Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   20   21   22   23   24   25   26   27   ...   113

 
 
Avqustun 15-də Polkovnik Keyvortdan aldığı raportu şərh edən general Denstervil qeyd edir ki, "adamlar 
hər    birində    150    nəfərdən    500    nəfərədək    hərbçi    olan    22    taborda    cəmləşdiriliblər."    Deməli,    raporta   
əsasən, 
taborların heyətini 3300-11000 nəfər arasında hesab etmək olar. 
Avqustun    27-nə    hazırlanan    irimiqyaslı    əks-hücum    planından    aydın    olur    ki,    Sentrokaspi   
Diktaturasının  kifayət  qədər  qoşunu  var  idi.  Müdafiə  mövqelərində  dayanan  qoşunlardan  başqa  bu  qüvvələr 
hücumda  iştirak  etməli  idi:  bir  piyada  alayı  (8  bölük  tərkibində),  7  piyada  taboru  (14  bölük  tərkibində),  37 
piyada  bölüyü,  bir süvari  bölüyü, 3  zirehli  avtomobil. Lakin Qafqaz  İslam Ordusu komandan-lığının fəaliyyəti 
əks-hücumu təşkil etməyə imkan vermədi. 
Şahidlərdən    biri    yazır    ki,    Bakıda    zorla    səfərbərlik    keçirilsə    də,    toplanan    əsgərlər    rüşvətlə   
evlərinə  buraxılırdı.   Siyahıya   görə,   Sentrokaspi   Diktaturasının   72   min   əsgəri   var   idi   ki,   onlardan   da   
40    mininə    silah  paylanmışdı,    reallıqda    isə    3-4    min    nəfər    toplanmışdı.    Osmanlı    mənbələrinə   
əsasən,    Bakıda    son    hücum ərəfəsində  12.500  döyüşçü  var  idi.
114   
Sentyabrın  14-də  baş  vermiş  döyüşlərdə 
Sentrokaspi Diktaturasının 1647 əsgəri, 30 zabiti əsir götürülmüşdü.
115
 
3.6    Bakı Soveti qoĢunlarının komandanlığı 
Hələ      1917-ci      ilin   noyabr   ayından   bolşeviklər      hərbi      hissələrdə   toplantılar   keçirərək   əsgər   
sovetləri 
vasitəsi     ilə  komanda     heyətini     dəyişir,     köhnə     zabitləri     kənarlaşdırır,     əvəzinə     onların     tərəfini     
saxlayan komandirlərin seçilməsinə nail olurdular. Nəticədə Bakı    qarnizonu rəisi vəzifəsini podporuçik 
Yefremov, Bakı 
şəhər komendantı vəzifəsini hərbçi olmayan Kleşov icra edir və kobud səhvlər buraxırdılar. 
Çar ordusunun zabitləri bolşeviklər tərəfindən təqib olunduğundan yaradılan 
hərbi hissələrdə komandirlərə ehtiyac böyük idi. 
Eyni    zamanda    müəyyən    edilmişdi    ki,    iri    hərbi    birləşmələri    idarə   
etmək, hərbi 
hissələri      döyüşə      aparmaq  elə  də  asan  iş  deyil.  Şəmkir 
stansiyasında  baş 
vermiş    toqquşma    göstərmişdi    ki,    yaxşı    silahlanmış   inqilab   ruhlu    çoxsaylı   
əsgər komanda   heyəti   zəif   olduqda   kütlədən   başqa   bir   şey   deyil   və   kiçik,   
lakin   döyüş 
təcrübəsi,    hərbi    bilikləri    olan    peşəkar    zabitlərin    idarə    etdiyi    qüvvəyə   
məğlub  olurlar.  Bundan  nəticə  çıxaran  S.Şaumyan  Bakıda  mart  qırğınlarına 
hazırlaşarkən  Erməni    Milli    Şurası    vasitəsi    ilə    Petroqraddan    erməni   
generalları   A.Baqratuni   və 
İ.Baqramyanı      çağırmış,      onların      köməkliyi      ilə      plan      tərtib      etmişdi.     
Bakıda  bolşeviklər    tərəfindən    xüsusi    komandirlər    məktəbi    yaradılmış,   
praporşik   Solnsev  onun   rəhbəri   təyin   edilmişdi.
116     
Bununla   belə,   mart-aprel   
toqquşmaları    komanda  heyətinin    nə    qədər    zəif    olmasını    göstərdi.    Texniki   
üstünlüyə    malik    olan    Bakı  Soveti      qoşunları      uzun      müddət     
azərbaycanlıların      ayrı-ayrı      mövqelərdə      təşkil  etdikləri      müdafiəni      yara     
bilmir,     üstünlük     qazanmaq     üçün     əlavə     qüvvə,     ağır 
artilleriya, donanma və hətta hidroplanlardan istifadə etməyə məcbur olurdular. 
Qırmızı    qvardiya    təzə-təzə    yaradılanda    onun    tərkibinə    bir    neçə    azərbaycanlı    qəbul   
edilmişdisə    də,  (bolşeviklər    və    ya    "Hümmət'çilər),    çox    keçmədən    onlara    hərbi    işdən    uzaq    olan   
vəzifələr   tapşırıldı.   Belə   ki, tanınmış inqilabçı Əli Bayram oğlu Bayramov 1917-ci ildə Bakı Sovetinin üzvü 
seçilmişdi,  lakin  Qırmızı  Ordu  formalaşdırılanda    kiçik    sovet    hərbi    gəmisinin    kapitanı    təyin    edildi,   
bununla    da    hadisələrə    təsir    göstərmək  imkanını  itirdi.  "Hümmət"  təşkilatı  Mərkəzi  Komitəsinin  və  Bakı 
Soveti İcraiyyə Komitəsinin 
üzvü  Həmid 
Həsən  oğlu     Sultanov     1918-ci  ilin  əvvəlində  Qırmızı  Qvardiya  Baş  Qərargahının  məsul  katibi  təyin  edilsə 
də,  sonradan    vəzifəsi    dəyişdirildi    və    o,    Bakı    qəzası    Kəndli    Deputatları    Şurası    icraiyyə    komitəsinin   
sədr   müavini təyin olundu.
117
 
Dəstələrin komanda heyəti Bakı Sovetinin siyasi platformasını dəstəkləyən şəxslərdən seçilsə də, daşnak 
və   bolşevik   platformalarının   dəstəklənməsi   hərbi   uğur   gətirmirdi.   Əksinə,   Müsəlman   Korpusu   ilə   
döyüşlərdə 
qalib gəlmək üçün döyüş bölgəsinə 5-6 qat üstün qüvvə yeritmək lazım gəlir, korpusda olmayan ağır silahlar və 
aviasiyadan istifadə etmək məcburiyyəti yaranırdı. Azərbaycan kəndlərinə soxulan və soyqırım törədən erməni- 
bolşevik dəstələri yalnız mülki şəxslərə qarşı "döyüşlərdə" qalib gəlir, Müsəlman Korpusunun, azsaylı da olsa, 
nizami hissələri yaxınlaşanda isə qaçmağa və əlavə kömək gözləməyə məcbur olurdular. 
114   
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu ve ermenilər. İstambul, 2007, s.137. 
115   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.356. 
116   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.24. 
117   
Гражданская война. Энциклопедия, с.571. 
45 
 


 
 
 
 
 
 
1918-ci   ilin   aprelindən   komanda   heyətini   hazırlamaq   üçün   qırmızı   təlimatçılar   məktəbi   və   digər   
təlim 
hissələrindən  istifadə  edilirdi.  Bakı  XKS-in  hərbi-dəniz  işləri  üzrə  xalq  komissarı  Q.N.Korqanovun  1918-ci  il 
mayın   22-də   RSFSR   Xalq   Komissarları   Sovetinə   göndərdiyi   məruzədə   qeyd   edilirdi   ki,   ən   böyük   
problem 
komanda   heyətinin   çatışmazlığıdır.   1918-ci   ilin   yayında   Bakı   Sovetinin   Moskvaya   ezam  edilən   
nümayəndəsi xəbər vermişdi ki, ən böyük çatışmazlıq təcrübəli    mütəxəssislər    və    komanda heyəti ilə bağlıdır. 
Bakı      kommunası      qoşunlarının      komandirlərlə      təmin      edilməsində     
böyük köməyi Rusiya Kommunist    (bolşeviklər)    partiyasının Mərkəzi Komitəsi, 
RSFSR  Xalq  Komissarları    Soveti    və      şəxsən  V.İ.Lenin  göstərirdi.  Lakin 
Rusiyadan çoxlu 
sayda    silah    və    sursat    göndərmək    imkanı    olduğu    halda    təbliğat    peşəkar   
hərbi 
kadrlar  göndərilməsi    çətin    idi,    çünki    oradakı    Qırmızı    Ordu    hissələri    də   
eyni vəziyyətdə idi. 
Mayın   24-də   Bakıda   yaradılan   Ali   Hərbi   Şura   təlimatçı   məktəbi   və   
topçu 
kursunda təlim prosesini təşkil etməli idi. 
Qüvvələrin      60-70      %-nin      ermənilərdən      ibarət      olması      ona     
gətirdi      ki, 
komandanlıq da əsasən ermənilərin əlinə keçdi. 
Qoşunlara      ümumi      komandanlığı      S.Şaumyan      həyata      keçirirdi.     
Şaumyan  Stepan  Georgiyeviç    (1878-1918)    1905-ci    ildə    Berlin  universitetini   
bitirib,    əsasən  inqilabi    təbliğatla    məşğul    olub.    1917-ci    ilin    fevralında   
qiyabi    olaraq    (!)    Bakı  Sovetinin    sədri    seçilən    S.Şaumyan    1917-ci    ilin   
dekabrından    Qafqaz    işləri    üzrə 
RSFSR  XKS  fövqəladə  komissarı  təyin  olunub.  Bu,  onun  əlində  daha  böyük  səlahiyyətlər  cəmləşdirmiş,  ona 
Şimali Qafqazda yerləşən bolşevik qüvvələrindən istifadə imkanı vermişdi. Bakıda 
azərbaycanlıların    mart    soyqırımının    təşkil      edilməsi    onun    hərbi      işdən   
heç    bir  anlayışı  olmadığını  göstərdi.  Azərbaycanlıların  ən  kiçik  müqavimətini 
qırmaq  üçün əlavə    qüvvə    və    texnika    cəlb    etməkdən    başqa    üsul    tanımayan   
S.Şaumyan    aprel  ayında  Bakı  XKS  sədri  və  xarici  işlər  üzrə  komissar 
vəzifələrinə  seçildi.  Bununla  belə,   Qafqaz   işləri   üzrə   RSFSR   XKS   fövqəladə   
komissarı    vəzifəsi    faktiki    olaraq  baş  komandan  funksiyalarının  icrasını  tələb 
edirdi.
118
 
Erməni      sərkərdələrindən      olan      Q.N.Korqanov      Qafqaz      ordusu     
Мüvəqqəti İnqilabi  Komitəsinin  sədri  seçilməklə  qoşunların  komandanı  vəzifəsini 
icra  edirdi.  Q.N.Korqanov  1914-cü  ildə  Moskva  universiteti  tarix-filologiya 
fakultəsini bitirib, 
I Dünya  müharibəsi başlayanda orduya çağırılaraq zabit kurslarında oxuyub, zabit 
kimi I Dünya müharibəsində iştirak edib. 1917-ci ildə milli korpuslar yaradılanda о 
erməni süvari briqadasının komandiri təyin edilib, briqadanın hissələri Osmanlı qoşunları ilə döyüşlərdə məğlub 
ediləndə Bakıya gəlib.
119 
1918-ci ilin aprelində Bakı XKS hərbi-dəniz işləri üzrə xalq komissarı təyin edilib və 
ümumi    komandanlığı    həyata    keçirib.    İyul    ayında    L.Biçeraxov    komandan    təyin 
olunanda  Bakı  XKS  onu  sol  cinaha  göndərib,  Korqanova  isə  mərkəz  və  sağ  cinahı 
qorumaq    tapşırılıb.
120     
Faktiki    olaraq    Korqanov    yenə    də    komandan   
vəzifəsini   icra edirdi. 
Bakı      Soveti      qoşunlarının      təşkilində      əhəmiyyətli      rolu      Caparidze     
Prokofi  Aprasionoviç  (Alyoşa)  oynayıb.  Tiflisdə  Aleksandrov  müəllimlər 
institutunda  təhsil  almış    Caparidze    Azərbaycanda    "Hümmət"    təşkilatının   
yaradıcılarından    biri    olub. 
1918-ci    ilin    yanvar-iyul    aylarında    Bakı    Soveti    İcraiyyə    Komitəsinin    sədri   
olub, 
İnqilabi  Müdafiə  Komitəsinin  üzvü  seçilib.  Bakıda  mart  qırğınların 
günahkarlarından   biri   olan   Caparidze   1918-ci   ilin   aprelində   Bakı   XKS   daxili   
işlər komissarı, iyun ayından eyni zamanda digər vəzifəyə - ərzaq komissarı seçilib. 
Kifayət      qədər      qüvvəsı      olmasına  baxmayaraq 
Bakı   Soveti  qələbə 
qazanmaq iqtidarında  deyildi. 
Ordunun Komissarı B.Şeboldayev Sovet Rusiyası 
hərbi-dəniz  işləri   üzrə  xalq  komissarına      göndərdiyi  məktubunda   yazırdı:   "Briqadalar   və   korpus   
qərargahının formalaşdırılmasını   başa   çatdırandan   sonra      siyasi   baxışlarına   görə   daşnak   olan   komandir   
Qazarov,   qərargah 
118   
Bakı Sovetinin hərbi rəhbərləri barəsində sovet tarixşünaslığında kifayət qədər böyük ədəbiyyat mövcuddur: Ратгаузер Я. Революция и гражданская 
война в Баку. Баку, 1927; Шаумян С. Бакинская Коммуна. Баку, 1927; Памяти 26: Материалы к истории Бакинской Коммуны 1918 г./Ред. М. 
Лифшица   и   П.   Чагина.   Баку,   1928;   Ратгаузер   Я.   Арест   и   гибель   комиссаров   Бакинской   Коммуны.   Баку,   1928;   Кулиев   М.   Враги   
Октября   в 
Азербайджане.    Баку,    1929;    Раевский    А.    Партия    "Мусават"  и    еѐ  контрреволюционная    работа.    Баку,    1929;    Очерки    истории 
коммунистической  партии  Азербайджана  /  Под  ред.  М.  С.  Искендерова  и  др.  Баку,  1963;  Гулиев  Б.  Борьба  Коммунистической  партии  за 
осуществление  ленинской  национальной  политики  в  Азербайджане.  Баку,  1970;  Кадишев  А.  Б.  Интервенция  и  гражданская  война  в 
Закавказье.  М., 1960;  Смирнов  Н.  Г. Ушедшие в бессмертие: Очерки истории Бакинской Коммуны. М., 1986; Бурджалов Е.Н. Двадцать шесть 
бакинских комиссаров. М., 1938 və s. 
119
Qasımlı M. Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti //Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu, s.99. 
120
Гражданская война. Энциклопедия, с.287. 
46 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə