan        əvvəl        160        min        erməni       
rus        ordusu  tərkibində    Qalisiya,    Bukovina    və   
Şərqi    Prussiyada  vuruşub.    Bundan    başqa,    20   
min    erməni    könüllüsü  Qafqaz      Cəbhəsində     
milli      qəhrəman      Andranik      və  onun    qəhrəman   
yoldaşları    Vartan,    Dro,    Amazasp,  Sepu,   
Murad,    Aşot,    Aram,    Ruben    və    digərlərinin 
rəhbərliyi      ilə      döyüşüb,      hamısı      ali     
komandanlıq 
tərəfindən təltif edilib. 800-1000 erməni könüllüsü Rusiya ordusuna yazılıb və müxtəlif cəbhələrdə vuruşub. Bu 
gün Fransa hərbi xidmətində bir neçə batalyon erməni könüllüsü var ki, onlar Fələstin və Suriyada vuruşurlar".
74
 
30    noyabr    1918-ci    ildə    Erməni    Milli  Deleqasiyasının  adından    onun    prezidenti  Poqos    Nübar   
yazırdı  ki, Fransa, Fələstin və Suriyada çoxlu sayda erməni vuruşmuş, onlardan başqa rus ordusu tərkibində 15 
min  erməni  hərbçi    və    4000    könüllü    Andranik    və    Nazarbekovun    rəhbərliyi    ilə    "erməni    vilayətlərinin   
bir    qisminin    azad edilməsinə nail olmuşdular". 
"1914-1918-ci     il     müharibəsi     zamanı     rus     qoşunları     Qafqaz     cəbhəsini     tərk     edəndən     sonra     
Qafqaz ermənilərinin   rolu"   adlı   xatirələrin   müəllifi   kapitan   Yegizarov   göstərir   ki,   1917-ci   ilin   sonunda   
Petroqradda Erməni    Milli    Komitəsi    yaradıldı.
75     
Ermənilər    Türkiyəyə    qarşı    müharibədə    fəal 
iştirak etmək qərarına gəldilər. "Hökumət (Rusiya hökuməti nəzərdə tutulur - A.Y., 
Ə.S) erməni milli qoşunlarının formalaşdırılmasına razılığını bildirdi. 1914-cü ilin 
sentyabrında    milli    qəhrəmanlar    Andranik,    Dro,    Amazasp    (Hamazasp)    və   
Kenin  (Keri)    başçılığı    ilə    4    dəstə    yaradıldı.    Hər    dəstədə    1000-1200   
könüllü    var    idi.  Erməni    Milli    İdarəsi    bu    qoşunların    təşkili    və    təminatını   
həyata   keçirirdi.   Ehtiyat  alay  İrəvanda  idi.  Bundan  başqa,  ermənilər  Qafqazdakı 
rus qoşunlarına yazılırdılar. 
1916-cı ilin yayında rus ordusunun nizami hissələri kimi qəbul olunan 6 dəstə atıcı 
batalyona çevrildi və bunlardan briqada təşkil edildi".
76
 
Beləliklə,   tam   əminliklə   söyləmək   olar   ki,   1917-ci   ilin   sonlarında   
Cənubi 
Qafqazda    6    atıcı    tabordan    (batalyondan)    ibarət    erməni    atıcı    briqadası   
mövcud olmuş,    ondan    başqa    ehtiyat    erməni    taborları    təşkil    edilmişdir.   
Pərakəndə    halda 
erməni  partiyalarının sərəncamında  olan  dəstələr  də mövcud  idi  ki,  onların  sayca 
çoxluğu   və   yaxşı   silahlanması   tələb   olunan   halda   yeni   hərbi   hissələr   
yaratmağa 
imkan verirdi. 
72   
Файгл Эрих, c.47. 
73   
Файгл Эрих, с.48 
74   
Файгл Эрих, с.48, 93. 
75   
Файгл Эрих, с.49. 
76
Файгл Эрих, с.49. 
35 
 


 
 
 
 
Azərbaycan   tarixşünaslığında   XX    əsrin   inqilabi   hadisələri   zamanı    ermənilərin   antiazərbaycan   
siyasəti 
işıqlandırılarkən Petroqradda erməni lobbisinin hərbi fəaliyyəti kölgədə qalır. Hesab edirik, aşağıdakı faktlar bu 
məqamın daha ətraflı öyrənilməsinin vacibliyini sübut edəcək. 
İmperiyanın    parçalanmasını    və    ordunun    dağılmasını    görən    Rusiyadakı    erməni    lobbisi    1917-
ci    i l i n əvvəllərində    geniş    miqyaslı    fəaliyyətə    keçir.    I    Dünya    müharibəsindəki    döyüşlərdə    elə    də   
böyük    məharət göstərməmiş və 1916-cı ilin noyabr ayında 8-ci Türküstan atıcı alayının komandiri təyin edilən 
polkovnik Akop Baqratuni müxtəlif vasitələrlə irəli çəkilməyə  başlayır.
77   
1917-ci 
ilin
 
mayında  Petroqradda 
ümumrusiya 
zabitlər    qurultayının    üzvü  seçilən  Baqratuni  iyunda  Baş  Qərargaha  keçirilir,  iyulda  Petroqrad    hərbi   
dairəsinin  qərargah    rəisi    təyin    edilir,    avqustda    general-mayor    rütbəsi    alır    və    Baş    Qərargahın   
tərkibinə    daxil    edilir.  Akademik  Qrant  Avetisyan  yazırdı  ki,  dövrün  erməni  liderləri  Baqratunini  "sadiq 
erməni,  təcrübəli  sərkərdə  və  Müvəqqəti  hökumətin  üzvləri  ilə  yaxşı  münasibətlər  yaratmış  qabiliyyətli  hərbi-
siyasi xadim" hesab edirdilər.
78
 
Hələ    1917-ci   
ilin 
mayında    general-mayor  L.T.Tiqranyan,    podpolkovniklər    N.A.Məlik-    Parsacanyan, 
İ.T.Taqranyan Erməni komitəsi nəzdində erməni hərbi komossiyasını yaratdılar. Komitənin tapşırığına əsasən, 
Müvəqqəti    hökuməti    inandırmaq    lazım    idi    ki,    "cəbhənin    dağılmasından    ehtiyat    edən    ermənilər    öz   
milli korpuslarını    yaratmağa    çalışırlar    ki,    türklərlə    son    mübarizəyə    qalxmaq    üçün    onun    ətrafında   
birləşsinlər". Petroqrad  və Tiflis  erməni  təşkilatlarının  çoxsaylı  xahişlərinə,  Baqratuninin  səylərinə  cavab  olaraq 
Müvəqqəti hökumətin    sədri    və    hərbi    nazir    A.F.Kerenski    belə    qətnamə    imzaladı:    "Erməni    atıcı   
taborlarının    alaylara çevrilməsi      və      onlardan      diviziyaların      təşkil 
edilməsinin yubadılmamasını təsdiq edirəm".
79
 
Avqustun    4-də    L.Tiqranyan    və   
A.Baqratuni 
hərbi    nazirin    köməkçisi   
B.Savinkova 
korpusunun  yaradılması  layihəsini 
etdilər.  Maraqlıdır 
ki,  "Eserlərin 
erməni 
təqdim 
döyüş 
təşkilatı"  terrorist   qrupunun   lideri   
B.Savinkov 
hər    zaman    "Daşnaksutyun"    partiyası    ilə   
sıx əlaqədə olmuşdur. 
Daşnak    liderlərindən    olan    və   
Türkiyə 
torpaqlarında 
 
"Qərbi 
 
Ermənistan"   
yaratmağa  çalışan      Y.X.Zavriyan      Tiflisdə     
erməni 
 
  hərbi 
komissarı 
vəzifəsinin 
yaradılmasını təklif etdi. 
Müvvəqəti hökumət belə vəzifəni yaratdı və Erməni Milli Şurası A.Baqratunini bu vəzifəyə seçdi.
80   
A.Baqratuni 
L.Tiqranyan,    N.Məlik-Parsacanyan,    M.Ter-Poqosyan,    İ.Axverdyan,    Bozoyan    və    digər    erməni   
zabitlərindən ibarət    Hərbi    Şura    təşkil    etdi    və    onun    sədri    oldu.    Erməni    hərbi    komissarı    cəbhələrə   
səpələnmiş    erməniləri 
siyahıya  alıb  (hesablamalar  nəticəsində  120  min  erməni  zabit  və  əsgəri  qeydə  alındı),  onlardan  ən  azı  40 min 
nəfəri Qaf-qazda yerləşdirməyi planlaşdırdı. 
Sonralar    general-mayor    Kulebyakin    yazırdı    ki,    erməni    korpusunu    yaratmaq    üçün    Baqratuni    və   
onu dəstəkləyənlər   Petroqradın   ən   yüksək   hərbi   dairələrinə    təsir   edirdilər.   1917-ci   il    oktyabrın   23-də   
Baqratuni Petroqrad    hərbi    dairəsinin    komandanı     təyin    edildi.
81       
Rusiyada    inqilabın    qarşısını     
almaqdan    çox    erməni məsələlərinin  həlli  barəsində  düşünən  Baqratuni  ona  tabe  edilmiş  qoşunları  idarə edə  və 
Müvəqqəti hökuməti qoruya 
bilmədi.  Bolşeviklər  Müvəqqəti 
hökuməti  devirəndə  Qış  sarayından  qaçmağa 
cəhd      göstərən      Baqratuni      həbs      edildi.     
Çar ordusunun 
 
generallarına
 
divan 
tutan 
bolşeviklər 
nədənsə  erməni  generalına  rəhmli  oldular.
 
Petroqrad 
hərbi 
dairəsinin 
bolşeviklər      tərəfindən      təyin      edilmiş     
yeni  komandanı      Antonov      Baqratunini     
həbsdən  buraxdı,      vəzifəsindən      azad     
etdi      və      "Baş  qərargahın  sərəncamına" 
göndərdi.
82
 
77
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы, Л. 1957, с.405. 
78
Аветисян Г. Генерал Акоп Багратуни (1879-1943)// «Армянское воинство» İNTERNET səhifəsində bu və digər erməni hərbiçiləri barəsində verilən 
materiallarda    bəşəriyyətin    ən    möhtəşəm    sərkərdələrinin    erməni    olması    fikri    yeridilir.    Sən    demə,    nəinki    türk    dünyasının    Çingiz    xan,   
Teymur    kimi 
sərkərdələri, heç Avropanın Makedoniyalı İskəndər, Sezar kimi sərkərdələri də erməni «sərkərdələri» qədər möhtəşəm olmamışdılar. 
79
Аветисян Г. Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNETsəhifəsi. 
80
Аветисян Г Генерал Акоп Багратуни (1879 - 1943)// «Армянское воинство» İNTERNET səhifəsi. 
81
Октябрьское вооруженное восстание в Петрограде. Документы и материалы. Ленинград, 1957, с.405. 
82
Рябинский К. Революция 1917 года. Москва, 1976. Хроника событий. Т. 5, с.151-152, 160, 175. 
36 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə