Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə33/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

 
 
"Göytəpə"  köməkçi  hərbi  gəmisi  1882-1883-cü  illərdə  istehsal  olunmuş,  1911-ci  ildə  isə  yeni  silahlarla 
təhciz edilmişdi. 720 at gücündə olan kömür mühərriki 10 düyün (uzel) sürəti ilə hərəkət etməyə imkan verirdi. 
70-83 nəfər heyəti olan gəminin silahlanması 4 ədəd 47 mm-lik top və 4 ədəd pulemyotdan ibarət idi. 
"Astrabad"      çarxlı      paroxodu      əvvəllər      mülki      paroxod     olmuş,      müharibə     dövründə     yüngül     
toplarla silahlandırılmışdı. 
1918-ci    ilin    mart    hadisələrində    Xəzər    dəniz    donanması    gəmilərinin    Azərbaycan    milli   
qüvvələrinə  toplardan  açdığı  atəş  onların  müqavimətini  qırmağa  imkan  vermişdi.  Bu  gəmilərlə  Lənkərana 
bolşevik qoşunları göndərilmiş, Həştərxan-Bakı dəniz xəttinin təhlükəsizliyi təmin edilmişdi. 
Kür       çayının       bir       hissəsinin       xırda       
gəmilərin hərəkəti   üçün   kifayət   qədər   dərin   olması   
burada   hərbi 
gəmilərdən    istifadə    etmək    fikrinin    yaranmasına   
gətirib çıxarmışdı.  Belə  ki,  1918-ci  ilin  yayında  Şimali 
Qafqaz  hərbi    dairəsi    təminat    bürosunun    Sovet   
Rusiyası   dəniz 
kollegiyasına      göndərdiyi      gizli      məlumatda     
sahilyanı 
sularda   və   Kür   çayında   döyüşlərdə  iştirak  etmək   
üçün 
müxtəlif    tipli    gəmilərdən,    ilk   
növbədə 
toplar  və  pulemyotlarla  silahlanan 
"Stasionar"  katerlərindən  istifadənin 
37-47    mm-
lik 
"Nikson"  və 
mümkünlüyü 
barəsində xəbər verilirdi. Lakin Xəzərdə bu tip katerlər yox idi. İyulun 13-də sənədlə tanış olan V.Lenin belə bir 
dərkənar  qoymuşdu:  "Dəniz  işləri  üzrə  Xalq  Komissarlığına  Xəzər     dənizinə     uyğun     olan     bütün     hərbi     
dəniz  gəmilərinin  göndərilməsini  sürətləndirməyi  çox  xahiş  edirəm.”
154 
Lakin  təşkilatı  məsələləri  həll 
edilmədiyindən  kater    göndərmək    mümkün    olmadı.    Əvəzində    iyunda    Rusiyadan    Bakıya    üç    keşikçi   
gəmisi    və    üç    minadaşıyan  gəmi    gətirildi,    lakin    gəmilər    Kür    çayında    hərəkət    edə    bilmədiyindən   
Həştərxana    aparıldı.    Belə    olduğu    halda  bolşeviklər  Kür  çayında  üzən  balıqçı  gəmilərini  silahlandırıb 
döyüşə  göndərdilər.  Onların  əsas  vəzifəsi  Qafqaz  İslam    Ordusu    hissələrinin    Kür    çayını    keçmək   
cəhdlərini   pozmaq,   Kür   üzərindən   salınmış   körpü   və   bərələri qorumaq, çayı maneəyə çevirmək idi. 
İyunun 26-da bolşeviklərin ilk çay gəmiləri döyüşə göndərildi, lakin gözlənilən səmərəni vermədi. 
Hərbi    gəmilərin    Bakı    ətrafında    geniş    istifadəsi    Sentrokaspi    Diktaturası    vaxtına    təsadüf    edir.   
Dənizçi  zabitləri      gəmilərə      qaytaran      hərbi      rəhbərlik      onlardan      təyinatı      üzrə      (quru      qoşunlarının     
dənizdən      atəşlə  dəstəklənməsi    və    dəniz    desantlarının    atəş    təminatının    həyata    keçirilməsi)    istifadə   
etməyə    çalışdı.    Xırdalan,  Hacıqabul  döyüşlərində  hərbi  gəmilər  geniş  tətbiq  edilirdi.  Mənbələrin  məlumatı 
göstərir  ki,  əsasən  3  gəmidən  istifadə  edilirdi:  "Ərdahan",  "Qars"  və  "Göytəpə".  Onların  atəşi  avqustun 
əvvəllərində Ələt istiqamətindən türk- Azərbaycan qoşunlarına irəliləməyə imkan vermirdi. 
Xəzər     dənizinə     nəzarət     etmək     üçün     ingilislər     burada     güclü     donanma     yaratmağı     
planlaşdırırdılar. Donanmanın  əsas  hərbi  gəmiləri  bolşevik  meyilli  olduğundan  kommodor  Norris  iri  ticarət 
gəmilərini  toplarla 
silahlandırıb      donanma      yaratmağı      təklif      edirdi.      Çox      böyük      çətinliklə      "Ventyur"      və      "İqnati"     
gəmilərini  Sentrokaspi    Diktaturasından    bu    məqsədlər    üçün    alan    ingilislər    Bakını    tərk    edənə    qədər   
gəmiləri   silahlandıra bilmədilər.
155
 
Dənizdən  gələn  təhlükəni  nəzərə  alaraq  Qafqaz  İslam  Ordusunun  komandanlığı   sahil  müşahidə  postları 
yaratmışdı. Avqustun 11-də Ələt - Puta arasında gəmilərdən dəniz desantı çıxarmaq cəhdi həyata keçirildi, lakin 
50   nəfərlik   ilk   dəstə   sahilə   çıxan   kimi   irəli   yeridilən   Azərbaycan   zirehli   qatarı   desantı   atəşə   tutdu,   
sonra   isə 
atəşlə gəmiləri sahildən uzaqlaşmağa məcbur elədi.
156
 
General    Denstervil    Sentrokaspi    Diktaturası    donanmasının    fəaliyyətini    istehza    ilə    təsvir    edir    və   
döyüş  qabiliyyətinin    aşağı    olmasını    ilk    növbədə    donanma    heyətinin    qorxaqlığı    ilə    izah    edir.    Yazır   
ki,    kommodor  Norris  kanoner  gəmilərinin  birində  Bakıdan  cənubda  Xəzər  sahili  boyunca  uzanan  dəmiryol 
xəttini  atəşə tutub keçən qatarları məhv etmək məqsədi ilə dənizə çıxır. "Əlverişli mövqe seçiləndən sonra atəş 
açıldı,  ancaq  nəticə  yox  dərəcəsində  idi,  odur  ki,  Norris  kapitana  daha  dəqiq  atəş  açmaq  üçün  sahilə 
yaxınlaşıb  hədəfə  qədər  olan  məsafəni    azaltmaq    təklifini    verdi.    Müvafiq    göstərişlər    verilən    kimi   
matrosların    üzündə    təəccüb    və    narazılıq  cizgiləri    görsəndi,    onların    nümayəndəsi    dərhal    kapitana   
yaxınlaşdı".    Norrisin    sözlərindən    kapitanla    gəmi  heyətinin  seçdiyi  komitəsinin  uzun-uzadı  danışıqlarını 
təsvir  edən  Denstervil  sonda  yazır:  "Komitənin  iclasında  qərara    alındı:    düşmənin    hardasa    sahildə   
artilleriyası    olduğundan    sahilə    yaxınlaşmaq    təhlükəlidir,    çünki    gəmi  düşmən  atəşinə  tuş  gələ  bilərdi. 
Kapitanın əmri ləğv edildi, komitənin özü üçün daha təhlükəsiz qərarı verildi: Bakıya qayıtmaq. Bu əmr dərhal 
icra olundu".
157
 
154
Военные моряки в боьрбе за власть Советов в Азербайджане и Прикаспии. 1918-1920 г. Сб. документов. Баку, 1971, с.42, 43,346. 
155
Денстервиль, с.96. 
156   
Süleymanov M.S. Qafqaz İslam Ordusu..., s.304. 
157   
Денстервиль, с. 106. 
56 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə