Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

 
 
Hərbi donanma. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, Xəzər dənizində yalnız Rusiyanın 
hərbi  donanma  saxlamaq  hüququ  vardı.  Xəzərdə  Rusiya  imperiyasının  güclü  rəqibinin  olmaması  Xəzər  dəniz 
donanmasının texniki təchizatına da təsir göstərmişdi.
148 
Lakin ingilislərin Əfqanıstan və İranda möhkəmlənmək 
cəhdləri, 
Bakının  iri  sənaye  mərkəzinə 
çevrilməsi, neft bazalarının dəniz yaxınlığında 
yerləşməsi 
 
 
hərbi 
 
 
donanmanı     
gücləndirmək  ehtiyacını    yaratdı.    1911-ci   
ildə    Xəzər    dəniz  donanması      dünyada     
ilk      suüstü      dizel      hərbi  gəmiləri      -     
"Ərdahan"      və      "Qars"      kanoner 
(artilleriya)  gəmiləri  ilə  gücləndirildi.
149
 
Məxsusi 
 
Xəzər 
 
şəraiti 
 
üçün   
layihələndirilmiş  bu      gəmilər      müxtəlif     
təyinatlı 
 
 
əməliyyatlar 
keçirmək     
iqtidarında      olsa      da,      onların      əsas 
vəzifəsi    dənizyanı    ərazilərdə    döyüş   
zamanı 
qoşunları top atəşi ilə dəstəkləmək idi. Bununla belə, Xəzərin imperiya mərkəzindən uzaq olması Baltik və Qara 
dəniz donanmalarında inqilabi fəaliyyətdə şübhəli bilinən matrosların Xəzər dəniz donanmasına göndərilməsinə 
səbəb    oldu.    Nəticədə    1917-ci    ildə    donanma    azsaylı    olsa    da,    Bakı    Sovetinin    ən    etibarlı   
dayaqlarından    birinə  çevrildi.
150     
General    Denstervil    Xəzərdə   inqilabdan   əvvəlki   ümumi   vəziyyəti   şərh   
edərkən   yazırdı   ki,   "Qars",  Ərdahan",  "Göytəpə"  silahlı  gəmilərindən  ibarət  olan  kiçik  donanma  bu  daxili 
suları  qoruyur  və  müqavimətə 
rast gəlməsə, sabitliyi bərpa edə bilər". Xəzər hərbi donanması 1917-ci ildə 2 kanoner gəmisi, 2 çapar gəmisi, 
bir neçə nəqliyyat gəmisi, dəniz aviasiyası mək-təbi və sahil idarələrindən ibarət idi.
151
 
General   Denstervilin   yazdığına   görə,   "donanma   inqilab   dövründə  böyük  siyasi  rol  oynayırdı.   
Hökumət 
(ehtimal  ki,  ümumilikdə  V.Leninin  Petroqradda  yerləşən  bolşevik  hökuməti,  S.Şaumyanın  başçılıq  etdiyi  Bakı 
Soveti    və    Sentrokaspi    Diktaturası    nəzərdə    tutulur    -A.Y.,    Ə.S.)    iqamətgahı    dəniz    sahilində   
yerləşdiyindən  gəmilərdəki  silahlar  ölkənin  həyati  əhəmiyyətli  mərkəzlərini  təhdid  etdiyi  zaman  inqilabi 
hökumət donanmanın tələblərinə diqqətlə qulaq asırdı". 
İrimiqyaslı    dəniz    əməliyyatları    keçirmək    üçün    güclü    təminat    bazası,    hərtərəfli    hazırlıqlı,   
bilikli    və 
təcrübəli    komanda    heyəti    lazım  idi,    bütün    bunlar    isə  bolşeviklərdə    yox    idi.    Donanma    infrastrukturu   
fəaliyyət  göstərmir,    hərtərəfli    hazırlıq    keçmək    üçün    vaxt    və    imkan    çatışmır,    komanda    heyəti    çar   
zabitlərindən    ("qızıl  paqonlu  sinfi  düşmənlər")  ibarət  olduğundan  təqiblərə  məruz  qalırdı.  Bütün  bu 
səbəblərdən  bolşeviklər  quruda  aparılan  döyüşlərdə  matroslardan  piyada  kimi  istifadə  etməyə  məcbur   
olmuşdular.  Xəzər  dəniz  donanmasının  matrosları    Azərbaycan    milli    qüvvələrinə    qarşı    vuruşan    bolşevik-
erməni    qoşunlarının    əsas    zərbə    qüvvəsi    idi.  Lakin    onların    ağır    döyüşlərə    göndərilməsi    itkilərlə   
nəticələnmiş    və    1918-ci    ilin    yarısına    qədər    donanmada  təsadüfi    adamların    tədricən    çoxluq    təşkil   
etməsinə   səbəb   olmuşdu.   Vəziyyəti   dəyişmək   üçün   Bakı   Sovetinin rəhbərliyi ənənəvi üsula - Moskvadan 
yeni qüvvə istəməyə əl atmışdır. 
Bakı    Soveti    Xəzər    donanmasının    əsas    qüvvəsini    "Ərdahan"    və    "Qars"    kanoner    gəmiləri,   
"Göytəpə"  köməkçi    gəmisi    və    silahlı    "Astrabad"    çarxlı    paroxodu    təşkil    edirdi.    Bununla    bərabər,   
müxtəlif    nəqliyyat gəmilərinə yüngül toplar və pulemyotlar da qoyulmuşdu ki, bu "hərbiləşdirilmiş" gəmilərlə 
birgə donanmada 14 gəmi var idi.
152
 
"Ərdahan"    zirehli    kanoner    gəmisi    ("Qars"    gəmisi    ilə    layihələri    eyni    olduğundan    göstərici    də   
eyni    idi)  dünyada    ilk    dizel    energetik    qurğulu    suüstü    hərbi    gəmi    olmuşdur.    Gəmi    1908-ci    ildə   
Rusiya    Dəniz    Texniki  Komitəsində  layihələndirilmiş,  Sankt-Peterburqun  Yeni  Admiralteysk  zavodunda 
istehsal edilmiş, 1911-ci ildə Marinsk kanallar sistemi ilə Xəzər dənizinə göndərilmişdir. Uzunluğu 61,8 m, eni 
8,5 m olan gəminin su basımı 
623 ton idi. 117 nəfər heyəti olan gəminin 2 əsas dizeli, 2 köməkçi dizeli, 1 elektrik generatoru var idi. 29 ton 
yanacaq    götürən    gəminin    maksimal    sürəti    15    düyünə    (uzel)    bərabər    idi.    Каmbuz,    vanna    otağı,   
hamamlar, 
camaşırxana,   qalyunlar,   lazaret,   əlüzyuyanlar,   elektrik   isitmə   sisteminə   malik   olan   gəmi   ən   müasir   
tələblərə 
cavab     verirdi.     Gəminin     silahları     1     ədəd     120     mm-lik     top,     2     ədəd     75     mm-lik     top,     4     ədəd     
"Maksim" 
pulemyotundan ibarət idi.
153
 
148
Алиев Н.А. Военно- морская история Азербайджана. Баку, 2002, с.76-78. 
149
Əhmədov S.Ə. «Qars» və «Ərdahan» gəmiləri // Hərbi bilik, s.95. 
150
Маковски А.Р., Радченко Б.М. Каспийская краснознаменная. Москва, 1982,42-45; Евсеев ИМ.Бушует Каспий. Баку, 1970, с.35-38. 
151   
Гражданская война. Энциклопедия, с.253. 
152
Дарабади П.Г. Военные вопросы, с.115. 
153
Веселов П. Канонерская лодка «Ленин» // Моделист-конструктор, 1988, № 4, с.12-15; Боевые и революционные траиции моряков Каспийского флота. Баку, 
1960, с. 25. Каспийская Краснознаменная флотилия. Баку. 1990, с. 11 -14. 
55 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə