Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə30/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

 
 
qarşılanırdılar,   təlim   prosesində   isə   cəmi   üç   qəza   hadisəsi   baş   vermişdi   (bir   ədəd   M-10   təyyarəsi   uçuş   
üçün yararsız olmuş, iki M-5 təyyarəsi isa tam dağılmışdı).
138
 
Məktəbin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9 
və    bir    ədəd    M-30    təyyarəsindən    təşkil    olunmuşdu.    Onlardan    başqa    burada    sınaq    təyyarələri    də   
vardı.    Bakı  məktəbində    yüksək    ixtisaslı    kadrların    olması    burada    təlimlərlə    bərabər    yeni    təyyarələrin   
sınaq    uçuşlarını    da  keçirməyə    imkan    verirdi.    Məktəbdə    D.Qriqoroviçin    M-9    hidrotəyyarəsi    sınaqdan   
keçirilmiş    və    bu    təyyarə  tədricən  M-5-ləri  əvəz  etməyə  başlamışdı.  D.Qriqoroviçin  M-12  qırıcı  və  M-15 
kəşfiyyatçı  hidrotəyyarələri  də  Bakıda      sınaqdan      keçirilmiş,      silahlı      qüvvələrə      qəbul      ediləndən     
sonra      hər      təyyarədən      iki      ədədi      burada  saxlanmışdı.  Bakı  aviasiya  məktəbinin  emalatxana  müdiri 
E.K.Engels  bir  neçə  yeni  təyyarə  növü  icad  edərək  yığmış,  lakin  1916-cı  il  dekabrın  5-də  növbəti  sınaq 
zamanı həlak olmuşdu. Bundan başqa A.Y.Villişin VM-2 
və   VM-4   hidrotəyyarələri   də   Bakıda   sınaqdan   keçirilmişdi.   İstər   Engelsin,   istərsə   də   Villişin   
təyyarələrinin aqibəti, onların 1918-ci il döyüşlərində iştirak edib-etməməsi barədə məlumat yoxdur.
139
 
Məktəbin hidrotəyyarə parkını ixtiraçı mühəndis D.P.Qriqoroviçin M-5 hidrotəyyarələri təşkil edirdi (M- 
5    təyyarələri    Petroqradda    S.    Şetininin    zavodunda    istehsal    edildiyindən    Azərbaycan    Mərkəzi   
Dövlət    Tarix  Arxivində  qorunan  bir  çox  sənədlərdə  "Şetinin  təyyarələri"  adlandırılır).  Bir  mühərrikli,  iki 
yerli  bu  təyyarələr havada olduqca dayanıqlı və təhlükəsiz idi, bu isə təlim uçuşlarının əsas şərti sayılırdı. "M-
5" hidrotəyyarəsində mühərrikin  gücü,  təyyarənin  ağırlığı,  qanad-ların  sahəsi  elə  münasib  seçilmişdi  ki,  "uçan 
qayıq"  həm  havada, həm  də  dənizdə  çox  sadə  idarə  olunurdu.  Gövdənin  forması  təyyarəyə  hündürlüyü  0,5  m 
olan  dalğalardan  da havaya qalxmağa imkan verirdi. 100 at gücündə olan mühərrik zəif olduğundan təyyarə bir 
pulemyot  və  bir  neçə  yüngül    bomba    götürür    və    kəşfiyyat    təyyarəsi    kimi    istifadə    edilirdi.    3300    m   
hündürlüyə    qalxan,    3,5-    4    saat  havada    qala    bilən    təyyarə    əsasən    dənizyanı    ərazilərdə    istifadə   
edilirdi.    Bakı    Soveti    qoşunları,    sonra    isə  Sentrokaspi    Diktaturası    tərəfindən    fəal    istifadə    edilən   
M-5    təyyarələrindən   biri    hal-hazırda    İstanbulda   hava muzeyində nümayiş etdirilir.
140
 
D.P.Qriqoroviçin   M-9   hidrotəyyarəsi   M-5-in   növbəti   inkişaf   mərhələsi   idi.   3300   m   hündürlüyə   
qalxa bilən,   5   saat   havada   qalan   təyyarə   etibarlılığı   ilə   seçilirdi.   150   at   gücündə   olan   mühərrik   3   
nəfər   heyət,   bir 
pulemyot   və   bir   neçə   yüngül   bomba   (1610   kq   yük)   götürməyə   imkan   verirdi.   Bakıda   olan   iki   M-9-
dan   biri 
Qafqaz   İslam   Ordusuna   qarşı   döyüşlərdə   istifadə   edilib.   Məhz   bu   təyyarə   ilə   hidroplanlar   sırasında   ilk   
dəfə 
havada dairə cızma ("myortvaya petlya")  əməliyyatı həyata keçirilmişdi. "M-5" və "M-9" hidroplanlarının zəif 
tərəfi  az  sürətə  (100-110  km/s)  malik  olması  idi.    M-12  və  M-15  təyyarələrindən  Qafqaz  İslam  Ordusuna 
qarşı  döyüşlərdə    istifadə    edilməsi    barədə    məlumat    yoxdur,    ehtimal    ki,    müasir    tipli    bu   
təyyarələr    1917-ci    ilin əvvəlində  Petroqrada  aparılıb,  çünki  məktəbdə  1917-ci  ilin  aprel  ayından  hissə-hissə   
Petroqrada  köçürülməyə  başlandı.
141     
Martın    31-də    erməni-bolşevik    qüvvələrinin    1-ci    beynəlmiləl    alayı   
və    36-cı    Türküstan    alayının  hücumunu    dəstəkləmək    üçün    havaya    1    hidroplan    qaldırılmışdı.   
Bununla    belə,    sənədlərdə    Qafqaz    İslam  Ordusuna  qarşı  döyüşlərdə  məktəbin  texnikasından  istifadə 
edilməsi  barədə  məlumatlar  var.  Bu  qurum  bolşevik  sənədlərində    "təyyarəçilər    məktəbi",    Sentrokaspi   
Diktaturasının    sənədlərində    isə    "hidroaviasiya    divizionu" adlandırılır. 
Hidroaviasiya   havaya   dənizdən   qalxdığı   üçün   əsasən   sahilyanı   əraziləri   nəzarət   altında   saxlaya   
bilirdi. 
Aprelin 2-də imam Qosinskinin dəstələri Bakıya yaxınlaşdıqda S.Şaumyan Saritsından doyüş aeroplanları istədi. 
Döyüş başlayanadək aeroplanlar gəlib çatdı. Tezliklə 
Rusiyadan  Bakı  Sovetinin  qırmızı  ordusunun  Gəncə 
üzərinə      yürüşünü     
dəstəkləmək 
üçün 
adi 
aerodromdan 
qalxa 
bilən   aeroplanlar   göndərildi. 
1918-ci 
ilin  mayına 
Qırmızı 
Ordunun 
1-ci 
korpusunda      10-dan      artıq      təyyarə      var      idi.     
İyunda  Bakıya      yeni      "Nyupor"      təyyarələri      ilə     
silahlanan  aviadəstə  göndərildi.  Bu  təyyarələri 
gətirən üç eşelon Bakıya  iyunun 
23-də 
 
çatdı.  
Həmin  gün S.Şaumyanın   
V.Leninə      göndərdiyi      teleqramdan  aydın      olur     
ki,     eşelonla     13     aeroplan     gətirilibmiş. 
İyulun    ortalarında    Bakı    Soveti    aviasiyası    üçün    böyük    məbləğdə    sursat,    ehtiyat    hissələri    və    silah   
göndərildi.  "Nyupor-17"    qırıcı    təyyarələri    Antanta    ölkələri    silahlı    qüvvələrində    ən    çox    istifadə   
olunan    təyyarə    olmaqla  bərabər,  I  Dünya  müharibəsinin  ən  uğurlu  qırıcısı  hesab  olunurdu.  Q.Delyaj 
tərəfindən  yaradılan  "Nyupor-17"  biplanı    optimal    aerodinamik    forma,    az    çəki    hesabına    maksimal   
çeviklik   və    böyük   sürətə    malik   idi.    Aşağı 
138   
Маслов М. Русские самолеты. 1914-1917 г. Москва, 2006, с. 26. 
139   
Маслов М. Русские самолеты, s.79-81. 
140
Yenə orada, s.25-26. 
141   
Маслов М. Русские самолеты., с.27-31. 
53 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə