Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə41/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

 
 
 
 
İngilislər      həmçinin      "Prezident      Kryuger",      "Kursk"      və      "Abo"      gəmilərinə      yiyələndilər.
185       
"Prezident  Kryuger"  nəqliyyat  gəmisi  Xəzərdə  üzən  bütün  nəqliyyat  gəmiləri  sırasında  ən  sürətlisi  olmaqla 
bərabər,  böyük  tutumlu    idi    və    təsadüfi    deyil    ki,    məhz    burada    Denstervil    öz    müvəqqəti    qərargahını   
yerləşdirdi.    О    yazırdı:  "Gəmidə      mənim    bütün    qərargahım,    kargüzarlar,    dəftərxana    və    üstəlik    300   
əsgər   üçün   otaqlar   vardı;   ehtiyac yarandıqda  gəminin üst  göyərtəsində daha 800 əsgər yerləşdirmək olardı. 
Gəmidə  biz  səhra  radiostansiyasını  da  quraşdırdıq".     Sonra     ingilislər     daha     iki     gəmi,     "Ventyur"     və     
"İqnati"      gəmilərini      əldə      etdilər      və      onları  silahlandırmağa  başladılar.  Bu  gəmilərdə  onlar  özləri  ilə 
gətirdikləri  bir  neçə  dörddüymlük  top  yerləşdirməyə  çalışsalar  da,  Bakını  tərk  edənədək  bu  işi  sona  çatdıra 
bilmədilər.  Təxliyyə  zamanı  ingilislərdə  olan  beş  gəminin  beşi  də  Ənzəliyə  aparılmışdı.  İngilis  dənizçilərinin 
sayı 160 nəfərdən ibarət idi. 
4.4. Ġngilis qoĢunlarının silahları və hərbi texnikası 
General   Denstervilin  öz  qeydlərindən  aydın  olur   ki,  o,  qoşunların  say  azlığını  düşmən  üzərində  texniki 
üstünlüyə      nail      olmaqla      kompensasiya      etməyə      çalışırdı.      Cəbhələrdə      olan      ağır      vəziyyət,     
Bakının     ingilis  qoşunlarının  əsas  bazalarından  uzaq  olması  qısa  müddət  ərzində  ağır  texnika  ilə  silahlanmış 
ingilis  qoşunlarını  döyüş    mövqelərinə    göndərməyə    imkan    vermirdi.    Bununla    belə,    generalın    fikrincə   
şəhəri    qoruyub    düşməni məğlub etmək üçün Bakıda kifayət qədər silah və sursat vardı. 
İngilis    qoşunları    havada    tam    üstünlüyə    malik    idilər.    Türk-Azərbaycan    qüvvələrində    təyyarə    yox   
idi. Denstervilin    qoşunları    isə    əməliyyatlarda    iki    rus    və    iki    ingilis    aeroplanı    tərəfindən   
dəstəklənirdi.    İngilis 
təyyarələrinin növləri sənədlərdə göstərilməsə də ehtimal  etmək olar  ki, onlar  1918-ci  ilin yayınadək ən geniş 
yayılmış      ingilis      qırıcısı      "Sopviç-Tabloid"      olmuşdur.      Müharibənin      əvvəlində      vuruşmuş     
"Sopviç-Pop"  təyyarəsinin  yeni  modeli  olan  və  Tomas  Sopviçin  ən  uğurlu  təyyarələrindən  "Sopviç-Tabloid" 
müharibənin  ən  yüngül,  kompakt  və  manevrli  təyyarələrindən  idi.  İstehsalına  1913-cü  ildən  başlanan  təyyarə 
iki  pilot götürür, 
100   at   gücündə   olan   mühərrik   saatda   148   km   sürəti   ilə   hərəkət   etməyə   imkan   verirdi.   Təyyarə   
pulemyotla 
silahlanmış və yüngül bombalar götürə bilirdi. 
İngilis    qoşunları    yüngül   
zirehli avtomobilə  malik 
idilər.
 
Bakıda 
çəkilmiş 
fotoşəkillərdən (Bakı ətrafında döyüşlər     
zamanı      və      neft      mədənləri 
yaxınlığında) 
 
görsənir 
 
ki,   
Denstervilin  qoşunlarında    "Rolls-
Roys"    tipli    zirehli avtomobillər    var
 
idi.  "Rolls-Roys" 
zirehli
 
avtomobili   1914-cü    ildən 
istehsal 
 
edilirdi, 
 
qüllədə   
yerləşdirilmiş  bir    pulemyotu    vardı.   
8    mm    qalınlığı  olan    zirehlə   
örtülmüş    avtomobilin    2-3  nəfərlik 
heyəti, 3,5  t çəkisi  var  idi.  40- 
50     at     gücünə     malik     mühərrik     
şosse 
yolunda 80-96 km/saat sürətlə hərəkət etməyə imkan verirdi. Əsasən piyada hissələrə atəşlə dəstək olmaq üçün 
nəzərdə tutulmuş bu zirehli avtomobil çevikliyi və çətin şəraitə dözümlüyü ilə seçilirdi. 
İngilis qoşunlarının topları barəsində olan məlumatlar azdır. Onların səhra topları kimi göstərilməsi ingilis 
ordusunun  ən  geniş  yayılmış  səhra  topu  -18  funtluq  (3,3  düym)  QF  səhra  topunun  Bakıda  istifadə  olunmasını 
ehtimal  etməyə imkan  verir.  Belə ki, 83,8 mm-lik top hələ 1904-cü ildə layihələşdirilmiş,  sadə quruluşa  malik 
olduğundan İngiltərə və Hindistanın bir sıra hərbi zavodlarında istehsal edilmişdi. 
Müharibənin    gedişində   topun    quruluşunda    dəyişikliklər    aparılmışdı:    ağac    təkərləri    üstü    rezinli   
dəmir təkərlər    əvəz   etmiş,    bir    dayaq    yerinə   iki    haçalanan   dayaq    qoyulmuş,    ən    son   nümunələrin    çapı   
87,6    mm-ə 
çatdırılmışdı. Topun döyüş çəkisi 1284 
kq,   lülənin   enib-qalxma   bucağı   -5-
dən 
+16-yadək,     
üfiqi 
dərəcə     
olmuşdur. 
olan      mərmilərlə 
zərbə endirildi. 
tuşlama      bucağı     

Тор     8,4     kq     
çəkisi 
8700      m     
məsafəyə 
185
Денстервиль, c.86. 
69 


Bakıda    və    onun    ətraflarında    ingilis   qoşunlarını   təsvir    edən   fotoşəkillərdə   ordunun    "Lyuis"   
yüngül    əl 
pulemyotları   və   "Li-Enfild"   tüfəngləri   ilə   silahlanması   aydın   görünür.   "Li-Enfild"   tüfəngi   7,69   mm   
çapında olmuş,   İngiltərə  və  onun  koloniya   və  dominionlarında   ən  geniş  yayılmış  tüfəng növü  idi.  1825  m 
məsafədən 
hədəfi vurmağa imkan verən tüfəngin ən mükəmməl növü MK III adı ilə 1916-cı ildən istehsal olunurdu. Yeni 
nəsil    "Ross-Enfild"    tüfəngində    Rusiyanın    Mosin   tipli    piyada    tüfəngi    və    "Li-Enfild"    tipli    tüfəngin    ən   
yaxşı 
xüsusiyyətləri birləşdirilmiş, mükəmməl piyada tüfəngi yaradılmışdı. MK III tüfənginin bıçaqvari süngüsü var 
idi. 
İngilis ordusunun zabitləri 1913-cü ildən silahlanmada olan "Vebley MK VII" beş düymlük (11,5 mm), 
həmçinin    "Smit-Vesson    455    (11,5    mm)"    revolverləri    gəzdirirdilər.    "Smit-Vesson  455    (11,5    mm)"   
tapançaları  ABŞ-da    istehsal    olunsa    da    ingilis    patronları    üçün    nəzərdə    tutularaq    hazırlanırdı.   
Zabitlərdə    olduqca    güclü  "Vebley-Skott"  tapançalarına  da  rast  gəlinirdi.  Belə  ki,  bu  silahın  1912-ci  il 
nümunəsi də (beş düymlük) orduda rəsmən silahlanmaya qəbul edilmişdi. 
70 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə