Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.

səhifə26/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

 
 
 
 
 
 
dəstələrinin  yaradıcısı  olub,  sonra  dəstə  komandiri  kimi  Kaledinin      əksinqilabi  qüvvələrinə  qarşı  vuruşub. 
Gənc    olmasına    baxmayaraq    1918-ci    ilin    mayından    Ukrayna    Mərkəzi    Radasına    qarşı    vuruşan
 
qoşunların 
komandanı   olan   Petrov   iyul   ayında   yeni   təyinat   alıb:   Bakı   rayonunda   RSFSR   XKS   hərbi   komissarı   
və    Bakı  XKS-yə  köməyə  göndərilmiş  dəstənin  komandiri.
125   
Dəstəsində  yaratdığı  ciddi  intizam,  peşəkar 
hərbçilərin bilik 
və      bacarıqlarından      istifadə      etmək      qabiliyyəti,      müxtəlif      qoşun      növlərindən      olan      kiçik     
hissələri      dəstədə  birləşdirmək  bacarığı  və  çoxsaylı  texnika  onu  Qafqaz  İslam  Ordusunun  ən  ciddi 
rəqiblərindən birinə çevirmişdi. Maraqlıdır ki, Petrovun topçuları mənşəcə latışlar idi.
126
 
Qırmızı  Ordunun  briqada komandiri  İ.Y.Qabışev  və  Qırmızı  təlimatçılar  məktəbinin  yaradıcısı,  1918-ci 
ilin iyul ayından isə dəstə komandiri praporşik F.F.Solnsev az da olsa, hərbi bilikləri ilə seçilirdilər. 
Qırmızı   ordunun   əks-kəşfiyyat   xidmətinin   rəisi   vəzifəsini   Cigityan   adlı   erməni   icra   edirdi.   
İngilislərlə gizli sövdələşmədə olan bu şəxs məhz S.Şaumyanın təklifi ilə belə    məsul vəzifəyə təyin edilmişdi. 
Bakı Soveti qoşunlarının komandirləri sırasında xüsusi yeri Amazasp 
tuturdu.
127   
Amazasp    Srvatyans 
1873-cü ildə Türkiyənin Van şəhərində anadan olub, gənc yaşlarından daşnaklara     qoşularaq vətəndaşı olduğu 
Osmanlı    dövlətinə    qarşı    təxribatlarda    iştirak    edib.    Polis    təqibindən   
ehtiyatlanan  Amazasp      erməni      terrorçularının    hər    zaman    sığındıgı    yerə    -
Rusiya    imperiyasına  qaçıb.      İrəvanda      məskunlaşan      Amazasp      Şuşaya     
köçüb     və     hər     iki     Azərbaycan 
şəhərində 
yaşadığı       dövrdə       azərbaycanlılara       qarşı       soyqırım       
planlarını 
hazırlayanlardan biri olub. 
1905-1906-cı    illərdə   Gəncə   (Yelizavetpol)   şəhərində   azərbaycanlılara   
qarşı soyqırım    törətmək    planları    boşa    çıxan    və    toqquşmalarda    məğlub    olan   
Amazasp 
məğlubiyyətinin      səbəbini      Rusiya      məmurlarının      erməni      inqilabi      hərəkatını     
az 
dəstəkləməsində görürdü. Lakin çar hökumətinə qarşı planlar qurması onun 1908-ci 
ildə     çar     polisi     tərəfindən     həbs     olunub     15     il     müddətinə     Sibirə     
sürülməsi     ilə 
nəticələnir.  1913-cü  ildə  müəmmalı  şəraitdə  sürgündən  qaçan  Amazasp  Avropaya, 
oradan  isə  axtarışda  olduğu  yerə   -  İstanbula  yollanır.  Müasir  erməni  tədqiqatçıları 
onun      Sibirdən      qaçışını,      İstanbulda      "heç      kimin      dəstəyi      olmadan"     
fəaliyyət göstərməsini az qala möcüzə kimi qələmə verir, lakin "möcüzənin" səbəbi 1914-cü ildə Amazaspın rus 
xəfiyyəsi olduğu   aşkar   ediləndə   üzə   çıxır.   Təsadüfi   deyil   ki,   1908-ci 
ildə 
15 
illik 
sürgünə    məhkum  edilmiş    Amazasp    Rusiya    ordusunun    3-cü    erməni könüllü 
drujinasının komandiri təyin edilir, ona silah,  sursat,  təlimatçı  və məsləhətçilər 
verilir.    Sürgündən    "qaçdığına"    görə    barəsində    "axtarış"    elan    edilən    caniyə   
hətta 
Rusiya    ordusunun    polkovniki    rütbəsi    verilir.    Bu    bir    daha    sübut    edir    ki,   
türk- 
müsəlman  əhalisinə  qarşı  törədilən  soyqırımlarda  təkcə  ermənilərin  deyil,  müxtəlif 
dövlətlərin,     о     cümlədən     Rusiya imperiyasındakı 
ən      yüksək      dairələrin     
əli  olub.Nizami    Osmanlı    qoşunları    ilə    üzbəüz    döyüşə    girməkdən    çəkinən   
Amazasp erməni    xislətinə    xas 
olan    tərzdə    hərəkət    edir:    doğulub    boya-
başa    çatdığı    Van  şəhərinin    dinc    müsəlman    əhalisinə    qarşı    qırğın   
törədənlərdən    biri    olur.    Osmanlı  qoşunları    yaxınlaşanda    qaçıb    Rusiya   
ordu    hissələrinə    qatılan    Amazaspa    "etnik  toqquşmalarda    neytral    mövqe   
tutmağa    çalışan"    çar    hökuməti    Alaşkert    bölgəsində  polis  rəisi  olmağı  tapşırır. 
Beləliklə, sözdə erməni vəhşiliklərini pisləyən çar məmur 
və  hərbçiləri  bu    vəhşilikləri    törədən    bir    şəxsə  səlahiyyət    və    qüvvə    verərək 
Rusiya  ordusunun    yenicə    işğal    etdiyi    ərazilərdə    "qayda-qanun    yaratmağı",   
yəni    bölgəni  müsəlman    əhalidən    təmizləməyi    tapşırırlar.    1917-ci    ilin   
əvvəllərindən    bu    vəzifəni  canla-başla    icra    etməyə    başlayan    Amazaspı   
Osmanlı    ordusunun    əks-hücumu,    eyni  zamanda    rus    ordusunun    parçalanması   
qaçmağa    vadar    edir.    Xisləti    ona    çıxış    yolu  tapmaqda  kömək  göstərir:  Bakıya 
gələn Amazasp bolşeviklərə qoşulur və çox keçmir 
ki, S.Şaumyanın təklifi ilə 3500 nəfərlik erməni briqadasının komandiri təyin olunur. 
Erməni tədqiqatçılarının görkəmli sərkərdə kimi təqdim etdikləri bu "qəhrəmanın" ən 
böyük    "hərbi    uğuru"    1918-ci    ilin    mart    ayında    Bakıda,    may    ayında    isə   
Qubada 
azərbaycanlılara    qarşı    soyqırımda    fəal    iştirakı    olur.    Azərbaycan   
Cumhuriyyətinin  təşkil   etdiyi   fövqəladə   istintaq   komissıyasının   materialları   və   
A.Novaskının    yekun  sənədi  "sərkərdənin"  fəaliyyətini  işıqlandırmağa  imkan  verir.   
"1918-ci il mayın 1-də 
125   
Yenə orada, c.452. 
126
Активные борцы за Советскую власть в Азербайджане. Баку, 1957, с 181, Токаржевский Е.А. Из истории, с. 149-150. 
127
ru.Hayazg.info    -    İNTERNET   səhifəsi.    Bura   da   digər    erməni    cəlladları    barəsində    məlumatlar   verilir.   Müasir   ermənilər   dinc,   silahsız   
müsəlmanları 
qəddarlıqla   öldürən   qatilləri    «qəhrəman»   hesab    edirlər.    XX   əsrin    sonlarında   Xocalı    faciəsini    törədən   vəhşilər   məhz   belə   məlumatlar   əsasında   
və   belə 
«qəhrəmanların» nümunəsində tərbiyə olunublar. 
48 




Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə