Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə31/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

qanadın   ensiz   olması   pilot   kabinəsindən   görünüşü   daha   aydın   edirdi.   "Nyupor-17"   pulemyotlardan   başqa   
bir neçə yüngül bomba da götürmək iqtidarında idi.
142
 
Qafqaz    İslam    Ordusunun    sərəncamında    təyyarələrin    olmaması    bolşevik    aviasiyasını    təhlükəli   
qüvvəyə  çevirirdi,  lakin  Bakı  Sovetinin  hərbi  rəhbərliyi  bundan  kifayət  qədər  yararlana  bilmədi.  Belə  ki, 
hidrotəyyarə  və  aeroplanların  sayı  uçmağı  bacaran  təyyarəçilərin  sayından  çox  idi  (Bakı  Sovetinin  apardığı 
siyasət nəticəsində 
çar    ordusunun    zabitləri    kimi    pilotlar    da    "sinfi    düşmən"    qismində    təqib    olunmuş,    bu    isə    1918-ci   
ilin    yay  döyüşlərində  özünü  büruzə  vermişdi).  Üstəlik,  I  Dünya    müharibəsinin  cəbhələrində    ingilis 
təyyarələrinə  qarşı  döyüş    aparmaq    təcrübəsi    olan    türk    hərbi    hissələri    havadan    hücum    zamanı   
vahiməyə    düşmür,    əksinə,    atıcı  silahlardan    açılan    atəşlə    düşməni    uzaqlaşdırırdılar.    Nəticədə   
erməni-bolşevik    aviasiyası    qarşısına    qoyulan  tapşırıqları  yerinə  yetirə  bilmirdi.  Təyyarələr  ardıcıl  olaraq 
təkcə  iyulda  uçuşlar  etmişdi;  bu  zaman  Hacıqabuldan  qalxan    2    təyyarə,    demək    olar    ki,    hər    gün   
Salyan    istiqamətində    vuruşan    türk-Azərbaycan    döyüşçülərini bombalayır vo ya kəşfiyyat aparırdı.
143
 
Sentrokaspi Diktaturasının hərbi rəhbərliyi aviasiyaya xüsusi  önəm verirdi. Çar ordusunun aviasiyasında 
xidmət etmiş pilotlar orduya çağırılmış, ingilislərin köməyi ilə hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsi 
aviadivizionu təşkil edilmişdi. 
Artıq  avqustun  1-də  Sentrokaspi  Diktaturası  döyüşlərdə  3  təyyarə  istifadə  etmişdi.  Getdikcə  aviasiyanın 
tətbiqi    genişlənirdi.    Təyyarələr    kəşfiyyat    uçuşları    aparır,    bombalar    atır,    imkan    olduqda    pulemyot   
atəşi    ilə  qoşunların    əməliyyatlarını    dəstəkləməyə    çalışırdı.    Qafqaz    İslam    Ordusunun    1918-ci    il   
avqustun    5-də    Bakıya  hücumunun    qarşısını    almaq    üçün    hidroaviasiya    divizionu    və    Kuban    təyyarə   
dəstəsinin,    demək    olar    ki,    bütün  təyyarələri    havaya    qaldırılmışdı.    Avqustun    7-si    və    8-də    Gəncə   
istiqamətindən    Bakı    ətrafına    yeridilən    türk-  Azərbaycan    qoşunlarının    cəmləşməsinin    qarşısını    almaq   
üçün    təyyarələr    Ələt    stansiyası    və    dəmir    yollarını  bombalayırdı.
144     
Hər    dəfə    atəşlə    qarşılanan   
təyyarələr    istədiklərinə    nail    ola    bilmirdi.    Döyüşdə    zədələnmiş  aeroplanlar  tezliklə  təmir  edilirdi,  çünki 
Kuban  təyyarə  dəstəsinin  "Nyupor"ları  ingilislərin  özləri  ilə  gətirdikləri  "Nyupor"lardan    az    fərqlənirdi.   
Lakin    hidroaviasiya    divizionunun    təyyarələrini    bərpa    etmək    olmurdu,    çünki  onların  ehtiyat  hissələri 
yalnız  Petroqradda  istehsal  edilirdi.  Döyüşə  yararlı  təyyarələrin  sayı  tədricən  azalırdı.  Uçuş  meydançası 
Bakının Ermənikənd adlanan hissəsində salınmışdı. 
Avqustun  10-da  Ələt  - Puta  arasında türk-Azərbaycan  hissələrinin  sərrast  atəşi  ilə bir  təyyarə  vurularaq 
məhv edildi.
145
 
Sentrokaspi   Diktaturası   və   ingilis   komandanlığının   avqustun   27-nə   planlaşdırdığı,   lakin   həyata   
keçirə 
bilmədiyi    birgə    irimiqyaslı    əks-hücum    əməliyyatında    hidroaviasiya    divizionu    və    Кuban    aviadivizionu   
fəal 
iştirak etməli idi. 
Avqustun    sonlarında    Sentrokaspi    Diktaturasının    cəmi    iki    hava    maşını,    ingilislərin    də    elə    bu   
qədər təyyarəsi    döyüşdə    iştirak    edə    bilərdi.    Ordunun    digər    təyyarələri    təmirə    qoyulmuşdu.    General   
Denstervilin 
qeydləri   göstərir   ki,   avqust-sentyabr   döyüşlərində   ingilis   və   Sentrokaspi   qoşunlarının   əməliyatlarını   "iki   
rus 
hidroplanı   və   iki   bizim  (ingilis)   təyyarə"   dəstəkləyirdi.   ''Düşmənin   hava   qüvvələrinin   olmaması   bizim 
böyük üstünlüyümüz     idi.     Lakin     sentyabr     ayında     Bakıda     güclü     isti     küləklər     və     şimal     küləyi     
əsdiyindən     hava kəşfiyyatının istifadə edə biləcəyimiz üstünlükləri meteoroloji şəraitə görə heçə endirildi".
146
 
Sentyabrın    1-də    Balaxanı    yaxınlığında    türk-Azərbaycan    hissələrini    bombardman    etmək   
istəyən    bir  təyyarə  vuruldu  və  Salyan  qışlaları  (kazarmaları)  yaxınlığında  yerə  çırpıldı.
147   
Bu  hadisədən 
sonra  təyyarələrin  tətbiqi    əhəmiyyətli  dərəcədə    azaldı,  onlardan    əsasən  kəşfiyyat    uçuşları  üçün  istifadə 
edildi.  Yalnız  sentyabrın 
12-də bir ingilis təyyarəsi Binəqədi istiqamətində türk-Azərbaycan qoşunlarını bombalamağa cəhd göstərdi. 
Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi hissələrini iki aeroplan dəstəkləyirdi. 
14    sentyabr    döyüşlərinin    gedişinə    toxunan    general    Denstervil    yazır    ki,    "iki    aeroplan    hücum    edən   
türkləri  pulemyotlardan  atəşə  tutur  və  bombalar  atırdı".  Daha  sonra  ingilis  qoşunlarının  Bakıdan  təxliyyə 
olunduğunu bildirən  general  etiraf   edir:  "türk  güllələrinin  deşik-deşik  elədiyi  iki  aeroplanı,  sıradan  çıxardıq". 
Başqa  sözlə  desək,      əvvəlki      uçuşlar      zamanı      türk-Azərbaycan      qoşunlarının      atəşləri      ilə     
qarşılanan      ingilis      təyyarələri  vurulmasalar    da,    elə    zədələr    almışdılar    ki,    ingilislərin    və    ya   
onların    tərəfkeşlərinin    (misal    üçün,    Muğan  qiyamçılarının)  nəzarəti  altında  olan  əraziyə  uçub  çata 
bilməzdilər. Bu səbəbdən  ingilislər  onları yararsız hala gətirib Bakıda qoymağa məcbur oldular. 
Nəhayət,    türk-Azərbaycan    qoşunları    tərəfindən    Ermənikənddəki    uçuş    meydançasının    ələ   
keçirilməsi  Sentrokaspi    Diktaturası    aviasiyasının    varlığına    son    qoydu.    Burada    uçuşa    yararsız   
vəziyyətdə   olan   2   təyyarə qalmışdı. 
142
Корсун. Кавказский фронт, с.561. 
143
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250-251. 
144
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.303 
145
Yenə      orada, s.304. 
146
Денстервиль, с. 117. 
147
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.317-318. 
54 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə