Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

Bakı   Soveti   və   Sentrokaspi   Diktaturası   qoşunlarının   mənəvi   durumu   barəsində   ətraflı   qeydlər   
general 
Denstervilin  xatirələrində  öz  əksini  tapmışdır".  Erməni  qoşunları  və  onların  liderlərinə  simpatiyasını  nümayiş 
etdirən    general    Denstervil    onların    nə    dərəcədə    qorxaq    olmasını    gizlədə    bilməmişdir.    Mart-aprel   
aylarında 
Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırıma görə gec-tez cavab verəcəklərini başa düşən ermənilər vahimə 
içində    gah    Sovet    Rusiyasının,    gah    da    ingilislərin    ətəyindən    yapışır,    çoxlu    silah    və    texnikaları   
olmasına baxmayaraq uduzurdular. 
Qeydlərinin əvvəlində general yazırdı ki, "ingilislərdən 200 nəfər zabit və elə о qədər də əsgər yeni təşkil 
edilmiş hissələrdə təlimatçı olmalı idi".
88   
Başqa sözlə desək, 10-15 minlik yerli qoşunun yenidən təşkil edilməsi 
və təcrübəli ingilis zabitləri ilə təlim keçib döyüşə göndərilməsi, generalın fikrincə, kifayət etməli idi. Lakin o, 
"yerli     qoşunların"     necə     qorxu     içində     olmasından     bixəbər     idi.     Avqustun     7-də     Erməni     Milli     
Şurasının nümayəndəsi      doktor      Araratyansa      ünvanladığı      mək-tubunda      general      yazırdı:      "Ermənilər     
müdafiəçilərin 
əksəriyyətini   təşkil   edirlər.   Müdafiədə   olanların   qoşunları   qüvvələrin   düzgün   təşkil   olunmamasından   
əziyyət 
çəkirlər   və   onların   qəhrəmanlıqları   nahaq   yerə   sərf   edilir.   Bu   qüsuru   aradan   qaldırmaq   üçün   mənim   
tezliklə  kifayət    qədər    zabitim    olacaq".
89     
Göründüyü    kimi,    avqustun    əvvəllərində    Ənzəlidə    olan    və   
Bakıdakı    mövcud  vəziyyətdən  xəbəri  olmayan  general  zənn  edirdi  ki,  erməni  dəstələrini  yenidən  təşkil 
etməklə qələbə qazanmaq olar. 
Avqustun    15-də    polkovnik    Keyvortun    göndərdiyi    raportda    maraqlı    məqam    var:    "Ruslar   
ermənilərlə işləmək  istəmirlər.  Deyirlər  ki,  rus  zabitləri  türklərin  cərgələrində  bizə  qarşı  vuruşurlar,  ona  görə 
də  yerli  rus zabitləri  cəbhəyə  getməkdən  imtina  edirlər.  Ermənilər  isə  ruslarla  bərabər  işləmək  istəyirlər,  əgər 
ruslar  buna  icazə    versələr".    Artıq    mart-aprel     qırğınlarından    sonra    Qırmızı     Ordu    tərkibində     olan   
ruslar    (söhbət    qatı  bolşeviklər  və  ya  monarxistlərdən  deyil,  şovinist  şüarlar  ("azərbaycanlılar  bütün 
xristianları  qıracaqlar"  və  s.)  ilə  qoşunlara  al-dadılaraq  cəlb  edilən  ruslardan  gedir)  Qafqaz  İslam  Ordusun 
sıralarında xidmət etməyə razı idilər, nəinki erməni qoşunlarının tərkibində vuruşmağa. 
Keyvortun   raportunda   daha   bir   maraqlı   məqama   rast   gəlirik:   "Yerli   qoşunlar,   əksər   hallarda   
ermənilər səngər qazmaqla az məşğul olurlar onları buna məcbur edəndə isə deyirlər: "Nəyə görə biz səngər 
qazmalıyıq? 
Biz  səngər    qazmaq    istəmirik:    bu,    qorxaqların   işidir,  biz  döyüşmək  istəyirik".    Onlar    qayalar   arxasında 
uzanır,  oradan   havaya  güllə   atırlar.   Onlar   bu   manevri   türklər   heç   hücuma   keçməyəndə   belə   edirlər..   
."
90     
Beləliklə,  ermənilər    arasında    olan    ingilis    polkovniki    onların    əsl    mahiyyətini    anlamağa   
başlayır:    döyüşmək    fikrində  olmayan    ermənilər    özlərini      döyüş    həvəskarı      kimi      göstərir,    döyüş   
xəttinə    gətiriləndə    isə    sursatı     havaya boşaldırdılar ki, sursat çatışmazlığından onları geri çağırsınlar. 
Öz zabitlərindən fərqli olaraq ermənilərə bel bağlayan general Denstervil müxtəlif xülyalarla yaşayırdı; 
gah    hesab    edirdi    ki,    erməni    dəstələrinə    yeni    struktur    vermək   lazımdır,    gah    da    düşünürdü    ki,    onları   
ingilis 
hissələri arasında yerləşdirməklə vəziyyəti kökündən dəyişmək olar. 
Lakin    çox    keçmir    ki,    о    əsil    vəziyyəti    anlamağa    başlayır.    General    yazırdı:    "Hərbi    sursatın   
qənaətlə 
istifadəsi    barədə    ciddi    əmrə    baxmayaraq    həm    top,    həm    də    tüfəng    sursatı    hədər    yerə    sərf   
olunurdu.    Mən 
mövqelərin  sağ  cinahına  rəhbərlik  edən    bir    polkovnikin    diqqətini    onun    mənasız  yerə    atəş  açan   
artilleriyasına  cəlb  etdim.  Polkovnik  cavab  verdi:  "Bəli,  onlar  düşmənə  atəş  açmırlar,  lakin  səngərdə  olanlar 
bizim  toplar  atəş  açanda    çox    xoşlanırlar    və    əgər    mən    ara-sıra    topdan    atəş    açmasam,    onlar   
səngərlərdə    qalmazlar".
91     
Bu    fakt  göstərir    ki,    erməni    silahlılarını    hətta    döyüş    olmayanda    belə   
səngərdə   saxlamaq   müşkül   məsələdir,   о   ki   qaldı döyüş olanda. 
Öz qeydlərinin bir çox yerində general “ Bakı qoşunlarının ağciyərliyi", "əsil əsgərlər olmaması", "kağız 
üzərində qoşun" olması barəsində yazır. 
General-mayor    Denstervil    daha    sonra    yazırdı:    "Əgər    biz    yerli    qoşunlara    qəhrəmanlıq    ruhu   
aşılaya 
bilsəydik,    kənardan    kömək    gəlmədən    vəziyyətdən    çıxmaq    olardı,    lakin    kütləvi    qorxaqlıq    və    əmrlərə   
tabe olmamaq   məhvedici   təsir   göstərirdi.   Mən   bütün   erməniləri   qorxaqlıqda   günahlandırmaqdan   uzağam;   
mənim 
qeydlərim   yalnız   Bakı   ermənilərinə   aiddir,   çünki   onlar   qəhrəmanlıqları   ilə   tanınan   İrəvan   və   Kiçik   
Asiyanın 
dağlı  ermənilərinə  bənzəmirlər".  Generalın  bu  xatirələri  göstərir  ki,  o,  məğlubiyyətlərin  əsil  səbəbini  silah  və 
sursat çatışmazlığı, struktur səhvləri ilə deyil, məhz əksəriyyətini ermənilər təşkil edən qoşunların qorxaqlığı ilə 
bağlı olmasını, nəhayət ki, dərk etmişdir. 
Bununla  belə  o,  qorxaqlıqda  yalnız  Bakı  ermənilərini  günahlandırır,  digər erməniləri  isə  qəhrəman  kimi 
göstərməyə çalışır. Unudur ki, bu ermənilər öz "qəhrəmanlıqlarını" İrəvanın və Kiçik Asiyanın dinc müsəlman 
əhalisinə qarşı göstərmiş və qəddarlıqları ilə ad çıxarmışdılar. 
Bakı    ermənilərinin    qorxaqlığını    görən    ingilis    qoşunlarının    komandanı    nicatın    İrəvan   
88   
Денстервиль, c.11. 
89   
Денстервиль, c.88. 
90   
Денстервиль, c.95. 
91   
Денстервиль, с. 104. 
38 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə