Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə40/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

 
 
məhz    1881-ci    ildən    götürülməsi    bu    ildən    onun    nizami    qoşun    hissəsi    kimi    fəaliyyətə    başlaması   
ilə    bağlı 
olmuşdur.    İki    nizami,    iki    milis    və    iki    könüllü    tabordan    ibarət    olan    alay    tədricən    ordunun    ən   
intizamlı 
hissələrindən birinə çevrilirdi. Onun tərkibində olmuş milis taborları ehtiyat qüvvələri tərkibinə, könüllülərdən 
ibarət      taborlar      isə      ərazi      hissələri      tərkibinə      verilmişdi.      Yarandığı      dövrdən      İngiltərənin     
Amerikadakı 
koloniyalarında, Barbados adasında (1884-1887), daha sonra Cənubi Afrika (1887-1893), Malta (1893-1895) və 
Misirdə     (1895-1897)     xidmət     edən     hərbi     hissənin     l-ci     taboru     ilk     döyüşlərini     Sudanda     keçirmiş     
(1897), Hindistanda   (1897-1903)   və   İrlandiyada   (1903-1912)   dislokasiya   edilmişdi.   Hərbi   hissənin   2-ci   
taboru   1881- 
1886-cı     illərdə     Hindistanda     olmuş,     1884-cü     ildə    Zab     vadisinə    yürüşdə    iştirak     etmiş,     Aden     
limanından 
İngiltərəyə göndərilmişdir. 1886-1893-cü illərdə tabor İngiltərədə, 1893-1899-cu illərdə İr-landiyada dislokasiya 
edilmişdi. 1899-cu ildə Cənubi Afrikaya göndərilən tabor 2-ci Bur müharibəsində 1902-ci ilədək iştirak etmiş və 
İngiltərəyə   qaytarılmışdı.   1903-cü   ildən   Hindistanda   yerləşmişdir.   I   Dünya   müharibəsində   alayın   1-ci   
taboru 
1914-cü ildə Armentir, 1916-cı ildə Somma, 1917-ci ildə Messina, İpr, Sen-Kventin kanalı, Sell, Sari Bair, Kut 
əl-Əmar    döyüşlərində    iştirak    etmiş,    2-ci    taboru    Hindistanın    şimal-qərb    sərhəddində    yerləşmişdi.   
Sonrakı dövrlərdə   İngiltərənin  apardığı   çoxsaylı   müharibələrin   əksəriyyətində   alayın   hissələri   iştirak  etmişdi.   
1959-cu 
ildə Şimali Stafford alayı Cənubi Stafford alayı ilə birləşdirilmiş və Stafford alayı (Şahzadə Uelsin alayı) adı ilə 
indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir. 
Varvik alayının tam adı "Kral Varvik fuziler (fuzi-ağır fuzeya tüfəngi ilə silahlanmış piyada) alayı" kimi 
göstərilir. 1674-cü ildə Hollandiya hökuməti muzdlu ordu yaradarkən iki ingilis alayı təşkil etmiş, 1685-ci ildə 
İngiltərə kralı II Yakob onları İngiltərəyə çağıraraq hakimiyyətə iddialı olan və krala qarşı qiyam qaldırmış qraf 
Monmuta  qarşı  istifadə etmişdir.  Qiyam  yatırıldıqdan  sonra  5-ci  və  6-cı  piyada alayları  adı  ilə tanınan  alaylar 
Hollandiyaya    qayıtmışlar.   1688-ci    ildə    Oranlı    Vilhelm    (III    Vilhem)    İngiltərə    taxtına    dəvət    edilib    kral   
elan ediləndə   ("şanlı   inqilab"   hadisələri),   onunla   birlikdə   alaylar   da   İngiltərəyə   gəlmişdilər.   6-cı   alay   
"Hollandiya qvardiyası"  adını  almış və  İrlandiyada üsyançılara qarşı  bir  neçə döyüşdə iştirak etmişdir.  "İspaniya 
vərəsəliyi uğrunda      müharibə"nin      müxtəlif      döyüşlərində      iştirak      etmiş      alay      1745-ci      ildə     
Yakobçular      üsyanının yatırılmasında iştirak etmişdir. 1753-cü 
ildən    Cəbəllütarixdə    xidmət    edən   
alay Amerikaya göndərilir  və    orada 
Amerikanın    müstəqilliyi  
uğrunda 
müharibədə iştirak edir. 1776-cı il Nyu- 
York 
döyüşündən 
sonra       
vətənə 
göndərilən 
islahatına 
almışdır. 
6-cı 
alay 
1782-ci 
il 
görə  Varvik  alayı  adını 
Bu 
adla 
alay 
Fransa 
inqilabının  yatırılmasında  iştirak etmiş, 
Amerikada 
gedən 
döyüşlərdə 
Martinika, Qvadelupa və Santa Lyuçiya 
adalarını 
fransız 
qoşunlarından 
qorumuşdur. Napoleon müharibələrində əsasən İberiya yarımadası və Cəbəllütarixdə vuruşan alay 1814-cü ildə 
Kanadaya   göndərilir.   1832-ci   ildə   alayın   adı   dəyişdirilərək   1-ci   kral   Varvirşir   alayı   adlandırılır   və   o,   
Şimali 
Afrikaya      göndərilir.      Burada      alay      1846-1853-cü      illərdə      ingilis      hökmranlığı      əleyhinə      üsyan     
qaldırmış müsəlmanlara  qarşı  vuruşurdu.  1881-ci  il  islahatına  əsasən  alay Kral Varvik alayı  adını  almışdır.  1898-
ci  ildə 
Sudanda   gedən   döyüşlərdə   iştirak   edən   alay   Bur   müharibələrinin   ən   qızğın   döyüşlərində   də   
vuruşmuşdur.   I 
Dünya  müharibəsində  alayın  adı  altında  birləşdirilmiş  30  tabor  80-dən  artıq  döyüşdə  iştirak  etmiş  və  nəticədə 
alay 6 dəfə Viktoriya Xaçına layiq görülmüşdü. Sonrakı dövrlərdə İngiltərənin apardığı çoxsaylı müharibələrin 
əksəriyyətində   alayın   hissələri   iştirak   etmişdi.   1968-ci   ildə   Varvik   fuzi   alayı   digər   fuzi   alayları   ilə   
4   tabor tərkibində birləşdirilmiş və bu taborlar indi də Britaniya silahlı qüvvələrinin tərkibindədir.
184
 
Azərbaycanda gedən döyüşlərdə ingilis qoşunlarının əsas taktiki bölməsi piyada bölüyü idi. Taqımlardan 
ibarət  bölüklər  üç  yığma  tabor  şəklində  toplansalar  da  əslində  pərakəndə  halda  fəaliyyət  göstərirdilər.  General 
Denstervil    bölükləri    strateji    əhəmiyyətli    mövqelərdə    yerləşdirmiş,    onların    cinahlarında    və    arxada   
erməni taborları  üçün  mövqelər  seçilmişdi.  Erməni  taborlarını  döyüşə  sövq  etmək  üçün    general hər  birində  1 
ingilis və 
3   erməni   taboru   olan   briqada   təşkil   etməyi   planlaşdırmışdı,   lakin   bu   planı   həyata   keçirə   bilmədi.   Kral   
səhra artilleriyasının 8-ci  batareyasını  vahid  şəkildə  saxlayan  general  Sentrokaspi  Diktaturasının  batareyalarını 
ayrı- 
ayrı mövqelər arasında bölmüşdü. Eləcə də zirehli avtomobillər rus zirehli avtomobilləri ilə bir dəstədə toplanıb 
ən təhlükəli mövqelərə göndərilmişdi. 
184
en.wikipedia.org/wiki/Royal_Warwickshire_Fusiliers
" İNTERNET səhifəsi. 
68 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə