Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə42/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

 
 
 
 
5 . Qafqaz Ġslam Ordusu 
5.1. Müsəlman Korpusunun təĢkil edilməsi 
1917-ci ilin sonunda Cənubi Qafqazda yaranmış kəskin hərbi-siyasi vəziyyət real qüvvələrə arxalanaraq 
sürətli   və  çevik hərəkətlər tələb  edirdi.  Lakin  milli   mənafelərin  keşiyində  dayanan  ziyalılar   və  burjuaziya acı 
həqiqətlə  üzləşdi:  Azərbaycan  xalqının  dayağı  və  istinadgahı  ola  biləcək  real  hərbi  qüvvə  yox  idi.  Tədqiqatçı 
M.Süleymanov    haqlı    olaraq    qeyd    etmişdir    ki,    "Milli    hərbi    qüvvələrin    yaradılması    Azərbaycan   
xalqının    milli  mənafelərinin  qorunması  zərurəti  ilə  deyil,  bəlkə  də  yaranmış  şəraitdə  millətin  fiziki 
mövcudluğunun qorunması zərurəti ilə şərtlənirdi. Azərbaycan xalqının fiziki məhvində maraqlı olan qüvvələrin 
hərbi 
gücə malik olması və ondan istənilən vaxt, istənilən şəkildə istifadə edilməsi ilə 
artmaqda  olan  ümummilli  təhlükə  yalnız  müvafiq  hərbi  qüvvələrin  təşkili  ilə  aradan 
qalxa      bilərdi".      Çar      üsuli-idarəsinin      yeritdiyi      məqsədyönlü      siyasət     
nəticəsində 
ermənilər   və   gürcülərlə   müqayisədə   azərbaycanlıların   hərbi   hazırlığı   yox   idi.   
Milli 
tərkibli    hərbi    qüvvələrin  yaradılmasını    təşkil    etmək  istiqlal    mübarizəsinin 
qarşısında  dayanan    başlıca    vəzifələrdən    biri    idi.    I    Dünya    müharibəsinin   
gedişində    yaradılmış Tatar   süvari  alayının  fəaliyyəti   sübut  etdi   ki,  azərbaycanlılar 
döyüşkənlik  ruhunu  və  vuruşmaq    qabiliyyətini    itirməyiblər.    1917-ci    ilin   
aprelində   Qafqaz   müsəlmanlarının qurultayında  xüsusi  büro  yaradıldı  və  bu  büroya 
Azərbaycanın səfərbərlik imkanlarını müəyyənləşdirmək 
üçün
 
müsəlman 
əhalisinin  siyahıya  alınması  tapşırıldı. 
YV.Çəmənzəminli  yazırdı:  "Vacib      məsələlərimizdən  biri  milli  qoşundur.  Milli 
qoşun düzəlsə,    ölkəmizdəki 
başsızlığı 
dövrən 
aradan 
qaldırmaq 
mümkündür".
186   
Rusiyada  Fevral    inqilabı    nəticəsində    hakimiyyətə    gəlmiş   
Müvəqqəti    hökumət    erməni    milli 
hissələrinin   böyüdülməsinə 
yaradılması məsələsini heç müzakirə belə etməmişdi. 
rəvac      versə   də   müsəlman   milli   qoşun   
hissələrinin 
Bölgədə   xidmət   edən   azərbaycanlı   zabitlər   pərakəndə   halda   fəaliyyət   göstərirdilər.   Ayrı-ayrı
 
könüllü 
dəstələr 
təşkil    edilir,    onlara    təlimlər    keçilir    və    bu    dəstələrdən      şəhərlərdə    sabitliyi    qorumaq    üçün   
istifadə  olunurdu.  Lakin  bu  pərakəndə,  azsaylı,  zəif  silahlanmış,  ərazi  prinsipi  əsasında  təşkil  edilmiş
 
dəstələr  qoşun  sayıla    bilməzdi.1917-ci    ilin    oktyabr    ayının    əvvəllərində    Tatar    süvari    alayı   
Yelizavetpola    gəldi    və    təntənəli  surətdə  qarşılandı.  Müsəlman   Milli  Şurası  noyabrın  5-də  burada   Qafqaz 
müsəlman    hərbçilərinin  I  qurultayını  keçirdi    və    azərbaycanlıların    milli    hərbi    hissələrinin   
yaradılmasına    imkan    verməyən    Müvəqqəti    hökumətin mövqeyi tənqid edildi.
187
 
1917-ci 
 
il 
 
dekabrın 
 
6-da   
Zaqafqaziya Komissarlığının növbəti
 
iclasında qəbul 
edilən 
 
qərar   
Qafqaz    Ordusunun    milli    hərbi  hissələr   
əsasında    təşkilinin    təməlini    qoydu. 
Qafqaz  cəbhəsinin  komissarı  Donskoyun 
əmrinə      əsasən      "Ordu      milli      tərkibli     
nizami  vahidlərdən      təşkil      edilməli"     
ermənilərdən, 
gürcülərdən,   
azərbaycanlılardan    və    ruslardan  ibarət   
milli    korpuslar    yaradılmalıdır.    Qafqaz 
cəbhəsinin     
komandanı     
general     
Prejevalski  Bakıda  olan  milli  tərkibli  hərbi 
hissələr  istisna  olmaqla    bütün    hərbi   
hissələrin    saxlanılması 
barəsində əmr imzaladı. Rusiya ordusunda mövcud olmuş milli xarakterli hərbi hissələr dərhal milli korpusların 
tərkibinə   qatıldı   və   nəticədə   Rus   Korpusunun   komandanı   general   Drasenko,   Gürcü   Korpusunun   
komandanı 
general   Axmeteli,   Erməni   Korpusunun   komandanı   general   Nazarbekovun   rəhbərliyi   ilə   vahid   hərbi   
hissələr təşkil edildi. 
1917-ci    il    dekabrın    11-də    Zaqafqaziya    Komissarlığı    tərəfindən    Müsəlman    Korpusunun   
yaradılması  barəsində  qətnamə  qəbul  edildi.  Qətnaməyə  əsasən  müsəlmanların  əsgərliyə  çağırışı  könüllü 
xarakter  daşımalı, toplanma   işi   Mərkəzi   Zaqafqaziya   Müsəlman   Komitəsinə  tapşırılmalı,   komanda   heyəti   
müsəlmanlardan   təyin 
olunmalıydı.    Kadr    çatışmadıqda    isə    digər    millətlərin    nümayəndələrindən    də    dəvət    edilə    bilərdi.   
Korpus 
(Qolordu)   təşkil   ediləndən   sonra   müsəlmanlar   hərbi   vergi   verməkdən   azad   edilməliydi.   Təşkilati   işlərin   
həlli 
üçün Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" yaradıldı. Dekabrın 2-də Rusiya ordusundan tərxis olunan 
186
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33. 
187
Дарабади П.Г. О вооруженных силах АДР (1918-1920 гг) // Изв. АН АзССР, серия ИФП, 1991, № 1, с.27. 
71 
 


 
 
general-leytenant    Əli    ağa    Şıxlinski    Müsəlman    Korpusunun    komandanı    təyin    edildi.
188     
Milli    hərbi   
hissələrin  yaradılmasında    bütün    bilik    və    bacarığını    istifadə    edən    məşhur    sərkərdə    bir    çox   
problemlərlə    üzləşmişdi. Korpusun əsas hissələrinin təşkili üçün Yelizavetpol şəhəri seçilmişdi. 
Təminatla  bağlı  problemi  həll   etmək  üçün  müsəlman   ictimai   təşkilatları   bazarlardan  lazım  olanları   alıb 
qoşun      hissələrinə     təhvil      verirdilər.      Hacı      Zeynalabdin      Tağıyev,      Musa      Nağıyev      və      digərləri     
korpusun 
yaradılmasına    kömək    göstərirdilər.    Hacı    Zeynalabdin    və    Şəmsi    Əsədullayevin    oğulları    korpusda   
zabit    kimi  xidmət    edirdilər.    Əhali    korpusun    yaradılması    xəbərini    böyük    ruh    yüksəkliyi    ilə   
qarşılayır,    gənclər    həvəslə korpusa yazılırdılar. 
Korpusun    ilk    döyüşçülərindənn    olan    Mirəziz    Seyidli    öz    xatirələrində    yazır:    "Hacı    Zeynalabdin   
kimi zənginlərdən    para    toplanıldı    və   
"İsmailiyyə" 
nin 
bir 
guşəsində 
könüllü 
əsgərlərin 
qeydiyyatına 
başlandı. 
Könüllülərin 
toplanması     işinə    süvari     zabit     
İsgəndərbəyli 
rəhbərlik  edirdi.  Çəmbərəkənddə  məktəb 
binasında  qışla  (kazarma)  düzəldildi  və  orada 
təlimlərə    başlanıldı. 
Zabit 
çatışmazlığı 
məsələsini    aradan    qaldırmaq    üçün   
polkovnik 
Tabasaranskinin 
yaradıldı.       
Orada 
öyrədilirdi".    Bakı 
milli  hissələrin 
rəhbərliyi 
ilə 
məktəb 
ilkin      komandir       
bilikləri 
Soveti    və    onun   
qurumları 
yaradılmasına  çətinliklər 
törətdiyindən      könüllülər      Müsəlman     
süvari 
divizionu şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər.
189
 
Zaqafqaziya   Komissarlığı   rus   ordusunda   Azərbaycan   hissələrinə   silah   ayrılması   məsələsini   
yubadırdı. Bolşeviklərin   təbliğatı    öz   rolunu    oynamışdı.   Silah   çatışmazlığı    problemini   həll    etmək   üçün   
yeganə   yol    rus 
ordusunun    anbarlarına    hücumlar    təşkil    etmək    idi.    Tatar    süvari    alayı    və    Müsəlman    Korpusunun   
Gəncədə formalaşmaqda     olan    alayı     (sonralar     5-ci     piyada     alayı)     könüllülərin    dəstəyi    ilə    tərksilahı     
sürətlə    həyata 
keçirirdilər.    Əksər    hallarda    qansız    ötüşən    tərksilah    1918-ci    ilin    yanvarında    Şəmkirdə    toqquşmalara   
və    qan  tökülməsinə  səbəb  oldu.  Böyük  insan  itkiləri  və  maddi  ziyan  vurulmaqla  müşayiət  olunan  toqquşma 
göstərdi  ki,  Bakıda  möhkəmlənən  bolşevik-erməni  qüvvələri  Azərbaycan  milli  qüvvələrinin  yaradılmasına 
istənilən şəkildə 
əngəllər törədəcəklər. 
"Müsavat"  partiyasının  xalq  arasında  artan  nüfuzu,  Korpusun  günü-gündən  güclənməsi  bolşevik-erməni 
rəhbərlərini    qorxudurdu.    Onlar    kifayət    qədər    qüvvə    toplayaraq,    Sovet    Rusiyasından    texnika    və    silah   
əldə 
etməklə birdəfəlik milli Azərbaycan qüvvələrini məhv etmək qərarına gəldilər. 1918-ci ilin mart-aprel aylarında 
baş vermiş azərbaycanlıların soyqırımı düşmənin nə qədər qəddar olmasının göstərməklə bərabər, milli qoşun 
hissələrinin  dəyanətini    də  sübut    etdi.  Tam  təşkil    edilməmiş,    təlim  keçməmiş,  zəif  silahlanmış,   
gözlənilmədən hücuma məruz qalmış və düşməndən sayca az olan Müsəlman Korpusunun ayrı-ауrı hissələri və 
onlara  qoşulan  könüllülər  inadlı  müqavimət  göstərmişdilər.  Bolşeviklərin  qərbə  doğru  hücumunun  qarşısını 
almaq  üçün  dərhal  əkshücum    təşkil    edilmiş,    polkovnik    L.Maqalovun    rəhbərliyi    ilə    7-ci    və    8-ci   
müsəlman    nişançı    alayları,    Milli  hərbiyyə      məktəbinin      müdavimlərindən      ibarət      dəstə      Hacıqabula     
qədər      irəliləyə      bilmişdi.      Zaqafqaziya  Komissarlığının  vəd  etdiyi  köməyi  göstərməməsi,  İmam 
N.Qosinskinin  cüzi  qüvvə  göndərməsi,  silah  və  sursatın  çatışmazlığı,    düşmənin    sayca    və    texnika    sarıdan   
qat-qat    üstün    olması    nəticəsində    Maqalovun    dəstəsi    məğlub  edilmiş  ya  geri  çəkilməyə  başlamışdır.
190   
Məğlubiyyətə  baxmayaraq  panikaya  qapılmadan,  az  qala  hər  yaşayış  məntəqəsi  uğrunda  döyüş  apara-apara 
geriyə  çəkilən  dəstə  düşmənin  hərəkət  sürətini  yalnız  ləngitsə  də,  döyüş  əməliyyatlarında  əsaslı  dönüş 
yaratmaq iqtidarında deyildi. 
1918-ci   ilin  may  ayının  28-də  öz  müstəqilliyini   elan  edən  Azərbaycan  xalqı   öz  müqəddəratını   özü  həll 
etməli idi. 
5.2. Qafqaz Ġslam Korpusunun təĢkil edilməsi 
Arxiv  sənədləri   sübut   edir  ki,  Osmanlı   dövlətinin  siyasi   və  hərbi   kursunu  faktiki   olaraq  müəyyən 
edən 
Ənvər    paşa    hələ    1917-ci    ilin    sonlarında    azərbaycanlılara    hərbi    kömək    göstərilməsini    planlaşdırırdı.   
Lakin planlar      əsasən      nəzəriyyə      xarakteri      daşıyırdı.      Regionda     siyasi      vəziyyətdən      xəbərsiz,      sürətli     
irimiqyaslı 
188
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.230-233. 
189
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40. 
190
Протоколы заседаний, с.88. 
72 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə