Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə4/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   2   3   4   5   6   7   8   9   ...   113

 
 
 
 
 
 
oldu.   İqtisadi   tələblərlə   bərabər   il k    dəfə   siyasi   tələblər   də   irəli   sürüldü.   1904-cü   il   dekabrında   
Bakıda   neft 
mədənləri  fəhlələrinin tətili  onların  qələbəsi  ilə  nəticələndi.  Qəzalarda  kəndli  çıxışları  baş  verir,  1905-ci  ildən 
başlayaraq    qaçaq    hərəkatı    güclənirdi.    Qaçaqlar    kəndlilərin    köməyindən    istifadə    edərək,    zalım   
sahibkarların mülklərinə hücumlar edir, bəzən hökumət idarələri və polisə basqınlar edirdilər. 
1903-cü  il  iyulun  15-də  hökumət  xəfiyyələri  neft  mədənlərində  yanğınlar  törətdi.  Bu  isə  fəhlələrə  qarşı 
ittiham irəli sürüb, onların üzərinə qoşun yeritməyə və fəalları həbs etməyə imkan verdi. Nəticədə bütün sonrakı 
tətillər polis və qoşunlar tərəfindən dağıdıldı. 
Siyasi   mübarizənin   güclənməsinin   qarşısını   almaq   məqsədilə   bütün   vasitələrdən  istifadə   edən   
imperiya 
üsul-idarəsi son vasitəyə əl atdı -ekstremist erməni təşkilatlarını dəstəkləməklə millətlərarası ədavəti qızışdırdı. 
Hökumətin  milli  qırğın  siyasətinin  həyata  keçirilməsində  "Daşnaksutyun"  erməni  partiyasının  xüsusi  rolu  var 
idi.  Partiya  Osmanlı  dövləti  və  Rusiya  ilə  mübarizədə  mifik "Böyük  Ermənistan"  yaratmağı  qarşısına  məqsəd 
kimi  qoymuşdu.  Rusiya  hakim  dairələri  partiyanın  planlarmdan  xəbərdar  idi,  hətta  daşnaklarm  tobliğatına  elə 
uymuşdu   ki,   "partiyanın   məqsədlərini   dəstəkləyən"   45   min 
ermənini    gəldikləri    torpaqlara    -    Osmanlı    dövləti    və   
İrana köçürməyi 
planlaşdırırdı.
13 
Açıq         
üsyan 
nəticəsində  ermənilərin  Rusiya  ilə  Osmanlı 
dövləti  arasında  məngənəyə  düşəcəklərini   anlayan   daşnak   
liderləri    Rusiyaya    hücumdan  vaz  keçmək  və  loyallıq 
maskası  altında  gizlənmək  qərarını  qəbul    etmişdilər.    Öz   
növbəsində    Qafqaz    inzibati    dairələri  ermənilərin   
millətçi    ideyalarından    istifadə    etmək    qərarına 
gəlmişdilər.      Erməni-azərbaycanlı    münaqişəsi 
inqilabi 
mübarizəni  zəiflətməli,  zərbəni  rəsmi  hakimiyyətdən 
uzaqlaşdırmalı    idi.    Nəticədə    erməni    təbliğatının   
fəaliyyəti 
üçün   şərait   yaradılmış,   erməni   silahlı   dəstələrinin   yaradılması   və   təşkilatlanmasına   göz   yumulmuşdu.   
Hətta erməni liderləri ilə sıx qohumluq və maliyyə əlaqəsində olan 
Qafqaz    canişini    İ.İ.Voronsov-Daşkov    etiraf    etməyə    məcbur    olmuşdu    ki,    "Qafqazda    bütün   
mətbuat ermənilərin  əlindədir.  Daşnakların  özlərinin  dediyinə  görə,  tam  sər-bəstlikdən  və  hətta  mətbuata  nəzarət 
edən hökumət  orqanlarının  himayəsindən  istifadə  edir".
14   
V.F.Mayevski  göstərirdi  ki,  "həqiqət  ona  görə  yoxdur 
ki, erməni    müəllifləri    ondan    qaçırlar.    Onlarda    hər    şey    faktların    şişirdilməsi    üzərində    qurulub.   
Onların    bütün fəaliyyəti 
ermənilərə  simpatiya, 
türklərə  antipatiya 
oyadan
 
cəfəngiyatın,       eşidilməmiş 
qəddarlıqların uydurulmasına       yönəldilib...       Məhz       
mətbuatın       sayəsində 
erməni    məsələsində    gerçəklik    elə    qatı    çirkabla   
örtüldü    ki,  ondan  həqiqət  şuaları  keçə  bilmir.  Erməni 
təbliğatçıları  heç  yerdə    müqavimətlə    üzləşmirdilər    -    nə   
cəmiyyətdə,    nə    də mətbuatda".
15 
Milli
 
ədavətin 
qı-zışdırılmasında  erməni 
ruhaniləri      də      iştirak      etmişdilər.      V.F.Mayevski     
yazırdı:  "Erməni    ruhanilərinin    dini    fəaliyəti    zəifdir.   
Bunun   əvəzinə, onlar   həmişə   milli   ideyaların   qorunması   
istiqamətində    fəal  çalışmışlar.    Ruhani    liderlər    "Tanrı   
kəlamı"nın    təbliğatından  daha      çox      xristian      və     
müsəlmanların      milli      ədavətlərinin  saxlanması    üzərində   
çalışırdılar.    Məktəblər,    xüsusilə    kilsə 
məktəbləri bu işdə ruhanilərə fəal kömək edirdilər". V.L.Veliçko qeyd edirdi: "Əsrlər boyu və elə indi də erməni 
pərakəndəliyinin mərkəzi orqanı siyasi dövlətçiliyin xüsusi formasını təşkil edən erməni teokratiyasıdır. Zahirən 
bu, kilsədir, əslində isə bir çox hallarda gizli siyasi məqsədi dini məqsədlərdən üstün tutan "milli" idarədir". 
1905-ci il fevralın 2-də Bakıda başlayan təxribatlar fevralın 6-10-da əsl küçə döyüşlərinə keçmişdi. Yaxşı 
təşkilatlanmış və silahlanmış erməni dəstələrinin asan qələbə qazanacağından əmin olan hökumət dairələri polis 
və   ordunu   müşahidəçi   mövqedə   saxlamışdılar.   Lakin   
milli ziyalılar 
və 
milli 
burjuaziyanın
 
rəhbərliyi 
ilə 
azərbaycanlıların      sürətlə      təşkilatlanıb      ciddi       
müqavimət 
göstərməsi      istər    daşnaklar,      istərsə    də    onları     
dəstəkləyən  dairələr    üçün    tam    gözlənilməz    olmuşdu.
16   
1905-ci    ilin    may  və    noyabr    aylarında    Naxçıvanda,   
may    və    iyul    ay-larında 
13   
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.70. 
14   
Вердиева X., Гусейнзаде Р. «Родословная» армян, с.68 
15   
Маевский В.Ф. Армяно- татарская смута..., с.36. 
16   
Наджафов Б. Лицо врага. История армянского национализма в Закавказье в конце XIX - начале XX века. Баку, 1993, с.129-315 



 
 
 
 
İrəvan quberniyasında, avqust ayında Şuşada baş verən döyüşlərdə polis və hərbi hissələrin daşnakların tərəfini 
saxlamasına, azərbaycanlılara atəş açmasına Qafqaz hakim dairələri barmaqarası baxmışdılar. 1906-cı ilin iyun 
ayında    Şuşada    baş    vermiş    yeni    toqquşmalarda    erməni    quldur    dəstələri    çar    hərbi    hissələrinin    top   
atəşi    ilə 
qorunaraq hücumlar təşkil edirdilər. Lakin azərbaycanlı zadəganlarının təşkil etdiyi dəstələr nəinki daşnakların 
təcavüzünün qarşısını almış, hətta iki rus topunu ələ keçirmişdilər. İrəvan yaxınlığında Uşu, Cəbrayıl qəzasında 
Qacar,  Zəngəzurda  Çəmənzəminli  kəndlərinin  sakinlərinin  erməni  quldurlarına  və  onları  dəstəkləyənlərə  qarşı 
qəhrəmancasına mübarizəsi Azərbaycan tarixinin şanlı səhifələrindəndir. 
Saray müşaviri V.F.Mayevski yazırdı: "Ermənilərin xalq qəhrəmanları barəsində bir şey eşidilibmi? Onlar 
yoxdurlar. Nəyə görə? Ona görə ki, bu mübarizlər öz xalqına azadlıq gətirmir, onun cəlladları rolunu oynayırlar. 
Erməni   bandaları   qırğınlar   törədir,   sonra   isə   gizlənirlər...   Erməni   -   müsəlman   toqquşmaları   ilə   bağlı   
şəxsən  mənə    nə    məlumdursa,    məni    belə    nəticəyə    gəlməyə    vadar    edir    ki,    qanlı    işlər    hər    yerdə   
ermənilərin    özlərinin  təşəbbüsü    ilə    başlayır.    Bütün    bu    qiyamçılar    vətənpərvər    deyillər.    Onların   
dinc,    silahsız,    heç    bir    təhlükə  törətməyən  müsəlmanları  necə  soyuqqanlıqla  qətlə  yetirmələrinin  məndə 
danılmaz  sübutları  var...  Qəddarlıqlara türklər  deyil,  bu  qəddarlıqları  uydurub  onları  türklərin  başına  yağdıran 
şərq  xristianları  qadirdirlər..."  XX  əsrin  əvvəllərində    Azərbaycanın    ictimai-siyasi    həyatında    yeni    amil   
meydana    gəldi    -    milli    ziyalılar    amili.    Siyasi  hüquqlar    uğrunda    mübarizə    qadağa    şəraitində    gizli 
fəaliyyət   göstərən   partiyalar  çərçivəsində  birləşməyi   tələb etdi.     İstər     müstəmləkə     siyasəti,     istərsə     də     
erməni     təcavüzünə     qarşı     mübarizədə     "Difai"     və     "Müdafiə" təşkilatlarının rolu böyük idi. 1911-ci ilin 
oktyabrında "Müsavat" partiyası yaradıldı. 
1905-1907-ci    illər    hadisələri    göstərdi    ki,    XX    əsrin    əvvəllərinədək    Azərbaycan    torpaqlarını   
"dinc" 
üsullarla zəbt edən erməni millətçiləri artıq rəsmi dairələrin dəstəyi ilə açıq silahlı təcavüzə keçirdilər. Bununla 
belə, milli ziyalıların başçılığı, milli burjuaziyanın dəstəyi ilə azərbaycanlılar erməni təcavüzünün qarşısını ala 
bilmişdilər. 
1912-ci    ildə    Rusiya    imperiyası    Xarici    İşlər    Naziri    S.D.Sazonov    Nazirlər    Kabinetindəki   
məruzəsində  "Rusiyanın    məqsədi,    nəyin    bahasına    olursa-olsun,    türklər,    kürdlər    və    bizim    tatarlar   
arasında    oları    səddi    -  Ermənistanı  yaratmaqdır"
17   
söyləməklə  ermənilərlə  bağlı  plan  və  məqsədlərini 
açıqlamışdır. 
1.3. Azərbaycan I Dünya müharibəsi dövründə 
1914-cü   ildə   başlamış   I   Dünya   müharibəsi   (dövrün   mətbuatında   ona   Böyük   müharibə   deyilirdi)   
hərbi 
əməliyyatların    əhatə    dairəsi    və    müharibə   
qurbanlarının  sayına    görə    əvvəlki    müharibələri   
üstələmiş    və    bütün  dünyanı  dəhşətə  gətirmişdi. 
Müharibədə  iştirak  edən  hər  ölkənin    öz    planları    var   
idi.    Bu    planlarda    Azərbaycan  xüsusi     yer     tuturdu.     
Şimali      Azərbaycanın      ehtiyatları  Rusiya,  eləcə  də 
onun  müttəfiqləri  İngiltərə və  Fransaya xidmət      edirdi.     
Bu      ölkələrin      əsas      rəqibi      -Almaniya 
Azərbaycanın      Rusiyadan      ayrılmasında      maraqlı     
idi.  Alman      monopoliyaları      hələ      XX      əsrin     
əvvəllərindən  Bakı    neftinə    xüsusi    maraq   
göstərirdilər.    Öz    müttəfiqi 
 
Osmanlı  dövlətinin  iştirakı  ilə  Almaniya  Qafqaz  və  Ön 
Asiyanı    öz  təsir  dairəsinə  daxil  etməyə  türk 
ordusunun  köməyi    ilə    Hindistan    və    Əfqanıstana   
yol    açmağa    can  atırdı.  Beləliklə,  Azərbaycanın 
coğrafi mövqeyi və Bakı nefti  müharibənin 
strateji
 
məqsədlərinə  çevrilirdi.  Tərkibində      Cənubi     
Azərbaycan      olan      İran      Qacarlar  dövləti      bitərəf     
qalmağa      üstünlük      verirdi.      Ancaq      bu  ölkədə    də   
vəziyyət    sabit    deyildi.    Cənubi    Azərbaycanın  qərb 
vilayətlərində  azərbaycanlılar,  kürdlər,  aysorlar  və 
ermənilər      arasında      milli      zəmində      toqquşmalar   
təşkil edilmişdi. 
Müharibə başlanandan dərhal sonra, 1914-cü ilin 
sonunda      Cənubi      Azərbaycanın      böyük      hissəsi     
türk qoşunları   tərəfindən   zəbt   edildi.   Bunun   nəticəsində   millətlərarası   toqquşmalar   dayandırıldı.   Lakin   
Sarıqamış 
17   
Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян, с.72. 
10 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə