Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə28/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

Biçeraxov    ağ    qvardiyaçılar    tərəfindən    də    general-mayor    rütbəsinə    layiq    görülüb.    1919-cu    il    Bakıya   
gələn 
Biçeraxovun     dəstəsi     ingilislərin     təkidi     ilə     buraxılandan     sonra,     o,     Denikinə     tabe     olacağını     
bəyan     edib. Azərbaycan hökumətinin təkidi ilə Bakını tərk edərək Dağıstana keçib, Rusiya vətəndaş 
müharibəsində sovetlər 
qalib gələndən sonra İngiltərəyə mühacirət edib. 1928-ci ildə Almaniyaya köçən L.Biçeraxov 1952-ci ildə orada 
vəfat edib. 
İyulun 19-da Q.Petrovun dəstəsi müdafiə xəttinə gəldi və o, Bakı rayonunun hərbi komissarı təyin edildi. 
Bu     tipli     dəyişikliklər     əməliyyatların     gedişində     dönüş     yarada     bilməzdi.     İnqilab     ideyalarına     
sadiqlik     və döyüşkənlik      nümayiş      etdirməsinə      baxmayaraq,      bəzi      hallarda      say      və      texnika     
sarıdan      türk-Azərbaycan 
qüvvələrindən   üstün   olan   Q.Petrov   da   peşəkar   hərbçi   olmamış   və   kobud   səhvlər   buraxmışdı.   Üstəlik,   
onun 
tabeçiliyinə verilmiş erməni taborları qorxaqlıq və intizamsızlıq nümayiş etdirirdilər. 
İyulun   22-də   L.Biçeraxov   Həbib   bəy   Səlimovun   başçılıq   etdiyi   qoşunlardan   ağır   zərbələr   alaraq   
geri 
çəkilməyə başladı, Bakı Sovetinin ittihamları ilə üzləşərək komandanlığı Avetisova təhvil verdi. 
3.7. Sentrokaspi Diktaturası qoĢunlarının 
komandanlığı 
Bolşeviklərin  hakimiyyəti  devrilib  Sentrokaspi  Diktaturası  qurulanda  qoşunların  etnik  tərkibində  elə  də 
böyük  dəyişiklik baş  vermədi.  Əvvəlki   kimi  qoşunlarda  erməni  hissələri  üstünlük təşkil  edir,  qatı  bolşeviklər 
istisna  olunmaqla  komandirlər  öz  vəzifələrində  qalırdılar.  Sadəcə  onların  hər  birinə  çar  ordusunun  rütbələrinə 
uyğun    rütbə    verildi.    Misal    üçün,    "yoldaş    A.Baqratuni"    "general-mayor    A.Baqratuni",    "yoldaş   
Avetisov" "polkovnik    Avetisov"    kimi    göstərilməyə    başlandı.    Qoşunların    texniki    hissələrinə    (zirehli   
qatarlar,    zirehli 
avtomobillər, donanma, aviasiya, artilleriya) keçmiş çar ordusunun zabitləri cəlb edildi. 
Sentrokaspi    Diktaturası    qoşunlarının    komandanlığı    haqqında    ingilis    generalı    Denstervil   
yazırdı:    "O  dövrdə    Bakı    qoşunları    tərəfindən    buraxılmış    digər    kobud    səhv    bu    idi    ki,    hərbi   
əməliyyatlar    döyüş    haqda təsəvvürü belə olmayan adamlara tapşırılmışdı".
131
 
Sentrokaspi    diktaturası    qoşunlarının    komandanı    general-mayor    Dokuçayev    qərargah    rəisi   
Avetisov,  Sentrokaspi  Diktaturasının  hərbi  naziri  general-mayor  Baqratuni  təyin  edilmişdi.  General 
Dokuçayevi  “xoş  və incə centlmen" kimi təsvir edən Denstervil yazırdı ki, o, "inqilabi  qoşunlara komandanlıq 
etmək üçün lazım olan keyfiyyətlərə malik deyildi". Dolayısı ilə komandanın öz qoşunlarına komandanlıq    edə 
bilmədiyini  vurğulayan  Denstervil    "xəstə    Avetisovu"da    hərbçi    kimi    deyil,    boşboğaz    kimi    xatırlayır.   
Denstervil    Avetisovun    yavəri  polkovnik  fon  der  Flessi,  "öz  işini  bilən  azsaylı  Bakı  hərbçilərindən  olan 
peşəkar  gənc  rus  zabiti"  kimi  təsvir  edir.    General    Baqratunini    təsvir    edən    ingilis    generalı    belə    yazır:   
"O,    xoş    təəssürat    bağışlayırdı".    Döyüşən  ordunun  hərbi  nazirinə  "xoş  təəssürat  bağışlayan"  birisi  kimi 
qiymət  verilməsi  onun  hərbçi  kimi  özünü  göstərə  bilməməsinə    dəlalət    edir.    "Xoş    təəssürat    bağışlayan"   
sərkərdələrin   və   onların   tabeçiliyində   olanların   avqust  döyüşlərində  necə  iştirak  etdiyini  görən  Denstervil 
tədricən münasibətini dəyişir: "mən Direktoriyaya bildirdim 
ki,  onların  hərbi  hakimiyyətindən  heç  kimi  (fon  der  Fless  istisna  olunmaqla)  indiyədək  cəbhədə  görməmişəm. 
Onlar    öz    kabinetlərində    xəritələri    öyrənir    və    raportlara,    özü    də    çox    vaxt    yanlış    raportlara   
əsaslanan    əmrlər  verirlər;  bir  dəfə  də  olsun  raportları  cəbhədəki  real  vəziyyətlə  tutuşdurmağa  cəhd 
etməyiblər".
132
 
Sentrokaspi    Diktaturasının    5    üzvünü    təsvir    edən    General    Denstervil    onlardan    ikisinin    -   
Lyamlin    və  Yermakovun      dənizçi      zabit      olduqlarını      qeyd      edir.      Maraqlıdır      ki,      Denstervil     
erməni      və      qismən      rus  komandirlərinin  gücsüzlüyünü  görərək  ingilis  zabitlərinin  rəhbərliyi  ilə  vahid 
hissələr  yaratmaq  təklifi  vermişdi.  Təklif    qəbul    edilsə    də,    "diktatorlar    təkid    edirdilər    ki,    briqada   
komandirləri    rus    və    ya    erməni    zabitlərindən  olmalıdır".    Buna    etiraz    etməyən    Denstervil    bildirmişdi   
ki,    onun    istəyi    komandir    vəzifələrində    real    döyüş  təcrübəsi    olan    şəxsləri    görməkdir.    Beləliklə,   
Denstervilin   təklifi   həyata   keçirilmədi   və   o,   ümumi   rəbbər   kimi general Dokuçayevi qəbul etsə də, ingilis 
hissələrinin  komandanlığını  nə  ona,  nə  də  onun  zabitlərinə  həvalə  etdi.  Sentrokaspi  Diktaturasının  ordu 
rəhbərliyinin  zəifliyini   dəfələrlə   vurğulayan   Denstervil  xüsusi   olaraq  göstərir 
ki, general Dokuçayev əmrlər verirdisə də, bu əmrlərə hərbi hissələr tam laqeyd münasibət bəsləyir, onları icra 
etmirdilər.    Bakı    uğrunda    son    döyüşləri    təsvir    edən    Denstervilin    yazdıqları    Diktaturanın    necə    hərbi   
rəhbərliyi  olduğunu  göstərir:      "Mən      səhər  saat      11-də      qərargaha  gələndə      oradakıların  hamısını     təlaş     
içində  gördüm. Buna görə mən son    ümidimi də itirdim".
133
 
3.8. Bakı Sovet və Sentrokaspi Diktaturası 
qoĢunlarının silahları 
131   
Денстервиль, c.82. 
132   
Денстервиль, c.109. 
133   
Денстервиль, с. 121. 
50 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə