Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   14   15   16   17   18   19   20   21   ...   113

 
 
Əksinqilabçılara   qarşı   qüvvələrini   toplayan,   az   qala   hər   tüfəngi,   tapançanı   siyahıya   alan   
bolşeviklərin 
gözü qarşısında Petroqradın hərbi anbarlarından erməni korpusu üçün silah və sursat seçilməyə başlandı. 
1917-ci    il    noyabrın    8-də    II    Ümumrusiya    Sovetlər    qurultayı    Sülh    haqqında    Dekret    qəbul    etdi   
və    çar hökumətinin Antanta ölkələri ilə imzaladığı gizli müqavilələr dərc edildi. Sənədləri tamamlayan xəritələrin 
çapı 
sensasiyalara   səbəb   oldu,  ermənilər   çox   böyük  təəccüblə   gördülər   ki,   müharibədən   sonrakı   vəziyyəti   
nəzərdə 
tutan    xəritələrdə    nə    "ermənilər",    nə    də    "Ermənistan"    sözü    yoxdur.    Çar    hökuməti    ermənilərdən   
müharibədə istifadə edir, vədlər verir, lakin erməni dövləti yaratmağa tələsmirdi. Təbii ki, çar hökumətinin etdiyi 
yaxşılıqları unudan ermənilər siyasi istiqaməti dəyişərək bolşevik qüvvələri ilə birləşməyə meylli oldular. 
1917-ci   ilin   sonlarında   general   Donskoy   Rusiya-Osmanlı   sərhədinin   mühafizəsi   üçün   erməni   və   
gürcü  korpuslarından  istifadə  etmək  planını  tərtib  edəndə,  30  min  erməni  və  12  min  gürcü  döyüşçüsünün 
olduğunu nəzərə almışdı.
83
 
Baqratuni    və    onun    zabitlərinin    anbarlardan    seçdikləri    silahlar,    о    cümlədən    bir    neçə    zirehli   
qatar,    bir  sanitar    qatarı    və    avtomobillər    dekabrın    15-dən    başlayaraq    Qafqaza,    erməni    korpusunun   
ünvanına    göndərildi.  Əvvəllər    korpus    hissələrinin    Tiflisdə    yaradılması    planlaşdırılsa    da,    tədricən   
dislokasiya    yeri    kimi    Bakıya  üstünlük      verilməyə      başlandı.      Bakının      strateji      mövqeyi,      limanı,     
dəmiryol     stansiyası,     neft     mədənləri     ələ  keçirilərdisə,    bütün    regionda    hərbi-siyasi    vəziyyətə    nəzarət   
imkanı    yaradılmış    olardı.    Fevralın    6-da    Bakıya  general-mayor    T    S    Baqramyan,    martın    7-də    isə   
general-mayor    A.Baqratuni    gəldilər.    Nədənsə    hər    yerdə  əksinqilabla    mübarizə    aparacağını    bəyan   
edən,    Bakıya    gəlmiş    azərbaycanlı    general-mayor    Talışinskini    çar  generalı    adı    ilə    həbs    edən    Bakı   
Sovetinin    rəhbərləri    erməni    generallarının    Bakıya    gəlişinə,    qoşun    hissələri  toplamasına  barmaqarası 
baxırdılar.  Bu  məsələyə  sonralar  general-mayor  Denstervil  cavab  vermişdir:  "Unutmaq  lazım   deyil    ki,   Bakı   
bolşeviklərinin    lideri    Şaumyan    özü    erməni    idi".
84   
Bakıda    azərbaycanlıların    soyqırımda  iştirak      etmiş     
erməni      korpusunun      rəhbərliyi      Bakı-Gəncə      (Yelizavetpol)      və      Gəncə-Tiflis      dəmir      yolunu 
təmizləmək  və erməni  korpusunu ehtiyat  qüvvə ilə təmin etmək üçün bir neçə zirehli  qatardan ibarət dəmiryol 
dəstəsi yaratdı. Lakin qərbə doğru yollar Müsəlman Korpusunun qüvvələri tərəfindən bağlanmışdı. Belə şəraitdə 
erməni    korpusunun    generalları    bolşeviklərin    hakimiyyətini    tanıdılar    və    öz    qüvvələrini    onların   
sərəncamına verdilər. 
Erməni-bolşevik  "mənəbbətinin"  yuxarıda  göstərilən  səbəblərdən  başqa  bir  səbəbi  də  var  idi.  1918-ci  il 
yanvarın   13-də   Lenin   və   Stalinin   imzası   
ilə 
gələcəkdə 
Ermənistan 
dövlətinin 
yaradılması  və      erməni      hökumətinin     
formalaşdırılması  barədə  vədlər  nə  qədər 
uzaq olsa da, konkret vəd  idi  və  bolşeviklərə 
ermənilərin  dəstəyini  təmin    etdi.    1918-ci   
ilin    yanvarında    RSFSR  Millətlərlə      İş     
üzrə      Xalq      Komissarlığında  erməni 
komitəsi  təşkil  edildi  (nə  gürcü,  nə  də 
Azərbaycan komitəsi yaradılmamışdı). 
Klemanso     və     Fransanın     
Londondakı 
səfiri    Pol    Kambona    ünvanladığı    31   
yanvar 
1918-ci      il      tarixli      məktublarında     
Fransanın  xarici  işlər  naziri  Stefan  Pişon  qeyd  edirdi  ki,  ermənilər  öz  qoşunları  üçün  çoxlu  pul  yığıblar  və 
"ermənilərin Rusiyadakı rəhbəri Andranik Tiflisdə onların korpusuna başçılıq edir".
85
 
Erməni   hərbi   hissələri   Qərbi   Azərbaycanda   cəmləşməklə   bərabər   Bakıda   da   təşkil   edilməyə   
başlandı. 
1918-ci ilin yaz-yay aylarında erməni hərbi dəstələrinin Azərbaycan ərazisində törətdikləri qırğınlar göstərdi ki, 
onları    bolşeviklərlə    birləşməyə    sövq    edən    səbəb    azərbaycanlıları    fiziki    cəhətdən    məhv    etməkdir.   
Onların  rəhbərləri    də    bunu    inkar    etmirdilər.    Misal    üçün,    Qubaya    bolşevik    cəza    dəstəsinin    başında   
gələn    Amazasp demişdi: "Mən erməni xalqının qəhrəmanı və onun maraqlarının müdafiəçisiyəm... Mən qayda-
qanun yaratmaq, 
və   ya   sovet   hakimiyyətini   qurmaq   üçün   gəlməmişəm.   Mənə   əmr   ediblər   Xəzər   dənizi   sahillərindən   
Şahdağa  qədər   ərazidə   bütün   müsəlmanları   məhv   eləyim".
86     
Sonralar   erməni   vəhşiliklərini   araşdırmaq   
üçün    yaradılan  fövqəladə    istintaq    komissiyasının    sədri    A.Novaski    yazırdı:    "Müəyyən    edilib    ki,   
Amazaspın    dəstəsi    Quba  qəzasında  122  müsəlman  kəndini  yandırıb  məhv  edib. ..  Amazaspın  dəstəsi  Quba 
şəhərinə  komissar  Şaumyanın istəyilə   cəza   məqsədi   ilə   göndərilib...,   bu   dəstədə   iki   minə   yaxın   adam   
var   idi   ki,   onlar   da   "Daşnaksutyun" partiyasına aid olan ermənilər idi".
87
 
83   
Qasımlı M.Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s.99. 
84   
Денстервиль, c.50. 
85
Файгл Эрих, с.51. 
86
Насиров Т. Борьба за власть, с. 28. 
87
Доклад Члена Чрезвычайной Следственной Комиссии Новацкого. ARMDTA,f.1061, siyahı 1, iş 95, v.5-8. 
37 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə