Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə2/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   2   3   4   5   6   7   8   9   ...   113

eşidilməmiş    qəddarlıqlar    uydurmağa    əsaslanmışdır    ki,    başqalarında    ermənilərə    rəğbət,    türklərə    nifrət   
hissi 
yaransın".   Bunların   qarşısını   almaq,   erməni   təbliğatını   susdurmaq   isə   ilk   növbədə   tarixi   həqiqətə   
əsaslanan 
kitabların  yazılması  ilə  mümkündür.  Azərbaycan  hərb  tarixinin  şanlı  səhifələri  haqqında  olan  hazırkı  kitab  da 
həmin     
zərurətdən 
qarşılanacaqdır. 
irəli     gəlir.     Şübhə     etmirik     ki,     bu     kitab     oxucular     və     ictimaiyyət     tərəfindən     
maraqla 
Akademik Nailə Vəlixanlı 



 
 
1. MünaqiĢənin
1   
qısa tarixçəsi 
1.1 Türkmənçay müqaviləsinin 15-ci bəndi – 
XX əsrin əvvəllərində partlamıĢ bomba 
1828-ci il fevralın 10-da Rusiya və İran dövlətləri arasında Təbriz ya-xınlığındakı Türkmənçay kəndində 
sülh müqaviləsi imzalandı. Bu müqavilə Azərbaycanın taleyində dərin izlər qoydu: Azərbaycan öz dövlətçiliyini 
itirdi,    onun    Araz    çayından    şimalda    yerləşən    torpaqları    Rusiyaya,    cənubdakı    torpaqları    isə    İran   
Qacarlar 
dövlətinə birləşdirildi. Müqavilənin digər maddələrinə nisbətən o zamanlar qorxusuz görünən 15-ci maddəsi XX 
əsrin əvvəllərində bomba kimi partladı. 
Türkmənçay müqaviləsinin 15-ci  maddəsi  Qacarlar dövlətinin ərazisində yaşamış ermənilərə aid idi. Bu 
maddədə    deyilirdi    ki,   şah   Azərbaycan   adı   ilə   tanınan    ərazidə   (Cənubi   Azərbaycan    nəzərdə   tutulur)   
Rusiya imperatorunun tərəfini saxlamış şəxsləri cəzalandırmayacaq, onlara 1 il      müddətində      yaşadıqları 
torpaqları tərk edib,     Rusiya     imperiyasının     ərazisinə     keçməyə     maneçilik     törətməyə-cək, 
daşınmaz əmlaklarını satmaq üçün bu şəxslərə 5 il vaxt verəcəkdir.
2   
Beləliklə, 
erməni       ailələri   Azərbaycanın   İrəvan,   Qarabağ,   Naxçıvan,   Şəki   və   
Şamaxı 
xanlıqlarının   ərazilərinə       köçürülməyə   başlayır.       Ermənilərin   
Azərbaycanın 
İrəvan,      Naxçıvan      və      Qarabağ      torpaqlarında      yerləşdirilməsi     
Azərbaycanı  Gürcüstan      və      Türkiyədən      təcrid      etmək,      Cənubi     
Qafqazda      ermənilərin kompakt    yaşadıqları  vilayəti    yaratmaq    məqsədini   
güdürdü.    XIX    əsr    rus  tarixçisi    V.Potto    yazırdı    ki,    Rusiya    hakim   
dairələri    "Rusiyanın    rəhbərliyi  altında   Asiyada   güclü   Ermənistan  dağlıq 
dövlətini   yaratmaq...”  fikirlərindən 
əl    çəkmirdi,    "Ermənistan    İran,    Türkiyə    və    Rusiya    ilə    həmsərhəd,   
Xəzər dənizində limana malik ölkə olmalı idi". 
Köçürülməni   sürətləndirmək   və   bu   işdə   pərakəndəliyə   yol   
verməmək 
üçün    erməni    V.O.Behbudovun    rəhbərliyi    ilə    xüsusi    komitə   
yaradılmışdı. 
1828-1829-cu  illər  Rusiya-Türkiyə  müharibəsinin  gedişində  və  müharibədən 
sonra da Türkiyə ərazisindən Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi 
davam etdirildi. 
1828-1830-cu illərdə 40 mindən artıq İran və 84 mindən artıq Türkiyə 
ermənisi    köçürülərək    Cənubi    Qafqazda,    xüsusilə    Azərbaycan   
torpaqlarında yerləşdirildi. Həmin dövrdə İrəvan şəhərini idarə etmək üçün rus 
zabitlərindən  ibarət    müvəqqəti    hökumət    yaradılmışdı.    1911-ci    ildə   
N.N.Şavrovun    qeyd  etdiyi    kimi,    "rəsmən    köçürülmüş    124    min   
erməninin    arxasınca    çoxlu    sayda  qeyri-rəsmi    köçənlər    də    olmuşdur.   
Onların    ümumi    sayı    200    min    nəfərdən artıqdır".
3
 
Erməni    ailələrini    yerləşdirmək    üçün    çar    hökuməti    tərəfindən   
təqib  olunan    azərbaycanlı    xan    və    bəylərin    torpaqları,    həmçinin    dövlət   
torpaqları  (əvvəllər  onlar  da  xanlıqlara  məxsus  idi)  ayrılmışdı.  XVIII  əsrin 
sonları  -  XIX  əsrin      əvvəllərində      baş      vermiş      müharibələrdə     
azərbaycanlı      əhalinin      bir 
qisminin    həlak    olması,    bir    qisminin    isə    çarizmin    dini    və    siyasi    təzyiqi    altında    Türkiyə    və   
İrana    köçməsi Azərbaycanda ermənilərin yerləşdirilməsinə imkan yaratdı. 1822-1823-cü illərdə rus məmurları 
tərəfindən  tərtib  edilmiş    "Qarabağ    əyalətinin    təsviri"nə    görə,    keçmiş    Qarabağ    xanlığının    ərazisində   
yaşayan    əhalinin    yalnız 
8,4%-i xristian (alban və ermənilər) idi. Lakin artıq 1832-ci ildə ermənilərin köçürülməsi hesabına xristianların sayı 
34,8  %-ə  çatdırıldı.  "Təsvir"ə  əsasən,  Şuşa  şəhərində  1948  azərbaycanlı  və  474  erməni  ailəsi  yaşayırdı.
4
 
Rusiya  məmuru  İ.Şopenin  qeydlərinə əsasən,  1832-ci  ildə  keçmiş  İrəvan  və  Naxçıvan  xanlıqlarının  ərazisində 
164.450 nəfər (31.201 ailə) yaşayırdı ki, onlardan 25.151 nəfəri (4.428 ailə) "Assuriya ərazisindən köçürülmüş 
yerli   ermənilərdir".   Beləliklə,   azərbaycanlı   əhalinin   sayı   yenə   də   üstün   idi,   lakin   köçürmələr   regionun   
etnik tərkibinə əhəmiyyətli təsir göstərirdi. 
1   
Azərbaycan tarixinin “ağ ləkələrindən” biri onun dövr və hadisələrinin qısa və yığcam adlar ilə təmin edilməməsi ilə bağlıdır. Belə ki, 1918-ci il mart 
hadisələri  əsaslı  olaraq  soyqırım  siyasəti kimi qiymətləndirilibsə,  Bakı  Soveti  daha sonra  Sentrokaspi Diktaturası və ingilislərin Azərbaycan hökuməti və 
onun müttəfiqi Osmanlı dövlətinə qarşı  yeritdiyi  siyasət  və baş vermiş döyüşlər heç bir ad  (müharibə və.s) almamışdır. Bu səbəbdən biz 1918-ci ilin iyun- 
sentyabr hadisələrini “münaqişə” termini ilə bildiririk. 
2   
Şükürov K. Türkmənçay - 1828. Tarixi xronika (ixtisarla). Bakı, 2006, s.139 
3
Шавров Н. Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани инородцам. Баку, 1990, с. 63. 
4
Описание Карабагской провинции (составленное в 1823 году по распоряжению главноуправлявшего в Грузии Ермолова). Тифлис, 1866(təkrar 
nəşr Bakı, 2004), с. Х 

 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə