Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə27/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

 
 
 
 
tanınmış  daşnaksakan Amazasp və  onun köməkçisi Nikolayın başçılığı ilə dəstə şəhəri (Qubanı) mühasirəyə 
alaraq  onu  toplardan,  pulemyotlardan  və   tüfənglərdən   atəşə  tutdu.  Dəstə   maneəsiz  şəhərə   daxil   oldu.   Şəhərin 
tutulması     müsəlman    əhalinin    qırılması    və    onlara    işgəncələr    verilməsi    ilə    müşayiət    olunurdu.   
Ermənilər 
küçələrdə    rast    gəldikləri    kişi,    qadın    və    uşaqları    amansızcasına    qırır,    evlərə    soxulur    və    bütöv   
ailələri    məhv edirdilər,  heç  südəmər  uşaqlara  da  rəhm  eləmirdilər...  Ümumən  iki  minə  yaxın  müsəlman  kişi, 
qadın  və  uşaq  öldürüldü,   Amazaspın   dəstəsi    tərəfindən   şəhər    talan   edilmişdi:    dörd   milyon   rubl   nəğd   
pul,    4,5    milyon    rubl  dəyərində  qızıl,  qızıl  əşyalar  və  daş-qaş,  iyirmi  beş  milyon  rubl  məbləğində  müxtəlif 
mallar  və  ərzaq  məhsulları.  Bundan    başqa,    Amazaspın   dəstəsi    Quba   şəhərində    yüz   beş    ev   və    tikilini   
yandırmışdı...    "Yanğınlardan    mülk  sahiblərinə    100    milyon    rubl    dəyərində    ziyan    dəymişdi.    Qubaya   
gəlməzdən    əvvəl    Amazaspın    dəstəsi    dəmir yolunun  hər 
iki  tərəfində 
yerləşən
 
müsəlman 
kəndlərini məhv 
etmişdi..  .Ümumən  Quba  qəzasında Amazaspın     dəstəsi     
122     müsəlman     kəndini     darmadağın     etmişdi...  Dəstə      Qubaya      Şaumyanın      istəyi      ilə  göndərilmiş, 
dəstənin  tərkibi  о  vaxtkı  hərbi  komissar  Korqanov  tərəfindən  toplanmış,  iki  min  ermənidən  ibarət  olmuşdur, 
onların hamısı "Daşnaksutyun" partiyasına mənsub olan ermənilər idi... Dəstənin komissarı Venuns 
adlı  birisi  idi".
128   
"Cəza  dəstəsi"  adlanan  bandanın  siyasi  məqsədləri  yox  idi.  Bunu  Amazaspın  bəyanatları  da 
təsdiqləyir:    "Mən    erməni    xalqının    qəhrəmanı    və    onun    maraqlarının    müdafiəçisiyəm...    Mən    qayda-
qanun yaratmaq    və    sovet    hakimiyyəti    qurmaq    üçün    gəlməmişəm.    Mənə    əmr    ediblər    Xəzər    dənizi   
sahillərindən 
Şahdağa    qədər    ərazidə    olan    müsəlmanları    məhv    edim".    Bu    sözlər    bir    daha    sübut    edir    ki,   
Bakı    Soveti 
komandanlığında   olan   ermənilər   bolşevik   şüarları   altında 
azərbaycanlıları  qırıb  onların
 
torpaqlarında 
məskunlaşmaq istəyirdilər. 
Qafqaz       İslam       Ordusunun 
türk-Azərbaycan 
hissələri       ilə
 
üzbəüz       gəlməkdən 
qorxan 
Amazasp 
məğlubiyyətlər   silsiləsi   başlayan   kimi   Bakıdan   İrana   qaçır,   sonra   isə   
Ermənistana 
keçərək Nor- Bəyazid bölgəsində erməni hissələrinin komandiri təyin edilir. 1920-ci 
ildə    türk    qoşunları    ilə    döyüşlərdə    məğlub    edilən    Amazasp    Ermənistanda   
sovet  hakimiyyətinin        qurulmasını        səbirsizliklə        arzulayır        və        sovetlər       
yaxınlaşanda  Ermənistanda    qalır.    Lakin    bu    dəfə    Amazasp    sahiblərini   
dəyişməyə   imkan   tapmır, 
1921-ci ild ə həbs edilərək İrəvan həbsxanasına atılır və burada öldürülür. 
Əlbəttə,    Sovet    Rusiyasının    rəhbərliyi    bütün    baş    verənlərdən    xəbərdar   
idi. Lakin nəyin bahasına olursa olsun Bakı neftinə nəzarəti itirmək istəməyən 
bolşevik 
hökuməti   məqsədinə   çatmaq   üçün   şəhərdə   onun   adından   fəaliyyət   göstərən   
Bakı 
Soveti və onun üzvlərinin bütün cinayətlərinə göz yumurdu. 
İyulun 6-da L.Biçeraxov Qafqaz İslam Ordusuna qarşı vuruşan qoşunların baş 
komandanı   təyin   edildi,   bundan   sonra   Qırmızı    Ordunun   komandanlığı   
tərkibində 
dəyişmələr olacağı ehtimal edilə bilərdi. Lakin Bakı Soveti rəhbərliyi Biçeraxovu sol cinaha göndərdi, sağ cinah 
və    mərkəz    qoşunlarına    əvvəlki    kimi    Q.Korqanov    rəhbərlik    edirdi.    Faktiki    olaraq    komanda   
heyətində    nə 
keyfiyyət, nə də kəmiyyət dəyişikliyi baş verdi. 
Dövrün sərkərdələri sırasında Biçeraxov xüsusi yer tutur. Əslən osetin olan Lazar Fyodoroviç Biçeraxov 
1882-ci    ildə    İmperator    Mühafizə    Konvoyunun    zabiti    ailəsində    anadan    olub.   
1-ci 
Peterburq  realnı  məktəbini,    sonra    isə  Alekseyev  hərbi  məktəbini  bitirib,  Tersk 
kazak qoşununun Qorsk-Mozdok alayında     xidmət 
edib.      I  Dünya  müharibəsi 
dövründə  Qafqaz    cəbhəsində    vuruşub,    İranda    olan    kazak    reyd    dəstələrmdən   
birinə    rəhbərlik  edib.    1917-ci      ildə    polkovnik    rütbəsi      alan    Biçeraxovun   
ordenləri     sırasında    4-cü  dərəcəli      Mq.Georgi      ordeni      də      vardı.      Rusiyada     
inqilabi      hərəkatlar      başlananda  bolşeviklərə        qarşı    çıxıb,    Şimali    Qafqazda   
sovetlərə    qarşı    qiyam    qaldırmış    qardaşı  Georgi    Biçeraxova    bütün    vasitələrlə   
kömək    edib.    General    Denstervil    L.Biçeraxov barəsində  yazırdı:  "Biçeraxov  qırxa 
yaxın  yaşı  olan  birisidir,  gözəl  bədən  quruluşuna  malikdir,    hərbçi    olduğu    dərhal   
bilinir.    Müharibə    şəraitində    əla    xidmət    göstərir,    bir  neçə    dəfə    yaralanıb.   
Qorxmaz    komandir    olduğundan    adamları    ona    çox    inanırlar...  Onun  adamları 
Biçeraxovun şəxsiyyətinə sadiq qalıb onların sədaqəti sayəsində o, bir 
çox igidliklər göstərib. Müharibənin əvvəlində yaralandığından Biçeraxov çəliklə gəzir".
129   
General Denstervil 
yazırdı    ki,    "o,    bütün    varlığı    ilə    Rusiyanın    adamıdır,    onun    bütün    planları    Rusiya    maraqlarının   
128
Доклад      Члена      Чрезвычайной      Следственной      Комиссии      Новацкогс. ARMDTA, f.1061, siyahı 1, iĢ 95, 
v.5-8. 
129
Денстервиль, с.15. 
130   
Гражданская война. Энциклопедия, с.68. 
49 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə