Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

 
 
 
 
 
 
Bolşeviklərin  əsas  dayaqlarından  biri  keçmiş  çar  ordusunun  inqilabi  təbliğatın  təsirinə  düşmüş  əsgər  və 
matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox 
hallarda      öz     istəklərinə      nail      olurdular.      Rusiyaya     
qayıtmaq 
istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz 
sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. 
Hələ        müharibə      getdiyi        dövrdə        çar        hökuməti       
tərəfindən  yaradılan      erməni      hərbi      hissələri      Türkiyə     
ordusuna      qarşı  vuruşmaq  üçün  ən  müasir  silahlarla  təmin 
olunmuşdur. 1917-ci 
i l i n    sonlarında   Qafqazda   cəmləşdirilən   bu   hissələrin   zabit   
və əsgərlərinə 
müraciətlərində
 
"Daşnaksutyun"  partiyası 
və 
Erməni Milli Şurası silahları təhvil verməməyi tələb edirdi. 
Nəticədə istər bolşevik hərbi hissələri, istərsə də onlarla əlbir olan er-məni-daşnak bölmələri kifayət qədər 
müasir    silah    və    sursatla    təmin    edilmişdilər.    Misal    üçün,    cəbhədən    tərxis    olunan    hissələrdən    bir   
zirehli    qatar,  xeyli  zirehli  avtomobil  ya  top  götürülmüşdü.  Üstəlik,  Rusiyadan  əhəmiyyətli  kömək  gəlirdi. 
RSFSR  XKS  Bakı  Soveti  ordusunun  yaradılması  üçün  30  milyon  800  min  rubl  pul  və  hərbi  təlimatçılar 
göndərmişdi, şərait imkan verən kimi isə ağır silahlar, ilk növbədə zirehli texnika və top da yollayırdı. 
1917-ci  ilin  əvvəllərinə  bütün  hissələr  atıcı  silahlarla  təmin  edilmişdi.  Toplanan  süah  ehtiyatları  Bakıda 
erməni    və    rus    əhalini  silahlandırmağa    imkan    verirdi.  Dəniz  aviasiyası    məktəbi    və    Xəzər    dəniz 
donanmasının  dəstəyi,    iki    zirehli    qatarın  və    bir    zirehli    avtomobilin    olması    həlledici    üstünlüyü  ələ   
keçirməyə    imkan    verirdi.  Mənbələr  təsdiq  edir  ki,  Bakıda  martın  30-da  türk-müsəlman  əhalini  qırmağa 
başlayan  bolşevik-erməni  hissələri  azsaylı      silahlı      azərbaycanlıların      müqaviməti      ilə      üzləşmişsə      də,     
topların,      donanmanın      işə      salınması      və  hidrotəyyarələr      vasitəsi      ilə    manevr      keçirilməsi     
sayəsində      müqaviməti      qıra      bilmişdilər.      S.Şaumyan      ağır  texnikanın      şəhərdə      tətbiqinə      bəraət     
qazandırmağa      çalışaraq      Moskvadakı      havadarlarına      yazırdı:      "İnqilabi  Müdafiə    Komitəsi    qarşısında   
belə    bir    sual    dayanırdı    -    biz    ya    əlimizdə    bomba    hər    bir    ev    uğrunda    mübarizə  aparmalı,  ya  da 
hərəkəti başqa vasitələrlə dayandırmalı idik".
134
 
Aprelin  əvvəllərində  Azərbaycan  milli  qüvvələri  və  imam N.Qosinskinin  Bakı  istiqamətində  yürüşünün 
qarşısını    almaq    üçün    aviasiya    çatışmırdı,   
çünki 
Bakıda  mövcud  olan  hidrotəyyarələr  yalnız 
sahilyanı      ərazidən      havaya      qalxa      bilir,     
onların 
məhdud    fəaliyyət    radiusu  cəbhə  xəttinə  çatıb 
geri  qayıtmağa  imkan  vermirdi.  Bu  səbəbdən 
Rusiyaya müraciət     edən     Bakı     Soveti     dərhal     
istədiklərini  almışdı:      Saritsın      şəhərindən     
göndərilən      döyüş  aeroplanları      döyüşlərdə     
iştirak 
 
 
etmişdir. 
 
 
Eyni 
zamanda     
Həştərxandan      Bakıya      böyük 
silah 
partiyası    çatdırılmışdı.
135
 
Lakin        Bakı        Soveti        tərəfindən       
yeridilən  siyasət    (zabit    və    mühəndis    kadrlarına    həqarətli    münasibət    və    hətta    repressiv    xarakterli   
tədbirlər;    Azərbaycan  milli    qüvvələrin    əlinə    keçməsin    deyə    anbarlarda    olan    sursatın    hərbi    hissələrə   
paylanması    və    bu    hissələrdə  mənasız  yerə  israf  edilməsi;  təmir  zavod  və  emalatxanalarının  normal  iş 
rejimini  təmin  edə  bilməməsi),  hərbi  hissələrdə    intizamın    zəifliyindən    silahların    itirilməsi    ya    vaxtından   
əvvəl    sıradan    çıxması,    üstəlik,    təminat    -  təhcizat  məsələlərinin  həll  olunmaması  (misal  üçün,  silahların 
sıradan  çıxmış  hissələrini  əvəz  edəcək  qurumların  yoxluğu)  texnika  və  silahlardan  səmərəli  istifadəyə  imkan 
vermirdi. 
1918-ci    ilin  mayında  Bakı  Sovetinin 
Moskvaya    ezam    edilən    nümayəndə    heyəti   
(başda Bakı 
XKS  Fövqəladə  Komissiyasının
 
sədri  S.M.Ter-Qabrielyan      olmaqla)     
şikayət     edirdi     ki, topçu  və  mühəndis vasitələri 
çatışmır,  pulemyot  və  sursat    azdır.  Halbuki  bu 
dövrdə  Qırmızı  Ordunun əsas qüvvəsi  sayılan 1-ci 
korpusda 3 zirehli qatar, 
3    pulemyot    komandası,    10-dan    artıq   təyyarə,   
12 
səhra   və   3   dağ   topu,   4   mortir   var   idi.   
Texnikanı işlədə   bilən   kadrları   toplamaq   üçün   
134   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.60. 
135   
Дарабади П.Г. Военная помощь Советской России, с. 111. 
51 
 


 
 
yaradılan    Ali    Hərbi    Şura    müxtəlif    tədbirlər    həyata    keçirsə    də    əhəmiyyətli    dönüş    yarada    bilmirdi.   
Bakının 
itirilməsindən qorxan Sovet Rusiyası Bakı kommunasına əlindən gələn köməyi göstərirdi. Bakıya kömək Rusiya 
Kommunist     (bolşeviklər)     Partiyasının     Mərkəzi     Komitəsi,     RSFSR     Xalq     Komissarları     Soveti     və     
şəxsən 
V.İ.Leninin nəzarətində idi. İyun-iyul aylarında Rusiyadan əlavə olaraq göndərilən böyük sayda silah və sursat 
tezliklə Bakıya çatdırıldı. 
İyunun əvvəllərində Tula zavodlarından pulemyot, tüfəng və patron alındı. B.Şeboldayev Sovet Rusiyası 
hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə 
qüvvəsi   olan   korpusda   3   səhra   batareyası,   1   dağ   və   1   mortir   batareyaları,   о   cümlədən   digər   silah   
və   texnika 
vardı.    İyunda    Rusiyadan    12    ədəd    dörddüymlük    top,    üç    keşikçi    gəmisi    və    üç    minadaşıyan    gəmi   
gətirildi. Həmçinin  Bakıya  yeni  "Nyupor"  təyyarələri  ilə  silahlanmış  aviadəstə  göndərildi.  Bu  təyyarələri  də 
gətirən  üç 
eşelon  həmçinin  Ter-Qabrielyanın  Saratovdan  aldığı  zirehli  avtomobillər,  silah  -  sursat  Həştərxanda  gəmilərə 
yükləndi və iyunun 23-də Bakıya çatdı. Həmin gün Moskvaya teleqram vuran Şaumyan yazırdı: “Əziz Vladimir 
İliç! Bu gün, nəhayət, Ter-Qabrielyan gəldi və bizə 4 zirehli avtomobil, 13 aeroplan və tələb olunan çoxlu, çoxlu 
sayda   sursat   çatdırdı.   Bütün   bunlara   görə   böyük,   çox   böyük   minnətdarlığımızı   bildiririk.   Çatışmayan   nə   
var idisə, aldıq, bütün bunlar bizə xeyir gətirəcək". 
Qafqaz İslam Ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilər verən Bakı Soveti qoşunları texniki vasitələrini də 
itirirdilər. Misal üçün, iyulun 3-də İvanovka kəndi (indiki İsmayıllı rayonu) yaxınlığında baş vermiş döyüşdə 1 
top,    iyulun    6-da    Gürcüvan    kəndi    (indiki    Ağsu    rayonu)    yaxınlığındakı    döyüşdə  1    top,   1    cəbbəxana   
arabası,    5  pulemyot,    30    tüfəng,    müsəlman    əhalinin    talanmış    əmlakı    ilə    doldurulmuş    10-15    araba   
qənimət    kimi    türk- azərbaycan döyüşçüləri tərəfindən ələ keçirilmişdi. 
İyulun     13-də     S.Şaumyan     V.Leninə     teleqram     göndərərək     yenə     kömək     və     silah     istədi.
136         
İyulun əvvəllərində    Həştərxandan    Bakı    Soveti    qoşunlarının    avtonəqliyyat    dəstəsi    üçün    100    pud    karbid,   
həmçinin 
Saratovdan      böyük      silah      və      sursat      partiyası      göndərildi.      Başda      Sovet      Rusiyası      Dəniz      işləri     
üzrə     Xalq  Komissarlığının  tapşırıqlar   üzrə   komissarı  V.F.Poluxin   olmaqla   170   nəfərdən  ibarət   dənizçi   
dəstəsi   gəmilərlə Bakıya  gəldi.  Dəstə Baltik  donanmasından  dəniz topları olan  üç  eşelon  və onlar üçün sursat 
gətirmişdi. İyulun 
ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23- 24-də Rusiyadan 
Bakıya   yeni   silah   -  sursat  partiyası   çatdırıldı.   İyulun   24-də   Həştərxandan   dördtoplu   atlı   batareya,   daha   
sonra 
silah - sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat, 
dərman    və    sarğı    materiallarından    ibarət    böyük    karvan    göndərildi.    İyulun    axırlarında    Petrovun   
başçılığı    ilə  Bakının    müdafiəsi    üçün    göndərilmiş    yaxşı    silahlanmış    dəstə    şəhərə    bir    altıtoplu
 
batareya 
gətirmişdi.
137
 
Rusiyadan  daim  silah  və  sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə döyüşlərdə məğlub 
olan   Bakı   Soveti   qoşunlarında   ruh   düşkünlüyü   elə   həddə   çatmışdı   ki,   texniki   vasitələrlə   vəziyyətdən   
çıxmaq 
mümkün deyildi. 
Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da  əldə olan böyük silah və sursatdan 
yararlanmağa  çalışırdı.  Bolşeviklərdən  fərqli 
olaraq      keçmiş      çar      ordusunun     
zabitlərinə arxalanan bundan da çox ingilis 
qoşunlarının 
köməyinə 
bel 
bağlayan 
Diktaturasının      hərbi     
liderləri 
hərbi 
donanmadan, 
zirehli 
Sentrokaspi 
aviasiyadan, 
qatar 
və 
avtomobillərdən, 
eləcə 
də 
artilleriya 
sistemlərindən 
texnikanın 
yararlanmağa 
daha    bacarıqla    istifadə   
edir, 
bütün 
imkanlarından 
çalışırdılar. 
İngilis 
təlimatçılarının   köməyi,   bir   çox   hallarda   
isə 
birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan 
işlərə    öz    təsirini    göstərirdı.    Bununla   
belə, 
vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı. 
Aviasiya. Hələ 1915-ci il noyabrın 22-də təntənəli şəraitdə Bakı dəniz aviasiyası zabit məktəbinin açılışı 
oldu.    Belə    ki,    I    Dünya    müharibəsinin    erkən    mərhələsində    dənizçi    aviator    kadrlarına    ehtiyacı   
ödəmək    üçün  Petroqrad  dəniz  aviasiyası  məktəbinin  Bakı  filialını  yaratmaq  planlaşdırılmışdı.  Müasir 
avadanlığın gətirilməsi, yerli  icra  strukturlarının  köməyi  ilə  yaşayış  və  təlim  binalarının,  təsərrüfat  tikililərinin 
inşası  nəticəsində  filial tədricən öz anqarları, apparelləri, emalatxanaları, qaraj və meteostansiyası olan müstəqil 
məktəbə çevrildi. 1916- 
cı    ilin    aprelinədək    məktəbdə    40    zabit    və    20-dən    artıq    aşağı    çinli    təyyarəçi    hazırlanmışdı.   
Müəllim    və 
təlimatçıların    yüksək    peşəkarlığı    sayəsində    məktəbin 
yetirmələri    imperiyanın    bütün    donanmalarında   
yaxşı 
136   
Дарабади. П.Г. Военная помощь Советской России, с.110-113. 
137   
Yenə orada, с.112. 
52 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə