Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

İyulun 26-da Bakı Soveti İcraiyyə Komitəsinin qərarı çap edildi. L.Biçeraxovun dəstəsi Qırmızı Orduya 
tabe edilir, şəhərdə hərbi vəziyyət elan olunur. İyulun 28-də 1885-1892-ci illər təvəllüdlü kişilərin səfərbərliyi 
elan edildi, onlar üçün hərbi xidmət müddətinin 6 ay olacağı bildirildi. 
Bakı ətrafında kənd sovetləri əmək mükəlləfiyyəti tətbiq etməli idilər: əhali 50 nəfərlik dəstələr şəklində 
istehkamların inşasında iştirak etməli idi. 
Görülmüş    tədbirlərə    baxmayaraq    qoşunların    sayını    nəinki    artırmaq,    heç    əvvəlki    sayı   
saxlamaq    da mümkün   olmurdu.   Döyüşlərdə   verilən   itkilər   və   fərarilik   halları   Qırmızı   Ordunun   sayını   
əhəmiyyətli    şəkildə  azaltmışdı.    Denikin    Ordusunun    generalı    Lyadov    yazırdı:    "Qırmızı    Ordu    daşnak   
zabitlərin   rəhbərliyi   altında 
toplaşmış    vuruşmaq    bacarığı    olmayan    erməni    könüllülərindən    ibarət    idi.    Onlar    ətraf    kəndləri   
talayır    və müsəlman   kəndlilərinin   nifrətini   oyadırdılar.   Onların   cəbhədən   qaçmamaqlarının   səbəbi   isə   
evlərinin   uzaqda 
yerləşməsi    idi.    Xəzər    donanmasının    ən    yaxşı    matrosları    hələ    mart    hadisələrindən    əvvəl    səfərbər   
edilmişdi.  Donanma  yalnız  şəhər  alverçilərindən  ibarət  idi,  onlar  da  donanmaya  alver  və  dələduzluq  etmək 
fürsətinə görə gəlirdilər. Qırmızı qvardiyaçılar az idi, onların şücaəti vəziyyəti dəyişə bilmirdi".
111
 
Ən etibarlı hissə sayılan Q.Petrovun dəstəsi ağır zərbələr alaraq böyük itkilər vermiş, 780 nəfərlik dəstədə 
200 nəfərə yaxın döyüşçü qalmışdı. 
İyulun 30-31-də Biçeraxov öz dəstəsini götürərək cəbhəni tərk etdi. Bakıda olduğu müddətdə Biçeraxov 
Muğan və Bakının rus əhalisindən bir tabor təşkil etmiş, onu böyüdüb alaya, sonra isə briqadaya çevirmişdi. Bu 
briqada  Biçeraxov  tərəfindən  Dərbənd  istiqamətinə  aparılmış,  sentyabr  ayında  dəniz  yolu  ilə  geri  qaytarılaraq 
(general Denstervilin yazdığına görə, 10 pulemyotla silahlanmış təxminən 500 nəfər) Bakı uğrunda döyüşlərdə 
iştirak  etmişdi.  Generalın  yazdığına  görə,  onlar  Biçeraxovun  avqustda  özü  ilə  apardığı  bakılılar  taboru  idi  "və 
onlar    sadəcə    öz    evlərinə    qayıtdılar.    Lakin    onlar    bizim    (ingilislərin)    yerli    qoşunlardan    daha   
yaxşı    təlim keçdiyindən və nizamlı olduqlarından onların yardımı bizim üçün arzu edilən idi". 
İyulun sonlarında Bakı Soveti qoşunlarında vahimə dəhşət həddinə çatmışdı Q.Korqanovun teleqramları 
göstərir ki, Ələtdən geri çəkilən 1600 nəfərlik dəstədə 200 nəfər qalmış, digərləri isə fərarilik etmişdilər. İyulun 
sonlarında V.Leninin  əmri ilə Lenin adına 1-ci  İnqilab alayı  Bakıya  göndərildi. Rusiya Qırmızı  Ordusunun ilk 
hərbi dəstələrindən olan bu alay Belorusiyada fəaliyyət göstərmiş qırmızı qvardiyaçılar və partizanlardan ibarət 
idi. Avqustun 14-də alay Həştərxana çatdı, lakin səhəri gün burada əksinqilabi qiyam başlandığından və qiyamı 
yatırmaq üçün bu alayın istifadəsinə ehtiyac olduğundan onun Bakıya göndərilməsi yubadıldı. 
Bakıda    iyulun    30-dan    31-nə    keçən    gecə    daşnak    partiya    liderləri    və    bolşevik    dəstələrinin   
rəhbərləri 
müşavirə   keçirərək   cəbhəyə   3000   erməni   göndərilməsi   barədə   qərar   qəbul   etmişdilər.   Lakin   daşnak   
liderləri 
gözləniləndən az qüvvə toplaya bildilər. 
Bakı Sovetində bolşeviklərin istefası, Sentrokaspi Diktaturasının bolşeviklərdən fərqli siyasət yürüdəcəyi 
barədə vədləri, ingilislərin Bakıya desant çıxarmağa hazırlaşması xəbəri fərariliyi azaltdı. 
Avqustun  3-də  Biçeraxovun  qayıtmaq  barədə  Sentrokaspi  Diktaturasına  göndərdiyi   teleqram  erməni  və 
rus   dillərində   çap   edilərək   şəhərin   hər   yerinə   yapışdırılmışdı.   O,   uğursuzluqlarını   bolşevik   hökumətinin   
ona 
inamsızlığı    ilə    izah    edir,    bu    qayıdışda    qələbə    qazanacağına    söz    verirdi.    Lakin    onun    dəstəsi   
quru    yolla  Dərbənddən  Xaçmaza  qədər  gəlsə  də,  Bakıya  yaxınlaşa  bilmədi,  çünki  türk  zabitlərinin  Quba-
Qusar bölgəsində azərbaycanlılardan yaratdıqları hərbi hissələr bu yürüşün qarşısmı aldı.
112
 
Avqustun    3-də    Bakı    və    rayonlarda    səfərbərlik    üzrə    komissar    R.Bekzadyan    və   
komissarlığın    katibi  Qukasyan  əhaliyə  müraciət  edib  kişilərin      siyahıya      alınmasını      istədilər.      Siyahıya     
salınanlar      hərbi  hissələrə  cəlb    olunmalı    idi.    Avqustun    5-də    Bakı    Sovetinin    bolşevik    hissələri    və   
Sentrokaspi    Diktaturasının    qoşunları  Qafqaz  İslam  Ordusuna  qarşı  birlikdə  vuruşurdu.  İtkilərin  yerini 
doldurmaq  üçün  42  yaşınadək  olanların  yeni səfərbərliyi keçirildi və 1 alay formalaşdırıldı. 
Avqustun 4-də ilk ingilis hərbi hissələri Bakıya gəlməyə başladı. 
Sentrokaspi    Diktaturasına    göndərdiyi    məktubların    birində    general    Denstervil    qeyd    edirdi    ki,   
Bakının 
15.000 fəal şəhər müdafiəçisi var. Onların döyüş səviyyəsi aşağı olsa da, yaxşı silahlanıblar. 
Lənkəranda    rus    əhalisindən    toplanmış    qüvvələr    general    Denstervillə    əlaqə    saxladı.    Onların    5   
min döyüşçüsü, bir neçə topu var idi. Lənkəran ingilislərə ərzaq və 2 kiçik gəmi bağışladılar və onlardan 
təlimatçılar 
istəyərək türk-Azərbaycan qoşunlarına qarşı vuruşmağa hazır olduqlarını bildirdilər. Xəbəri razılıqla qarşılayan 
Denstervil  dərhal  Muğana  bir  neçə  ingilis  zabiti,  həmçinin  kapitan  Stepanov  və  kapitan Qurlandı  göndərdi.
113
 
Lakin Qafqaz İslam Ordusunun gördüyü tədbirlər nəticəsində Muğandakı hissələr Bakıda olan hissələrlə birləşə 
bilmədi. 
111   
Ратгаузер Э. Революция и гражданская война, с. 194. 
112
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.271-272. 
113
Денстервиль, с.91. 
44 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə