Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   2   3   4   5   6   7   8   9   ...   113

 
 
İran    Qacarlar     dövlətində    Rusiyanın    səfiri     olan    A.S.Qriboyedov    yazırdı:     "Biz    İosif   
Arqutinski     ilə 
fikirləşirdik ki, müsəlmanları onların ağırlaşmış vəziyəti ilə necə barışdıraq, onları necə inandıraq ki, ermənilər 
onların torpaqlarını həmişəlik tutmayıblar". 
Çarizmin    Cənubi    Qafqazda    işğalçı    fəaliyyəti    ermənilərin    Azərbaycan    torpaqlarında    dövlət   
qurmaq  iddiasını      fəallaşdırdı.      Rusiyanın      yaxından      köməyi      ilə      bu      iddianın      reallaşmasına     
çalışan      yeni      erməni "ideoloqları", hərbçiləri, din xadimləri, məmurları yetişdirildi. 
Dövrün müasirlərindən biri yazırdı: "O dövrdən bəri ermənilərin müsəlman dövlətlərindən Rusiyaya köçü 
ardı-arası kəsilmədən davam edirdi... Türkiyə və  ya Persiya ilə hər bir müharibə bizə on minlərlə erməni bəxş 
edirdi".
5     
XIX   əsrin   ikinci   yarısında   ermənilərin   Şimali   Azərbaycana   miqrasiyası   kəskin   surətdə   artdı.   
Buna səbəb  1853-1856-cı   illər  Krım  müharibəsi,   1877-1878-ci   illər   Rusiya-Osmanlı   müharibəsi   və   onları 
müşayiət edən   hadisələr   idi.   Belə   ki,   1877-ci   ildə   "general   Terqukasov   bizim   Surmari   qəzasına   35   min   
araba   Türkiyə ermənisi köçürmüşdü". N.N.Şavrov qeyd edirdi: "Ermənilərin daha geniş miqyasda köçü 1893-
1894-cü illərdə, Türkiyədə erməni hadisələri olanda baş verir. 1897-ci ildə gəlmə ermənilərin sayı 90 min nəfəri 
ötmüşdü. 1896- 
cı   ildə  general   - adyutant Şeremetev Zaqafqaziyadakı  ermənilərin  sayını  900 min  nəfər  kimi   müəyyən  etmiş, 
1908-ci    ildə    isə    onların    sayı    1    milyon    300    min    idi".    Yalançı    şahidlikdən    geniş    istifadə    etməklə   
torpaqsız  köçkünlərdən   olan   ermənilər   dövlət   torpaqlarının   böyük   sahələrini   zəbt   etdilər".
6
1917-ci   ildə   
daha   300   min erməni Anadoludan Cənubi Qafqaza, əsasən Azərbaycan torpaqlarına qaçmışdı.
7
 
Təzə    köçürülmüş    əhaliyə    yerli    camaat    hesabına    torpaqlar    və    imtiyazlar    ayrılmışdı.    Beləliklə,   
əvvəldən  ermənilərin  Şimali  Azərbaycanda  artımı  mexaniki  hərəkət  hesabına  baş  verirdi.  Köç  baş  verəndən 
dərhal  sonra  Rusiya    inzibati    dairələri    erməniləri    yerli    infrastruktura    "yeritməyə"    çalışırdılar.    Rusiya   
mətbuatında   başlayan  təəsübkeşlik  kampaniyası  barəsində  V.L.Veliçko  yazırdı:  "satılmış  rus  publisistləri  rus 
insanlarını  inandırmağa  çalışırlar    ki,    ermənilər    Qafqazda    yeganə    və    mədəni    ünsürdürlər.   
Peterburqda    erməni    varlıları    və    onların  nümayəndələri  hakim  siniflərə  və  təəssüf  olsun  ki,  bir  çox 
mətbuat    nü-mayəndələrinə  neft  aksiyaları,  ləzzətli  yeməklər  və  hətta  bu  məqsədlə  xüsusi  olaraq  muzdla 
tutulmuş  gözəl  qadınların  dodaqları  ilə  bunu  sübut  etməyi  bacarırlar".
8       
Bu      zaman      əsas      vasitə      kimi     
din      istifadə      edilirdi:      "Xristianlığa      olan      bu      istinadlar      olduqca  səciyyəvidir,  çünki  ermənilər  öz 
qonşuları  müsəlmanların  hesabına  yararlanmaqdan  vaz  keçməzlər,  həm  də  ona  görə  ki,  "xaçpərəst" 
("xristianin") adı onlara imtiyazlı səviyyə verir".
9
 
XIX    əsr    rus    qafqazşünasları    çar    hökuməti    tərəfindən    köçürülmüş    in-sanlara    avtoxton   
azərbaycanlı  əhalinin    mülayim    münasibətini    belə    izah    edirdilər:    "azərbaycanlıların    qanı,    şübhəsiz   
ki,    əsilzadə    qanıdır;  təbiətən  onlar  xeyirxaq,  cəsur,  ürəyiaçıqdırlar,  əqli  və  mənəvi  inkişafa  meyllidirlər. 
Dövlətçilik ideyası  və özü 
də    güclü    hakimiyyətə,    ənənələrə    və    qayda-qanuna    hörməti    nəzərdə    tutan    ideya,    şübhəsiz    ki,   
onlara    xasdır.  Əsasən    azərbaycanlı    güclü    və    patriarxal-ədalətli    qeyri-məhdud    hakimiyyətin   
tərəfdaşıdır..."
10     
Ürəyiaçıqlıq, qonaqpərvərlik,   "patriarxal-ədalətli"   çarın   qərarlarına  hörmət   -  bu   səbəbləri   
Rusiya   tədqiqatçıları   xüsusi   qeyd etmişdilər. 
Ermənilərin    Qafqaza    böyük    planlı    köçürülmələri    müasirin    dili    ilə    desək,    "bütün   
Zaqafqaziyanı    qana  boyamışdı".  Saray  müşaviri  V.F.Maevski  yazırdı:  "Daşnaksutyun"  və  ona  bənzər 
cəmiyyətlər  istər  Türkiyədə,  istərsə    də    Qafqazda    erməni    xalqının    əsas    bəla    mənbəyidir".
11     
Maraqlıdır    ki,    "Daşnaksutyun"    partiyasının  yaradıcıları    və    liderlərindən    biri    O.Kaçaznuni    1923-cü   
ildə    yazırdı:    "Qəddar    taledən    şikayət    etmək    və    bizim  bədbəxtçiliyimizin    səbəbinin    bizdən    kənarda   
axtarmaq    acıdır    -    bu    bizim    milli    psixologiyamızın    xarakterik cəhətlərindən biridir".
12
 
Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi XX əsrin əvvəllərində də davam edirdi. Onlar artıq istər 
Qərb dövlətləri, istərsə də Rusiyanın siyasətinin əhəmiyyətli alətinə çevrilirdilər. 
1.2. Azərbaycan XX əsrin əvvəllərində 
1903-1905-ci   illərdə  Rusiya  imperiyasını  bürümüş  iqtisadi  böhran 
Azərbaycan    iqtisadiyyatına    da    ağır    zərbə    vurdu.    Dözülməz   
əmək    və  yaşayış    şəraiti    əhalinin    narazılığının    artmasına    səbəb   
olurdu.    XX    əsrin  əvvəllərinin    əsas    mübarizə    forması    fəhlələrin   
mütəşəkkilliyi    ilə    tətillər 
5   
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку, 2003, с.76-77. 
6   
Шавров Н.Новая угроза, с.64-66. 
7   
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.74. 
8   
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.114. 
9   
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.74. 
10   
Yenə orada,с.155-157. 
11   
Yenə orada с. 24-25. 
12   
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.69. 



Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə