Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

 
 
 
 
 
 
zabiti    qoşuldu.    Polkovnik   Şardinyinin    rəhbərlik   etdiyi    bu    zabitlərdən    ikisi    sonralar    Fransaya    qayıtdı,   
təkcə 
leytenant Puadebar, Bakının tərəfimizdən itirilməsinə qədər bizimlə qaldı".
177
 
Bakıda 
baş 
verənlər 
barəsində    Denstervilə    Erməni    Milli    Şurasının    mütəmadi    olaraq   
yolladığı nümayəndələr    və    Bakıdakı    ingilis 
konsulu    Mak-Donnel    xəbər   
verirdilər.    Мауın 
əvvəlində   Denstervilin   qoşunları   cəmi   bir   süvari   eskadron,   4   zirehli   avtomobil,   
50 
nəfər    piyadadan    ibarət    olduğundan    Azərbaycanda    baş    verən    hadisələrə    hərbi   
yolla müdaxilə  edə  bilmirdi.  O,  yazırdı:      "indi   erməni   koloniyası  və  bolşeviklər 
Qafqaz  İslam    Ordusuna    qarşı    vuruşurlar.    Ermənilərə    əsl    nifrət    bəsləyən   
gürcülər    onlara  kömək  etmirlər.  Biz  onlara  nə  ilə  kömək  edə  bilərik?  Mənim 
fikrimcə,  bu  mümkün deyil. Təkcə qoşunlar qayda-qanunu bərpa edə bilər, bizim isə 
qoşunlarımız  yoxdur...  Onlar  tam  əldən  düşənədək  bir-birlərini  öldür-məkdə  davam 
etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik". 
May    ayında    Denstervil    öz    dəstəsinə 
"əsasən    Bakı
 
aviaməktəbindən    olan təyyarəçilər, 
iyirmiyə  yaxın  ciddi  seçilmiş   və  çox  bacarıqlı  rus  zabitləri"   əlavə  etdi. 
General yazır ki, onlar mənə Qafqazın gələcək işğalı üçün lazım olacaqlar. Hələlik isə 
onlar    Bakı    ilə    əlaqə    yaradıb    məlumat    toplamaqda    çox    xeyirlidirlər".    Həmin   
dövrdə  Denstervilin    dəstəsinə    Baş    Qərargah    zabiti,    polkovnik    Stoks    təhkim   
edildi.    Mayın  ortalarında    general    Qəzvində    eser    partiyasına    mənsub    olan    bir   
neçə    rus    zabiti    ilə  görüşdü      və      "gələcək    Bakı      əməliyyatlarında      onlardan     
kömək"      alacağı      barəsində  razılığa    gəldi.    Mayın    25-də    Denstervilin   
dəstəsinə    50    zabit    və    150    əsgəri    olan  polkovnik    Keyvort    birləşdi.   
Onlarla    birgə    İngiltərədən    göndərilmiş    rus    qvardiya 
suvari hissələrinin zabitləri də gəlmişdi. Məhz bu dövrdə ilk dəfə olaraq general anladı ki, əskərlərinin sayı türk- 
Azərbaycan   qoşunlarının   qarşını   almaq   üçün   kifayət   etməyəcək.   Bununla   belə,   Bakının   tutulması   elə   
böyük 
üstünlüklər verə bilərdi  ki, general  avantüraya getməyə hazır  idi. Hələlik Biçeraxovu göndərən general  bütün 
vasitələrlə öz qüvvələrinin sayını artırmağa çalışırdı. 
Bu dövrdə Denstervil Bakı Soveti ilə gizli sövdələşmə imzalayır. O, özü qeyd edir ki, "texnikamız üçün 
lazım olan benzin bizim düşmənlərin - bolşeviklərin əlində idi; onlar bizə benzin verməsəydilər bizim İrandakı 
bütün   əməliyyatlarımız   dondurulardı...   Onlara   isə   maşınlar   lazım  idi...   Biz 
qərara   gəldik   ki,   300   funtluq   hər   benzin   partiyasına   görə   mən   dəyəri   
100 
funt    olan    bir    avtomobil    verəcəyəm...    Mən    Bakı    Sovetindən    50.000   
funt sterlinq    məbləğində    benzin    aldım   və    ona    görə    10   ford   
göndərməli    idim, 
lakin    bu    hökumət    artıq    devrilmişdi    və    mən    avtomobilləri   
göndərmədim. 
Zabitlər  və  aeroplanlar  göndərməklə  mən  Ənzəlidə  mövqelərimizi 
möhkəmlətdim, bu isə Xəzər dənizinə nəzarət etmək üçün ilk addım idi". 
Say      azlığını      general      Denstervil      texnika      hesabına     
kompensasiya etməyə    çalışırdı.    Mayın    sonlarında    onun    dəstəsinə   
"kommodor    Norrisin 
rəhbərlik     etdiyi     bir     neçə     dörddüymlük     toplarla     silahlanmış     kral     
dəniz 
piyadaları    dəstəsi"    qoşuldu.    Bu    isə    Xəzər    ticarət    gəmilərini   
silahlandırıb  güclü    donanmaya    malik    olmaq    imkanı    verməli    idi.   
Bımunla   belə,   general  təəssüf  hissi  ilə  qeyd  edir:  "Göndərdiyim  çaparlar 
vasitəsi ilə demək olar ki, 
hər    gün    Bakı    ilə    əlaqə    saxlayırdıq,   
dostlarımız 
sosialist-inqilabçılar 
(eserlər)   tezliklə   çevriliş   etməklə   Bakıda   yeni   hakimiyyət   qurub   
ingilisləri 
çağıra   bilərdilər.  Hər   gün  yarana  biləcək fürsətdən  istifadə etməк  üçün isə 
mənim kifayət qədər qüvvəm yox idi". 
"Tezliklə   mən   xəbər   aldım   ki,   polkovnik   Favielin   komandanlığı   
ilə 
39-cu   piyada   briqadası   yük   maşınlarında   tam   sürətlə   mənim   
sərəncamıma göndərilib.   Bu  briqadanın  tərkibinə      aşağıdakı   hissələr   daxil   
idi:   Qloçester 
və   Şimali    Staftord   alaylarının    7-ci    yığma   taboru   və   Uorçester    və   
Varvik 
alaylarının 9-cu yığma ta-boru". 
Avqustun    4-də    ilk    ingilis    dəstəsi    -    polkovnik    Stoksun   
rəhbərliyi   ilə Qent alayının 300 nəfərlik dəstəsi Bakıya gəldi.
178   
Denstervil 
yazır  ki,  "Bakı  əməliyyatlarına      rəhbərlik      etmək      üçün      kral      səhra     
artilleriyasının     zabiti, 
polkovnik Q.Keyvortu qərargahla birlikdə Bakıya göndərdim". 
177
Денстервиль, с.141. 
178
Лавров СВ. Политика Англии на Кавказе и Средней Азии в 1917-1921 годах // Вопросы истории, 1979, № 5, с.83. 
64 
 


 
 
 
 
Erməni Milli Şurasının və Sentrokaspı Dıktaturasının nümayəndələri dəfələrlə Denstervillə görüşüb onun 
qoşunlarının sayca az olmasını bildirirdilər. Buna cavab olaraq Denstervil deyirdi ki, onun qoşunları təkbaşına 
vuruşmağa     gəlməyiblər,     çoxsaylı     və     yaxşı     silahlanmış     erməni     qoşunlarına     təlim     keçib     onlarla     
bərabər 
vuruşacaqlar.     Bununla     bərabər     o,     yazırdı     ki,     "imkan     olan     kimi     Bakıya     bütün     mümkün     olan     
qüvvələr 
göndəriləcək". 
Avqustun    17-də    general    Denstervil    və    onunla    bütün    dəstəsilə    Bakıya    gəldi.    Çoxsaylı    ingilis   
qoşunları,  tanklar    və    zirehli    avtomobillər,    möhtəşəm    toplar    və    digər    ağır    texnika    gözləyən    Erməni   
Milli    Şurasının    və  Sentrokaspi  Diktaturasının  nümayəndələri  ingilislərin  qüvvələrinin  cüzi  olduğunu  görüb 
təlaşa düşdülər. 
4.2. Ġngilis qoĢunlarının komandanlığı 
Lionel     Çarlz    Denstervil     1865-ci     ildə     anadan     olmuş     və     “The     United     Services     College”     
kollecini 
bitirmişdir.    Bu    kollec    Kral    ordusu    üçün    gənc    kadrları    hazırlamaqla    kadet    korpusu    rolunu    oynayırdı   
(yeri gəlmişkən, L.Denstervil məşhur yazıçı Redyard Kiplinqlə bir sinifdə təhsil almışdır; tədqiqatçılar hesab 
edirlər 
ki, yazıçının "Stalki və K" əsərində Stalki obrazı L.Denstervilin xarakterinə əsasən yaradılmışdır). 1884-cü ildə 
kral piyada qoşunlarında xidmətə başlayan gənc zabit Hindistana göndərilir. Burada o, şimal-qərb sərhəddində 
Vəziristan vilayətində, sonra isə Çində xidmət edir.
179
 
I Dünya müharibəsi dövründə Hindistanın şimal-qərbində 1-ci piyada briqadasının komandiri vəzifəsində 
çalışan    polkovnik    Denstervil    1917-ci    il    dekabrın    24-də    yeni    məxfi    əmr    aldı.    Bu    əmr    ingilislərin   
Qafqaza 
müdaxiləsinin    təşkili    ilə    bağlıydı.    Məhz   
Denstervilin 
dəstə     rəhbəri     kimi     seçilməsi,     zənnimizcə,     onun     
rus  dilini    yaxşı    bilməsi,    Rusiyaya    simpatiya    ilə   
yanaşması  və      avantüra      xarakterli      tədbirlərə     
meylli      olmasıyla  əlaqədar      idi.      Ekspedisiya     
toplananda      L.Denstervilə  general-mayor  rütbəsi 
verildi. L.Denstervil 1946-cı ildə İngiltərədə vəfat edib. 
General 
Denstervil 
komandanlığı 
həyata 
keçirərkən    Mesopotamiyada    olan    ingilis   
qoşunlarının 
rəhbərliyi    ilə    əlaqə    saxlayır,    onlardan    təlimatlar   
alırdı.  Ancaq    yerlərdə    onun    fəaliyyətinə    birbaşa   
nəzarət   yox  idi,  təkcə  sentyabrın  əvvəllərində  Bakının 
qorunmasının 
qeyri mümkün olması xəbərini aldıqda Bağdaddan general Lyuin gəlmiş, lakin o, Bakıda cəmi bir gün qalmış və 
Denstervilin ingilis qoşunlarını təxliyyə etmək qərarı ilə razılaşmışdı. 
General     Denstervilin     qeydləri     onun     dəstəsində     fəaliyyət     göstərmiş     bir     çox     zabitlərin     
vəzifələrini 
müəyyənləşdirməyə imkan verir. 
General 
Denstervilin 
missiyasının    xüsusi    xarakterini    nəzərə   
alaraq onunla    işləyəcək    zabitlər     "müharibənin     müxtəlif 
cəbhələrindən:     
Fransadan,  Salonikidən,    Misirdən    və    Mesopotamiyadan    seçilmışdi.    Onlar   
əslən    Kanada, Avstraliya,  Yeni  Zelandiya  və  Cənubi  Afrika  respublikalarından 
idi".
180   
Ehtimal 
ki,    bu    seçim    Qafqazın    iqlim    və    relyef    şəraitinin    xüsusiyyətləri    ilə,   
yuxarıda  göstərilən    bölgələrdə    anadan    olmuş    zabitlərin    belə    iqlim    və   
relyefə    daha    tez  uyğunlaşacağı  məqsədilə  aparılmışdı.  Seçilmiş  zabit  və 
əsgərlərin  zəngin  həyat  və  döyüş  təcrübəsi  ekspedisiyanın  say  azlığını 
kompensasiya etməli idi. 
General Denstervil öz qeydlərində zabitlərinə yüksək qiymət verir. Belə ki, 
"qərargahda işləmək üçün təyin edilən zabitlər məharətlə seçilmiş və onlardan bir 
çoxu      rus      və      fransız      dillərini      də      bilirdilər.      İngilis      zabitlərinə     
Londondan 
göndərilmiş,     о     cümlədən     inqilabi     Rusiyadan     qaçmış     rus     zabitləri     də     
əlavə edilmişdi ki, onların xidmətləri olduqca qiymətli idi". 
Polkovniklər Kletterbek,  Dunkan və  Xoskin  general Denstervilin tapşırıqlar  üzrə  müavi  vəzifələrini icra 
edirdilər. 
179
Menefee S.P. "Dunsterville, Lionel Charles," In H.C.G. Mathews and Brian Harrison (eds.), Oxford Dictionary of National Biography, vol. 17 (2004): p. 361- 
363. 
180
Денстервиль, c.11. 
65 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə