Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   16   17   18   19   20   21   22   23   ...   113

şəkil   alacaq.   Belə   təhlükə   barədə   sadəcə   bir   işarə   kifayət   idi   ki,   Qafqaz   İslam   Ordusunda   vahimə   
başlasın". 
1915-1916-cı illərdə ermənilərin vuruşan türk ordusunun arxasında qiyamlar qaldırıb, dinc əhaliyə qarşı qətllər 
törətməsi,   Diyarbəkirdə   rus   və   Kilikiyada   fransız  ordusunun   hücumlarına   arxadan   kömək   etməsini   
xatırlayan 
general    həmin    hadisənin    indi    də,    yəni    1918-ci    ilin    yayında    təkrarlanacağına    bel    bağlayırdı.    Tam   
əminliklə  söyləmək    olar    ki,    erməni    milli    komitə    və    şuraları    ingilislərə    bu    barədə    müxtəlif    vədlər   
vermişdilər.    Lakin  general  -  mayor  L.Denstervil  unudur  ki,  1915-1916-cı  illərdə  erməni  qiyamçıları  dinc 
müsəlman  əhalini  qırır,  nizami  türk  hissələri  yaxınlaşanda  isə  rus  və  fransız  ordularına  qısılırdılar.  General 
Denstervilin bu ümidlərinin 
də puça çıxması erməni xislətinə görə labüd idi. 
Qorxaqlığın      səbəbini      araşdırmağa      çalışan      general      Denstervil      yazırdı:      "Kişilərdə      döyüş     
ruhunun  olmamasını    qorxaqlıqla    deyil,    hərbi    xidmətin    əsaslarının    başa    düşülməzliyi    və    intizamın   
olmaması    ilə   izah etmək      lazımdır".
92         
Çoxsaylı  ingilis  təlimatçıların      təsiri,      erməni    hissələrinin   
ingilis    hissələri    arasında  yerləşdirilməsi    və    s.    tədbirlərlə    general    erməni    qoşunlarında    intizamı   
qaldırmışdı.    Qoşunlara    baxış    keçirən general  yazırdı  ki,  "polkovnik  Arutyunovla  bizim  mövqeləri  gəzərkən 
mən  yerli  qoşunların  intizam  sahəsində  qazandığı    uğurlara    təəccüblənmişdim".    Lakin    çox    keçmədi    ki,   
döyüş    əməliyyatları    başlandı    və    "intizamlı"  erməni    qoşunları    yenə    də    qaçmağa    üz    qoydular.   
General    yazırdı:    "Yerli    erməni    zabitləri    bütün    gücləriylə  çalışırdılar    ki,    onların    adamları    döyüşə   
getsin.    Əgər    erməni    əsgərləri    döyüşməkdən    imtina    edirdilərsə,    bu,  onların      rəhbərlərinin      günahı     
deyil".      Beləliklə,      general      oxucuda      "qəhrəman      rəhbərlər,      qorxaq      qoşunlar"  təəssüratını  yaratmağa 
çalışır,  lakin  çox  keçmir  ki,  başqa  nəticəyə  gəlir.  "İki  dəfə  Bakı  qoşunları  əks-hücuma  keçdi,  lakin  bacarıq 
olmadan  qəhrəmanlıq  az  nəticə  verir:  rəhbərlik  heç  nəyə  qadir  deyildi  və  hər  iki  əks-hücum  məğlubiyyətlə 
nəticələndi". 
Beləliklə,    general    nəhayət    ki,    ermənilərin    necə    döyüşçü    olduğunu    anlamağa    başlayır.    Onun   
göstərdiyi  növbəti    fakt    çox    şeydən    xəbər    verir:    "Bir    dəfə    türklər    öz    mövqelərindən    çıxdılar    və   
günün    günortasında  dəmiryol  xətti  olan  açıq  vahə  ilə  irəliləməyə  başladılar  ki,  bizim  cəbhənin  bir  hissəsinə 
hücum  etsinlər.  Mənim  erməni  taboruna  rəhbərlik  edən  zabitlərimdən  biri  öz  adamlarına  səngərlərdən  çıxıb 
əks  hücuma  keçməyi  əmr  etdi.  Qoşunlar  irəli  getməkdən  imtina  etdilər,  onların  nümayəndəsi  bağırdı:  "Necə 
yəni ora getmək lazımdı? Axı orda türklər var!"
93
 
Bütün    bunlardan    sonra    ön    xətdə    ingilis    qoşunlarını    yerləşdirən    general    Denstervil    erməniləri   
arxada  ehtiyat    qüvvə    kimi    saxlayır,    lakin    yenə    də    istədiyinə    nail    ola    bilmir.    Təsadüfi    deyil    ki,   
Bakı    uğrunda    son  döyüşlərdən  xəbər  verən  general  erməni  hissələrinin  birdən-birə  yoxa  çıxması  barədə 
danışır:  "Biləcəridə  olması  əmr  edilən  yerli  taborlar  hücum  başlayanda  heç  Bakıdan  çıxmamışdılar...  general 
Dokuçayev məni əmin edirdi 
ki,    bu,    son    belə    hadisədir,    belə    hal    bir    daha    təkrarlanmayacaq".    Həmişəki    həyasızlıqla    fəaliyyət   
göstərən  ermənilər  növbəti  döyüşlərdə  də  yoxa  çıxır,  sonra  isə  ingilislərə  and-aman  edib  bildirirdilər  ki, 
təsadüfən  belə  olub:    "Erməni    ehtiyat    qüvvəsi    ona    tapşırılan    yerdə    yox    idi,    halbuki    cəbhənin    bu   
hissəsinin    rəisi    polkovnik  Qazarov    məni    əmin    edirdi  ki,    onun    bütün    adamları  yerindədir,  Təkcə    bir   
gün,  onlara   ehtiyac   duyulduğu  gün yerlərində olmadılar".
94
 
Sentyabrın  əvvəllərində  baş  vermiş  döyüşlər  generalın  gözlərini  tam  açdı.  O,  Sentrokaspi  Diktaturasına 
yazdığı məktubunda qeyd edirdi ki, yaxşı silahlanmış və öz şəhərini xilas etmək əzmində olan 15000 döyüşçü 2- 
3    min    nizami    qoşun    və    toplarla    gücləndirilsə,    müdafiə    üçün    çox    şey    edə    bilər.    Lakin    "bu    gün   
səhər    türklər  hücum    edəndə    mən    Binəqədi    təpələrində    idim.    Mövqe    xəttinə    yaxınlaşanda    şəhərə   
tərəf    gedən    çoxlu    əsgər  gördüm.  Bu  zaman  70  nəfərdən  ibarət  kiçik  ingilis  dəstəsi  onlara  tapşırılmış 
mövqeni fədakarcasına qoruyurdu. 
Onlar    Binəqədidə  yerləşmiş    Bakı    qoşunları    ehtiyat    hissəsinin    köməyə    göndərilməsini    istəmişdilər.   
Bizim 
qoşunlar   səhrada   çığıran   adam   kimi   cavab   almadı   və   geri   çəkilib   öz   mövqelərini   düşmənə   təhvil   
verməyə 
məcbur oldu". 
Növbəti məktubunda general Denstervil açıq-aydın yazırdı: "Biz hələ şəhər və limanı xilas edə bilərik, bir 
şərtlə ki, Bakı qoşunları onlarda olmayan bir hissə, qətiyyətlə vuruşmaq və təslim olmamaq hissinə sahib olsun. 
Bir   dəfə   də   görmədim   ki,   sizin   qoşunlara   hücum   əmri   veriləndə   arxalarını   çevirib   qaçmaqdan   başqa   
bir   şey 
etsinlər və sizə açıq bildirirəm ki, belə publika ilə çiyin-çiyinə vuruşmaq mənasızdır".
95
 
Maraqlıdır ki, istər Erməni Milli Şurası, istərsə də Sentrokaspi Dik-taturası generalın bütün tələblərinə bir 
cavab verirdi: "Gərək biz Leninin təklifini qəbul edib, Bakıya daha çox bolşevik çağıraydıq" və ya "tələb edirik 
ki,    Bakıya    İrandan,    ya    Bağdaddan    kifayət    qədər    qoşun    gətirəsiniz.    Bu    kömək    gələnədək    biz   
Petrovskdan  Biçeraxovdan      kömək      gözləyəcəyik”.      Beləliklə,      erməni      liderləri      özləri      də     
bilirdilər      ki,      qoşunlarının  "qəhrəmanlıqları"  nədən  ibarətdir  və  dinc  əhaliyə  divan  tutmaqdan  başqa 
əllərindən bir şey gəlmir. 
92   
Денстервиль, с. 105. 
93   
Денстервиль, с. 106. 
94   
Денстервиль, с.107. 
95   
Денстервиль, с.117. 
39 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə